30
3.1. Kafedra üzrə professor elmi adı
Kafedra üzrə professor elmi adı aşağıdakılara verilir:
Müsabiqə və ya təyinat üzrə kafedra müdiri və ya profes-
sor vəzifəsini tutan və ya rektor, prorektor (elmi və tədris işləri üz-
rə) təyin olunmuş və bu vəzifələrdə bir il müvəffəqiyyətlə işləyən,
beş il ali pedaqoji iş stajı olan, yüksək metodiki və elmi səviyyədə
mühazirələr oxumuş, müdafiədən sonra dərc olunmuş tədris-meto-
diki və elmi işləri olan dosent elmi adı almış elmlər doktorlarına.
3.2. Kafedra üzrə dosent elmi adı
Kafedra üzrə dosent elmi adı aşağıdakılara verilir:
kafedra müdiri və ya dosent vəzifəsinə seçilən və ya təyin
edilən, yaxud rektor, prorektor (elmi və tədris işləri üzrə), dekan
vəzifəsini tutan və həmin vəzifədə bir il müvəffəqiyyətlə işləyən,
üç il ali pedaqoji iş stajı, müdafiədən sonra dərc edilmiş tədris-me-
todiki və elmi işləri olan fəlsəfədoktorlarına və ya elmlər doktorla-
rına.
3.3. Elmi adlar verilməsinə dair attestasiya işinə daxil
olan və
AAK-a göndərilməli sənədlərin
S İ Y A H I S I
1. Təşkilatın blankında yazılan və onun rəhbəri tərəfindən
imzalanan qoşma məktub;
2. Kafedra və ya ixtisas üzrə professor (Əlavə 2.2), yaxud dosent
(Əlavə 2.3) elmi adı verilməsinə dair arayış – 2 nüsxə;
3. İş yerində təsdiq edilmiş, üzərində fotoşəkil olan kadrların şəxsi
uçot vərəqi - 1 nüsxə və iddiaçının şəxsiyyət vəsiqəsinin surəti -1
nüsxə;
4. Elmi və pedaqoji vəzifələrdə işləməsi barədə əmək kitabçasından
iş yerində təsdiq edilmiş çıxarış - 1nüsxə;
5. Ali təhsil müəssisələrində əvəzçilik qaydasında pedaqoji vəzifə
tutmaq haqqında əmrdən çıxarış və ya saat hesabı ödəmə şərtilə pe-
31
daqoji fəaliyyət haqqında (hər ay üçün tədris yükü göstərilməklə)
arayış – 1 nüsxə;
6. İxtisas üzrə professor elmi adının iddiaçıları üçün onun elmi rəh-
bəri və ya elmi məsləhətçisi olduğu müvafiq elmi dərəcə almış
şə
xslərin (dissertasiyanın adı, ixtisası və elmi dərəcə verildiyi il
göstərilməklə) elmi şuranın elmi katibi tərəfindən imzalanmış və
möhürlə təsdiq olunmuş siyahısı – 1 nüsxə;
7. İddiaçının elmi-pedaqoji, istehsalat fəaliyyətinə dair onun iş ye-
rindən verilmiş, təşkilatın rəhbəri tərəfindən imzalanmış, tarix qo-
yulub, gerbli möhürlə təsdiq olunmuş xasiyyətnamə – 1 nüsxə; İd-
diaçı elmi ad almağa əsas iş yerindən təqdim edilmədikdə, onu elmi
ad almağa təqdim edən təşkilatdan verilmiş xasiyyətnamə ilə yana-
ş
ı, əsas iş yerindən verilmiş xasiyyətnamə də təqdim olunmalıdır;
8. Elmlər doktoru (professor və dosent elmi adının iddiaçıları üçün)
və ya fəlsəfə doktoru (dosent elmi adının iddiaçıları üçün) diplomu-
nun təsdiq olunmuş surəti - 1 nüsxə; Elmi dərəcə başqa ölkədə ve-
rildiyi halda müvafiq qaydada təsdiq olunmuş ekvivalentlik haqqın-
da sənədin surəti;
9. Müstəsna hal kimi verilən elmi adların iddiaçıları əlavə təsdiqlə-
yici sənədləri təqdim etməlidirlər;
10. İddiaçının dərc olunmuş elmi və tədris - metodiki işlərinin onun
iş yerində təsdiq olunmuş siyahısı, onların surəti və elektron surət-
ləri, monoqrafiya və tədris-metodiki işlərin əsli təqdim edilir.– 1
nüsxə; Dərslik, dərs vəsaiti və digər tədris-metodiki vəsaitin çap
olunması üçün qrif verilməsinə dair bu sahədə müvafiq səlahiyyətli
təşkilatın müvafiq əmrinin təsdiq olunmuş surəti.
11. Qeydiyyat-uçot vərəqi– 1 nüsxə;
12. Attestasiya işində olan sənədlərin siyahısı– 1 nüsxə. Elmi ad
verilməsinə dair bütün sənədlər AAK-a kağız tikiləndə göndərilmə-
lidir. İddiaçının attestasiya işinin təşkilatda saxlanılan ikinci nüsxə-
sinə yuxarıda qeyd edilən sənədlərin surətindən başqa səsvermə za-
manı istifadə olunan bülletenlər və hesablayıcı komissiyanın müva-
fiq formada tərtib olunmuş protokolu əlavə olunur.
32
IV. Tədris vəsaitlərinə nəşr hüququ (qrif)
verilməsi Qaydaları
Ölkədə elmin vəziyyətinin ən önəmli göstəricilərindən biri də
keyfiyyətli elmi nəşrlərin yayımıdır. Qloballaşma mühitində huma-
nitar və ictimai elmlər sahəsində yeni vəzifələr müəyyənləşdirilir.
Yeni elmi istiqamətlərin sayının artımına paralel elmi-periodik
nəşrlərin sayında da yüksəliş müşahidə olunur və bu yüksəlişə ca-
vab olaraq müəllif, resenzent və jurnal redaktorları qarşısında ciddi
tələb və məsuliyyət qoyulur.
Bu məqsədlə bizim təşəbbüşümüzlə ilk dəfə 3 dekabr 2009-
cu il tarixindəAzərbaycan Respublikası Prezidenti yanında Dövlət
İ
darəçilik Akademiyasında – XXI əsrdə elmi-periodik nəşrlərdə
məqalə yayımlanması prosesi, resenzent və redaksiya mövqeyini
müzakirə etmək, xarici təcrübədə əldə edilən bilik və məlumatları
paylaşmaq, xüsusilə də gənc alimlərin elmi fəaliyyətini stimullaş-
dırmaq və onların fundamental elmi tədqiqatlarının daxildə və xa-
ricdə nüfuzlu jurnallarda, nəşriyyatlarda çap edilməsi üçün nə et-
məli suallarına cavab olaraq «Elmi nəşrlərin ekspert qiymətləndiril-
mə modeli: müəllif, resenzent və jurnal redaksiyasının mövqeyi»
mövzusunda dəyirmi masa keçirilmiş və bu sahədə görülməsi gərək
olan çox geniş təkliflər paketi hazırlanmışdır. Elmi məqalənin
IMRAD (İntroduction – giriş, methods – metod,Results – nəticələr
və discussion – müzakirə) sistemində hazırlanması gərəkdir (Bu ba-
rədə geniş bax: Z.F.Məmmədov. Elmi nəşrlərin ekspert qiymətlən-
dirilmə modeli // 3 dekabr 2009-cu il tarixdə Azərbaycan Respubli-
kası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən
dəyirmi masanın moderatoru və məruzəçı).
Azərbaycanda nəşr olunan elmi jurnallar qərb jurnallarının
nəşr siyasətinin əsası qəbul edilən IMRAD modelini yayım siyasə-
tində tətbiq etməlidir. IMRAD modeli qoyulan suallara verilən
doğru cavabdır. Yəni birinci sualda hansı problem araşdırılır? Ca-
vab: introduction – giriş; ikinci sual: problem necə araşdırıldı? Ca-
vab: elmi metod və üsullarla; ücüncü sual: araşdırma prosesində nə
33
tapıldı? Cavab: results – nəticə; dördüncü sual: bunlar nə məna ve-
rir? Cavab: discussion – müzakirə. Beləliklə, jurnalın əsas məqsədi
yeni biliyə əsaslanan bilikləri istehsal etmək olmalıdır.
Lakin elmi nəşrlərin qiymətləndirmə sistemi və müvafiq
meyarlar dünya elmi tərəfindən, xüsusilə də ISO (ABŞ-da İnstitute
for Scientific Information), Rusiyada Ali Attestasiya Komissiyası-
nın elmi nəticələrinin dərc olunması qəbul etdiyi elm, nəşrlər və
Rusiya İstinad İndeks İnstitutu. Azərbaycan Respublikasında Təd-
ris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi QaydalarınıAzərbaycan
Respublikasının Təhsil Nazirliyi təsbit edir.
Azərbaycan Respublikasının təhsil nazirinin 17 dekabr ta-
rixli, 927 nömrəli əmri ilətəsdiq edilmişdir. Tədris vəsaitləri (dərs-
lik, dərs vəsaitləri, metodiki rəhbərlik vəgöstərişlərə) fənn kuriku-
lumları (proqramları) əsasında hazırlanır.
Ali vəorta ixtisas təhsili müəssisələrinin kurikulumları isə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il
tarixli 75 nömrəli qərarıilətəsdiq edilmiş“Ali təhsil pilləsinin dövlət
standartı və proqramı” əsasında hazırlanır.
Tədris vəsaitləri dövlət standartlarıəsasında yaradılır. Fənn
kurikulumları (fənn proqramları) Təhsil Nazirliyi tərəfindən təsdiq
olunan tədris vəsaitlərinəaid edilir.
Nəşr hüququ (qrif) verilməsi qaydası
Tədris vəsaitlərinəqrif verilməsi üçün aşağıdakısənədlər
Təhsil Nazirliyinətəqdim olunmalıdır:
1. tədris vəsaitinin əlyazması;
2. birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edilmiş
hallar istisnaolmaqla əlyazmasının müzakirəolunduğu fənn birləş-
mə komissiyası, kafedra vəfakültə elmi şuralarının qərarları;
3. əlyazmasına verilmiş 2 müsbət mütəxəssis rəyi (müəssisə daxili
və kənar);
34
4. əlyazması təhsil müəssisəsi tərəfindən təqdim olunursa, müvafiq
müşayiət məktubu, fərdi qaydada təqdim olunursa, müəllifin (müəl-
lif kollektivinin) ərizəsi;
5. əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni isti-
fadə hallarına yol verilməməsi barədə müəllifin (müəllif kollektivi-
nin) notarial qaydada təsdiq olunmuş ərizəsi.
Təhsil müəssisəsindən daxil olan tədris vəsaitinin fənn kuri-
kulumuna (proqramına) uyğunluğu, tədris saatlarına nisbəti, elmi-
metodik səviyyəsi və s. məsələlərinin yoxlanılması üçün Nazirliyin
aidiyyəti şöbəsi onu EMŞ-nın uyğun bölməsinin ekspertizasına
göndərəbilər.
Birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edil-
miş və ya bu Qaydaların 2.3-cü bəndində göstərilən əlyazmaların
EMŞ-nın uyğun bölməsində ekspertizası tərəflər arasında bağlan-
mış müqavilə əsasında aparılır. EMŞ-nın müvafiq bölməsi əlyaz-
manı müsbət qiymətləndirməzsə, yaxud yenidən işlənilməyə qayta-
rarsa, bu barədə qərarını yazılı şəkildə əsaslandırıb Nazirliyin
aidiyyəti şöbəsinə qaytarır.
Mənfi rəyləgeri qaytarılmış əlyazma müəllif tərəfindən iş-
lənilərək nəşr hüququ (qrif) alınması üçün yenidən təqdim oluna
bilər.
EMŞ-nın müzakirələrində bölmə üzvləri ilə müəllif arasın-
da fikir müxtəlifliyi yarandıqda əlyazma gizli rəyə göndəriləbilər.
Tədris vəsaitinə qrif verildikdən sonra onun müəllif hüquqlarının
pozulması yolu ilə hazırlandığını təsdiq edən hallar müəyyən edil-
diyi təqdirdə, Təhsil Nazirliyi qrifi ləğv edir və həmin qriflə əlaqə-
dar əldə edilən üstünlüklərinin ləğvi barədə müvafiq orqanlar qarşı-
sında məsələ qaldırır.
35
Mündəriciat
I.
Doktoranturaların yaradılması və doktoranturaya
qəbul qaydaları
Ümumi müddəalar
1.1.Doktoranturaya qəbul ................................................... 7
1.2 Dissertasiya mövzuları və elmi
rəhbərlər haqqında qərar ................................................................... 9
1.3 Doktorant təhsil müddətində hansı işləri görməli ........ 9
1.4. Doktorantların attestasiyası ....................................... 10
1.5. Doktorantların mükafatlandırıl-
ması və elmi-pedaqoji işlərə cəlb olunması ................................... 10
1.6. Elmlər doktoru hazırlığı üzrə doktorantura ............... 11
1.7. Doktoranturada elmi və
elmi-pedaqoji kadrların məqsədli hazırlığı..................................... 12
1.7. Dissertantlıq yolu ilə yüksək
ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması .................. 13
II. Elmi dərəcələrin verilməsi qaydaları ...................... 15
2.1. Elmlər doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş elmlər doktoru
dissertasiya işlərinə qoyulan tələblər ............................................. 15
2.2. Fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiya
işlərinə qoyulan tələblər ................................................................ 16
2.3. Dissertasiyaların əsas elmi nəticələrinin nəşri .......... 16
2.4. Dissertasiya işinin ilkin müzakirəsi .......................... 17
2.5. Dissertasiya işinə rəy................................................ 18
2.6. Dissertasiyalarin tərtibi qaydalari ............................. 19
2.7. Dissertasiyasının avtoreferatı .................................... 19
2.8. Dissertasiya şuralarının tərkibi .................................. 20
2.9. Elmi dərəcə iddiaçısının disser-
tasiya şurasına təqdim etməli olduğu
sənədlərin siyahısı .......................................................................... 20
2.10. Elmi dərəcələr verilməsinə dair attestasiya işinin
birinci nüsxəsində Ali Attestasiya Komissiyasına təqdim edilməli
olan sənədlərin (Azərbaycan Respublikasının Prezidenti yanında
36
AAK rəyasət heyətinin 2011-ci il 04 mart tarixli (protokol № 05-R)
və 2012-ci il 04 may tarixli (protokol № 07-R ) qərarları ilə edilmiş
ə
lavə və dəyişikliklərlə) siyahısı .................................................... 22
2.11. Elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının
müdafiəsinin təşkil edilməsi üçün Ali Attestasiya Komissiyasına
təqdim edilən sənədlərin siyahısı ................................................... 25
2.12. Azərbaycan Respublikasinda dissertasiyalarinəsas
nəticələrinin dərc olunmasi tövsiyə ediləndövri elmi nəşrlərin
siyahısı (İqtisad elmləri üzrə) ......................................................... 26
2.13. Azərbaycan Respublikasinda elmi və elmi-pedaqoji
işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisaslarin Nomenklaturası
(53- (İqtisad elmləri üzrə)............................................................... 28
III. ELMI ADLARIN VERİLMƏSİ QAYDALARI ................. 29
3.1. Kafedra üzrə professor elmi adı ................................ 30
3.2. Kafedra üzrə dosent elmi adı..................................... 30
3.3. Elmi adlar verilməsinə dair attestasiya
işinə daxil olan və AAK-a göndərilməli
sənədlərin siyahısı .......................................................................... 30
IV. Tədris vəsaitlərinə nəşr hüququ (qrif)
verilməsi Qaydaları ...................................................................... 32
37
Ə
dəbiyyat
1.
Azərbaycan Respublikasının Prezidenti yanın-
da Ali Attestasiya Komissiyasının Bülleteni, Bakı:
“Elm”, 2013, 176 səh.
2.
Elmi dərəcələrin və elmi adların verilməsi
qaydaları haqqında Əsasnamə // Azərbaycan Res-
publikası Prezidentinin 2003-cü il 21fevral tarixli
857 №-li Fərmanı ilə təsdiq edilmiş, 2008-ci il 5
iyun tarixli 769 №-li və 2011-ci il 15 fevral tarixli
381 №-li Fərmanları ilə əlavələr və dəyişikliklər
edilmişdir.
3.
Dissertasiya Şuralari Haqqında Əsasnamə
//Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyası rəyasət heyətinin
2003-cü il 02 may tarixli (protokol № 05-R) qərarı
ilə təsdiq edilmiş, 2009-cu il 06 fevral tarixli (pro-
tokol №02-R), 2011-ci il 04 mart tarixli (protokol
№
05-R) və 2012-ci il 04 may tarixli (protokol
№
07-R) qərarları ilə əlavə və dəyişikliklər edilmiş-
dir.
4.
Doktoranturaların yaradılması və doktorantu-
raya qəbul qaydaları(Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129
nömrəli qərarı ilə təsdiq edilmişdir)
5.
Azərbaycan Respublikasının təhsil nazirinin
17 dekabr tarixli, 927 nömrəli əmri ilə təsdiq edil-
38
mişdir. Tədris vəsaitlərinə nəşr hüququ (qrif) veril-
məsi Qaydaları
6.
Abbasbəyli M.A. Ali təhsil müəssisələrinin
hüquqi bazası // Qanun, 2011, 01 (201).- s. 3-17
7.
Zahid Fərrux Məmmədov. Modern ali məktəb:
məqsədlər, vəzifələr, problemlər və perspektivlər //
Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xə-
bərləri Yanvar-Mart 2014.
Dostları ilə paylaş: |