Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə14/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   10   11   12   13   14   15   16   17   ...   114

 Elşad MAHMUDOV 
44 
mənada tarix eyni zamanda hər hansı bir cəmiyyətin var olmasının və 
varlığını davam etdirməsinin mühüm bir ünsürüdür. Hər halda buna görədir 
ki, tarixini bilən, keçmiş haqqında məlumat əldə edərək gələcəkdə varlığını 
davam etdirmək üçün bundan istifadə edən cəmiyyətlər həm inkişaf etmiş, 
həm də digər cəmiyyətlər tərəfindən qəbul edilmişlər. Tarixi məlumatlara 
daha çox sahib olan insanlar da cəmiyyət içində  dəyər qazanmış  və  hətta 
mədəni millətlərin  əksəriyyətində olduğu kimi dövlətin  ən yüksək idarəçi-
sinin (hökmdar) yanında məsləhətçi, müşavir kimi mühüm vəzifələr almış-
lardır. Bundan başqa dünyanın əksər dövlətlərində hadisələrin unudulmadan 
müəyyən edilməsi və gələcəyə bir tarix mətni buraxmaq düşüncəsi ilə dövlət 
idarələri içində müstəqil olaraq rəsmi bir qurum, dövlətin və ya xalqın 
tarixini yazan, qeydə alan – vaqanüvüstlük – belə qurulmuşdur.
2
  Hər bir 
cəmiyyət tarixini öyrənməyə və onu qorumağa cəhd etdiyi və çalışdığı kimi 
İslamaqədərki dövrdə Ərəbistan yarımadasında mövcud olan cəmiyyətlər də 
dövrün  şərtlərinə uyğun  şəkildə tarixə  və tarixlərinə çox böyük əhəmiyyət 
vermişlər. Biz bu məqaləmizdə  İslamaqədərki dövrdə  Ərəbistan yarımada-
sında yaşayan  Ərəblərin tarix anlayışı, onların tarixə qarşı münasibətləri, 
tarixi əldə etmə, öyrənmə və qoruma metodları, yolları və qurumları haqqın-
da məlumat verməyə çalışacağıq. Məqaləmiz  İslamın zühur etdiyi, yəni 
eramızın VII-əsrinin başlarına, daha dəqiq desək 610-cu ilə  qədər olan 
zaman dilimini əhatə edən və İslamaqədərki dövr olmaqla bərabər Ərəbistan 
yarımadasında Cahiliyyə dövrü (asrul-cahiliyyə)
3
  şəklində  məşhur olan 
dövrü əhatə edir. 
İslamaqədərki dövr ərəblərində tarix və ya tarix elmi əsas etibarilə sözlü 
rəvayətlərə və ya şifahi xəbərlərə əsaslanırdı.
4
 Bu cür bir tarix anlayışının və 
ənənəsinin  Ərəbistan yarımadasının sakinləri olan ərəblərdə, xüsusilə  də 
mərkəzi  Ərəbistan və daha sonralar İslamın zühur etdiyi Hicaz regionunda 
mövcud olması onların həyat tərzi, idarəçilik sistemi, siyasi düşüncələri
sosial, iqtisadi, ədəbi və  mədəni həyatları ilə yaxından  əlaqəli idi. Əvvəla 
                                                 
2
 Ziya Kazıcı, İslam Medeniyeti ve Müesseseleri Tarihi, İstanbul 2003, s. 14. 
3
 “Cahiliyyə” termini haqqında geniş məlumat üçün baxın: Cavad Ali, əl-Mufassal fi Tarixil-
Arab Qabləl-İslam, I-X, Bağdad 1993, I, 37-42; Mustafa Fayda, “Câhiliye”, Türkiye 
Diyanet Vakfı İslâm Ansiklopedisi, İstanbul 1993, VII, 17. 
4
 Seyyide İsmail Kaşif,  İslam Tarihinin Kaynakları ve Araştırma Metodları, (Tercüme 
edenler: Mehmet Şeker, Rıza Savaş, Ramazan Şimşek) , İzmir 1997, s. 21. 


İslamaqədərki dövr Ərəbistan yarımadasında tarix və tarixşünaslıq 
45 
onu demək lazımdır ki, tarixin sözlü rəvayət və ya şifahi xəbərlərə əsaslan-
masının müxtəlif səbəbləri vardır. Bu səbəblərdən biri İslamaqədərki dövrdə 
Ərəbistan yarımadasında vahid yazı sisteminin tam inkişaf etməməsi, oxuma 
və yazma vasitələrinin və  ləvazimatın kəsadlığı  və buna paralel olaraq 
oxuma və yazma bilənlərin sayının olduqca az olması ilə yaxından əlaqəlidir. 
Ümumiyyətlə  Ərəblər qədim dövrlərdə  cənubi  Ərəbistanda meydana gələn 
və gedərək inkişaf edən “müsnəd” adlı yazıdan istifadə edirdilər. Daha 
sonradan “müsnədin” yerini eramızdan  əvvəl IV-əsrdə  Şimali  Ərəbistanda, 
Fələstinin cənubunda Aqabə körfəzi ilə Lut gölü arasında olan Edom 
bölgəsində qurulan, sonralar gedərək Fərat çayı ilə  Qırmızı  dəniz arasında 
geniş bir sahəni  əhatə edən və qurmuş olduqları  mədəniyyətlərinin və 
şəhərlərinin qalıqlarına, xarabalıqlarına günümüzdə  də rast gəldiyimiz 
Nəbati krallığında ortaya çıxan və tarixin müxtəlif inkişaf mərhələlərindən 
keçərək günümüzə qədər gələn Ərəb yazısı almışdır. Bu yazı Nəbatilərə aid 
Havrandan  Ənbar və Hirəyə, oradan da Dumətulcəndəl üzərindən ticarət 
əlaqələri daxil omlaqla müxtəlif vasitələrlə Hicaza keçmişdir. İslamın nazil 
olmasından əvvəlki zamanlarda Hicazda və Hicazın Məkkə,
5
 Mədinə və Taif 
kimi mühüm şəhər mərkəzlərində yazı bilinirdi, lakin yayğın deyildi və buna 
görə də oxuma yazma bilənlərin sayı barmaqla sayılacaq qədər az idi.
6
 
Eyni zamanda qeyd etmək lazımdır ki, İslamaqədərki dövrdə  şimali və 
cənubi Ərəbistanda qurulan krallıklarda da yazının və buna bağlı olaraq bəzi 
yazma və oxuma vasitələrinin olduğu bilinir. Məsələn Mina, Səbə  və 
Himyəri kitabələrindəki bəzi abidələrə  əsaslanaraq cənubi  Ərəbistanda 
(Yəməndə) İslamaqədərki dövrdə “yazılı tarix ənənəsinin” olduğu tədqiqat-
çılar tərəfindən qeyd edilir. Yəməndə bəzi ailələr tərəfindən mühafizə edilən 
və sonrakı tarixçilər tərəfindən istifadə edilən soykökü, ailələr, nəsillər 
                                                 
5
 İslamın zuhur etdiyi Məkkədə çox az sayıda da olsa yazıb oxuyan insanlara rast gəlinirdi ki, 
bu da müəyyən dərəcədə  də olsa Məkkə  və  ətrafında yazının var olduğunu göstərir. 
Məsələn, Məkkə müşriklərinin  İslam Peyğəmbəri və onun mənsub olduğu Bəni Haşim 
qəbiləsinə qarşı  hər cür münasibəti kəstiklərinə dair öz aralarında razılaşdırdıqları 
müqavilənin mətni Nadr İbn Haris adlı müşrikə yazdırılmış  və bu mətn Kəbə divarına 
asılmışdır.  Əbu Muhamməd Abdulməlik  İbn Hişam,  əs-Sira  ən-Nəbəviyyə, (thq: Mustafa 
əs-Saqqa,  İbrahim  əl-Əbyari, Abdülhafiz Şələbi), I-IV, Darul-Xayr, Beyrut 1995, I, 276-
277. 
6
 Nihad M. Çetin, “Arap” Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, İstanbul 1991, III, 276; 
İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara 2004, s. 44; Болъшаков, O. 
Г. История Халифата, I-III, Восточная Литераура, Москва 2000, I, 36-37. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə