BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə17/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   13   14   15   16   17   18   19   20   ...   155

 

51

işlə  təmin edilmişdir. Rayon əhalisi üçün kreditlərin verilməsi, müxtəlif 

kimyəvi pereparatlarla təminat, kənd təsərrüfatının daha sürətli inkişafına 

və bolluq yaradılmasına təkan verir. Ümumiyyətlə, kənd yerlərinin kre-

ditləşdirilməsi istiqamətində atılan hər bir addım kənd rayonu olan Bər-

dədə insanların torpağa bağlılığını bir az da artırır. Bu da həm adamların 

maddi durumunun yaxşılaşması, həm də bütövlükdə bərdəlilərin ölkə hə-

yatında özünəməxsus yerinin bir az da möhkəmlənməsi deməkdir. 

Bərdə öz əvvəlki  şöhrətini qaytarmaq istiqamətində  əzmlə geniş-

miqyaslı inkişaf yolunu tutub. Bu gün həmin görülən işlərin bir qismini 

təqdim etməklə bir daha vurğulamaq istəyirəm ki, Bərdə bütün dövrlərdə 

olduğu kimi, yenə də öz böyük tarixinə, öz böyük ənənəsinə sadiqlik nü-

mayiş etdirməkdədir. Necə deyərlər, işləri avand, yolları uğurlu olsun.  

 

Ceyhun Rüstəmov, 

  Bakı, 13.09.2004, AzərTAc 



 

 

 

 

 

BƏRDƏ  RAYONUNUN  MƏRKƏZİ  KİTABXANASINDA 



REGİONLARDA  YARADILAN  İLK  ELEKTRON 

KİTABXANANIN  AÇILIŞ  MƏRASİMİ  OLACAQ 

 

9 fevral tarixində Bərdə rayonunun Mərkəzi Kitabxanasında Azər-

baycan regionlarında yaradılan ilk Elektron kitabxananın açılış mərasimi 

keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlu-

mata əsasən təqdimat mərasimində Azərbaycan Respublikası Mədəniyyət 

və Turizm naziri Əbülfəs Qarayev, Bərdə Rayon İcra Hakimiyyətinin baş-

çısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələ-

rinin əməkdaşları iştirak edəcəklər.    

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 

2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Res-

publikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə in-

kişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq respublikada kitabxanaların 

informasiyalaşdırılması işi həyata keçirilir.  

Bərdə rayonunda yaradılan ilk Elektron Kitabxana rayon Mərkəzi 

Kitabxanasında təşkil olunub. Kitabxana üçün xüsusi Avtomatlaşdırılan 

Kitabxana – İnformasiya Sistemi alınıb, habelə kitabxananın Veb-saytı 

(http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə təqdim edi-

lib. Kitabxananın binası əsaslı təmir olunub, müasir inventar və avadan-

lıqlarla təchiz edilib.  



 

52

Veb-saytda Elektron kataloq və Elektron Kitabxana vasitəsi ilə 

oxuculara kitabxananın resursları, habelə kitabların tam mətni təqdim 

olunur. Elektron Kitabxana bölməsində yüzlərlə müasir, latın qrafikalı ki-

tabların tam mətni yerləşdirilib. Onlardan Azərbaycan və dünya ədəbiyya-

tından seçmələr, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi 

haqqında Azərbaycan və xarici müəlliflərin nəşrlərini qeyd etmək olar. 

Bərdə rayon Mərkəzi Kitabxanasının saytında kitabxana və onun şöbələri, 

habelə kitabxanada oxucular tərəfindən ən çox oxunan kitablar haqqında 

məlumat verilir. Veb-saytda kitabxana tərəfindən keçirilən tədbirlər mütə-

madi işıqlandırılır. Saytda Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsinə 

dair linklərdə Qarabağ haqqında ətraflı məlumatlar əldə etmək mümkün-

dür.  

Bundan başqa, Veb-saytda “Qədim Bərdə və bərdəlilər” məlumat 



bazası yerləşdirilib. Burada Bərdənin qədim dövrdən müasir dövrə qədər 

keçdiyi tarixi inkişaf mərhələsi, Bərdənin tarixi abidələri, habelə tanınmış 

bərdəlilər haqqında ətraflı məlumatlar yerləşdirilib.  

Sözügedən saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi, Pre-

zident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adı-

na Respublika Gənclər Kitabxanasının saytına daxil olmaq mümkündür. 



 

08.02.2010 



 

 

 

BƏRDƏDƏ  YENİ  LAYİHƏ  TƏQDİM  OLUNDU 

 

 

Bərdə  şəhər Elektron Kitabxanasında Azərbaycan Respublikası 



Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata 

keçiriləcək “Regionda ekoloji informasiyalaşdırma kampaniyasının təşki-

li” layihəsinin təqdimatı keçirilib. Sosial İnformasiya Agentliyinin xəbəri-

nə görə, təqdimatı “Ekoloji informasiya” İctimai Birliyinin sədri Musa 

Muradov açaraq layihənin məqsəd və məramları və donor haqqında məlu-

mat verib. Tədbirdə çıxış edən layihə rəhbəri Taleh Şahsuvarlı bildirib ki, 

Azərbaycan Respublikasının Ana Yasasının 39-cu maddəsi hər bir vətən-

daşa sağlam  ətraf mühitdə yaşamaq hüququ verir. Bundan əlavə, Azər-

baycan Respublikasının Milli Məclisi 1999-cu ilin noyabrında Orhus 

Konvensiyasını ratifikasiya edib. Üç əsas prioriteti özündə  əks etdirən 

konvensiya vətəndaşların ətraf mühit haqqında informasiya almaq hüqu-

qunu təmin etmək, vətəndaşlara ətraf mühitlə bağlı qanunların qəbul edil-

məsində iştirak hüququ vermək və ətraf mühit məsələləri ilə bağlı ədalət 

məhkəməsinə müraciətləri təmin etməyə şərait yaradır.  




 

53

Sevindirici haldır ki, Azərbaycan Konstitusiyasının 39-cu maddə-

sinin və Orhus Konvensiyasının müddəalarının yerinə yetirilməsi üçün 

güclü qanunvericilik bazası mövcuddur. Belə ki, Azərbaycanda 2002-ci il 

martın 12-də "Ətraf mühitə dair informasiyanın əldə edilməsi haqqında", 

2005-ci il 30 sentyabrında isə  "İnformasiya  əldə etmək haqqında" Qa-

nunları qəbul edilib. Fəqət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 say-

lı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Mübariz Hacıyevin 

verdiyi məlumata görə, 2009-cu il ərzində heç bir vətəndaş şöbəyə ekoloji 

informasiya almaq üçün müraciət etməyib. Həyata keçirilən layihə region 

üçün məhz bu baxımdan əhəmiyyətlidir və əminik ki, layihəmiz Mübariz 

Hacıyevi bir də belə "şikayətlər" etməyə qoymayacaq. 

 

25 Aprel, 2010 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə