Bəxtiyar tuncay


almas (-nınq, -lardan) // almas taş



Yüklə 0,83 Mb.
səhifə8/14
tarix14.12.2017
ölçüsü0,83 Mb.
#15624
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

almas (-nınq, -lardan) // almas taş ism. – almaz, brilliant: Bir yüzük süvrü almas

taşı bilə 20 talerlix. 20 taler dəyərində almaz daş-qaşlı bir üzük.

almuxadəm sif (< əl-müqəddəm ər.) – seçkin, üstün, əla

alnı Bax: alın

alnına Bax: alın (alnına)

alnılarına Bax: alın (-larına)

alnılarna Bax: alın (-larına)

alnınqa Bax: alın (alnınqa)

alpan ism. – alban. Qafqaz Albaniyasının aparıcı etnosu. Albaniya (Qafqaz) əhalisinin ümumiləşdirici adı: Xaytпp tvağannınq 455-indən 988-inə dirə yənə yapux ettilər ermenilər bilə da 988-də yənə bulardılar barça krisdan milləti, ermenidən başxa da habaştan da asoridən, da alpan milləttən başxa, xaysı ki Ermeni bilə tutarlar. Tvağanın 455-ci ilindən 988-ci ildək (yunanlar) ermənilərlə mübahisə etdilər və 988-ci ildə bütün xristian milləti bunlardır ermənilərdən, həbəşlərdən, aysorlardan və alban millətindən başqa ki ermənilərlə ( din və məzhəb) baxışları üst-üstə düşür.

Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri olan albanların (alpanların) adı ilk dəfə miladdan sonrakı yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl IV əsrin sonlarında baş vermiş olaylarla əlaqədar yad edilirlər. Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş albanlar əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi Azərbaycanda (bugünkü Ermənistanda), eləcə də Dağıstanda və bugünkü Gürcüstanın Borçalıdan Tiflisə qədər uzanan geniş ərazilərində məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını – qarqarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları, herləri və s. öz ərafında birləşdirərək, tarixi mənbələrdə "Albaniya" adı altında yad edilən dövlət qurmuşdular. "Kitabi-Dədə Qorqud"da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir: Ağ-boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum (KDQ). Ağ-boz atlarda çapan albanları gördüm, ağ, işıqlı igidləri yanıma aldım. Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar (KDQ). Hey, niyə oturmusan? İtini hürdürməyən, pişiyini miyoldatmayan albanların başçısı Qazan xan oğlancığı ilə sərxoş olub yatırlar.

Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar.

Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdudlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, VI əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq - aydın görünür ki, albanlar da iskitlər kimi Türküstanın son hüdudlarına qədər, yəni Çinə qədər yayılmışdılar. Təsadüfi deyil ki, bu gün qazaxların "alban" adlandırılan qolu məhz Çindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda və Monqolustanda, eləcə də Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar. Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun "Seçilmiş əsərləri"nin 4-cü cildinin 326-cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" məcmuəsinin 1960-cı il, 4-cü buraxılışında dərc edilmiş "Qırğızların etnik tərkibi..." adlı məqaləsində tapmaq olar. Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16-cı səhifəsindəki 2-ci cədvəlində isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır. Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir. “Alpan” (alban) etnoniminin əsasında “alban” termini durmaqdadır ki, bu da sözügedən kəlmənin etnonimə çevrilməmişdən öncə müəyyən bir silkə aid olduğunu göstərməkdədir.



alpavud (-nu) // alpovud // alpovut ism. – zadəgan, əyan, üstün soylu, xan və ya bəy qulluğunda duran önəmli şəxs, mülkədar: Bar edi bir … xatun, alpavud. Bir … zadəgan qadın var idi.

alpavudlux // alpavutlux ism. – zadəgan silki, saray əyanları: Esavdan çıxıptır alpavutlux, xaysı ki “zemlaninlər” undəlir. “Torpaq mülkədarları” adlandırılan əyanlar idumey başçıları İsavdan törəmişlər. Az biri birin alpavudlux oldürmədilar. Əyanlar bir-birini az qırmadılar.

alpovud // alpovut Bax alpavud

altı (-dan, -sıdır, -sına, -sınadır –sında) say. –altı: Ekinçi kününə ertə, xaysı ki yunvarnınq altısıdır Yanvarın 6-sına təsadüf edən ikinci günün səhəri. Cnunt yunvarnınq altısınadır. Milad yanvarın 6-sındadır. Yunisninq on altısında İyunun 16-da. Altısına yunvarnınq Yanvarın altısında.

altıkünç (-də) ism. – altıbucaqlı: Asıyıx bu taşnı da dügül altıkünçdə, evet minqlərdə virobonıy rozumniцada Biyimiz Jisus Krisdosnunq bizim. Bu daşı təkcə altıbucalıda deyil, Rəbbimiz İsa Məsihin minlərcə üzüyünə taxarıq.

altıkünçlü sif. – altı bucaqlı, altı künclü: Egər ki bolmasa altıkünçlü keskən, ostritsa bolıyır yarıx uçlarından. Əgər kəsici alət altı künclü olmasa uclarından qığılclm çıxar.

altıxanatlı sif. – altıqanadlı: Altıxanatlı friştələr. Altıqanadlı mələklər.

altımbas Bax: altembas

altımış Bax: altmış

altın (-dır, -nınq, -ğa, -nı, -dan, -ımnı, -ından) // altn ism. və sif. – altun, qızıl: Yarğuda oltursanq, orunç alma altın ya inci (Mxitar Qoşun “Törə Bitiqi” kitabından). Məhkəmədə oturarkən rüşvət alma; nə qızıl, nə də inci (mirvari). Tirilgəy da berilgəy anqar altınından Arapistannınq (Məz. 71/72: 15). Yaşasın (xan), qoy ona Ərəbistan qızılı verilsin! Oğul bolğıy edi da künda 10 xantar altın tas etkiy edi, bolmas edi menim malımnı tügətməgə. Əgər mənim oğlum olsaydı və gündə 10 xantar qızıl xərcləsə idi, mənim var-dövlətim tükənməzdi.Yaxşıdır manqa örenki ağzınqnınq seninq, ne ki minqləri altınnınq da kümüşnünq (Məz.118/119: 72). Ağzından çıxan qanun mənim üçün minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.

altınbas Bax: altembas

altınçı1 (-lar) // altınçi ism. – altunçu, sərraf, zərgər

altınçı1l miq. s. – altıncı

altın-inci (-dən) ism. – qızıl-mirvari, qırqızıl, zərziba: Kiydirdi kendininq xızını xanlıx tonlar bilə, altıninci bilə, bahasız taşlar bilə. Öz qızına xanlara layiq donlar, qızıl-mirvari, qiymətsiz daşlar geydirdi. Balxıyır başı axır taşlardan da altin-incidən, neçik günaş. Onun başı ağır aqırqızıldan, bahalı daş və mirvaridən günəş kimi parlayırdı.

altın-kümüş ism. – qızıl və gümüş, zərgərlik məmulatı: Bolmağay damahlanğaysız altınğa-kümüşkə. Nabadə altun-gümüşə tamah salasınız ha.

altınla ~ (-dılar) // altunla ~ fel. – qızıldan üzlük çəkmək, üzünə qızıl çəkmək: Ol yıl xorannınq ulu badgerkin 2-incyi altınladılar. O il səcdəgahın (altarın) üzünə ikinci dəfə qzıl çəkdilər.

altınlı sif. – qızıllı, altunlu: Tursar xaniça sağında seninq, kiyiniş bilə altunlu tüzülgən da şöhrətlaəgən (Məz. 44/45: 10). Məleykə olacaq qız sağ qoluna girib, ofir qızıllarına bürünüb. Ol türlü xatınlar da, kiyinişi bilə xonarhlıxnınq, köz kötürməx bilə da sekinlik bilə, korkaytma boyların bolmağay ki, altınlı orunmax bilə da tizməxi bilə incilərninq, ya tonlarnınq korkaymaxı bilə (1Тим 2: 9). Qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil.

altınsuvla ~ Bax: altunsuvla ~

altışar say. – altı dənə, altı-altı

altmış // altımış // altmiş say. – altımış: Yegdanə altımış xızıllıx. Altmış qızıl sikkəlik sinəbənd.

altmışar say. – altmış dənə, altmış-altmış

altn Bax: altın

altun ~ (-nunq, -ğa, -nu, -dan, -lar, -larnı, -lardan, -u, -una, -un; -umuz, -unquz) ism. və sif. – altun, qızıl: Açıp xaznaların bernaladılar Krisdosnu: altun berdilər nemik xanğa, temyan berdilər neçik kahanağa, zmur berdilər neçik ölümlügə. Öz xəzinələrini açıb Məsihə xana verilən tək altun, kahinə verilən tək büxur, ölümlü insana verilən tək ətirli qətran verdilər. Xanı kümüş üsnə hem altunnunq üsnə xızıl aytıyır O, gümüşü ağ, qızılı isə qırmzı adlandırır. Coharnı, altun da menstruumnu kügürt suvu ündiyir. Fəlsəfə daşı, qızıl və menstruumu o, kükürdlü su adlandırır. Aytıyır altunnu, xaysı coharı aşira pilisopalarnınq bolıyır O fəlsəfə daşı vasitəsilə əldə edilən qızıl barədə danışır. Yazdırdılar altun bilə aruv altundan. Qızılla, xalis qızılla yazdırdılar. Korkayttırıy edim xatunlarnı kiyiniş bilə altundan, incidan, türlü-türlü kiyinişlərdən. Mən qadınları altun, inci (mirvari) və müxtəlif keyimlərlə bəzədim. Yaxşıdır etmə yalmujna, ne ki xazna xoyma altundan, zera yalmujna ölümdən xutxarır veçnıy Sədəqə vermək xəzinə toplamaqdan daha yaxşıdır, çünki sədəqə əbədi ölümdən qurtarır. Altun xoran. Qızıl səcdəgah (altar). Xanatları kügürçinninq kümüşlu da yağırları aras anınq rənginə altunnunq (Məz. 67/68: 14) .Qanadları gümüş kimi bərq vuran, tükləri isə qızıl kimi parlayan göyərçin. Safi altun. Saf altun. Alğın satun mendən altun sinəgən otta ki, xocalanğaysen (Vəhy. 3: 18). Zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl al.

altunbas Bax: altembas

altunçı // altunçi Bax: altınçı1

altun-inci Bax: altın-inci

altun-kümüş (-tən, -ünqnü, -ləri) Bax: altın-kümüş

altunla ~ (-ğan) Bax: altınla ~

altunlan ~ (-ğan) fel. – qızıl təbəqəyə bürünbək, altunlanmaq, qızıllanmaq

altunlu Bax: altınlı

Altunsözlü x. ism. – Altunsöz (qızıl xıridarı, sözü qızıl qədər qiymətli). Bu ləqəblə Ravenn arxiyepiskopu Petros (380-450) tanınmışdır: Bedros Altunsözlü

altunsovlu Bax: altunsuvlu

altunsuvla ~ (-ğan), altınsuvla ~ (-ğan) sif. – qızıl təbəqə ilə örtülmüş. Səthinə qızıl təbəqəsi çəkilmiş

altunsuvlu // altnsuvlu // altunsovlu sif. – qızıl təbəqəli, qızıl örtüklü, qızıl qabıqlı

aluçı (-dır, -nınq, -ğa, -dan; -lar, -larnınq, -ları) // alıçı (-dan) ism. – alıcı: Damah, haybat sövüçi ya könüsüz lixva aluçı (lТim. 3: 8). Tamahkar, şöhrətpərəst, ədalətsizcəsinə faiz alan. Biy Tenqrimiz bizim, sen işitir edinq alarğa, Tenqri, sen arıtuçı bolur edinq, öç aluçı üstnə barça işlərninq alarnınq (Məz. 98/99: 8). Ya Bəy (Rəbb) olan Tanrımız, Sən onlara cavab verdin, pis əməllərinin cəzasını versən də, bağışlayan Tanrı olduğunu onlara göstərdin. Cuvutluxtan artıx barcya tenqdaşlarmdan ki, menim cinsimdən edilər, artıx öç aluçı edim menim atalarımnınq obıçayı üçün (Qal. 1: 14). Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin təəssübkeşi (qisas alıcısı) idim.

alvax Bax: avlax

amal Bax: əməl

amanat Bax: əmanət

amen // amən (-ni) // amenn // ammən // ammen nida - Gİ, İM, KF, MS < ər.) – amin! Duaların doğruluğunu təsdiq edici nida: Egər ki bolmasa, egər alğışlasanq canınq bilə da bolğay anda biliksiz, neçik aytkay seninq maxtaganınqa amenni? Zera ne ki aytıyırsen, ol bilməstir (1Коr. 14: 16). Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin?

amən // ammən Bax: amen

ana (-dır, -nınq, -ğa, -nı, -da, -dadır, -dan. -m, -mnnq, -mnınqmen, -ma, -mnı, -mda, -mdan, -nq, -nqnınq, -nqa, -nqnı, -nqda, -sı, -sısen, -sıdır, -sınnq, -sına, -sın, -sında, -sından, -mız, -mıznınq, -mızğa, -mıznı, -mızdan, -nqıznınq, -nqızğa, -lar, -ları, -larınınq, ~larına, -ların, -larından) ism. – ana: Sionğa aytırlar ana da adam toğdu anda da kendi himlərin xoydu anda Biyikləngən (Məz. 86/87: 5). Sion barədə deyiləcək: “Ana. Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”. Hörmətlə atanqnı seninq da ananqnı seninq ki, sanqa yaxşı bolğay da uzun ömürlü bolğaysen üsnə yer yaxşılıxınınq, xaysi ki Biy, Tenqrinq seninq, bersər sanqa (Qan. 5: 16). Tanrının, Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun. Baxqın manqa da yarlıxa manqa ki birginəsi anamnınqmen da miskinmen (Məz. 24/25: 16). Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki anamın birdənəsiyəm və miskin vəziyyətdəyəm. Yat boldular yazıxlılar analarından, aldandılar xoynundan, sözlədilər yalqan (Məz. 57/58: 4). Pis adamlar ana bətnindən belə, azğındırlar, çaşıblar, doğulan gündən belə, yalançıdırlar.

anabad (-nınq, -ğa, -nı, -da, -dan, -larnınq, ~larnı, -larda) // yanabad (-nınq, -ğa, -da // -ta) ism. (orta fars.) – çöl, səhra, düz, düzənlik: Öçəşti Xızıl tenqizgə da xurudu, yol körgüzdü alarğa antunt aşıra, neçik anabad aşıra (Məz. 105/106: 9). Onun məzəmmətindən Qırmızı dəniz qurudu, çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi. Yoxesə dügül ki, köplərgə alardan biyəndi Tenqri, zera bir oqurdan xırıldılar anabadda anda (1Коr. 10: 5). Amma Tanrı onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. Tuzlarınq seninq tolunsun semizlik bilə, semizləngən qorqluqu anabadnınq (Məz. 64/65: 13). Düzlərin sürülərlə dolur, dərələrini taxıl bürüyür.

anadad Bax: anabad

Anağ // Anaq x. ism. – Anaq. Əslən türk-Arsaq sülaləsindən və Parfiya şahları nəslindən olan zadəgan, müqəddəs Qriqorinin atası və ilk alban katalikosu Qriqorisin (Cərcis peyğəmbərin) ulu babası: Surp Krikor Lusavoriçninq atasi Anağ. Maarifçi müqəddəs Qriqorinin atası Anaq.

analı-oğullu zrf. – analı-balalı, analı-oğullu: Analı-oğullu aldadılar Sahaqnı, ayttılar: “Muna sanqa Esav kiyik keltiriptir” (Yar. 27:1-29). Analı-oğullu (sözü bir yerə qoyub) İshaqı aldatdılar, dedilər: “Budur, oğlun İsav sizə maral (ov) əti gətirib”.

analıx (-nınq, -qa, -ından) ism. – analıq, analıq hissi, ana qayğısı, ana məhəbbəti, anaya məxsus (anadan qalma) miras: Etsin Allah üçün, Tenqri üçün etsin kendinə atalıx da analıx. Qoy Allah xətrinə, Tanr naminə ona ata-ana qayğısı göstərsin.

ananınqki sif. – ananınki, anaya məxsus olan: Tutundu anasn ananınqki ağır zamanlarna baxma, neçik xastalıxına, alay xartlıxına. Ananın ağır zamanlarnda, istər xətələndikdə, istərsə də qocalığında ona (anaya) qulluq etməyə boyun oldu.

anar Bax: anqar

anaraq (-nınq) // anarağ sif. – pozğun, sapıq, zinakar, əxlaqsız

anarağlıx ism. – pozğunluq, sapıqlıq, zinakarlıq, əxlaqsızlıq

anartas Bax: tasbolmaxlıx

anasduac ism. (orta fars) – ateist, kafir, Tanrının varlığına inanmayan: Anasduac cuhutlar. Kafir yəhudilər.

anaşəhər (-idir) ism. – paytaxt, baş şəhər, ana şəhər

anasız ism. –anası olmayan, anadan yetim, yetim Bax: atasız

anəkə ism. – anacan. Anaya müraciətin əzizləmə forması

ancu Bax: anda

ança bağ. və zrf. – elə, belə, eləcə, beləcə, eləcə də, belə ki, o qədər, bir o qədər: Dağı yaman başladı meni xanga yamanlama ança ki, başıma keltirdi ki, xan buyurdu ki: “Eltinqiz da kesinqiz Xigarnı (Müdrik Akixar haqqında rəvayət). Və məni xana başladı yaman pisləməyə, belə ki, iş mənim ölümümə qədər gəlib çıxdı və xan buyurdu: “Xiqarı aparın və tikə-tikə doğrayın”. Buyurdu yalanaçlatma da tövdürtmə temir tayaxlar bilə, ancya ki, sövəkləri korundu. Onu çılpaq edib dəmir dayaqla elə kötəkləməyə əmr etdi ki, sümükləri görünsün. Anğa keltirirmen ki, ölülərin Tenqrininq közündən çıxarırmen. Mən onları elə bir vəziyyətə gətirəcəyəm ki, Tanrı onların ölülərinə də nifrət edəcək. Adam neçə küfür berir, ancya Tenqrini tanar. İnsan nə qədər küfr söyləyirsə, bir o qədər də Tanrını danmış (inkar etmiş) olur. Neçə köp bolsa, ança igidir. Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Zera kləmən biliksiz bolma sizgə, xardaşlar, tarlıxımız üçün bizim bolğan Asiyada, zera artıx küçümüzdən çıxarı ağırlandıx anqar ancya ki, umsasiz da boldux tirliktən (ll Коr. 1: 8). Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik.

ançax l zrf. – o qədər, bir o qədər, həmin zaman, o anda, cəmi, cəmisi, üs-üstə, toplam, ancaq-ancaq, ancaq, təkcə, yalnız, artıq: Xaçan bu 3 nemə dünyadan eksilsə, ançax dünyanınq buzulmaxıdır. Bu üç şey dünyadan haçanan əskilərsə, dünyanın nizaməda o anda pozular. Bizim çörüv asrı az edi, ançax 4 minq adam bar edi. Bizim ordu aşırı dərəcədə (həddən artıq) az idi, ancaq-ancaq (cəmisi) 4 min adam var idi. Öç saxlap ançax sağış etər öldürməgə Qayınnınq xardaşın alır. Ürəyindəki qisas hissi ilə yalnız (ancaq) və yalnız bir iş görmək istəyən - (ancaq) qardaşnı öldürməyi düşünən Habili misal çəkir. Hali bildim ki, yarlığadi Biy Tenqri da alğışladı meni da hali ançax dügülmen tul da ne züryatsız. Mən indi başa düşdüm ki, Tanrı mənə rəhm etmiş və mrhmət göstərmişdir və indi mn artıq nə dulam, nə də züriyyətsiz. Evet egər öldüx esə Krisdos bilə, inanırbiz ki, tirilgəybiz də anınq bilə. Bilipbiz, ki, Krisdos turuptur ölüdən, bundan sonqra ölməs ançax da ölüm anqar dağı biylik etməs (Rom. 6: 8, 9). Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz.

ançax ll ədat. – ancaq, təkcə, yalnız: Tek ançax Tenqri boluştı da aldılar Jerusalemni. Onlara təkcə Tanrı yardım etdi və onlar Qüdsü ələ keçirdilər.

and Bax: ant

anda 1 əvz.– onda. “O” (ol) şəxs əvəzliyinin təkinin yerlik halı: Tenqri inamlıdir da yoxtur anda egirlik, tocru da könüdür Biy (Qan. 32: 4). Tanrı haqqdır və Onda əyrilik yoxdur (əyrilik ona xas deyil), doğrudur və ədalətlidir. Anda tinər barça tügəlliki Tenqrilikninq ten sartın (Kol 2: 9). Çünki Tanrının tam bütövlüyü bədəncə onda (Məsihdə) yaşayır.

anda ll zrf. – ora, orada, o yerə, o yerdə, o zaman: Sırtmax hadirlədilər ayaxlarıma menim da aşax ettilər boyumnu menim, xazdılar alnıma menim terən çuğur da tüştülər kendiləri anda (Məz. 56/57: 7). Yolumda tələ qurub canımı üzdülər, Mənə quyu qazdılar, amma özləri ora düşdülər. Anda fərəh bolıyıx biz anqar (Məz. 65/66: 6). Orada biz bunlara sevindik. Oğlum, xayda seni undamasalar hörmətləp, anda barma da kimesə sendən söz sormasa, anda cuap bermə (Müdrik Akixar haqqında rəvayət). Oğlum, o yerə getnə ki, hörmət göstərib səni dəvət etməyiblər, nə qədər ki, bir şey soruşmayıblar, cavab vermə (nə zaman soruşarlar onda cavab verərsən). Açınqız manqa eşikni toğruluxnunq ki, kirgəymen anda da xosdovanel bolıyım Eyamizgə (Məz. 117/118: 19). Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim. Salmos Tavitninq. Yenqmax üçün. Xaçan edi ol ancyax anabadda anda Cuhutluxta (Məz. 62/63: 1). Davudun məzmuru. Yəhuda səhrasında olanda.

anda-bunda zrf. – orda-burda, ora-bura: Bu, yürüp anda-bunda, xaçan ki ol hayvanlarnı tapma bolmadi, bardı Samuel markaregə ki, anqar aytkay, xayda tapulsar (1 Pad. 9: 3-6) O, ora-bura vurnuxub, heyvanları tapa bilmədi. Bundan sonra Samuel peyğəmbərin yanına getdi ki, haradan tapmaq lazım olduğunu ona söyləsin.

andagi // andaki sif. – ondakı, ona xas, ona aid olan: Arakellər üçün tanıx: andagi tirliktən bolmalı. Həvvarilər barədə şəhadət: Ondakı həyatdan əsər olmalı. Xaysilarınınq ki xaranqğulanıptır yürəkləri alarnınq da yatlanıptırlar andagi tirlikindən Tenqrininq, biliksizlik üşün ki, bardir alarda, soxurluxları üçün yurəklarininq alarnınq. Ürəklərinə qaranlıq çökənlər və ondakı Tanrıya xas həyata yadlaşanlar (həyatdan uzaqlaşanlar) öz biliksizlikləri və ürəklərindəki mərəzləri üzündən belə etdilər. Ne xadar dağı artıx artarlanğanmızğa bizim hali xanı bilə anınq xutulğaybiz anınq bilə öçəşməxtən andaki (Rom. 5: 9). Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Ondakı qəzəbdən (Tanrının qəzəbindən) mütləq xilas olacağıq.

andan (-dır, -siz) əvz. – ondan. “O” (ol) şəxs əvəzliyinin təkinin çıxışlıq halı: Ya kim berdi anqar ötünç da alğay ornuna andan? Zera andan da anınq bilə da andadır barça. Anqar haybat menqilik! Amen (Pom. 11: 35, 38). Kim Ona bir şey verdi ki, əvəzini Ondan istəyə bilsin?» Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin. Men turdum xan andan üsnə Sionnunq (Məz. 2: 6). Mən Sion üzərində xanlığı Ondan aldım.

andaş Bax: antdaş

andiç ~ (-məgə, -tim, -tinq, ~ti, -tilər, -iy edi, -iyir, -iyirbiz, -iyirlər, -kənni, - kənlərgə, -məx, -məxkə, -məxtən -ip) // andic ~ (-tim) // andıç ~ (-tim, -tım, -tı) fel. – and içmək: Xoydum ant tanqlanğanlarıma menim, andiçtim Tavitkə, xuluma menim... (Məz. 88/89: 4). Öz seçdiyimlə əhd kəsmişəm, qulum Davud üçün belə and içmişəm…Bir kez andictim arilikimə menim ki, Tavitkə men yalğanlanmıyım (Məz. 88/89: 36). Müqəddəsliyim naminə bir dəfə and içmişəm: Davuda yalandan söz verməyəcəyəm. Neçik andiçtim öçəşmaximdə menim ki, kirgaylar tincyliximə menim (Məz. 94/95: 11). Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə