Bəxtiyar tuncay


ayaxyolu ism. – ayaqyolu, tualet ayal



Yüklə 0,83 Mb.
səhifə14/14
tarix14.12.2017
ölçüsü0,83 Mb.
#15624
1   ...   6   7   8   9   10   11   12   13   14

ayaxyolu ism. – ayaqyolu, tualet

ayal ~ Bax: uyal ~ (-ıyırmen)

ayamax f. ism. - əsirgəmə, xəsislik, peşimanlıq: Kim ki saçsa ayamax bilə, ayamax bilə çalğay (II Kor. 9: 6) Kim ki xəsisliklə səpər, peşimançılıqla biçər.

ayan ~ fel. – xəsislik etməmək, heyifslənməmək: Sağlıxtan kensininq haybatın üçün anınq ayanmıyın. Onun şöhrəti naminə öz sağlamlığını heyfslənmədən (xərclədi).

ayan bol ~ fel. – dirilmək, ölüb-dirilmək: Ari Tenqri, ari kuçlü, ari ölümsüz ki, ayan boldunq (turdunq ölüdən bizim üçün, yarlığa bizgə. Ey Müqəddəs Tanrı, bizə görə ölülər aləmindən dirilən, müqəddəs və güclü, müqəddəs və ölməz, bizə rəhm et.

ayartma Bax: ayırt ~ (-ma)

ayavuçı см. ayovuçı

ayazlıx ism. –şaxta, şaxtalı hava: Boldum men neçik tulxux ayazlıxta, zera toğruluxunqnu seninq unutmadım (Məz. 118/119: 83). Şaxtalı gündəki xəz tuluq kimi oldum, amma qaydalarını (doğru yollarını) unutmuram.

ayb (-nı, -dan, -ımnı, -lar, -ları) ism. (< ayıb azərb.)– ayıb, eyib: atnınq aybı. Atının ayıbı. Ulu yüz aybları bilə başların asıp. Böyük-böyük üz ayıbları ilə başlarını əydilər.

aybla ~ (-ma, -dım, -dılar, -r, -rlar edi, -ğaymen, -ğaylar, -magay, -sa, -ğan, -ğannı, -ğanların, -p) // ayıbla ~ // ayıpla ~ fel. – ayblamaq, ayıbını söyləmək, utandrmaq, qınamaq: Köp incitirlər edi kendin atasınınq xulları da ayblarlar edi kendin da kültkü etərlər edi. da çanax-ayaxnınq pomıyın başından aşağa toldururlar edi. Atasının nökərləri tez-tez onu incidirdilər, onu ələ salır və qınayırdılar, qab-qacağın çirkabını tökürdülər başdan ayağadək üstünə tökürdülər.

Ayceğçıvrn ism. (aram) – oğlaq bürcünün aramicədən alban (qarqar-qıpçaq) dilinə keçmiş adı

aydavuçı ism. – təqibçi, təqib edən şəxs, qovucu, qovan adam: Aytmaxı kendi emgəki üçün da küsənçliki üçün da başxış üçün ki, boldu anqar da ki tüşməgəylər Gorntaçilər xozqamaxlarına aydavucyılarnınq. Özünün əməyi (gördüyü işləri), öz ehtiraslı arzusu və ona verilən ruzi, eləcə də korinflilərin təqibçilərin fitnələrinə uymamaları bardə hekayət.

Aydin x. ism. – Aydın. Albanlar arasında yayğın olan şəxs adlarından biri: Avram Aydin oğlu. Avram Aydın oğlu. Heqnə Aydin sinqari. Heqnə - Aydının arvadı. Bax: Aydın

aydın ism. – aydın, işqlı, nurla, nura boyanmış, nura qərq olmuş: Tenqrimiz biznim aydini kelgay. Bizim Tanrımız işıq nura boyanaraq gələcək.

Aydın x. ism. – Aydın. Albanlar arasında yayğın olan şəxs adlarından biri: Jovanes Aydın oğlu. Yəhya Aydın oğlu.

ayğır // ayğır at ism. – ayğır

ayirıl ~ Bax: ayırıl ~

ayıbla ~ Bax: aybla ~

ayıx – ayıq, oyaq

ayıxlıx ism –ayıqlıq, oyaqlıq, gözüaçıqlıq: Kelip saxlağay bizni muşxulsuz kündüz da keçə ayıxlıxta da tinçliximizdə bizim. Qoy gəlib bizi gecə və gündüz ayıqlıq və hüzur içində qorusun. Aytmas: xaysi çıdıyırlar aruvlux üçün, ya ayıxlıx üçün, ya ozgə arakinuцiun, evet toğrulux üşün. Demir: olar ki, paklıq üçün, ayıqlıq üçün və ya başqa xeyirli iş naminə dözürlər.

ayın ~ fel. – ayılmaq, oyanmaq: Ayınınqız artarlıx bilə da yazıx etmənqiz (1Коr. 15: 34). Ayılın, saleh olun, daha günaha batmayın.

ayını Bax: yay (-ını)

ayıpla ~ Bax: aybla ~

ayir ~ (-ma, -mağa, -mamağa, -ıyım, -ğın, -ınqız, -ma, -dım, -dınq, -dı, -dıq, -dınqız, -dılar, -ır, -ırlar, -ır edi, -mas, -ıyır, -ıyırbiz, -ıyırlar, -ğay, -ğaylar, -sar, -ğanlarğa, -ğan, -ğandır, -ğanğa. –ğanlarnınq, -mağan, -max, -maxnınq, -maxqa, -maxlar, -mamax, -ıp) fel. ayırmaq: Dörtkə ayırdılar. Dörd yerə ayırdılar. Ayırırlar erlər xatunlarından. Kişiləri arvadlarından ayırırlar. Bu tenimni menim... ayırınqız canım bilə menim da men üç kündə oyatırmen anı. Bu bədənimi... canımdan ayırın və mən üç gündə oyadaram onu. Ayırın tillərin alarnınq. Ayırın dillərini onların.

ayırı Bax: ayrı

ayırıl ~ (-ma, -mama, -mamağa, -sın, ınqız, -dı, -dılar, -madı, -ıpbiz, -ır, -ırlar, -mas, -ğaymen, -ğay, -mağaylar, -sa, -sar, -sarlar, -ğan, -ğannınq, -ğanda, -ğan boldular, -ganına, -ğanlar, -mağan, -mağandır, -mağan bolma, -mağanlar, -max, -maxnınq, -maxqa, -maxnı, -maxtan, -maxı, -maxından, -maxları, -mamaxı, -ıp) // ayrıl ~ (-dı, -ıpbiz, -ıp esələr, -ır, -ırlar, -ıp) fel. – ayrılmaq: Sımarlarmen sizgə, xardaşlar, atına Eyəmizninq bizim Yisus Krisdosnunq ayırılma sizgə başxış xardaştan ki, bizmilik sartin yürügəy da dügül sımarlamaxqa körə, xaysı ki yöpsündünqüz bizdən (II Sal. 3: 6). Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın (ayrılın). Tenqrininq atı atılır ayırılmas tarbiyat Tanrının adı onun bölünməz (ayrılmaz) təbiəti ilə adlandırılr.

ayırıllar Bax: ayır ~ (-ırlar)

ayırıldaş ism. ayrılma (bölüşdürülmə) prossesinin tərəfdaşlarından biri.

ayırılmağan sif. - ayrılmaz, parçalanmaz, bölünmz

ayırmax f. ism. –ayırma, bölmə, paylama:

ayirmaxlıx (-lar) Bax: ayırmax

ayıruçı ism. – 1. ayırıcı. Bir şeyi növlərə, çeşidlərə ayran; 2. aravuran: Ayıruçı ya köp sözçi. Aravuran və çox qeybət qılan (söz aparıb-gətirən).

ayıvsun ~ Bax: hayufsun ~

aykün ism. – ay günü. A. Qarkavetsin fikrincə, bu termin qıpçaqların latın dilində həftənin eyni anlamı verən ikinci günü ilə özlərinin “aynakün” dedikləri cümə gününü eyniləşdirmək cəhdi ola bilər. Lakin onun bu fikri bizə inandırıcı görünmür. Çünki Strabonun yazdığına görə, albanlar xristianlığın qəbulundan öncə ay və günəşə sitayiş edərmişlər və hətta İberiya ilə sərhəddə Ay Məbədi də varmış. Odur ki, “aykün” terminini albanların xristianlığaqədərki dini mərasimlərindən birinin keçirildiyi günü ifadə edən termin kimi gözdən keçirmək daha doğrudur.

aylan ~ (-ma, -ğın, -dı, -dılar, -ır, -ıy edilər, -ıyırmen, -ıyır, -ğay, -ğaybiz, -ğaysiz, -mağay. -sa, -sar, -ğan, -ğanı, -max, -maxlar, -ıp) fel. – 1. dönmək, fırlanmaq, çevrilmək: Aylanıyırmen yaman işlarimdən. Pis işlərdən dönürəm. 2. hallanmaq. Söhbət qrammatik anlamda isimlərin hallanmasından gedir: Aylanmaxlar atlarğa. İsmin halları.

aylandır ~ (-ma, -mağa, -masın, -dım, -dınq, -dı, -dılar, -mas, -ır, -ıy edilər, -ıyırmen, -ıyırbiz, -ıyırlar, -ğay, -ğan,) fel. – 1. döndərmək, fırlandırmaq, çevirlmək, dəyişdirmək: Artxarı aylandırıp 4 xağıt, taparsen da tamam ayt. Dörd səhifə çvirib taparsan, bütünlüklə oxu. Kləgəylər aylandırma avedaranın Krisdosnunq (Qal. 1: 7) Məsihin İncilini dəyişdirmək istəyirlər. Heçkə aylandırma. Heçə döndərmə (heç etmək). Kemininq burnun aylandırğan ya kemini sürgən. Gəminin burnunu döndərən (sükançı) və ya gəmini sürən. 2. hallandırmaq. Söhbət qrammatik anlamda isimlərin hallandırılmasından gedir: Xarıştırma ya söznü teşkirmə, aylandırma. Qarışdırma (mürəkkəb söz yaratmaq) və ya sözü dəyişdirmək, (yəni onu) hallandırmaq.

aylandırmaxlıx ism. – təhrif, çevirmə, yanlış yozum: Ki ornu umsəsizlixkə da aylandırmaxlıxqa xalmağay. Ümidsizliyə və təhrifə yer qoymamaq üçün.

aylanğan f. ism. – dövrə, fırlanma, dönüş, dairə, çevrə, burulğan: Aylanğanı suvlarnınq. Su burulğanı (suların burulğan əmələ gətirməsi). aylıx I ism. – aylıq. Hər hansı bir prosesin aylarla ifadə edilən müddətinin ifadəsi: Xacyan altı aylıx boldu Mariam. Məryəm altı aylıq olanda. Beş aylıx. Beş aylıq. Ari ğoys zədəsiz da Ari Candan yüklü edi 7 aylıx. Müqəddəs bakirə (Məryəm) zədəsiz (uşaqlıq pərdəsi zədələnməmiş, yəni qız) və Müqəddəs Ruhdan yeddi aylıq yüklü (hamilə) idi.

aylıx Il ism. – aybaşı, qadınların heyz halı: Aylıxı xatun kişininq. Qadının aybaşı halı.

Aynabaxt x. ism. (< azərb.) – hazırda Yunanıstann mərkəzində yerləşən, “İnebaht” adlanan keçmiş Osmanl liman-şəhəri

aynakün (-nünq, -nünqdir, -gə, -də) ism. (< ayna // adına frs + kün türk.). – cümə. Həftənin beşinci günü. Müq. et: kiçiaynakün

ayos ~ (-nunqdur; -lar) ism. (yun.) – müqəddəs: Yıxövdə bolğan ayoslar da özgə ari-beriləri barı yıxövlərninq... Kilsədə olan müqəddəslər və kilsənin digər əşyaları... Xırx Ajos künü. Qırx müqəddəslər günü.

ayovlu // ayuvlu ism. – himayə altında olan, himayə edilən, qorunma altında olan, qorunan

ayovsuz sif. – 1. qəddar, rəhimsiz: Nek bulay ayovsuz xanlar tökiyirsen? Niyə bu qədər qəddarcasına qanlar tökürsən? 2. mənasız, boş: Ayovsuz ya boş. Boş. və mənasız.

ayovuçı (-nınq. –m, -mız) // ayavuçı ism. və sif. – qoruyucu, himayəçi, hami, qayğı çəkən, qayğıkeş, rəhimli: Ayovuçı, baxuçı. Qayğıkeş, himayəçi (baxıcı, xəstəyə baxan, uşağa baxa və s.). Ayovuçı yaratqanlarınqı. Yaratdıqlarını himayə edən, onlara rəhimli olan.

ayrı // ayırı // xayrı zrf. – 1. ayrı, başqa, fərqli. Xüsusi, tək, başqası ilə əlaqəsi olmayan: Bu iş ayrıdır. Bu iş ayrıdır (başqadır). 2. ayrıca: Dağı ayrı 20 xızıl yanına bolğan. (Bundan başqa) üstandə ayrıca daha 20 qızıl vardı.

Borçludur manqa 1 axça, xaysı ki kensinə ayrı işləpmen 3 həftə (Albanların hüquq sənədlərindən). Ona üç həftə işlədiyim üçün mənə ayrıca daha bir axça borcludur.

ayrı // ayırı // xayrı qoş. – 1l. qeyri, savayı, başqa, bundan başqa: Beş axçadan ayrı. Beş axçadan başqa.

ayrı-ayrı zrf. – ayr-ayrı. Hər biri ayrıca, hər biri təklikdə, bircə-bircə: 8 xağıt ayrı-ayrı yazğan. Ayrı- ayrı yazılmış 8 vərəq.

ayrıl ~ Bax: ayırıl ~

ayruğsu Bax: ayruxsu

ayruxsu // ayruğsu // ayruxsı zrf. – xüsusilə, xüsusən, hər şeydən öncə, hər şeydən çox: Alğışlısen sen, Biy Tenqri, atalarımızdan bizim, ögövlü da ayruxsu biyikləngən atınq seninq menqilik (Dan. 3: 52). Alqışlanansan sən, ey Tanrı, ey Rəbb, atalarımız həmişə hər şeydən çox Səni mədh etmişlər.

ayt ~ (-ma, -mağa, -mamağa. -ıyım, -qın, -sın, -ayıx, -ıyıx, -alıx, -alıq, -ınqız, -sınlar, -ma, -mağın, -masın, -manqız, -masınlar. -tım, -tınq, -tı, -tıx, -tıq, -tınqız, -tılar, -madınq, -madı, -madılar. -tı esə, -tılar esə, -ıpmen, -ıpsen, -ıptır, -ıptırlər, -ıp edi, -ıp edir, -armen, -ırmen, -arsen, -ırsen, -ar, -ır, -arbiz, -ırbiz, -arsiz, -ırsiz, -arlar, -ırlar. -mam, -man, -mas, -masbiz, -maslar, -ır edim, -ar edim, -ır edi, -ar edi, -ır edix, -ar edix, -ırlar edi, -arlar edi, -ıymen, -ıylar, -ılar, -may, -ıy edinq, -ıy edi, -ıy edilər, -mıy edi, -ıyırmen, -ıyırsen, -ıyır, -ıyırbiz, -ıyırsiz, -ıyırlar, -mıyırsen, -ıyır edi, -ıyır edilər, -qaymen, -qaysen, -qay, -qaybiz, -qaysiz, -qaylar, -mağaymen, -mağaysen, -mağay, -mağaybiz, -mağaylar, -sam, -sanq, -sa, -sax, -sanqız, -salar, -masam, -masanq, -masa, -sam edi, -sarmen, -sar, -sarbiz, -sarlar, -qan, -qandır, -qanğa, -qannı, -qanda, -qandan, -qanım, -qanımdan, -qanınq, -qanınqa, -qanınqnı, -qanı, -qanına, -qanın, -qanından, -qanımız, -qanımızğa, -qanımıznı, -qanlar, -qanlarnı, -qanları, -qanlarına, -qanların, -max, -maxnınq, -maxqa, -maxnı, -maxta, -maxtan, -maxı, -maxın, -maxımız, -maxlar, -ıp, -mıyın, -qaçox, -almas edi) fel. – demək, danışmaq, söyləmək, bəyan ermək, moizə oxumaq, oxumaq, dilə gətirmək: Aytma netürlülüxün cinsninq da ulusnunq. Nə cür xalq və ölkə olduğunu söyləmək.

-Ne aytarsen caninqnı seninq?

-Tensizdir canım menim (Qriqori Hamamanın “Alban dilinin qrammatikası” kitabından).

-Canın (ruhun) haqqında nə deyə bilərsən?

-Maddi deyil (bədənszdir) canım (ruhum) mənim.

Necyik ol kezgi künnü, alay hali də aytıymen O dəfəki gün olduğu kimi bu gün də deyirəm. Aytıyırmen, hakiyətliyirmen (Yun. 1: 8). Söyləyirəm, hekayət edirəm. Aytma, ya acyıx aytma, ya səbəpin aytma. Demə, ya açq söyləmə, ya da səbəbini dilinə gətirmə.

aytıl ~ (-ma, -maga, -dı, -dılar, -ıptır. –ır, -mas. -ıyırmen, -ıyır, -ıyırlar, -mıyır, -ıyır esə də, -ğay, -mağay, -masa, -masa edi, -sar, -ğan, -ğandır, -ğanınınq, -ğanlar, -ğanlarnınq, -ğan bolur, -ğan bolğay, -ğan bolsa, -mağan, -max, -maxnınq, -maxı) fel. icb. for. – deyilmək, söylənmək, dilə gətirilmək: Anqlanır ya aytılır. Anlaşılır ya deyilir. Aytılır, xaysın ki avaz bilə oynarlar ya yırlarlar. Deyilənləri musiqinin müşayiəti ilə oxuyarlar, ya da mahnı kimi ifa edərlər.

aytlgan ism. və f. sif. – deyilmiş, söylnilmiş, acıqlama, moizə, cümlə, öyüd, nəsihət: Aytılğan surp hayrabed Nersesninq ari Errortuцiunğa xarşı, xaysın ki borçludur hər krisdan kişisi har künda aytmağa beş kez, on eki kez yügünm etip yer öpməx bilə, bolsun ertə, bolsun keçə ya ne vaxt ki kləsənq, ayt. Müqəddəs vardapet Nersesin söylədiyi və hər bir xristianın istər səhər, istərsə də axşam və ya da özü istədiyi vaxtda səcdəyə qapınaraq torpağı (yeri) öpərək, beş dəfə söyləməli olduğu dua-moizə.

aytılmağan f. sif. – söylənilməmiş, deyilməmiş, açıqlanmamış:

aytış Bax: aytuş

aytovsuz (-sen, -dur) f. sif. - eşidilməmiş, dilə gətirilməmiş, sözlə ifadə edilə bilinməyən: Evet yalğız seni alğışlıyix titrəmax bilə da inam bilə yuvuxlanıpbiz körümsüz da körümlü aytovsuzluxunqa. Bəli, yalnız Səni – gözlə görünməyəni, görünsə də sözlə ifadə edilə bilinməyəni biz səy və inam ilə alqışlayırıq.

aytuçı (-dırlar, -nınq, -lar, -larnı) // aytıçı (-larnınq) ism. – natiq, məruzəçi, sözçü, danışan, söz söyləyən, çıxış edən

aytuş f. ism. – söz, ifadə: Yöpsünövlü bolğay, neçik yağmur, avazım menim da engəy, neçik xıravu, aytuşum menim (Qan. 32: 2). Qoy təlimim yağış kimi tökülsün, sözüm şeh (qırov) kimi düşsün. İşitip avazına aytuşununq (buyruxununq anınq (Məz. 102/103: 20). (Ey) Onun sözünü (buyuruğunun səsini) icra eşidən (qüdrətli igidlər)! Bununq üçün biz də ol kündən ki, işittix, tiyilməsbiz sizinq üçün alğış etmə atan da xoltxa sunmaxtan ki, tolğaysiz biliklik bilə erkinə anınq, barça eslilik bilə da can aytışı bilə (Kol. 1: 9). Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də ürək sözümüzlə (ürəkdən, cani-könüldən) dualarımızı və yalvarışlarımızı kəsmədik.

-Nedir çektiri barlıxnınq?



-Barlix ilk ayrılır ketərmax söz bilə tensizgə da xoyulmax aytuş bilə tengə (Qriqori Hamamanın “Alban dilinin qrammatikası” kitabından).

-Varlqlarn fərqləri nədədir?

-Varlıqlar hər şeydn öncə sözlə ifadə edilə bilməyən qeyri-maddi və ifadə edilə bilən maddi olanlara bölünür.



ayuv (~lar, ~larğa) ism. - ayı

ayuvlu Bax: ayovlu

ayuvsun ~ Bax: ayıvsun ~ (-sun)

az (-dır, -dırlar, -nı, -da, -dan) sif. – az: Ne turlu ki anqladınqız bizgə aznı köptən, zera haybatınqız sizinq biz, neçik siz də bizim, kününa Eyəmizninq Yisus Krisdosnunq (II Kor. 1: 14). Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz İsa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağıq.

az ~ (-ma, -mamdır, -mandır, -ıyırmen, -ıyırsiz, -salar, -max, -maxnı) fel. – azmaq, sapmaq, yanılmaq, xəta etmək: Kləsə egər ki barçası azsalar sendən, evet men azmanmdır (Mat. 26: 33). Hamı Səndən (Sənin yolundan) azsa da, mən əsla azmaram.

azad (-men, -dır, -nınq, -ğa, -lar) sif. (< azərb. < frs) – azad, sərbəst: Biy Candır, xayda Canı Eyəmizninqdir, anda azad bolmaxlıxtir (II Kor. 3: 17). Rəbbimiz Ruhdur. Rəbbimizin ruhu haradadırsa, orada azadlıq hökm sürür. Bir kün azad bolup edi Bandalevon ustasından kensininq ki, övgə barğay edi. Bir gün Pantalemon ustasından evə getmək üçün icazə (azad, sərbəst olmaq icazəsi) istədi. Azad etüçi Krisdos, azad et meni ağu tinixli yelindən yazıx xışınınq, xaranğulanğan da buzlağan canımnı yarıxlat da isit. Azad edici Məsih, məni günahların qış yelinin məstliyindən azad et, qaranlığa qərq olmuş və buz bağlamış ruhumu nurlandır (işıqlandr) və isit.

azadlıx (-qa, -nı, -ına, -ımıznı, -nqız) ism. – azadlıq, sərbəstlik: Zera siz azadlıxqa ündəlipsiz, xardaşlar, yalğız ki tek azadlıxınqz sizinq bolmağay səbəpinə tenninq, yoxsa sövük bila xulux etinqiz biri birinqizgə (Qal. 5: 13). Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.

azar sif. və zrf. – azacıq, az-maz

azar ~ Bax: azarla ~ (-ma)

azar-azar zrf. – az-az, yavaş-yavaş: Azar-azar başlap edim töləməgə. Az-az (yavaş-yavaş) başlamışdım qaytarmağa.

azarla ~ (-ma, -mağa, -anqız, -ma, -dı, -dılar, -madınqız, -rmen, -r, -rlar, -r edi, - ğaysen, -ğay, -mağay. –sa, -sa edi, -max, -maxqa, -maxım, -maxınqdan) fel. – azarlamaq, rişxənd etmək, qınamaq, tənbeh etmək, təhqir etmək, məzəmmət etmək: Dügül ki bernələrinq üçün seninq azarlıyırmen seni (Məz. 49/50: 8). Qurbanlarından ötrü səni tənbeh etmirəm. Xoymadı adamlarğa yazıxlanma etməgə alarğa, azarladı xanlarnı alar üçün (Məz. 104/105: 14). (Rəbb) heç kimi onlara əzab verməyə qoymadı, onlara görə xanları tənbeh etdi. Baxuçı bolma inamlı sözinə vartabedlixninq ki bolğay ovundurma da sağ es bilə vartabedlixtən da xarşı bolğanlarnı azarlama... Anınq üçün azarlağaysen alarni bek ki, saqayğaylar inamda (Tit. 1: 9, 13). Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır... Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun. Dağın artıxsı tolundu boyumuz bizim azarlamax bilə, kimlər azarlar edi bizni da heç etmaxləri bilə öktəmlərninq (Məz. 122/123: 4). Laqeydlərin rişxəndləri, təkəbbürlülərin təhqirləri bizi cana doydurdu. Azarlamaxınqdan seninq, Tenqrisi Jağopnunq, yuxladılar da kimlar atlanırlar atlarğa (Məz. 75/76: 6). Ey Yaqubun Allahı, Sənin məzəmmətindən arabaçılar və atlar uyumuş qaldı.

azarlan ~ (-ır, -max, -maxqa, -maxım, -maxlarına, -ıp) fel. – azarlanmaq, rişxənd edilmək, qınanılmaq, tənbeh olunmaq, təhqir edilmək, məzəmmət olunmaq, töhmət edilmək: Oğlum! Salınma ögütündən Eyamizninq da umsasızlanma, azarlanıp andan. Oğlum! Rəbbimizin öyüdlərindən yayınma və O səni məzəmmət etdikdə ümidsizliyə qapılma. Egər ki barçası markarelik etsələr da kirsə anda xaysı inamsiz ya biliksiz, azarlanır barçasından da tergəlir barçasından (I Коr. 14: 24). Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən qınanılacaq, hər sözlə özünü araşdıracaq. Da boldum men tövülgən kün uzun da azarlanmaxım menim tanq erta (Məz. 72/73: 14).Gün boyu əziyyətə düşürəm, hər səhər ertə töhmət edilirəm (töhmətlə üzləşirəm).

azarlavuçı ism. və sif. – azarlayıcı, təhqir edən, məzəmmətçi, tənbehçi, qınayıcı, töhmət edici: Paxıllıxı övünqnünq seninq yedi meni, tabasi azarlamax azarlavuçılarınqdan seninq tüştilər üstümə menim (Məz. 68/69: 10). Evinin paxıllığı məni yandırıb-yaxdı, səni təhqir edənlərin rüsvayçı təhqirləri altında qaldım. Ataların-anaların azarlavuçılar. (Rom. 1: 30). Ana-atalarını təhqir edənlər.

az-az zrf. - az-az

azbar (-ğa, -da, -ımdır, -ıma, -ıdır, -ına, -ın, -ında, -ından, -larına) ism. – həyət, çəpərə alınmış sahə, qapalı yer:

azbar-çetən Bax: azbar

azdan-köptən Bax: az-köp

azdırmax fel. – azdırmaq, sapdırmaq, yoldan çıxartmaq: Saxla meni sırtmaxtan, xaysı ki yaşınıptır manqa, azdırmaxından xılınuçınınq törəsizlikninq (Məz. 140/141: 9). Şər iş görənlərin (yoldan çıxaranların) tələsindən, onların qurduğu qanunsuzluq cələsindən məni qoru.

azdırmaxlıx f. ism. –hiylə, fitnə, hiyləgərlik, fitnəharlq, şər, azdırma, sapdırma, yoldan çıxartma: Ki boylarınınq kendilərininq umsasın kestilər da çıxara berdilər boyların azdırmaxlıxqa işinə barça murdarlıxnınq akahlix bilə. Odur ki, onlar öz ruhlarını ümidlərdən məhrum etdilər və özlərinin azdırılmalarına, hər cür murdar işə bulaşdırılmalarına imkan yaratdılar.

azğına (-nınq, -nı, -lar, -larnınq) // azgına sif. – azacıq, bir az, azmaz: Bilməs misiz ki, azğına açı xamur barça neməni açıtır? (l Kor. 5: 6). Biməmisiniz ki, azacıq acı xəmir (maya) hər şeyi acıdır?

azğındıq Bax: ğındıq (az ~ bilə)

azgna Bax: azgına

azğır ~ Bax: azdırmax

Azia // Aziya Bax: Asiya

aziz sif. (< azərb. əziz < ər.) - əziz: Dağın da köplər bolğaylar xartlıx semizliklərindən, özdən da aziz da imşax bolğaylar, aytma: “Toğrudur Biy Tenqrimiz bizim da yoxtur kendində egirlik” (Məz. 91/92: 15, 16). Qocalanda da bar verəcəklər, təravətli, əziz qalacaqlar. Belə deyəcəklər: «Rəbb haqdır, O mənim qayamdır, Onda haqsızlıq yoxdur». Aziz da biyənçli sövüklüsü Ata Tenqrininq. Əziz, müqəddəs və Ata tanrının sevimlisi

любимец Бога_Отца



azığsız Bax: azıxsız

azıx (-nı -ı, -ın) // asıx (nı, -ımnı, -ı, -ın) ism. – azuqə, yem, yemək, ərzaq: Ber manqa asıxımnı menim. Ver mənə azuqəmi mənim.Azıxı yazıxnınq ölümdür, yoxsa başxışı Tenqrininq – tirlik menqilik K‘risdosta Yisusta, Biyimizdə bizim (Rom. 6: 23). Çünki günahın əvəzi (yeməyi, yemi) ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.

azıxlan ~ fel. – azuqə ehtiyatı toplamaq, azuqə tədarükü görmək

azıxsız // azığsız sif. – yeməksiz, azuqəsiz

azıxsizlan ~ fel. –azuqəsiz qalmaq, yeməksiz qalmaq

az-kop zrf. – az-çox: Egər azdan-köptən nemə bar edi esə barçanı men neçik ayovuçı paxıllıx etiyir edim. Əgər onun azdan-çoxdan nəyi isə vardısa, mən bir hami kimi hamsına paxıllıq edirdim.

azlat ~ fel. - azaltmaq

azlıx (tan, -ı, -ın) ism. – azlıq: Zera ne türlü ki hnazant azlıxı bilə bir adamnınq yazıxlı köplər boldular, ol türlü hnazantlıxı bilə birninq artar köp boldular (Rom. 5: 19). Necə ki azlığın, bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq. Cuvap berdi anqar yolunda xuvatınınq kendininq: azlıxın künlərimninq menim belgirt manqa (Məz. 101/102: 24). Cavab verdi yolda ona qüvvəsi yetdukcə ki, (ömür) günlərim(in sayı durmadan) azalır, məni (tez-tez) ziyarət et.

azmaxlıx ism. – sapma, yol azma, sapıqlıq, azğınlıq, tor, tələ: Bar mendən keri, şaytan! Azmaxlxım menimsen! Ki sağışlamassen Tenqrininqkin, yoqsa adamnınqkin (Mat. 16: 23). Çəkil qarşımdan, Şeytan! Sən öz azğınlığınla mənə mane olursan. Sən Tanrının işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən. Bolsun atovlari alarnınq allarına alarnınq sırtmax, tölövgə da azmaxlıxqa (Məz. 68/69: 23). Süfrələri onlar üçün tələ olsun, müttəfiqləri üçün tor olsun. Bolgay (Bolsun) yolları alarnınq xaramğuluxta da azmaxlıxta da friştəsi Eyəmizninq xuvğay alarnı (Məz. 34/35: 6). Yolları onların yol azdıran zülmət olsun, Rəbbin mələyi onları silib atsın (qovsun). Nemə ki kezər (yürür) xaranğuluxtan azmaxlıxtan devninq (şaytannnq) yarimkünnü (Məz. 90/91: 6). Nə yol sapdıran zülmətdə, nə də günorta dolanan divdən (şeytndan) qorxmazsan.

aznavur (-nunq, -nu, -lar) // aznavor ism. və sif. – azman, igid, bahadır, cəngavər: Kün toğuşundan xordu çətirin kendininq, da kendi – neçik kiyöv ki, çıxar sarayından kendininq, sövünür ol, neçik aznavur, yügürmaıində yolunda kendininq (Məz. 18/19: 5, 6).Günəş gərdəyindən bəy kimi çıxır, qaçışa çıxan bir azman kimi şad olur. bir tərəfdən çıxır, göylərdə dövrə vurur. Dügül ki köp xuvatında kendininq abralır xan da ne aznavur (bahatır) köp xuvatına kendininq (Məz. 32/33: 16). Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz. Dügül ki xuvatın atnınq klədi Biy da ne erlikinə adamnnq aznavur adama biyəndi. Yoxsa biyəndi Biy xorxqanlarına kendininq da alara, kimlər ümsənirlər yarlığamaxına anınq (Məz. 146/147: 10, 11). O, güclü atlardan zövq almaz, bahadırlardan razı qalmaz. Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.

azuçı ism – yolunu azan adam

azulax (-qa, -tan) sif. –cüzi, qısa, azacıq:

azulaxğına // azulaxqına sif. və zrf.. – bapbalaca, lap balaca, az qala: Evet ki menim bir zərrə də seskənip edilər ayaxlarım menim, azulaxğına da tayip edilər barğanlarım menim (Məz. 72/73: 2). Amma mənim ayaqlarım az qala büdrəmişdi, addımlarım məni yıxmışdı.

azulaxlan ~ fel. – kiçilmək, balacalaşmaq, qısalmaq Müq. et: azulax azlat ~

azulaxlat ~ Bax: azulaxlan ~





Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə