24
Elmlər doktoru elmi dərəcəsi iddiaçıları üçün fəlsəfə doktoru
diplomunun (elmi dərəcəsini xaricdə, o cümlədən MDB ölkələrində
almış şəxslər üçün əlavə olaraq, Komissiya tərəfindən verilmiş
ekvivalentlik haqqında sənədin – diplomun) təsdiq edilmiş surəti –
1 nüsxə;
16. Dissertasiyanın cildlənmiş birinci nüsxəsi və onun elektron
variantı;
17. Dissertasiya mövzusuna dair dərc olunmuş elmi işlərin siyahısı
(Əlavə 1.18) - 1 nüsxə;
18. İşdə olan sənədlərin siyahısı (Əlavə 1.19) – 1 nüsxə;
19. Dissertasiya mövzusuna dair dərc olunmuş məqalələr, konfrans
materialları və onların elektron surətləri (mündəricat daxil olmaq-
la), monoqrafiya və kitablar ayrıca qovluqda təqdim edilir. Xaricdə
çap olunmuş işlərin dərc olunduğu elmi nəşrlərin əsli təqdim edil-
məlidir.
Elmi nəşrlərin əsli olmadıqda məqalənin surətinə nəşrin internet
saytının dəqiq ünvanını əks etdirən yazılı məlumat əlavə edilməli-
dir və bu internet ünvanı elmi işlərin siyahısında göstərilməlidir;
20. Dissertasiya müdafiəsinin gedişinin videoçəkilişi yazılmış kom-
pakt disklər. Göstərilən sənədlər AAK-a kağıztikiləndə göndərilir.
Kağız tikilənin iç üzünə zərf yapışdırılır ki, buraya iddiaçı tərəfin-
dən imzalanmış qeydiyyat-uçot vərəqi (Əlavə 1.15), şuranın sədri
tərəfindən təsdiq olunmuş və gerbli möhür vurulmuş qeydiyyat və-
rəqi (Əlavə 1.16), onların elektron informasiya daşıyıcısı, disserta-
siyanın avtoreferatı (4 nüsxə) və onun elektron variantı, iddiaçının
şə
xsiyyət vəsiqəsinin surəti qoyulur. Səsvermənin nəticələri mənfi
olduqda dissertasiya şurası müdafiədən sonra bir ay ərzində AAK-a
təşkilatın blankında çap olunub, dissertasiya şurası sədrinin imzala-
dığı qoşma məktub göndərir ki, buna imtina edilmiş dissertasiyanın
qeydiyyat vərəqi (2 nüsxə), habelə dissertasiya və avtoreferat (hər
birindən bir nüsxə), dissertasiya şurası iclasının şuranın sədri və el-
mi katibi tərəfindən imzalanmış stenoqramı əlavə olunur.
25
2.11. Elmlər doktoru və fəlsəfə doktoru
dissertasiyalarının müdafiəsinin təşkil edilməsi üçün
Ali Attestasiya Komissiyasına təqdim edilən
sənədlərin
SİYAHISI
1. Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın blankında
yazılan və onun rəhbəri tərəfindən imzalanan qoşma məktub;
2. İş yerində təsdiq edilmiş, üzərində fotoşəkil olan kadrla-
rın şəxsi uçot vərəqi -1 nüsxə;
3. İddiaçının iş yerindən verilmiş, təşkilatın rəhbəri tərə-
findən imzalanmış, tarix qoyulub, gerbli möhürlə təsdiq olunmuş
xasiyyətnamə -1 nüsxə;
4. Fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün Ali təhsil
haqqında diplomun (xaricdə, o cümlədən MDB ölkələrində təhsil
almış şəxslər üçün əlavə olaraq, Azərbaycan Respublikası Təhsil
Nazirliyindən verilmiş ekvivalentlik haqqında şəhadətnamənin) təs-
diq edilmiş surəti -1nüsxə; Elmlər doktoru elmi dərəcəsi iddiaçıları
üçün fəlsəfə doktoru diplomunun, (elmi dərəcəsini xaricdə, o cüm-
lədən MDB ölkələrində almış şəxslər üçün əlavə olaraq, Komissiya
tərəfindən verilmiş ekvivalentlik haqqında sənədin-diplomun) təs-
diq edilmiş surəti -1 nüsxə;
5. Dissertasiya mövzusunun, elmi rəhbərin (elmi məsləhət-
çinin) təsdiq olunması haqqında protokoldan çıxarış, dissertasiya
mövzusunun müvafiq elm sahəsi üzrə problem şurasanda qeydə
alınması haqqında protokoldan çıxarış- 1 nüsxə.
6. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün doktorluq im-
tahanlarının verilməsi haqqında vəsiqə; Fəlsəfə doktoru və elmlər
doktoru (fəlsəfə doktoru dissertasiyasının müdafiə olunduğu elm
sahəsi ilə eyni olmadıqda) elmi dərəcəsi iddiaçısının dissertasiyanın
profili üzrə ali təhsili olmadıqda həmin elm sahəsinin ümumelmi
ə
saslarından əlavə doktorluq imtahanının verilməsi haqqında vəsi-
qə-1 nüsxə; Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi iddiaçı-
sının pedaqoji stajı haqqında arayış-1 nüsxə;
26
7. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim
olunduğu təşkilatın rəyi və rəyin qəbul edildiyi iclasın protokolu -1
nüsxə rəyçilərin yazılı rəyləri, dissertasiya işinin ilkin müzakirəsi-
nin gedişinin videoçəkilişi yazılmış kompakt disklər. Təşkilatın rə-
yi kafedra (laboratoriya, bölmə, şöbə) iclasının və ya seminarının
protokolundan çıxarış şəklində tərtib edilir, təşkilatın rəhbəri tərə-
findən təsdiq olunur və ona təşkilatın gerbli möhürü vurulur.
Protokol iclasın sədri və katibi tərəfindən imzalanır, onların imzası
təşkilatın elmi katibi tərəfindən müvafiq qaydada təsdiq olunur.
8. Elmi rəhbərin (məsləhətçinin) rəyi;
9. Dissertasiya mövzusuna dair dərc olunmuş elmi işlərin siyahısı
(Əlavə 1.18) - 1 nüsxə;
10. Dissertasiya mövzusu üzrə dərc olunmuş elmi əsərlərin surətləri
(monoqrafiya və xarici jurnalların özü əlavə olunur);
11. Fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün fəlsəfə doktoru
dissertasiya işinin cildlənmiş nüsxəsi və avtoreferatın əlyazması -1
nüsxə;
Elmlər doktoru elmi dərəcəsi iddiaçıları üçün elmlər doktoru və fəl-
səfə doktoru dissertasiya işlərinin cildlənmiş nüsxələri, fəlsəfə dok-
toru dissertasiyasının avtoreferatı və elmlər doktoru dissertasiyası-
nın avtoreferatının əlyazması – hər birindən 1 nüsxə və onların
elektron variantları;
12. Şəxsiyyət vəsiqəsinin surəti.
2.12. AZƏRBAYCAN RESPUBLİKASINDA
DİSSERTASİYALARIN
Ə
SAS NƏTİCƏLƏRİNİN DƏRC OLUNMASI TÖVSİYƏ
EDİLƏN
DÖVRİ ELMİ NƏŞRLƏRİN S İ Y A H I S I(İqtisad elmləri
üzrə)
1.
AMEA-nın Məruzələri - AMEA
2.
AMEA-nın Xəbərləri. Iqtisadiyyat elmləri seriyası AMEA
3.
AMEA İqtisadiyyat İnstitutunun Elmi Əsərlər Toplusu
AMEA İqtisadiyyat İnstitutu
Dostları ilə paylaş: |