Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə4/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   2   3   4   5   6   7   8   9   ...   114

 
V.M.MƏMMƏDƏLİYEV 
12 
deyildir. Çünki mümkün Allah-Təalanın isim və sifətlərinin surətləri üzrə 
yaradılmışdır. 
İmam Rəbbani belə hesab edir ki, isim və sifətlər Allahı  məhəlli və 
məzhəri-görünmə yerləri və görüntüləridir.  Əgər mümkün olan varlıqlarda 
həyat varsa, o həyat da Haqqın  güzgüsüdür. Elm, qüdrət və s.də Allahın 
qüdrətinin güzgüsüdür. Allahın isə aləmdə görünmə yeri və güzgüsü mövcud 
deyildir, çünki Allah-Təalanın zatının aləmlə heç bir münasibəti yoxdur 
(3,337). 
İmam Rəbbani göstərir ki, sufilər hər nə  qədər aləmi xaricdə yox 
(mədum) bilsələr də, yenə onun vəhmi (xəyali) bir vücud olduğuna inanırlar. 
Onlar xəyali çoxluğu inkar etməzlər. Bütün bunlara baxmayaraq onlar bu 
xəyali vücudun (varlığın) xaricdə göründüyünü xəyalın keçməsi ilə keçib 
getmədiyini, bəlkə xəyali bir vücud,  xəyali bir görüş olduğunu söyləyirlər. 
Çünki bu xəyali vücud Allahın qüdrəti ilə mövcuddur. O, zavaldan (yox 
olmaqdan) və pozulmaqdan qorunmuşdur (9,II,50). 
İmam Rəbbani filosofların panteizm haqqındakı görüşlərindən bəhs 
edərkən göstərir ki, panteist filosoflar da aləmin xəyaldan ibarət olduğunu 
qəbul edirlər.  Əşyanın aradan qalxmasını  təsəvvür və  xəyalın aradan 
qalxması ilə izah edirlər. Onlar belə hesab edirlər ki, əşyanın varlığı 
insanların inanclarına bağlıdır. Panteist filosoflar Allahın icadını 
(yaratmasını) inkar edir və  əşyanı Allaha dəlil qəbul etmirlər. Alimlərə 
gəldikdə isə,  onlar əşyanı xaricdə  qəbul edib, onun vücudunu Haqqın 
vücudu qatında zəif təsəvvür edir və Allahın vücuduna nisbətlə mümkün 
olan vücudu yox bilirlər (9, II 50). 
İmam Rəbbani sufilərin  əşyanı haqqın zühurları (görüntüləri) 
bildiklərini, isim və sifətləri Allahın tənəzzülü (enişi) zənn etdiklərini 
söylədikdən sonra özünün bu fikirdə olmadığını  bəyan edib belə deyir: 
“...Məsələn, bir insanın kölgəsinə, bu kölgə insanla ittihad (birləşmə) 
halındadır, onunla eyniyyət nisbəti vardır demək doğru deyildir. İnsan öz 
əsliyyəti üzrədir, kölgə isə ondan meydana gəlmişdir, demək olar. Zaman-
zaman mütəsəvviflər Allaha olan ifrat sevgidən dolayı Haqqın kölgəsi 
durumunda olan mümkünatın varlığını Allah-Təaladan başqa bir şey 
görməzlər (fəna fit-tövhid). Sufilər bu hallarında davam etdikləri müddət 
boyu “zilli (kölgəni) Haqqın eyni” zənn edərlər. Bu durum belə izah edilə 


Vəhdəti-vücudla vəhdəti-şühudun fərqi 
13 
bilər: kölgə yoxdur (mədumdur), mövcud olan o kölgənin sahibidir (3, 153; 
9, II, 50). 
İmam Rəbbani bu misalı verdikdən sonra əşyanın da sufilərin nəzərində 
Allah-Təalanın isim və sifətlərinin təcəlli surətləri olduğunu, Onun eyni 
olmadığını “Həme ust” cümləsinin “Həme əz ust” (Hər şey ondandır) kimi 
dəyərləndirilməsinin (ifadə edilməsinin-V.M.) lazım olduğu fikrini irəli 
sürür.  
İmam Rəbbani həmçinin belə hesab edir ki, əgər bir kimsə  əşyanın 
Haqqın eyni olduğunu qəbul edib “Həme ust” (Hər  şey Odur) deyə hökm 
edərsə  və  əşyanın Allah Təala ilə birləşmiş olduğunu, vacibin mümkündə, 
sorumsuzun sorumluda qeyb olduğunu iddia edərsə,  şübhəsiz ki, o, inkara, 
ilahada (allahsızlığa), zəlalətə və zındıqlığa (azğınlığa) düşər.  
İmam Rəbbani vəhdəti-vücud məqamında ittihad (birləşmə), eyniyyət, 
tənəzzül (enmə) və təşbih (bənzəmə, bənzəyiş) olmadığını, Haqqın zatıyla və 
sifətləri ilə  dəyişmədiyini, sonradan olanlarla əlaqəsi bulunmadığını 
bildirdikdən sonra, alimlərin hülul (həll olma, təcəssüm) və ittihad (birləşmə) 
əndişəsindən dolayı  “Əşya Haqqın zühurlarıdır” cümləsini işlətməkdən 
çəkindiklərini bildirir (3, 339; 9, II, 50). 
İmam Rəbbani kəşfi xətanın da ictihad xətası ilə eyni sayıldığını, 
kəşfində xətası olan vəlinin də bir müctəhid kimi savad qazandığını bildirir. 
Lakin müctəhidin təqlidçiləri müctəhid hökmündə olduqları (bir savab 
qazandıqları) halda, kəşf sahibinin təqlidçiləri kəşfi xətanı  təqlid 
etdiklərindən dolayı sorumlu olurlar. Çünki ilham və  kəşf başqaları üçün 
dəlil olmadığı halda, müctəhidin sözləri qeyriləri üçün dəlil sayılır (9, II, 50). 
İmam Rəbbani tövhidi vücudi və şühudi olmaqla iki qismə ayırır. Onun 
fikrincə,  şühudi tövhid bir görmək (müşahidə anında birdən başqasını 
görməmək), vücudi tövhid isə tək mövcud bilmək, ondan kənarda (xaricdə) 
olanları yox qəbul etməkdir.  
Vücudi tövhid sahibi Haqqın zatından başqa mövcud bilməz, isim və 
sifətləri elmi bir etibar zənn edər. Vücudi tövhid sahiblərinin fikrincə, 
mümkünün (mümkün olan varlığın) həqiqətlərinə vücud qoxusu 
yetişməmişdir. 
İmam Rəbbani belə hesab edir ki, fəna (yoxluq, yox olma) ancaq şühudi 
tövhidlə gerçəkləşir. Salik eynül-yəqin (yəqin görmə) halında sadəcə biri 
görür ki, bu həmin yolun zərurətindəndir. Bu məqamda bir olanı müşahidə 


 
V.M.MƏMMƏDƏLİYEV 
14 
etmək o anda masivanın (Ondan başqasının) görünməsinə imkan verməz. 
Vücudi tövhid isə belə deyildir, başqa sözlə  zəruri deyildir. Çünki elmül-
yəqin mərifətsiz (biliksiz) meydana gəlir və masivanın (xarici aləmin) 
yoxluğunu ifadə etməz. İmam Rəbbani bunu günəşin işığını görən kimsənin 
ulduzları görə bilməməsi misalı ilə izah edir. Günəş doğduqca ulduzlar 
görünməz, lakin bu onların yox olması demək deyildir. Sadəcə daha üstün, 
daha parlaq bir işıq ulduzların işığının görünməsinə mane olmuşdur. Həmin 
kəs bütün bunlara baxmayaraq, bilir ki, ulduzlar yox deyildir. Onlar günəşin 
parlaq işığından dolayı görünməzlər.  Əgər bunda bir kimsə ulduzların 
varlığını inkar edərsə, səhv etmiş olar. Belə bir məqamda olan salik Allahın 
zatından başqasını inkar edirsə, belə bir hal ağıla və  şəriətə ziddir. Lakin 
şühud məqamında birdən başqasını görməməkdə heç bir təhlükə yoxdur. 
Çünki günəş doğduqdan sonra ulduzları yox bilmək başqa, o anda onları 
görməmək isə tamam başqadır (1,296;3,340). 
İmam Rəbbaninin fikrincə, Mənsur Həllacın “Ənəl-Həqq” (Haqq 
mənəm) sözü ilə Bayəzid Bistaminin  “Sübhani” (Mən pakam, bütün eyb və 
nöqsanlardan, naqis sifətlərdən xaliyəm) sözü şühudi tövhidin nəticəsidir. 
Çünki bu cür sözləri söyləyən kimsələrin nəzərində masiva (Allahdan 
başqası) görünməz. Necə deyərlər: “Sən çıxınca aradan, qalır səni yaradan!” 
(1,296;3,341). 
Onu qeyd etmək lazımdır ki, vəhdəti-şühud görüşünün dərki və izahı 
vəhdəti-vücuddan daha asan, daha ağılabatan olduğu üçün onun əleyhinə 
vəhdəti-vücud qədər çıxılmamışdır (1,297). 
Oxuculara təqdim etdiyimiz icmal xarakterli bu məqaləyə yekun vuraraq 
onu qeyd etmək istəyirik ki, vəhdəti-vücudçular kainatda olan hər  şeyi 
Allah-Təalanın isim və sifətlərinin təcəlliləri (görüntüləri, zühuru, kölgəsi) 
qəbul edib onları bir yox, bir xəyal kimi təsəvvür edirlər ki, bu da əslində 
xarici aləmi inkar etmək deməkdir. Vəhdəti şühudçular isə xarici aləmi inkar 
etməyib onu var bilir, yalnız müşahidə zamanı Allaha olan ifrat sevgidən 
dolayı Ondan başqasını görmürlər. Belə bir müşahidə, belə bir görmə 
həqiqətə daha uyğundur. Çünki bu halda xarici aləm öz varlığında qalır, 
amma salikin Allaha hədsiz sevgisi səbəbindən görünməz olur. 
 
 
 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə