Бакы дювлят университети илащиййат факцлтясинин


QURANIN “YEDDİ HƏRF” ÜZRƏ NAZİL OLMASI



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə2/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   2   3   4   5   6   7   8   9   ...   114

QURANIN “YEDDİ HƏRF” ÜZRƏ NAZİL OLMASI
 
Mirniyaz MÜRSƏLOV ........................................................................ 267 
 
İSLAMDA YAŞAMAQ HÜQUQU 
Müşərrəf ƏLİYEVA
 
............................................................................ 279 
 
ƏS-SƏMANININ “KİTAB ƏL-ƏNSAB” ƏSƏRİ AZƏRBAYCANLI 
ALİMLƏRİN FƏZİLƏTLƏRİ HAQQINDA 
t.e.n. Nərgiz ƏLİYEVA........................................................................ 287 
 
BƏNİ ƏHMƏR DÖVRÜ ƏNDƏLÜS DİL MƏKTƏBİ 
Dr. Qiyas ŞÜKÜROV .......................................................................... 295 
 
ŞUMER DİLİ VƏ TARİXDƏ ŞUMERLƏR 
 Ruhəngiz KƏRİMLİ ............................................................................. 307 
 
XİLAFƏT ORDULARININ AZƏRBAYCANA GƏLİŞİ 
ƏRƏFƏSİNDƏ BURADA İNZİBATİ – SİYASİ BÖLGÜ 
Tariyel RƏSULOV
 
.............................................................................. 317 
 
NƏSİMİ POEZİYASINDA ƏRUZ VƏZNİ 
Ülviyyə SƏLİMBƏYOVA ................................................................... 325 
 
MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) TƏHSİL METODLARI 
Xəqani ABASOV ................................................................................. 339 
 
ЙЕНИ ДЮВР АВРОПА ФЯЛСЯФЯСИНДЯ 
РУЩ ПРОБЛЕМИНИН ГОЙУЛУШУНА ДАИР 
Щясяни Зящра Баратяли гызы .............................................................353
 


 


Vəhdəti-vücudla vəhdəti-şühudun fərqi 

 
 
 
 
VƏHDƏTİ-VÜCUDLA VƏHDƏTİ-ŞÜHUDUN FƏRQİ 
 
V.M.MƏMMƏDƏLİYEV
1
 
 
 
İslam aləmində vəhdəti-vücud (varlığın birliyi) bir təlim kimi Mühyiddin 
İbnül-Ərəbiyə (1165-1240), vəhdəti-şühud (görmənin, müşahidənin birliyi, 
bir görmə) isə İmam Rəbbaniyə (1564-1634) aid edilsə də, onların hər ikisi 
bu və ya digər  şəkildə özünü onlardan əvvəl yaşamış mütəsəvviflərin 
sözlərində, fikirlərində biruzə verməkdədir. 
Cüneyd Bağdadidən (v.909) tövhid haqqında soruşduqda o, “Tövhid 
qulun Allahın hüzurunda bir qaraltı, bir kölgə kimi olmasıdır” deyə cavab 
vermişdi. Cüneyd başqa bir yerdə  də tövhidi anladarkən “O, qədimi 
mühdəsdən (sonradan olandan, sonradan yaradılandan) ayırmaqdır” demişdi. 
Bu sözlərin əsl mənası Allahdan başqa hər şeyi yox bilmək, yalnız Allahı var 
görməkdir. Onun digər bir adı isə “fəna fillah”- Allahda fani olmaq, yox 
olmaqdır (1,282). 
Mühəmməd bin Vasi (v.744) “Heç bir şey görmədim ki, onda Allahı 
görmüş olmayam” demiş, başqa bir sufi isə “Heç bir şey görmədim ki, ondan 
öncə Allahı görmüş olmayam” demişdi. Bu sözlərdən Cüneydə aid olanlar 
vəhdəti-vücuda, Mühəmməd bin Vasiyə və adı çəkilməyən həmin sufiyə aid 
olanlar isə vəhdəti-vücuda dəlalət edir (1,238). 
Vəhdəti-şühud görünüşü formalaşdırıb sistemləşdirən  Əbül-Bərəkat 
Əhməd bin Əbdüləhəd bin Zeynülabidin  əl-Faruqi  əs-Sirhindi (Sərhindi) 
1564-cü ildə  Şərqi Pəncabda yerləşən Sirhind (Sərhind)  şəhərində dünyaya 
gəlmişdir. Dehli ilə Lahur arasında olan Sirhind (Sərhind) “aslanlar ormanı” 
deməkdir. Vaxtı ilə bu şəhərdə çoxlu şir yaşadığı üçün ona  bu ad 
verilmişdir. Əhməd bin Əbüləhəd Nəqşbəndiyyə təriqəti mənsubları arasında 
“İmam Rəbbani” (ilahi biliklərə sahib olan imam, rəhbər) və “mücəddidi-
əlfi-sani” (hicrətin ikinci minilliyinin yenilikcisi) adları ilə məşhurdur. Ömər 
bin Xəttabın (r.a) nəslindən olduğu üçün ona Faruqi də deyilir. Atası 
                                                 
1
 BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik 


 
V.M.MƏMMƏDƏLİYEV 

Çiştiyyə  və Qadiri şeyxi idi. Onun təsəvvüfə, xüsusilə  vəhdəti-vücuda dair 
bir neçə risaləsi mövcuddur (2,194-195). 
İmam Rəbbani ilk təhsilini atasından almış, onun yanında Kələbazibnin 
“ət-Təarüf”, Sührəvərdinin “Avarifül-məarif” və Mühyiddin İbnül Ərəbinin 
“Füsusul-hikəm” kuitablarını oxuyub öyrənmiş, sonralar dövrünün məşhur 
alimlərinin dərslərinə gedib onlardan fiqh, kəlam, hədis və  təfsir elmlərini 
əxz etmişdir. 
Hənəfi məzhəbinə mənsub olan İmam Rəbbani təsəvvüfdə Nəqşbəndiyyə 
təriqətinin Mücəddidiyyə şöbəsinin banisidir (3,332).   
Doğma şəhərində ilk təhsilini başa vuran İmam Rəbbani biliyini daha da 
artırmaq məqsədi ilə Siyalkut şəhərinə  səfər edib orada Kəmaləddin 
Kəşmiridən dərs almışdır. 
Bir rəvayətə görə, İmam Rəbbani atasının vəfatından sonra həcc niyyəti 
ilə Sirhindi tərk edib Məkkəyə yollanmış, səfər  əsnasında Dehliyə gedib 
orada məşhur Nəqşbəndiyyə şeyxi Baqi Billahla görüşmüş, onu özünə təriqət 
piri qəbul etmişdir. Baqi Billah İmam Rəbbaninin böyük fitri qabiliyyətə 
malik olduğunu duyaraq var qüvvəsini özündəki  mənəvi feyzi ona 
yönəltməyə sərf etmişdir (7,14). 
Peyğəmbərimiz (s.ə.s) hər əsrdə bir mücəddidin (yenilikçinin) gəlib dini 
xürafat və bidətlərdən qoruyacağını, onun təmizliyini təmin edəcəyini xəbər 
vermişdir (4;5,I,243).   
İmam Rəbbani belə hesab edir ki, əsrin mücəddidi başqa, minilliyin 
mücəddidi başqadır. Onların arasındakı  fərq yüzlə min arasındakı  fərq 
kimidir, hətta daha böyükdür (6,II,21). Əvvəlki ümmətlərdə minilliyin 
keçməsi ilə növbəti peyğəmbərin (nəbinin) deyil, ülul-əzm bir peyğəmbərin 
göndərilməsi lazım gəlirdi.  İndi isə öncə olan ümmətlərdəki ülul-əzm 
peyğəmbərin yerini tutacaq tam mərifət sahibi bir alim və arifə ehtiyac 
duyulur (6,I,390). Mücəddidin vəzifəsi sadəcə olaraq zamanın keçməsi 
nəticəsində aşınmış, köhnəlmiş və pozulmuş şeyləri düzəltmək, təshih etmək 
deyil, eyni zamanda daha öncə bilinməyən məsələləri yalnız özünə xas olan 
həqiqətdən, peyğəmbər bilgisindən istifadə yolu ilə izah etməkdir. Bu cür 
elmlərə və mərifətə sahib olan kimsə ikinci minilliyin mücəddididir (6,II,21). 
İmam Rəbbaninin dünyaya gəldiyi vaxtlarda Hindistanda siyasi və dini 
duyum çox mürəkkəb idi. XIII əsrdə Türküstan, Xarəzm və Mavərənnəhri 
darmadağın edib kiçik ərazilər halına salmış Moğol istilası Hindistana 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə