«Bank işi» kafedrası



Yüklə 253,27 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix08.04.2018
ölçüsü253,27 Kb.
#36798
1   2   3   4   5   6   7   8   9   10

18 

 

rasına və ya Komissiyaya təqdim edilmədikdə  yalnız yenidən mü-



zakirədən keçirildikdən sonra qəbul oluna bilər. 

Dissertasiya  şurasında  ilkin  müzakirələrin  nəticəsi  olaraq 

mənfi rəylər və qərarlar verildikdə belə, iddiaçının tələbinə əsasən 

ş

ura dissertasiyanı müdafiəyə qəbul edə bilər. 



Dissertasiya  işinin  müzakirəsi  üzrə  iclası  sədr  tərəfindən 

aparılır. İclasın açılışından sonra sədr dissertasiya işinin müzakirə-

sinə dair məlumat verir, dissertasiyanın mövzusunu, rezentlərin ad-

larını elan edir. İddiaçının təqdim etdiyi sənədlər və onların müəy-

yən  edilmiş  tələblərə  uyğunluğu  haqqında  çıxış  etmək  üçün  sözü 

elmi katibə verir.  

İ

ddiaçı  dissertasiyanın  mahiyyətini  və  əsas  müddəalarını 



şə

rh edir. Sonra ona yazılı və şifahi formada suallar verilir. İddiaçı-

nın cavablarından sonra söz elmi rəhbərə və  ya elmi məsləhətçiyə 

verilir.  

Bundan sonra resenzent çıxış edir.Onların hər birinin çıxı-

ş

ından sonra resenzentlərin iradlarına cavab vermək üçün iddiaçıya 



söz  verilir.  Bundan  sonra  müzakirədə  iştirak  edənlər  müzakirələrə 

qatılmaq  hüququna  malikdirlər.Müzakirələrin  sonunda  iddiaçıya 

yekun sözü verilir. 

İ

ddiaçının  yekun  sözündən  sonra  sənədlərin  Dissertasiya 



ş

urasına  təqdim  edilmək  məsələsi  səsvermə  keçirilir.  Kafedranın 

Qərarı  səsvermə  hüququ  olan  kafedra  üzvlərinin  ən  azı  üçdə  ikisi 

səs verdikdə müsbət sayılır. 



 

2.5. Dissertasiya işinə rəy 

Dissertasiya  işinin  yerinə  yetirildiyi  və  ya  iddiaçının  təh-

kim olunduğu elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisə (birlik, 

təşkilat) və ali təhsil müəssisəsi dissertasiyanın ilkin ekspertizasını 

keçirir və dissertasiya haqqında rəy verir. Rəydə dissertasiyada şərh 

olunan elmi nəticələrin alınmasında müəllifin konkret şəxsi iştirakı, 

tədqiqat  nəticələrinin  dürüstlük  dərəcəsi,  onların  yeniliyi  və  elmi-

praktiki əhəmiyyəti, dissertasiyanın müvafiq ixtisasa uyğun gəlmə-

si, müəllif tərəfindən dərc olunmuş işlərdə dissertasiya materialları-

nın əks etdirilməsi dərəcəsi göstərilməlidir. 




19 

 

Opponent dissertasiyanı və onun mövzusu üzrə dərc olun-



muş  elmi  işləri  araşdıraraq  dissertasiya  şurasına  yazılı  rəy  təqdim 

edir. Həmin rəydə seçilmiş mövzunun aktuallığı, nəticələrin yenili-

yi  və  dissertasiyanın  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  tələblərə 

cavab verməsi öz əksini tapmalıdır. 



2.6. Dissertasiyalarin tərtibi qaydalari 

 

1.

  Dissertasiyanın strukturu: 



2.

  üz vərəqi 

3.

  mündəricat 



4.

  ixtisarların siyahısı (dissertasiyada varsa) 

5.

  giriş 


6.

  əsas hissə (dissertasiyanın məzmunu) 

7.

  nəticə 



8.

  istifadə edilmiş ədəbiyyat 

9.

  əlavələr 



Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənil-

məlidir. Kompyuterdə dissertasiyaların mətni Times New Roman -

14 şriftləri ilə çap olunmalıdır. Dissertasiyanın mətni boş sahələrin 

göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə – 30 mm, 

sağ – 10 mm, yuxarı və aşağı –20 mm (yuxarı və sonuncu sətirə qə-

dər). Elmlər doktoru dissertasiyasının həcmi 200-250 səhifə, fəlsəfə 

doktoru dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər, 

qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. 

Humanitar  elmlər  üzrə  dissertasiyanın  həcmi  20-30%  artıq  ola 

bilər. 


 

2.7. Dissertasiyasının avtoreferatı 

Avtoreferatda  dissertasiyanın  əsas  ideyaları  və  nəticələri 

şə

rh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin el-



mi  və  praktiki  əhəmiyyəti,  aparılan  tədqiqatlarda  müəllifin  şəxsi 

töhfəsi göstərilməlidir. 

Elmlər doktoru dissertasiyasının avtoreferatı iki çap vərəqi 

(32 səhifə), fəlsəfə doktoru dissertasiyasının avtoreferatı isə bir çap 




20 

 

vərəqi (16 səhifə) həcmində (əsərlərin siyahısı və xülasələr istisna 



olmaqla), mətni A5 formatda (210x148 mm) boş sahələrin ölçüləri 

gözlənilməklə çap edilir: sol, sağ, yuxarı – 15 mm, aşağı boş sahə – 

20 mm; sətirlərarası interval – 1, şriftin ölçüsü – 11 olmalıdır. Av-

toreferatın çapı zamanı “Dissertasiyaların tərtibi qaydaları”nda nə-

zərdə tutulmuş şriftlərdən istifadə olunmalıdır. 

 

2.8. Dissertasiya şuralarının tərkibi 

Dissertasiya şuraları elmi və elmi-pedaqoji kadrların attes-

tasiyası  sisteminin  əsasını  təşkil  edir.  Dissertasiya  şurasının  sədri 

elmin müvafiq sahələri üzrə böyük nüfuz qazanmış, öz elmi məktə-

bi olan, bir qayda olaraq dissertasiya şurasının fəaliyyət göstərdiyi 

təşkilatda işləyən (əsas iş yeri) mütəxəssis təyin edilir. 

Dissertasiya şuralarının tərkibinə fəal elmi və ya elmi-peda-

qoji iş aparan, elmi kadrların hazırlanmasında fəal iştirak edən nü-

fuzlu alimlər daxil edilirlər. 

Dissertasiya şurasının elmi katibi – ixtisası dissertasiya şu-

rasına verilmiş ixtisaslardan birinə uyğun olan, dissertasiya şurası-

nın fəaliyyət  göstərdiyi təşkilatda işləyən (əsas iş  yeri) mütəxəssis 

təyin olunur. 



 

2.9. Elmi dərəcə iddiaçısının dissertasiya şurasına 

təqdim etməli olduğu sənədlərin siyahısı 

1. İddiaçının ərizəsi; 

2.  İş  yerində  təsdiq  olunmuş,  üzərində  fotoşəkil  olan 

kadrların şəxsi uçot vərəqi - 1 nüsxə; 

3. Dissertasiya mövzusunun və elmi rəhbərin (məsləhətçi-

nin) təsdiq olunması haqqında protokoldan çıxarış – 2 nüsxə; Dis-

sertasiya mövzusunun müvafiq elm sahəsi üzrə problem şurasında 

qeydə alınması haqqında protokoldan çıxarış – 2 nüsxə; 

4. Doktorluq imtahanlarının verilməsi haqqında vəsiqə – 2 

nüsxə; 


4.1.  Fəlsəfə  doktoru  və  elmlər  doktoru  elmi  dərəcəsi 

iddiaçısının  dissertasiyasının  profili  üzrə  ali  təhsili  olmadıqda  hə-




Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə