Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

 
37 
alverçilərini  də,  ona  ssuda  verməkdən  imtina  edən  bankir  kimi  söyür,  axı 
ssudasız  o,  öz  biznesini  inkiĢaf  etdirə  bilməyəcəkdir.  Və  ya  orta  yaĢlı 
feminist qadın vaxtilə etdiyi aborta görə göz yaĢlarını axıtmaqda davam edir. 
Və  ya  xristian  qadın  indicə  yeniyetmə  qızının  abortunun  xərcini  ödəmiĢdir 
və  ya  milyonlarla  ofisiant  qadınlar,  müvəqqəti  katibələr,  Ģəfqət  bacılarının 
köməkçiləri olan qızlar, «Uol-mart» ın satıcı qızları hər ay ürək döyüntüləri 
ilə  öz  maaĢlarını  gözləyir  və  beyinlərində  uĢaqlarını  necə  dolandırmaları 
barədə haqq-hesab aparırlar. 
Mən  təscəvvür  edirəm  ki,  onlar  elə  kamil  siyasət  gözləyirlər  ki,  o 
siyasət  idealizmi  və  realizmi  harmonik  qaydada  birləĢdirsin,  elə  siyasət  ki, 
kompromissin  mümkün  olduğunu  dəqiq  göstərsin  və  belə  olmadıqda  isə 
etiraf  edir  ki,  digər  tərəf  də  bəzən  ağıllı  qaydada  düĢünə  bilir.  Sağlar  və 
sollar,  mühafizəkarlarla  liberallar  arasındakı  fikir  ayrılıqlarının  mahiyyəti 
ona  heç  də  həmiĢə  aydın  deyildir,  lakin  ehkamla  sağlam  məna  arasındakı, 
məsuliyyətlə məsuliyyətsizlik, əbədi ilə bir anlıq arasındakı fərq aydındır. 
Bax  belə  adamlar  gözləyirlər  ki,  nə  vaxtsa    Respublikaçılar  və 
Demokratlar da onlara gəlib çatacaqlar.  
 
 
II fəsil  
Dəyərlər 
 
Ġlk  dəfə  Ağ  evi  mən  1984-cü  ildə  görmüĢdüm.  O  vaxt  yenicə  kolleci 
bitirib  Nyu-York  ġəhər  Kollecinin  Harlem  kampusunda  icma  təĢkilatçısı 
iĢləyirdim. Prezident Reyqan həmin vaxtlar fəal surətdə tələbələrə yardımın 
azaldılması  proqramını  həyata  keçirirdi  və  mən  tələbə  liderləri  qrupu  ilə,  - 
əsasən  qaradərililərlə,  puertorikalılarla,  ġərqi  Avropadan  çıxanlarla  sıx 
əməkdaĢlıq edirdim, onlardan çoxu ailələrində ilk ali təhsil alanlar idi, - bu 
azaldılmaya  qarĢı  etiraz  məktubları  yazıb,  Nyu-Yorkdan  olan  Konqress 
nümayəndələrinə göndərirdik. 
O  vaxt  hər  Ģey  tez  baĢa  çatdı,  hər  Ģeydən  çox  vaxtımızı  Reybern- 
bildinqin  saysız-hesabsız  dəhlizlərini  dolaĢmağa  sərf  edirdik  və  Kapitoli 
əməkdaĢlarının xoĢniyyətli, ancaq qısa müddət davam edən qəbullarına nail 
olurduq.  Bu  əməkdaĢların  çoxu  yaĢca  azacıq  böyük  idilər.  Günün  axırında 
biz  tələbələrlə  Esplanada  ilə  Corc  VaĢinqtonun  abidəsinə  qədər  getdik,  bir 
qədər dayanıb, Ağ evə baxdıq, Pennsilvaniya-avenyuda, baĢ giriĢdəki dəniz 
piyadalarının postundan bir neçə addım aralıda, öz iĢinə tələsən piyadaların 
və  bizdən  arxada  Ģütüyən  maĢınların  arasında  mən  Ağ  evin  yaraĢıqlılığına 
heyran olmaqdan daha çox, bu Ģəhər vurnuxmasında onun necə açıq olması, 
onun qapılarına necə yaxın gəlməyimiz, sonra isə onun digər ətrafına keçib, 


 
38 
oradakı qızıl güllüyə tamaĢa etməyimiz barədə düĢünürdüm. Həmin vaxt Ağ 
evin  bu  açıqlılığının  demokratiyaya  bizim  inamımız  barədə  nəsə  dediyini 
düĢünürdüm.  Mən  səmimi  qaydada  güman  edirdim  ki,  siyasi  liderlər  də 
bizim kimidirlər, onlar da bizim kimi qanun və ictimai rəy qarĢısında cavab 
verirlər. 
Ġyirmi  ilə  sonra  Ağ  evə  yaxınlaĢmaq  artıq  çətinləĢmiĢdi.  Blok-postlar, 
silahlı  mühafizə,  maĢınlar,  güzgülər,  itlər  və  yığma  maneələr  Ağ  ev 
rayonundakı  iki  kvartalın  bütöv  dövrəsini  mühafizə  edirdi.  Xüsusi  icazə 
olmadan  bir  maĢın  da  Pennsilvaniya  -avenyu  ilə  hərəkət  edə  bilməzdi. 
Senatda  mənim  andiçməm  ərəfəsində  soyuq  yanvar  axĢamı  Lafayet-park 
demək olar ki, boĢ idi. Ağ evin darvazasından maĢınla içəri keçəndə, sonra 
cığırla addımlayanda bu mənzərədən məni kədər bürüdü. 
Ağ  evin  içi  televiziya  reportajlarının  və  filmlərin  göstərdiyi  kimi  o 
qədər də gözəl deyildir. Daha çox qaydaya salınmıĢ olsa da, lakin artıq təzə 
yaĢayıĢ  yeri  deyildi, burada  yəqin  ki,  gecələr  adam  soyuqdan    əsərdi.  Mən 
hələ foyedə dayanıb dəhlizlərə baxırdım, bu zaman həmin yerin bütün tarixi 
yadıma  düĢdü.  Burada  Con  və  Bobbi  Kennedi  Karib  böhranının  həlli 
üstündə  baĢ  sındırırdılar.  Franklin  Delano  Ruzvelt  (FDR)    özünün  növbəti 
radio  müraciətinin  mətnini  tələsik  gözdən  keçirirdi.  Linkoln  dəhlizdə 
təklikdə    addımlayırdı,  millətin  yükünü  öz  çiyinlərində  çəkirdi  (Bir  neçə 
aydan sonra mən Linkolnun yataq otağını görə bildim, bu sadə otaqda köhnə 
mebel, çarpayı qoyulmuĢdu, ĢüĢənin altında Gettisberq Müraciətinin orijinalı 
var  idi  və...  bir  stolun  üstündə  yastı  ekranı  olan  iri  televizor  qoyulmuĢdu. 
Mən elə o vaxt təəccübləndim: kimə lazımdır ki, Linkolnun yataq otağında 
gecələsin və gecələr burada idman kanalına baxsın?) 
Məni həmin andaca Ağ evin əməkdaĢı qarĢıladı və Qızıl Otağa apardı, 
burada  Senatın  və  Nümayəndələr  palatasının  yeni  seçilmiĢ  üzvləri 
toplaĢmıĢdı. Düz saat on altıda Prezident BuĢun gəldiyini elan etdilər, o, zala 
aydın  məqsədli  adam  kimi,  ciddi  görkəmdə  girdi,  yüksəkliyə  qalxdı.  Bu 
ondan  xəbər  verirdi  ki,  o,  qətiyyətli  əhval-ruhiyyədədir  və  heç  də    dolayı 
qaydada  danıĢmaq  istəmir.  On  dəqiqə  ərzində  o,  nitq  söylədi,  zarafat  etdi, 
milləti  birləĢməyə  çağırdı,  sonra  isə  bizim  hamımızı  Ağ  evin  digər 
qurtaracağına,  bir  qədər  Ģərab  içməyə,  onunla  və  Birinci  ledi  ilə  Ģəkil 
çəkdirməyə dəvət etdi. 
Bu  vaxt  artıq  mən  çox  acmıĢdım  və  yeni  seçilmiĢ  qanunvericilər  Ģəkil 
çəkdirməyə  düzüləndə  mən  bufetə  tələsdim.  Salatı  çeynəyə-çeynəyə  mən 
Nümayəndələr palatasının üzvləri ilə söhbətləĢirdim, Prezidentlə əvvəlki iki  
söhbətimizi xatırladım, birinci dəfə o, özü mənə zəng edib seçkilərdə qalib 
gəlməyimi təbrik etmiĢdi, ikinci dəfə isə yeni seçilmiĢ senatorların Ģərəfinə 
Ağ evdə verilən səhər yeməyində görüĢmüĢdük. Hər iki dəfə prezident mənə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə