«Bank işi» kafedrası


  Dissertasiya mövzuları və elmi rəhbərlər



Yüklə 253,27 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix08.04.2018
ölçüsü253,27 Kb.
#36798
1   2   3   4   5   6   7   8   9   10

 

1.2.



  Dissertasiya mövzuları və elmi rəhbərlər 

haqqında qərar 

Ali  təhsil  müəssisələri  və  elmi  təşkilatların  elmi şuraları 

doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların 

qəbul  komissiyaları  tərəfindən doktoranturaya  qəbul olunmaları 

haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə 

təsdiq edir. 

Doktoranturaya qəbul haqqında qərarın (əmrin) surəti dok-

toranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işə gö-

türən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır. 

Doktoranturaya  istehsalatdan  ayrılmaqla  qəbul  olunan 

şə

xslərin əmək kitabçası doktoranturaya qəbul olunduğu müəssisə-



yə və ya elmi təşkilata təqdim edilir. 

Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktoran-

tın dissertasiyanın  mövzusu,  təhsil  müddəti  və  rəhbəri  (rəhbərlə-

ri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, 

doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur. 

Doktorantların bir ali təhsil müəssisəsindən, elmi təşkilat-

dan başqasına, həmçinin əyani təhsildən qiyabiyə və əksinə keçiril-

məsi ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şuralarının qərarı 

ilə həmin müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən Nizam-

naməyə (Əsasnaməyə) uyğun olaraq həyata keçirilir. 



1.3.

 

Doktorant təhsil müddətində hansı işləri 

görməli: 

Doktorant təhsil müddətində: 

1.

  peşə biliklərinə dərindən yiyələnməli; 



2.

  müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli; 

3.

  elmi  tədqiqatlar  aparmaq  metodologiyasını  mənimsə-



məli; 

4.

  fərdi iş planını tam yerinə yetirməli; 



5.

  ixtisas  fənnindən  (həmçinin  ixtisas  uyğunluğu  nəzərə 

alınmaqla, digər fəndən), informatikadan və xarici dildən 

doktorluq imtahanlarını verməli; 




10 

 

6.



  elmi  tədqiqatlarının  nəticələrini  əks  etdirən  məqalələr 

dərc etdirməli; 

7.

  elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli; 



8.

  elmi tədqiqat işini bitirməlidir. 

Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxta-

ş

ırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir. 



Doktorantlar  dissertasiya  mövzusu  üzrə  tədqiqat  işi  apar-

maq üçün ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi işçilə-

ri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlar-

dan  istifadə  etmək,  ezamiyyətlərə,  ocümlədən,  xarici  ölkələrə  get-

mək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər. 

 

1.4.



  Doktorantların attestasiyası 

 Doktorantlarildə  birdəfədən  az  olmamaq  şərtilə,  ali  təhsil 

müəssisələri və elmi təşkilatlar tərəfindən təsdiq olunmuş attestasi-

ya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidir-

lər.  Attestasiyanın  keçirilmə  müddəti  ali  təhsil  müəssisəsi  və elmi 

təşkilatların  rəhbərləri  tərəfindən  müəyən  edilir.  Doktorantın  növ-

bəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə 

ə

sasən müəyyən edilir. 



Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqi-

qat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün 

dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  rəhbərləri 

doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadan-

lığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların 

ə

ldə edilməsində yardım göstərməlidirlər. 



  

1.5.

  Doktorantların mükafatlandırılması və 

elmi-pedaqoji işlərə cəlb olunması  

Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunverici-

liklə  müəyyən  olunmuş  məbləğdə  təqaüd  ödənilir  və  hər  il  məzu-

niyyət verilir. Fərdiiş planını müvəffəqiyyətlə yerinə yetirən dokto-

rantlara  müxtəlif  adlı  təqaüdlər  və  ya  ali  təhsil  müəssisələrinin  və 



11 

 

elmi  təşkilatların  daxili  imkanları  hesabına  əlavə ödənişlər təyin 



oluna bilər. 

Ə

yani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təh-



sil aldıqları ali təhsil müəssisəsi və elmi təşkilatda 0,5 ştat vahidi ilə 

müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər. 

 

1.6.


  Elmlər doktoru hazırlığı üzrə doktorantura 

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sa-

hədə elmi  və  ya  elmi-pedaqoji  nailiyyəti  olan,  fundamental  tədqi-

qatları  yüksək  səviyyədə  aparmağa  qadir  və  “Fəlsəfə  doktoru” 

(elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respub-

likasının vətəndaşları qəbul edilirlər. 

Doktoranturayaqəbul üçün aşağıdakı sənədlərtəqdimedilir: 

1.

  ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisə-



nin və yaxud təşkilatın rəhbərinin adına); 

2.

  kadrların şəxsi-qeydiyyat vərəqi; 



3.

  tərcümeyi-hal; 

4.

  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



5.

  iş yerindən xasiyyətnamə; 

6.

  əmək kitabçasından çıxarış; 



7.

  çap olunmuş elmi işlərin siyahısı; 

8.

  «Fəlsəfə  doktoru»  və  ya  «Elmlər  namizədi»  elmi 



(alimlik)  dərəcəsi  diplomunun  müvafiq  qaydada 

təsdiq edilmiş surəti; 

9.

  ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun 



müvafiq  qaydada  təsdiq  edilmiş  surəti  (xarici  ölkə-

lərdə  təhsil  almış  Azərbaycan  Respublikasının  və-

təndaşları  üçün təhsil  haqqında  sənədlərinin  tanın-

ması haqqında şəhadətnamə); 

10.

 şəxsiyyəti təsdiq edən sənədin surəti. 



Ali  təhsilmüəssisəsinin, elmi  təşkilatın  elmi  şurası  «Elmlər 

doktoru»  elmi  dərəcəsinə  iddiaçı  haqqında  müvafiq  şöbə,  bölmə, 

kafedra  və  ya  laboratoriyanın  təqdimatı  əsasında  doktoranturaya 

qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi 




Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə