«Bank işi» kafedrası



Yüklə 253,27 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix08.04.2018
ölçüsü253,27 Kb.
#36798
1   2   3   4   5   6   7   8   9   10

 

mi məqalənin IMRAD (İntroduction – giriş, methods – metod, Re-



sults – nəticələr və discussion – müzakirə) sistemində hazırlanması 

gərəkdir.Azərbaycanda nəşr olunan elmi jurnallar qərb jurnallarının 

nəşr siyasətinin əsası qəbul edilən IMRAD modelini yayım siyasə-

tində tətbiq etməlidir.  

Azərbaycan Respublikasında  Tədris vəsaitlərinə nəşr hü-

ququ  (qrif)  verilməsi  QaydalarınıAzərbaycan  Respublikasının  təh-

sil nazirinin 17 dekabr tarixli, 927 nömrəli əmri ilə təsdiq edilmiş-

dir. Tədris vəsaitləri (dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və 

göstərişlərə)    fənn  kurikulumları(proqramları)  əsasında  hazırlanır. 

Ali  və  orta  ixtisas  təhsili  müəssisələrinin  kurikulumları  isə  Azər-

baycan RespublikasıNazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 

75  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “Ali  təhsil  pilləsinin  dövlət 

standartı və proqramı” əsasında hazırlanır.

 



 

Doktoranturaların yaradılması və doktoranturaya 



qəbul qaydaları 

Ümumi müddəalar 

Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-

pedaqoji  kadrların  hazırlanması  ali  təhsilin  ən  yüksək  səviyyəsi 

olan doktorantura (hərbi təhsil müəssisələrində adyunktura) yolu ilə 

həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstəril-

məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. 

Doktoranturada  təhsilalma  əyani  (istehsalatdan  ayrılmaq-

la) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata ke-

çirilir. 

Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələ-

ri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını disser-

tantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

Doktoranturada  təhsil  fəlsəfə  doktoru  və  elmlər  doktoru 

proqramları üzrə həyata keçirilir.  

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil 

müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. 

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müd-

dəti uzadıla bilər. 

Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çat-

dırmış  məzunlara  təhsil  aldıqları  müəssisənin  müvafiq  arayışı  və 

imtahanların verilməsi haqqında vəsiqə verilir. 

Doktoranturada  təhsilalma  əyani  (istehsalatdan  ayrılmaq-

la) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata ke-

çirilir. 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil 

müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. 

Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil 

müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. 

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müd-

dəti uzadıla bilər. 

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturaya  ali  təhsili 

olan  (ali  təhsil  pilləsinin  magistratura  səviyyəsini  bitirən,  yaxud 




 

təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütə-



xəssis)  Azərbaycan  Respublikasının  vətəndaşları  müsabiqə  əsasın-

da qəbul olunurlar. 

Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu biti-

rən  şəxs  eyni  ixtisas  üzrə  təkrarən  doktoranturaya  qəbul  oluna 

bilməz. 

 

1.1.

  Doktoranturaya qəbul 

Doktoranturaya  qəbul  üçün  aşağıdakı  sənədlər  təqdim 

edilir: 

1.

  ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və 



yaxud təşkilatın rəhbərinin adına); 

2.

  kadrların şəxsi-qeydiyyat vərəqi; 



3.

  tərcümeyi-hal; 

4.

  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



5.

  iş yerindən xasiyyətnamə; 

6.

  iş stajı olanlar üçün əmək kitabçasından çıxarış; 



7.

  çap  olunmuş  elmi  işlərin  siyahısı  və  ya  seçilmiş  ixtisas 

üzrə referat; 

8.

  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvaf-



iq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil al-

mış  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün təhsil 

haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); 

9.

  şəxsiyyəti təsdiq edən sənədin surəti. 



Sənədlərin  qəbulu  üçün  doktoranturanın  fəaliyyət  göstər-

diyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbərinin sədrliyi ilə 

qəbul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şö-

bə,  bölmə,  laboratoriya  rəhbərlərindən,  aparıcı  əməkdaşlardan  və 

bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təş-

kil olunmalıdır. 

 Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uy-

ğ

unluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. 



Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslə  nəzərdə  tutu-

lan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək ba-




 

rədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına 



təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir. 

Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim 

edilən  digər  sənədlər  əsasında imtahanlara  buraxılmaq  haqqında 

qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya 

bildiriş  göndərir.  Bildiriş  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali 

təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və 

bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir. 

Doktoranturaya  qəbul  olmaq  istəyənlər  ixtisas  fənnindən, 

xarici  dildən (rus  dili  istisna  olmaqla,  seçim  sərbəst  və  ya ixtisasa 

uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura sə-

viyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imta-

hanları verirlər. 

Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəs-

sisələrində  və  elmi  təşkilatlarda  müvafiq  fənlər  üzrə imtahan  ko-

missiyaları yaradılır. 

İ

xtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliy-



yət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbəri tə-

rəfindən yaradılan komissiya həyata keçirir. 

 Komissiyanın  tərkibində  müvafiq  ixtisas üzrə  ən  azı  iki 

elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər 

də  komissiyanın  üzvü  ola  bilərlər.  Komissiyanın  sədri  ali  təhsil 

müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri,  yaxud  elmi  işlər  üzrə 

müavini təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər 

doktorları və professorlar olmadıqda, komissiyanın tərkibinə fəlsə-

fə doktorları (elmlər namizədləri), dosentlər, xarici dil üzrə isə elmi 

(alimlik) dərəcəsi olmayan təcrübəli mütəxəssislər daxil edilə bilər. 

Bərabər  ballar  toplandığı  halda,  müsabiqədə  ixtisas  fən-

nindən  daha  yüksək  qiymət  alan  və  çap  edilmiş elmi  əsərləri  olan 

şə

xslərə üstünlük verilir. 



Ali təhsil müəssisələrində və ya elmi təşkilatlarda yaradıl-

mış  qəbul  komissiyaları  imtahanların  nəticələri  əsasında  müvafiq 

qərar qəbul edirlər. 



Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə