Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   8   9   10   11   12   13   14   15   ...   134

 
27 
hardasa  1967-ci  ildən  əvvəldə,  ilk  kosmik  proqramlar,  Sülh  korpusu, 
«Azadlıq səfərləri», Mahaliya Cekson və Coan Baez dövrlərində qaldı. 
  Mən böyüdükdə, yetimiĢinci illərdə anlaya bildim ki, altmıĢıncı illərin 
rüĢeym hadisələri, hər Ģeyin səpələnmiĢ Ģəkildə olduğu bir vaxtda adamlara 
güclü  təsir  göstərmiĢdir.  Bunu  müəyyən  mənada  ana  tərəfdən  nənəmin  və 
babamın  1968-ci  ildə  Niksona  səs  verdiklərini  etiraf  edən  təcrübəli 
demokratlara  görə  deyinmələri  nəticəsində  baĢa  düĢmüĢdüm.  Anama  görə 
isə bu əsl satqınlıq idi və onları heç cür bağıĢlaya bilmirdi. AltmıĢıncı illər 
barədə  mənim  dərkim  Ģəxsi  axtarıĢlarımdan  formalaĢmıĢdı,  çünki  gənclər 
buntu siyasi və mədəni dəyiĢikliklərə, o vaxtlar tamamilə yoxa çıxan hansısa 
bir  əsas  tələb  edirdi.  Yeniyetməlik  yaĢlarında  mənə  həmin  dövrün  Dionisi 
ruhu,  hər  Ģeyi  qapmaq  ruhu  hakim  kəsilmiĢdi,  altmıĢıncı  illəri  kitablardan, 
kinofilmlərdən və musiqidən öyrənirdim və bu, anamın danıĢdıqlarına uyğun 
gəlmirdi. Hyu Nyutonun, 68-ci il Demokratik partiyanın Milli qurultayının, 
Sayqondan hava yolu ilə  geri çəkilmənin, Altamontdə «Stounz»un konsert 
obrazları  tam  baĢqa  cür  idi.  Əgər  bu  qiyamı    qaldırmaq  üçün  mənim  Ģəxsi 
bəhanəm yoxdusa, öz əhval-ruhiyyəmə və düĢüncə tərzimə görə qiyamçılara 
qoĢulardım,  axı  onlar  adamların  otuz  il  ərzində  əldə  etdikləri  müdrikliyi 
qətiyyətlə süpürüb atmıĢdılar. 
  Vaxt  keçdikcə  mənim  nüfuzları  qəbub  etməməyim,  öz    zəifliklərimə 
və  öz  zərərimə  göz  yummağa  gətirib  çıxardı  və  kollecə  daxil  olmaq  vaxtı 
gəlib  çatanda  mən  baĢa  düĢməyə  baĢladım  ki,  ümumi  qəbul  edilənlərə 
istənilən  meydan  oxuma  özündə  əks  tərəfdəki  sərt  ifratçılığa  qapılmaq 
təhlükəsini    gizlədir.  Mən  öz  kəĢflərimə  yenidən  baxdım  və  anamın, 
babamla  nənəmin  mənə  öyrətdiyi  dəyərləri  xatırladım.  Bu  ləng,  çox  vaxt 
ardıcıl olmayan dəyərlərin yenidən qiymətləndirilməsi prosesində elə anları 
qeyd etməyə baĢladım ki, bəzən kollecin yataqxanasında dostlarla söhbətdə 
hər  kəs  birdən  məntiqi  qaydada  düĢünməni  dayandırır,  qıĢqıra-qıĢqıra 
kapitalizmin  və  Amerikan  imperalizminin  eybəcərliklərini  asanlıqla  ifĢa 
etməyə,  monoqamiya  çərçivəsini  və  dini  rədd  etmək  ləzzətini  tərifləməyə 
baĢlayırdı, bu vaxt axıra qədər baĢa düĢə bilinmirdi ki, əslində bu çərçivələr 
sadəcə  olaraq  həyati  zərurətdir,  tələsik  qaydada  qurban  roluna  girib 
məsuliyyətdən qaçmaq və ya az dərəcədə bu qurban kompleksindən əziyyət 
çəkənlər üzərində mənəvi üstünlüyü təbliğ etmək ancaq ziyan gətirə bilər. 
Ronald  Reyqanın  məni  narahat  edən  1980-ci  ildə  nəyə  görə  qalib 
gəlməsini  bütün bunlar izah  edirdi. «Ata daha yaxĢı bilir» filmindəki onun 
oynadığı  Con  Ueyn  obrazı  inandırıcı  deyildi,  siyasətçi  kimi  isə  yöndəmsiz 
strategiyası  gülməli  idi,  yoxsullara  hücumuna  heç  cür  haqq  qazandırmaq 
olmazdı,  bütün  bunlara  baxmayaraq  onun  cazibə  qüvvəsinin  sirrini  baĢa 
düĢürdüm.  Bu  da  gəcliyində  məni  durmadan  özünə  cəlb  edən  Havay 


 
28 
adalarındakı  hərbi  bazaların  cazibə  qüvvəsi  ilə  eyni  təbiətə  malik  idi. 
Bazalarda  təmiz  küçələr,  yaxĢı  yağlanmıĢ  maĢınlar,  səliqəli  hərbi  forma, 
qulaqbatıran atəĢfəĢanlıq olurdu. Bu lətafət mənim indiyə qədər hiss etdiyim 
məmnunluğa bənzər idi. 
Bu  ləzzət  beysbol  komandasının  yaxĢı  oyununa  baxmaqdan  yaranırdı, 
arvadım  isə  bu  vaxt  yenidən  «Dik  Van  Daykın  ġousu»na  tamaĢa  edirdi. 
Reyqan  qayda  yaratmağa  yönəlmiĢ  ehtiraslı  arzudan  ustalıqla  istifadə  etdi, 
bizim  kor  qüvvələrin  əlində  sadə  oyuncaq  olmadığımızı,  Ģəxsi  və  ictimai 
dəyərləri  formalaĢdırmağa  qadir  olan  adamlar  olmağımız  hissini  qızıĢdırdı, 
bu vaxt biz özümüzdə  əməksevərliyin, vətənpərvərliyin, Ģəxsi məsuliyyətin, 
nikbinliyin və inancın olduğuna yenidən bir yəqinlik tapdıq. 
Reyqanın  səsi  minnətdar  auditoriya  tərəfindən  təkcə  ona  görə 
eĢidilməyə baĢlamadı ki, o, əlbəttə, yüksək səviyyəli ünsiyyət ustası idi, həm 
də  diqqəti  liberal  hökumətlərin  iqtisadi  durğunluq  vaxtı  buraxdığı  səhvlərə 
cəlb etdi və orta sinifdən olan seçicilərdə belə hiss yaratdı ki, məhz onların 
naminə  mübarizə  aparır.  Sirr  deyil  ki,  hökumət  bütün  səviyyədə  vergi 
ödəyənlərin  pulu  ilə  olduqca  sərbəst  davranırdı.  Bürokratların  unutqanlığı 
çox  vaxt  onlar  üçün  mandatın  itirilməsi  ilə  nəticələnirdi.  Liberal  sözçülük 
hüquqları  və  titulları,  vəzifədən  və  məsuliyyətdən  çox  yuxarı  qaldırırdı. 
Bəlkə də Reyqan «ümumi rifah dövlətinin» günahlarını pisləməkdə bir qədər 
həddi  aĢmıĢdı  və  Ģübhəsiz  ki,  liberallar  da  olduqca  düzgün  olaraq  onun 
daxili siyasətdəki əyintilərini, iqtisadi elitaya güzəĢtlər etməsini pisləyirdilər, 
doğrudan  da  səksəninci  illərdə  koporativ  reyderlər  böyük  gəlir  götürdülər, 
həmkarlar ittifaqları isə heç nə edə bilmirdi, orta iĢləyənlərin gəliri  yuxarı 
qalxmırdı. 
Reyqan qanuna xidmət edən, vətənpərvər ruhda olan əsl zəhmətkeĢləri 
öz  vədləri  ilə  dəstəkləsə  də  amerikalıların  ümumi  məqsəd  hissini  yatırtdı, 
liberallar da həmin vaxt bunu bir qədər yaddan çıxarmıĢdılar. 
Onun  tənqidçiləri  daha  çox  səs-küy  saldıqca  onlar  üçün  ayrılan  rolu  – 
həyatdan  ayrılmıĢ  «vergi  qoy  və  xərclə»  qaydasına  tərəfdar  olan  və  hər 
Ģeydə  Amerikanı  ittiham  edən  siyasi  cəhətdən  nəzakətli  elita  rolunu  daha 
yaxĢı oynayırdılar. 
 
 
Reyqanın hazırladığı siyasi formuladan daha çox əlamətdar olanı onun 
dəstəklədiyi  əfsanənin  təəccüblü  qaydada  yaĢamağa  davamlı  olması  idi. 
Qırxillik  məsafəyə  baxmayaraq  altmıĢıncı  illərin  buntu  və  ona  verilən 
reaksiya  indiyə  qədər  gizli  siyasi  mülahizələrimizi  hərəkət  etdirir.  Bu  bir 
daha göstərir ki, həmin illərin münaqiĢələri adamlara nə qədər ciddi görünür, 
onların kamilliyi həmin dövrə təsadüf etmiĢdir, o  vaxtkı siyasi  mübahisələr 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə