Bəxtiyar tuncay


anqa əvz. – ona. “O” (ol) şəxs əvəzliyinin təkinin yönlük halı anqar



Yüklə 0,83 Mb.
səhifə10/14
tarix14.12.2017
ölçüsü0,83 Mb.
#15624
1   ...   6   7   8   9   10   11   12   13   14

anqa əvz. – ona. “O” (ol) şəxs əvəzliyinin təkinin yönlük halı

anqar əvz. – o, o (şey), “O” (ol) işarə əvəzliyi qismində şıxış edir və işarə edilən şeyi həmin şeyin adı çkilmədən ifadə edir. Bu halda o, işarə əvəzliyi kimi çıxış edir: Bunı bilirmen da toxtalıpmen Krisdosta Yisusta ki, nemə yox murdar anınq bilə, tek andan başxa ki, kimesə sağınğay neməni murdar, anqardır murdar (Rom. 14: 14). Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey (o) murdardır. Yol körgüzgin manqa izinə buyruxunqnunq seninq, zera anqar biyəndim (Məz. 118 /119: 35). Mənə əmrlərinin yollarını göstər, bu yollardan (ondan) zövq alaram. Aytmağay duşmanım menim ki, yenqildim anqar, ya xıstıruçılarım menim fərəhləngəylər ki, men seskəndim (Məz. 12/13: 5). Qoy düşmənim söyləməsin ki, ona üzərimdə qələbə çalmağa imkan vermişəm və qoy sevinməsin ki, ruhdan düşmüşəm.

anqdır ~ (-dı, -ır, -ıyırmen, -ır edi) fel. – yadına salmaq, xatırlatmaq: Anınq üçün anqdırıyırmen sanqa küçəytmə başxışın Tenqrininq ki, bardir sendə alğışlağanımdan menim (ll Tim. 1: 6). Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram

anqğıç (-ıdır) // anqğiç // anğıç (-qa, -tan) ism. – nərdivan, pilləkan: Inam açxıçdır köktəgi uçmaxnınq da anqğıçıdır biyiklikninq ki, ne türlü minmax kerək da açip uçmaxnı kirmax kerak. İnam göylərdəli cənnətin açarı və Ucalığa (Tanrının hüzuruna) aparan nərdivandır ki, onunla qalxdıqdan sonra qapıları açıb cənnətə girmək olar.

anqıl ~ (-masn, -dı, -dx, -madı, -ır, -mas, -ıyır, -ıyırsiz, -ıyırlar, -ğay, -ğaylar, -mağay, -ğan, -max, -maxqa, -maxıma, -maxınq, -maxına, -maxın, -maxınqıznı) fel. – anılmaq, yada salınmaq, xatırlanmaq, adlanmaq, tanınmaq: Evet borniglik da barça murdarlıx ya akahlıx anqılmasın sizinq aranqızğa, ne türlü ki, tiyişlidir arilərgə. Zina, hər cür murdarlıq, eləcə də tamah aranızda heç xatırlanmamalıdır da. Müqəddəslərə yaraşan budur. Ol sahattan Tenqrininq adamı anqıldı. O vaxtdan onu Tanr adamı adlandırdılar (O vaxtdan o, Tanrı adamı kimi anıldı). Sendan aşıra krisdan anqıldıx. Sənə xatir biz xristian kimi tanındq.Nek anqılıyır da sizinq aranqızğa borniglik da anınqkibik borniglik ki, yoxtur gurkçilər arasına da, neçik ki kimesə atasınınq xatunun alğay (1Коr. 5: 1). Danışırlar (xatırlanır) ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta gürcülər (bütpərəstlər) arasında da rast gəlmək mümkün deyil! Da ayttılar: “Kelinqiz, tas etiyix alarnı cinstən da anqılmağay atı Israyelninq da dağın” (Məz. 82/83: 5). Və deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək». Şükürləndi, sındırdı da aytti: “Budur menim tenim ki, sizinq üçün; bunı etinqiz menim anqılmaxıma” (1 Коr. 11: 24). Şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Salmos aytınqız Eyamizgə, ariləri anınq, xosdovanel bolunquz anqılmaxına arilikindən anınq (Məz. 29/30: 5). Ey Rəbbin möminləri, Onu tərənnüm edin, müqəddəsliyini yada salın, Ona şükürlər edin. Tanıxtır manqa Tenqri, xaysına ki tapunurmen canım bilə menim Avedaranına Oğlununq anınq ki, ne türlü anqılmaxınqıznı sizinq etərmen hər sahat (Рoм 1: 9). Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram.

anqılmaxlıx (-ına) f. ism. – xatirə, yada salma, xatırlatma: Salmos aytınqız Eyamizgə, ariləri anınq, xosdovanel bolunquz anqılmaxına arilikindən anınq (Məz. 29/30: 5). Ey Rəbbin möminləri, Onu tərənnüm edin, müqəddəsliyini yada salın, Ona şükürlər edin.

anqluçi sif. və ism. –xatırlanılan, yada salınan, anılan:

Anq, anq, anqıluçi menqilik, men tas bolğannı, xaysi ki barça yazıxlılar üçün bunu üstünqə kötürdünq, yarlıxovuçii Biy. Yada sal, yada sal, ey əbədi xatırlanan, mən yolunuazmışı, bütün günahkarlara görə bunu öz üzərinə götürdün ey rəhimli Rəbb.Bax: anqlovuçi

anqınq Bax: aninq ~ (üçün)

anqla ~ (-ma, -mağa, -mada, -malarğa, -malarda, -ğın, anqlıyıx –nqz, -dım, -dınq, -dı, -dıq, -dnqız, -dılar, -madı, -madılar, -r, -rbiz, -man, -mam, -massen, -mas, -masbiz, -maslar, -r edi; -ıyırmen, -ıyırsen, -ıyır, -ıyırbiz, -ıyırlar, anqlıy edi, anqlıy edilər, -ğaysen, -ğay, -ğaybiz, -ğaysiz, -ğaylar, -mağay, -mağaysiz, -mağaylar, -sax, -sar, -sarbiz, -mısarbiz, ~mısarsiz, -ğan, -mağan, -max, ~maxqa, ~maxnı, -maxtan, -maxı, -maxına, -maxlar, -p, -mıyın) fel. – anlamaq, başa düşmək: 4 iş bar ki, adam oğluna yaraşır: sifətininq çireyin közü bilə körər, avaznı xulaxı bilə işitir, aşnnq tatlıxın burnu bilə anqlar, asynı aczı bilə aşar. Adəm oğluna yaraşan dörd iş var: sifətin gözəlliyi, gözlə görər, səsi qulağı ilə eşidər, aşın dadını burnu ilə anlar, aşını ağzı ilə yeyər. Bunı anqlap bilinqiz ki, barça bornig, ya murdar, ya akah, xaysı ki malına tapunuçidir, yoxtur dediçstvosu xanlıxına Krisdosnunq da Tenqrininq. Bunu anlayıb biliniz ki, bütün zinakar, murdar və ya tamahkarlar mal düşkünüdürlər və onlara Məsihin və Tanrının xanlığında (dərgahında) yer yoxdur.

anqlağanlat ~ (-ıyırmen) Bax: anqlat ~

anqlamax l fel. – anlamq, başa düşmək: Bu buyrux alay anqlamax kerəktir salaçılar üçün tatarnınq. Bu fərmanın (buyuruğun) yalnız tatar kəndlilərinə aid olduğunu anlamaq lazımdır.

anqlamax ll (-nı, -lar, ) ism. – anlayış, düşüncə, şüur, fikir: Anqlamax bilə. Anlayışla.

anqlamaxlıx Bax: anqlamax ll

anqlan fel. ~ (-ır, -ırlar, -maz, -mazdır, ~mas, ~ıy edi, -ıyır, -ıyırlar, -ğay; -sar; -ğan, -sar) – anlaşılan olmaq, anlaşılmaq, başa düşülmək, dərk edimək: Tenqri... anqlanmaz barlıxına körə, evet xuvatına körə xolunur Tanrının... varlığı anlaşılan deyil, fəqət qüdrətli olduğuna görə yalvarılandır (dua edilndir). Ne türlü nemədir anqlovlular? Cucap: xaysi ki seziklənməslar, sezikka tüşməzlər da ya xarmalanırlar, tek fikirninq xuvat bilə anqlanırlar. Anlayışlar (fikirlər, düşüncələr) necə bir şeydir? Cavab: Rə şeydir ki, (duyğu üzvləri ilə) sezilmirlər və ya qavranılmırlar, yalnız düşüncənin (fikrin) qüvvəsi ilə dərk edilirlər. Beşinçi ağır da yenqil, isi da sovux, xaysı ki xarmalamax bilə anqlanır Beşinci – ağır və yüngül, isti və soyuq, hansılar ki qavranma (duyğu üzvləri ilə sezilmə) vasitəsilə dərk edilir. Hər 40 kün bir yil anqlansar... Əgər hər günü bir il kimi qəbul edilərsə (başa düşülərsə)... Egər ki til bilə belgirtməsənqiz sözni, neçik anqlanğay söz? Ki bolursiz andan sonqra, neçik yel bilə sözləgəylər (1Коr. 14: 9). Əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz! Zera korunmağanları anınq başlanğanından dünyanınq yaratılğan bilə anqlanıp korunıyırlar, budur ki menqiliki da xuvatı da Tenqriliki ki, tapmağaylar heç nemə cuvap bermə (Rom. 1: 20). Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də (Tanrını) tapmayanlara (tanımayanlara) heç bir cavab vermə.

anqlanmasız (-dır) sif. – anlaşılmayan, dərk edilməyən: Anqlanmasızdır Tenqri. Evet xuvatqa körə nişanlattılar ari atalar ki, Üçlux da birdir. Tanrı anlaşılan (dərk edilən) deyil. Lakin müqəddəs atalar qüvvələri yetən səviyyədə dəqiqləşdiriblər ki, O Üçlükdür və təkdir.

anqlar Bax: anlar

anqlat ~ (-ma, -mağa, -qın, -tım, -tınq, -tı, -tıx, -tı esə, -ırmen, -armen, -ırlar, -mandır, -mas; -qay, -qaybiz, -mağay, -sar, -qan bolsa) // anlat ~ (ıyırmen) // anqlağanlat ~ fel. – anlatmaq, başa salmaq, şərh etmək. Izah etmək: Söz alnına xoyulğan nemədir, bir neməni anqlatmas, alay söz alnına xoyulur körklü aytmax üçün sözlərni. (Bu ədat) söz önünə qoyulan hissəcikdir (nitq hissəsidir), (ayrılıqda) heç bir məna vermir, yalnız söz önünə qoyularaq onu qüvvətləndirir. Oşta sizgə anqlattım oğurlux üçün. İşdə oğruluğun nə olduğunu siz anlatdım. Şükürlümen, Eyəm, sendən (Şükürlü bolıyım sendən), Biy, bar yürakim bilə (menim), anqlatırmen (aytiyim) barça tamaşalarınqnı seninq (Məz. 9: 2). Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, bütün xariqələrini anladacağam (deyəcəyəm). Anqlatırlar Tenqrigə da friştəlarinə Anlatdılar (danışdılar) Tanrıya və mələklərinə. Bu ilgəri etkəndən sonqra manqa bardım men xanıma da anqlattim Natannınq yamanlıxın. Zəhləmi tökdükdən sonra mən öz xanımın yanına getdim və ona Natanın etdiyi pislikləri anlatdım.Egər anqlattı esə atnınq ziyanlı xılıxın, ol çaxta ges ziyanın tolamax kerak törə yanına Əgər o (atı satan), atının quduzluğunu anlatmışdısa, o zaman qanuna görə (atı alana) ziyanın (yalnız) yarısını ödəməlidir. Bunı anqlatkin tanıxlatıp alnına Tenqrininq ki, bölməgəylər söz yığıştruçi kerəkməs heç neməgə yıxılmaxına işitkənlərninq (ll Тim. 2: 14). Bunları imanlılara izah et. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar Bolur mı anqlatmağa munı, xaysın ki siz aytıyırsiz, açmağa üstümə menim? Söylədiklərinizi mənim misalımda izah etmək mümkündürmü?

anqlattır ~ fel. icb. for. – anlatdırmaq, kimin vasitəsi iləsə izah etmək, başa saldırmaq

anqlavuçi sif. – anlayışlı, müdrik, dərrakəli, söz başa düşən: Tiyişlidir yarğuçilərgə ki, lataları bilə tügəl bolğay da anqlı u axıllı da saat bolğay, bolmağay ki, törəni anqmıyın kimsəgə egrilik etkəy (Mxitar Qoşun “Törə Bitiqi”ndən). Hakimlər gərək yetkin yaşlarda olsunlar, dərrakəli, müdrik və diqqətli olsunlar ki, qanunları bilməmələri üzündən kimsəyə ziyan vurmasınlar.

anqlov ism. – anlayış, dərrakə, ağıl:

anqlovlu ~ (-ğa, -lar, -lardırlar) sif. – anlayışlan, başa düşülən, dərk edilən, şüurla qavranılan: Ne türlünemədir anqlovlular? Cuap: xaysı ki, seziklənməslər, sezikkə tüşməzlər da ya xarmalanırlar, tek fikirninq xuvatı bilə anqlanırlar. Anlaşılan necə şeydir? Cavab: O şeylərdir ki, duyğu üzvləri ilə sezilməzlər, yalnız (təkcə) fikrin qüdrəti ilə dərk edilirlər. Nedirlər tensizlər? Anqlovlulardırlar. Maddi olmayanlar nədir? Dərk edilənlərdir.

anqlovsuz sif. – anlaşılmayan, şüurla dərk edilməyən

anqlovuçi sif. – anlaqlı, dərrakəli, müdrik, hər şeyi başa düşən: Tensiz anqlovuçi friştələr. Bədənsiz, anlaqlı mələklər. Yoxsa yazdım sizgə, xardaşlarım, aznı köptən neçik ki anqmax bilə sizgə başxış üçün, ki, beriliptir manqa Tenqridən (Rom. 15: 15). Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam.

anqmaxlıx (-qa, -nı, -ınq, -ı) ism. – xatirə, abidə, nişanə: Şəhərin buzdunq da tas boldu anqmaxlıxı alarnınq çaxırıx bilə (Məz. 9: 7). Şəhərlərini təməlindən qopartdın, bir nişanə qalmadı. Etmə yarlığamaxnı duşmanlarımıznı atalarımızğa bizim da anqmaxlıx ösiyətni arilikininq kenininq (Luk. 1: 72). Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi. Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı. Toxtattınq bu ari xurbannı anınq üçün ki, biz da yişadağ anqmaxlıx etkəybiz boşatlıxı üçün bizim yaziıxlarımıznınq. Sən bu abidəni (xatirəni) ona görə qoydun ki, bizlər günühlarımızı bağışladığını heç vaxt unutmayaq və daim xatırlayaq. Munı etərbiz nişanağ ki, atanız Apraham Ismayelni xurban etti, munı anqar anqmaxlıxqa etərbiz Bunu biz atamız İbrahimin öz oğlu İsmayılı qurban verməsinə bir xatirə kimi edirik.

anqsızım // anqsızın zrf. – birdən-birə, gözlənilmədən, qəflətən, qəfikdən, bir anda: Biy Tenqrim, saxla meni, xulunqnu seninq, şağavatlı xolunq bila... anqsızın yaş yaşnamaxtan da otlu yıltrımdan. Ey Tanrı, ey Rəbbimiz bizim, Öz səxavətli əlinlə... məni gözlənilməz şimşəkdən, odlu ildırımdan qoru. Bax: ansızım

anquçi ism. xatırlayıcı, xatırladıcı

apa Bax: appa

Apana x. ism. (< Аvаnа, Амаnа yəh “daşlı”) – Suriyada çay. Mənbəyini Aman yüksəkliklərindən götürür. Adı Bibliyanın lV Padşahlar kitabının 5-ci bölümünün 12-ci ayəsində keçir.

apeğa (-nınq, -ğa, -nı, -sı, -lar, -larnı, -lardan, -larına) // hapeğa (-nnq, -ğa, -nı, -lar, -larnınq, -larğa, -ları) ism. (aram. ?) – rahib. Monastırda yaşayıb rahibliyə girmə (saç kəsdirmə) mrasimindən keçərək monastr nizamnaməsinin tələblərinə uyğun olaraq tərki-dünya həyat keçirməyi əhd etmiş şəxs: Qriqor hapağa Biy-Ata oğlu İlovlu vankta bolğan. İlovlu Monastrında olan rahib Qriqori Bəy Ata oğlu. Apeğa kiyinişi. Rahib geyimi (paltarı). Apeğalarnınq yeri. Rahiblərin məskəni (monastr). Bax: çidovuçi, xarabaşlı, xatunsuz kişi, yalğız

Apeğail // Abiğail x. ism. (< Аviqail, Аviqal yəh.) – Avigeya. Öncə Güney Yəhudanın ən varlı torpaq sahiblərindən olan Navalın, onun ölümündən sonra isə Həzrət Davudun (ə) arvadı olmuş qadın. Həzrət Davuda (ə) Daluia (Daniyal) adlı oğul doğmuşdur. Adı Bibliyanın ll Padşahlar kitabının 3-cü bölümünün 3-cü ayəsində, eləcə də l Salnamələr kitabının 3-cü bölümünün 1-ci ayəsində yad edilir.

Apel (-ninq, -ni) // Hapel (-ninq, -ni) x. ism. (< Havel yəh.) – Habil. Həzrət Adəmlə (ə) Həvvanın ikinci oğulları. Böyük qardaşı tərəfindən öldürülmüşdür: Biy, oxşaş Eski Törəgə Zaqariağa körə, yöpsün bizdən temyan xurbanın, neçik xurbanın Apelninq, Noynunq da Aprahamninq. İlahi, bizim də qurbanlarımızı, eynən Əhdi-Ətiqdə Zəkəriyyənin yazdığı kimi, Habil, Nuh və İbrahimin qurbanlarını qəbul etdiyin kimi qəbul et.

Apesa x. ism. (<Avişay yəh.) – Avessa. Həzrət Davudun (ə) qardaşı oğlu.

Apesdan x. ism. (orta fars ?). – Abesdan. “Müdrik Axikar haqqında rəvayət”in baş qəhrəmanı Axikarın (Xiqarın) arvadının adı. Bu ada alban mətnləri içərisində sadəcə sözügedən əsərin alban variantında rast gəlinməkdədir.

Apet (-ninq, -tən) x. ism. (< Yefet yəh.) – Yafəs. Həzrət Nuhun üç oğlundan biri: Noynunq 3 oğlu bar edi, atları – Sem, Qam, Apet. Ya neçə millət çıxtı kiçi oğlundan Apettən, xaysi ki bizim atamızdır? Nuhun 3 oğlu vardı, adları: Cam, Ham, Yafəs. Bizim ulu babamız olan Yafəsdən, bəs, neçə millət törəmişdir? Burungi oğlu Sem, Qam, Apet, xaysı ki çıxtı Xaqan cınsı. Birinci oğlu Sam, Ham və xaqanlar nəslinə başlanğıc verən Yafəs.

Alban tarixçilərinin təsəvvürlərinə əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun (ə) oğlu, samilərin Yafəs, türklərin isə Olcay (və ya Bulca, Abulca) adı ilə tanıdıqları şəxsin adı çəkilir. Vlll əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlumatlar verməkdədir: "Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı".

Bu məlumatdan göründüyü kimi, Vlll əsr alban tarixçisi, Yafəsə verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll - V əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vll fəslində Yafəsi Albaniyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir.

Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də müşühisə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur: “...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-lar, albanlar, qarqarlar.., sarmatlar.., meotlar, iskitlər, tavriyalılar.., bastaranlar... Yerləşdikləri ölkələr isə bunlardır; Midiya, Albaniya, Meotiya, Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi...”

Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir. XlX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll - XlV əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəllifi Xondəmirin “Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğulları barədə ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir.

Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mərkəz kimi “Şərq ölkələri və Türküstsnın” adını qeyd etməkdədirlər. Bu baxımdan XlV əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir: “Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, Nuh əleyhissəlam, - Allah ona rəhmət eləsin, - yer üzünün adamlar yaşayan hissəsini oğlanları arsında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə böyük oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı. O, səhrada yaşayırdı. Olcay xanın yaylağı və qışlağı Türküstan torpaqlarında idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə - Qaraqorum adı altında məşhur olan Qaraqumdakı Borsuk adlanan yerdə olurdu. Həmin yerdə iki şəhər vardı: Biri Talas, o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı. İndi orada müsəlman türklər yaşayır, həmin yer Kunçi mülklərinin yaxınlığındadır və Kaydudan asılıdır... Olcay xanın paytaxtı da burada yerləşirdi”



Apetar // Apettar x. ism. (< Oved-Edom yəh.) – Avedar. Adın qədim yəhudi dilindən hərfi tərcüməsi “ilahə Edomun qulu” anlamına gəlir. Avedar Həzrət Davudun (ə) şəxsi mühafizə xidmətində qulluq edən bir fələstinli idi. Rəvayətə görə, Ozanın ölümündən sonar Davudun (ə) göstərişinə əsasən, içrisində Tanrının on buyuruğunun yazıldığı müqəddəs səhifələrin bulunduğu sandıq üç ay ərzində onun evində qorunmuşdur: Apetar, xul biyikləngən. Apetar - yüksək mənsəbə yetişmiş qul.

Apin x. ism. (< Yavin yəh.) – Yavin. Sami dillərindən tərcümədə “ağıllı” anlamını verməkdə olan bu adı yəhudilərə məğlub olmuş Aşşur (Assuriya) hökmdarı daşımışdır: Et alarnı, neçik Matiamnı, neçik Sisaranı, neçik Apinni xainlərinə Gisonnunq (Məz. 82/83: 10). Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərin.

Apiron (-nunq) // Arpiron (-nunq) x. ism. (< Aviron yəh.) – Aviron. Koreyin Həzrət Musa (ə) və Həzrət Haruna (ə) qarşı qaldırdığı üsyanın fəal iştirakmlarından olnuş yəhudilərdən biri: Açıldı yer da yuttu Tatannı da yapti taborların Apironnumq (Məz. 105/106: 17). Torpaq yarılıb Datanı uddu, Aviramla yoldaşlarını yerə batırdı.

apirorus ism. (< apiros yun.) – xalsedon. Mineral növü: Karbunkul – ermeniçə biqincaqoyn, urumça aytiyirlar “vengel rospaloniy”, zera anqar oxşaştır, tuymas otnu da anınq üçün Pliniuşta (Upliniuşta) undalıyır apirorus (apyrotos) bitikində 37. Kарбункул, erməncə “biqincaqoyn” , yunanca “vengel rospaloniy” (yandırılmış kömür) adlanır, çünki ona (yandırılmış kömürə) bənzəyir. O, oddan qorxmur və bu səbəbdən Pliniyin 37-ci kitabında “apirorus” (yanmayan) adlandırılır.

Apisolom (-ğa) // Apisolomon x. ism. (< Avişalom yəh.) – Avessalom. Hərfi mənada “sülhün atası” anlamına gələn ad. Albandilli dini mənbələrdə Bu ad altında Həzrət Davudun (ə) Hevronda doğulan üçüncü oğlundan söhbət gedir: Salmos Tavitninq, ne zaman ki xaçıp edi yüzündən Apisolom oğlununq kensininq (Məz. 3. 1). Davudun məzmuru. oğlu Avşalomun qarşısından qaçanda.

appa // apa ism. (< abba yun., aram.) – ata, qoca, müqəddəs ata, keşiş, abbat rahib: Zera almadınqız canın aul bolmaxnınq, ekinçi xorxuğa, yoxsa aldınqız canın oğul yazılmaxnınq, xaysı bilə ki, çaxırıybiz: “Atalar Atasi! Appa!” (Rom. 8: 15). Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.

Apraham (-nınq, -nınqdırlar, -ğa, -nı, -dan) // Apraxam (-nınq) // Apreham //Abraam // Avram x. ism. (< yəh. – Abraham İbrahim. Həzrət İbrahim (ə): Taranınq oğlu boluptır appa Apraham ki, Adam atamızdan sonqra 3186 yılına, Xaran şəhərindən Qalteasos Ulusundan da boluptır sünəti 99 yilina. Taranın (Azərin) oğlu – ulu babamız Adəmdən 3186 il sonra dünyaya gəlmiş ulu ata İbrahim əslən Haldeyanın Harran şəhərindən idi və 99 yaşında sünət olunub.

april // abril // aprilis // aprilus ism. (<aprilos yun.) – aprel. Ilin on iki ayndan biri və dördüncüsü.

Aptiu (-nı) x. ism. (< Ovidiya // Obadyahua // Obadya yəh.) – Ovidiy. Bu ad yəhudi dilindən tərcümədə “Rəbbin qulu” anlamına gəlir. Ovidiy xristianların 12 kiçik peyğəmbər hesab etdikləri peyğəmbərlərdən biri idi. Bu adı Vlll əsrdə yəhudi dinini qəbul edən Xəzər xaqanı Bulan da dinini dəyişdirdikdən sonra daşımışdır.

ar l ism. və zrf. – yer, tərəf, rahat yer.

ar ll Bax: or

ar lll Bax: es

ar lV Bax: ari l (dağı ~)

ar ~: çar arğan Bax: çurğağan-çararğan

ara l (-ğa, -da, -nqa, -sı, -sına, -sna, -sınadır, -sınaydı, -ın, -sında, -sından, -mıza, -mızda, -mızdan, -nqızğa, -nqızda, -nqızdan, -larına, -larından) zrf. – ara, orta, mərkəz, çat, fasilə: Xamışlıx arasi. Qamışların arası. Xaya arasi, tağ arası. Qaya arası, dağ arsı. Tağ arası, xayda ki kiçi suv axar ya derə. Kiçik çayın axdığı dağ arası və ya dərə. Xanatları kügürçinninq kümüşlü da yağırları arası anınq rəngina altunnunq (Məz. 67 / 68: 14).Qanadları gümüş kimi və tüklərinin arası isə qızıl rəngli göyərçin. Uyatınqz sizinq üçün aytırmen: ol xadar yoxtur kimesə esli aranqızga ki, bolğay qonuluqnı bildirmə xardaşları arasına kensininq? (1Коr 6: 5). Mən bunu sizi utandırmaq üçün deyirəm. Yəni öz bacı-qardaşlarınız arasında hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam tapılmadı? Bax: bel, iç l, orta l

ara ll: yarağ-yasağ ara Bax: yarağ-yasağ

araba (-ğa, -nı, -da, -sı, -sına, -lar, -larğa, -larnı, -ları, -ların) ism. – araba: Tanqlama erlərni da tanqlama yarağlılarnı, arabaların da atların da barça xuvatın paravonnunq boğdu tenqizdə (Çıx. 15: 4). Fironun döyüş arabalarını, ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları (Qırmızı) dənizdə boğuldu. Bular arabalar bilə da bular atlar bilə, yoxsa biz atına Eyamizninq bizim sarnıyıx (Məz. 19/20: 8). Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, bizsə Allahımız Rəbbin adı ilə öyünürük. Çıxtınq sen arabanqa seninq, atlanğanınq seninq xutxarılmaxlıxtır çıxqanınq seninq. Çıxdın sən öz arabana. Atlanmağın sənin xilasındır sənin.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə