«Bank işi» kafedrası


II. Elmi dərəcələrin və elmi adların verilməsi



Yüklə 253,27 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix08.04.2018
ölçüsü253,27 Kb.
#36798
1   2   3   4   5   6   7   8   9   10

15 

 

II. Elmi dərəcələrin və elmi adların verilməsi 



qaydaları 

 

Dissertasiya  müəllifin  təkbaşına  yazdığı  və  açıq  müdafiə 



üçün  irəli  sürdüyü  elmi  müddəaların  və  nəticələrin  məcmusunu 

ə

hatə  edən  elmi  işdir.  Dissertasiya  daxili  vəhdətə  malik  olmalı, 



müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir. 

Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsas-

landırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqi-

di  qiymətləndirilməlidir.  Tətbiqi  əhəmiyyətə  malik  dissertasiyada 

müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə 

məlumat,  nəzəri  əhəmiyyətə  malik  olan  dissertasiyalarda  isə  elmi 

nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir. 

 

2.1. Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim 



edilmiş elmlər doktoru dissertasiya işlərinə qoyulan 

tələblər  

Elmlər  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş 

elmlər  doktoru  dissertasiyası  iddiaçının  müstəqil  elmi  işi  olaraq 

aşağıdakı tələblərdən birinə cavab verməlidir: 

1. İddiaçının apardığı elmi tədqiqatlar və araşdırmalar mü-

hüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və bö-

yük elmi problemin həllini təmin edir; 

2. Dissertasiya işində müvafiq elmi sahənin perspektiv in-

kişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar 

işlənib hazırlanır; 

3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töh-

fə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji 

işləmələr həll olunur; 

4. İddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsinə çı-

xardığı elmi müddəaları və nəticələri elmlər doktoru dissertasiyası-

nın müdafiəsinə çıxara bilməz. 



 

 


16 

 

2.2. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  



təqdim edilmiş  

dissertasiyaişlərinə  qoyulan tələblər  

 

Fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün təqdim edilmiş 



dissertasiya  iddiaçının  müstəqil  elmi  işi  olaraq  aşağıdakı  tələblər-

dən birinə cavab verməlidir: 

1. Dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiy-

yət kəsb edən hər hansı məsələnin yeni həlli təklif olunur; 

2. Böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texno-

loji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir. 

 

2.3. Dissertasiyaların əsas elmi nəticələrinin nəşri 

Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertiza-

sına  qədər  Azərbaycan  Respublikasının  elmi  nəşrlərində  və  xarici 

ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı 

olaraq qəbul olunmuş elmi- praktiki) elmi nəşrlərində dərc olunma-

lıdır. 


İ

ddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə 

dair  ən  azı  beş,  o  cümlədən  xarici  ölkələrdə  nəşr  olunan  nüfuzlu 

jurnallarda  bir,  elmlər  doktoru  dissertasiyalarının  nəticələrinə  dair 

isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu 

jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə 

isə altı məqaləsi dərc edilməlidir. Elmlər doktoru dissertasiyalarının 

müdafiəsi  üçün  iddiaçıların  ümumiləşdirici  işlərinin,  humanitar  və 

ictimai elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.  

Dissertasiyanın  əsas  elmi  nəticələrini  əks  etdirən  dərc 

olunmuş  işlərə,  əlavə  olaraq  ixtiralar  haqqında  müəlliflik  şəhadət-

namələri, sənaye nümunələri və patentlər, ümumrespublika və bey-

nəlxalq  konfrans  və  simpoziumların  nəticələri  üzrə  dərc  olunmuş 

məruzə və tezislər, elektronelmi nəşrlər də aiddir.Ümumrespublika 

konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş məruzə 

və  tezislərə,  habelə  elektron  nəşrlərə  dair  tələblər  Komissiya  tərə-

findən müəyyən edilir. 



17 

 

2.4. Dissertasiya işinin ilkin müzakirəsi 

Dissertasiyanın müdafiəsi elmi müzakirə xarakteri daşımalı, 

yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət edilməsi şə-

raitində  keçirilməlidir.  Dissertasiyada  olan  bütün  nəticələrin,  elmi 

və praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması hər-

tərəfli  müzakirə  edilməlidir.Dissertasiyanın  müdafiəsi,  bir  qayda 

olaraq, Azərbaycan dilində keçirilir. 

Dissertasiya şurasının yekun rəyində dissertasiyanın müəl-

lif tərəfindən alınmış mühüm elmi nəticələri göstərilir, onların dü-

rüstlüyü,  yeniliyi,  nəzəriyyə  və  praktika  üçün  əhəmiyyəti  qiymət-

ləndirilir, dissertasiyanın nəticələrinin istifadəsi haqqında tövsiyələr 

verilir  və  onun  bu  Əsasnamənin  7-ci  və  ya  8-ci  bəndlərinin  hansı 

tələblərinə uyğun olaraq qiymətləndirildiyi əks etdirilir. 

Dissertasiya  işinin  ilkin  müzakirəsi  əvvəlcə  həmin  işin  ye-

rinə  yetirildiyi  təşkilatın  kafedrasında  keçirilir.Dissertasiya  işi  bir 

neçə təşkilatda və ya bir təşkilatın bir neçə kafedrasında yerinə ye-

tirildiyi hallarda onun ilkin müzakirəsi onların hər birində və ya on-

ların genişləndirilmiş birgə iclaslarında keçirilməlidir. 

İ

lkin müzakirədən keçirilərək dissertasiya şurasına təqdim 



edilmiş  dissertasiyalar  şura  rəhbərliyinin  tövsiyəsi  ilə  şuranın 

fəaliyyət göstərdiyi təşkilatda yaradılan elmi seminara göndərilir. 

Aprobasiya zamanı elmlər doktoru dissertasiyaları üzrə üç 

(elmlər doktoru), fəlsəfə doktoru dissertasiyaları üzrə iki (bir elmlər 

doktoru və bir fəlsəfə doktoru, müstəsna hallarda, iki fəlsəfə dokto-

ru)  rəyçinin  olması  zəruridir.  Rəylər  yazılı  şəkildə  təqdim  edilir. 

Aprobasiyanın nəticəsi olaraq dissertasiyaya dair ümumi rəy veril-

məlidir. Rəydə dissertasiyada şərh olunan elmi nəticələrin alınma-

sında  müəllifin  konkret  şəxsi  iştirakı,  tədqiqatın  nəticələrinin  dü-

rüstlük  dərəcəsi,  onların  yeniliyi  və  elmi-praktik  əhəmiyyəti,  dis-

sertasiyanın  müvafiq  ixtisasa  uyğun  gəlməsi,  müəllifin  dərc  olun-

muş  işlərində  dissertasiya  materiallarının  əks  etdirilməsi  dərəcəsi 

göstərilməlidir. Rəy şuraya protokolla birlikdə təqdim edilir. 

Yerinə  yetirildiyi  təşkilatda  aprobasiyadan  keçirilmiş  dis-

sertasiyalar altı ay ərzində müdafiənin təşkili üçün dissertasiya şu-



Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə