«Bank işi» kafedrası



Yüklə 253,27 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix08.04.2018
ölçüsü253,27 Kb.
#36798
1   2   3   4   5   6   7   8   9   10

12 

 

(məsləhətçilər) haqqında qərar qəbul edir. Həmin qərar təhsil müəs-



sisələrinin  və  elmi  təşkilatların  fəaliyyətini  tənzimləyən  Nizamna-

məyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir. 

Zəruri  hallarda  doktorantlar  aparıcı  elmi  mərkəzlərə  (o 

cümlədən, xaricdə yerləşən) ezam oluna bilərlər.Ezamiyyət xərcləri 

qanunvericiliklə müəyyənedilmiş qaydada ödənilir. 

Doktorantlar  hər  il  ali  təhsil  müəssisəsi  və  elmi  təşkilatın  

elmi şurasına  fərdi  iş  planının  yerinə  yetirilməsi  haqqında  hesabat 

verir  və  həmin  hesabat  əsasında  onun  doktoranturada  təhsilini  da-

vam etdirməsi barədə qərar qəbul olunur. 

Doktorant təhsil müddəti ərzində dissertasiya işini başa çat-

dırmalı,  aprobasiyasını  keçirməli  və  müəyyən  olunmuş  qaydada 

onu müdafiəyə təqdim etməlidir. 

Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunverici-

liklə  müəyyən  olunmuş  məbləğdə  təqaüd  ödənilir  və  hər  il  məzu-

niyyət verilir. 

  

Doktoranturada elmi və elmi-pedaqoji kadrların 



məqsədli hazırlığı 

Doktoranturadayüksəkixtisaslı  elmi  və  elmi-pedaqoji  kadr-

ların məqsədli hazırlığı ali təhsil müəssisələri, elmi və digər təşki-

latların təqdimatı ilə onların tabe olduqları müvafiq qurumların si-

farişləri əsasında həyata keçirilir. 

Doktoranturada yüksək ixtisaslı elmivə elmi-pedaqoji kadr-

larınməqsədli  hazırlığı  alitəhsilmüəssisələrininvə  elmi  təşkilatların 

doktoranturaya ümumi qəbul qaydalarına müvafiq həyata keçirilir. 

Məqsədli yerlər doktoranturaya qəbul planında əks olunur. 

«Fəlsəfə  doktoru»  və  «Elmlərdoktoru»  elmidərəcələri  üzrə 

doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri doktorantu-

rada  yüksək  ixtisaslı  elmivə  elmi-pedaqoji  kadrların  məqsədli  ha-

zırlığınada şamil edilir. 

 



13 

 

1.7.



  Dissertantlıqyoluilə yüksəkixtisaslı elmivə elmi-

pedaqoji kadrların hazırlanması 

Dissertantlıq yolu ilə  yüksəkixtisaslı elmi və elmi-pedaqoji 

kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi və digər təş-

kilatlarda  çalışan  mütəxəssislərin  istehsalatdan  ayrılmamaqla  elmi 

dərəcənin alınması üçün təhkim olunmaqla dissertasiya işinin yeri-

nə yetirilməsini təmin edir. 

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq 

hüququna  ali  təhsilli  (ali  təhsil  pilləsinin  magistratura  səviyyəsini 

bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan,  tibbi  təhsildə  isə  həkim 

və  həkim-mütəxəssis),  müvafiq  tədqiqat  sahəsində  müəyyən  mü-

vəffəqiyyətləri  olan  ali  təhsil  müəssisələrinin,  elmi  və  digər  təşki-

latların elmi və elmi-pedaqoji kadrları malikdirlər.  «Elmlər dokto-

ru»  elmi  dərəcəsinin  dissertantlıq  yolu  ilə  alınması  üçün  «Fəlsəfə 

doktoru» (elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.  

Dissertantlıq  yolu  ilə  təhsil  müddətini  başa  vuran  şəxslər 

eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər. 

Doktoranturada  tam  təhsil  müddətini  başa  vurmuş  şəxslər 

eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hüququna malik 

deyillər. 

Dissertant  kimi  təhkim  olunmaq  istəyən  şəxslər,  bir  qayda 

olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar. Disser-

tantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir: 

1.

  ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin 



və yaxud təşkilatın rəhbərinin adına); 

2.

  kadrların şəxsi-qeydiyyat vərəqi; 



3.

  tərcümeyi-hal; 

4.

  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



5.

  iş yerindən xasiyyətnamə; 

6.

  əmək kitabçasından çıxarış; 



7.

  çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas 

üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə); 

8.

  ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun 



müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə 


14 

 

təhsil  almış  Azərbaycan  Respublikasının  vətəndaşları 



üçün təhsil  haqqında  sənədlərinin  tanınması  haqqında 

şə

hadətnamə); 



9.

  «Elmlər  doktoru»  elmi  dərəcəsi  iddiaçısı  üçün  fəlsəfə 

doktoru  (elmlər  namizədi)  diplomunun  müvafiq 

qaydada təsdiq edilmiş surəti; 

10.

 çap  olunmuş  elmi  əsərlərin  siyahısı  (elmlər  doktoru 



hazırlığı üzrə); 

11.


 şəxsiyyəti təsdiq edən sənədin surəti. 

Alitəhsilmüəssisəsininvə elmitəşkilatınelmi şurası müvafiq 

ş

öbə,  bölmə,  kafedravə  yalaboratoriyanıntəqdimatı  əsasında  id-



diaçının  dissertant  təhkim  olunması,  onun  dissertasiya  mövzusu, 

fərdi  iş  planı  və  elmi  rəhbəri  (məsləhətçisi)  haqqında  qərar  qəbul 

edir.  Elmi  şuranın  qərarı  əsasında  ali  təhsil  müəssisəsi  və  ya  elmi 

təşkilatın rəhbəri iddiaçının təhkim olunması haqqında əmr verir. 

«Fəlsəfə  doktoru»  və  «Elmlərdoktoru»  elmidərəcəsi  üzrə 

doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri dissertant-

lıq yolu ilə təhsil alan şəxslərə (doktorantlara) də şamil edilir. 

«Fəlsəfə  doktoru»  elmidərəcəsi  üzrə  dissertantlıqyoluilə 

təhsil  alan  şəxslər  müəyyən  olunmuş  qayda  da  ixtisas  fənnindən, 

fəlsəfə,  informatika  və  xaricidil  dən,  həmçinin  ixtisas  uyğunluğu 

nəzərə alınmaqla, digər fəndəndə doktorluq imtahanları verirlər. 

Dissertantlıq yolu ilə təhsil alan hər bir şəxsin elmi rəhbər-

lərinə və məsləhətçilərinə qanunvericiliklə müəyyən edilmiş qayda-

da əməkhaqqı ödənilir. 

Dissertasiyaişinitamamlamaqməqsədiilə  fəlsəfə  doktoruvə 

elmlər doktoru proqramları üzrə dissertant təhkim olunmuş şəxslərə 

elmi Şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə müəyyən 

edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir. 

  



Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə