1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«Bank işi» kafedrası
«Doktorantura» şöbəsi
ELMİ VƏ ELMI-PEDAQOJİ KADR
HAZIRLIĞININ HÜQUQİ ƏSASLARI
(METODİKİ VƏSAİT)
Hazırlayanlar:
Prof. Zahid Fərrux Məmmədov;
Dos. Həmid İnsafoğlu Həmidov;
PhD., Elmlər doktoru proqramı üzrə doktorant Mustafa Aslan oğlu
Abbasbəyli
Bakı- 2015
2
Elmi v
ə elmi-pedaqoji kadr hazirlığının hüquqi
əsasları (Metodik vəsait) // Prof. Zahid Fərrux
M
əmmədov; Dos. Həmid İnsafoğlu Həmidov; PhD.,
Elml
ər doktoru proqramı üzrə doktorant Mustafa Aslan
o
ğlu Abbasbəyli .Bakı.:AzDİU- 2015.
Elmi və elmi-pedaqoji kadr hazırlığının hüquqi əsaslari ki-
tabı elmi-pedaqoji kadr hazırlığınına dəstək verə biləcək məlumat
vəsaitidir. Bu məlumat vəsaiti elmi-pedaqoji kadr hazırlığı üzrə
qəbul olunmuş normativ –hüquqi aktların icrasında yaranmış sual-
lara cavab verir. Kitabda - Doktorantura proqrammına qəbul olmaq
və kafedra üzrə dosent, professor elmi ad almaq istəyən iddiaçıların
attestasiya işlərinin təhlil və qiymətləndirməsi prosesində ortaya çı-
xa biləcək suallara Azərbaycanda həyata keçirilən yüksək ixtisaslı
elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində qəbul
olunan Qanunları və normativ-hüquqi sənədləri rəhbər tutaraq ca-
vablar verilir.
3
Ön söz
Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-
pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi
olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcə-
lərin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər dokto-
ru) verilməsi ilə başa çatır. Doktoranturada təhsil fəlsəfə doktoru və
elmlər doktoru proqramları üzrə həyata keçirilir.
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uy-
ğ
unluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. Doktorant
təhsil müddətində peşə biliklərinə dərindən yiyələnməli, müstəqil
elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli, elmi tədqiqatlar
aparmaq metodologiyasını mənimsəməli, fərdi iş planını tam yerinə
yetirməli, ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə
alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluq
imtahanlarını verməli, elmi tədqiqatlarının nəticələrini əks etdirən
məqalələr dərc etdirməli, elmi tədqiqatlarının nəticələrini aprobasi-
ya etdirməli və elmi tədqiqat işini uğurla bitirməlidir.
Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi təd-
qiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq
üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.
Ə
yani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə
təhsil aldıqları ali təhsil müəssisəsi və elmi təşkilatda 0,5 ştat vahidi
ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
Dissertasiya müəllifin təkbaşına yazdığı və açıq müdafiə
üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu
ə
hatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə malik olmalı,
müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir.
Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsas-
landırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqi-
di qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik dissertasiyada
müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə
məlumat, nəzəri əhəmiyyətə malik olan dissertasiyalarda isə elmi
nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir. Dissertasiya-
ların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbay-
4
can Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu
(beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul
olunmuş elmi- praktiki) elmi nəşrlərində dərc olunmalıdır.
Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc
olunmuş işlərə, əlavə olaraq ixtiralar haqqında müəlliflik şəhadət-
namələri, sənaye nümunələri və patentlər, ümumrespublika və bey-
nəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş
məruzə və tezislər, elektron elmi nəşrlər də aiddir. Ümum respubli-
ka konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş mə-
ruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər Komissiya
tərəfindən müəyyən edilir.
Dissertasiya işinin ilkin müzakirəsi əvvəlcə həmin işin ye-
rinə yetirildiyi təşkilatın kafedrasında keçirilir.
Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri
şə
rh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin el-
mi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda müəllifin şəxsi
töhfəsi göstərilməlidir.
Kafedra üzrə professor elmi adı müsabiqə və ya təyinat
üzrə kafedra müdiri və ya professor vəzifəsini tutan və ya rektor,
prorektor (elmi və tədris işləri üzrə) təyin olunmuş və bu vəzifələr-
də bir il müvəffəqiyyətlə işləyən, beş il ali pedaqoji iş stajı olan,
yüksək metodiki və elmi səviyyədə mühazirələr oxumuş, müda-
fiədən sonra dərc olunmuş tədris-metodiki və elmi işləri olan do-
sent elmi adı almış elmlər doktorlarınaverilir.
Kafedra üzrə dosent elmi adı kafedra müdiri və ya dosent
vəzifəsinə seçilən və ya təyin edilən, yaxud rektor, prorektor (elmi
və tədris işləri üzrə), dekan vəzifəsini tutan və həmin vəzifədə bir il
müvəffəqiyyətlə işləyən, üç il ali pedaqoji iş stajı, müdafiədən son-
ra dərc edilmiş tədris-metodiki və elmi işləri olan fəlsəfə doktorla-
rına və ya elmlər doktorlarına verilir.
Ölkədə elmin vəziyyətinin ən önəmli göstəricilərindən biri
də keyfiyyətli elmi nəşrlərin yayımıdır. Yeni elmi istiqamətlərin sa-
yının artımına paralel elmi-periodik nəşrlərin sayında da yüksəliş
müşahidə olunur və bu yüksəlişə cavab olaraq müəllif, resenzent və
jurnal redaktorları qarşısında ciddi tələb və məsuliyyət qoyulur. El-