Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə9/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

Qurani-Kərimdə hökmlərin illətinin nəslə təyin olunması 
27 
verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. 
Həqiqətən, Allahın cəzası çox şiddətlidir. 
Bu ayədə Allahın zəkatı vacib etməsinin illəti kimi malın zənginlər 
arasında əldən-ələ dolaşan bir sərvət olmaması bildirilir. 
ذا
ن
 önqoşmasına misal olaraq da Peyğəmbərimizin bir hədisini qeyd 
etmək olar. “Elə isə”, “o halda” kimi mənalara gələn bu önqoşma bir sualın 
cavabı kimi işləndiyi zaman qəti illət bildirir. Misal olaraq verəcəyimiz hədis 
Peyğəmbərimizin bir səhabi ilə dialoqudur. Peyğəmbərimizdən yaş xurma ilə 
quru xurmanın dəyişdirilməsinin hökmü soruşulanda belə deyir: 
Xurma quruyanda azalarmı? Səhabi cavab verir: 
Bəli. Peyğəmbərimiz: 
Elə isə yaş xurma ilə quru xurmanı dəyişmək olmaz. 
Burada xurmanın qurudulduğu zaman çəkisini itirməsi illət kimi qeyd 
olunur və buna bağlı olaraq da yaş xurma ilə quru xurmanın 
dəyişdirilməsinin hökmü qoyulur. 
İllət bildirən önqoşmalardan biri də ل önqoşmasıdır. İbrahim surəsinin 1-
ci ayəsində bu önqoşmanın illət bildirdiyini görə bilərik:  
 كيلإ هانلزنأ  ٌباتك رلا
َ ْ َ
َ
ِ ُ َ َ
َ
ْ َ
ِ
جرختل
َ ِ ْ ُ ِ
 ديمحلا زيزعلا طارص ىلإ مھبر نذإب رونلا ىلإ تاملظلا نم سانلا 
ِ ِ
ِ
ِ
ِ
ِ
َ
َ
َ
َ
َ
ْ
ْ
ْ

ِ ِ
ِ
َ
َ
ِ
ِ
ِ
ْ ِ ﱢ ِ ِ

َ ُ
َ

 
Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə 
insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – 
yenilməz qüvvət sahibi, (hər cür) tərifə layiq olan Allahın yoluna çıxartmaq 
üçün nazil etmişik. 
Qeyd etmək lazımdır ki, islam alimlərinin təlillə  əlaqəli müxtəlif 
yanaşmaları var. Təlilin sadəcə  nəslə müəyyənləşdirilə biləcəyini qəbul 
edənlər olduğu kimi, müctəhidin başqa bir çox yollara müraciət edərək illəti 
müəyyənləşdirə biləcəyini qəbul edənlər də var. Mövzumuza uyğun olaraq, 
Qurandakı hökmlərin illətlərinin yenə Quran ayələri ilə bildirilməsini 
məsələsindən bəhs edəcəyik. Qurandakı hökmlərin illətləri bəzən açıq 
şəkildə, bəzən isə işarə yolu ilə bildirilər. 
Açıq nəss ilə sabit olan illət.  Hökmün illətinin nəss ilə bildirilməsi 
illətin bilinməsi yollarından ən qüvvətlisidir5. Burada hökmün illəti qəti olan 
sərih nəss ilə sabit olmuşsa, istidlala ehtiyac olmaz. Yuxarıda qeyd etdiyimiz 
                                                 
5
  Zərkesi,  əl-Bəhrul-muhit, V, 186; Sədi, Məbahisul-illə, s. 346; Sövqani, İrşadul-Fuhul, II, 
169. 


 i.e.n. Mübariz CAMALOV 
28 
önqoşmalar buna misal olaraq göstərilə bilər və oradakı misalları burada 
təkrarlamamaq üçün başqa bir misala müraciət edək. Nisa surəsinin 165-ci 
ayəsində belə buyurulur:  
اميكح ازيزع ﷲ ناكو لسﱡرلا دعب ةجح ﷲ ىلع سانلل
ً
ً
ِ
ِ
ِ
َ
َ
ِ َ
َ
َ
َ
ُ ّ
ّ
َ َ ِ ُ
ُ
ْ ٌ ﱠ
َ ِ ﱠ  نوكي لائل نيرذنمو نيرشبم لاسﱡر
َ
َ
َ
ُ
ً
َ
َ
ﱠ َ ِ
ِ

ِ
ِ
ُ َ

ُ  
Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, 
daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri 
qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! 
Bu və yuxarıda qeyd olunan misallarda olduğu kimi, səbəb göstərən bir 
sözün illətdən başqa bir mənaya yozulması mümkün olmadığı halda açıq 
illət bildirən nəsdən danışmaq olar. Əgər təlil bildirən bu illətlər məzac 
yaxud kinayə kimi başqa istifadə yollarından birində  işlənmişsə  və bunu 
göstərən bir dəlil də varsa, o zaman bu önqoşmalar illət bildirməzlər. Məlum 
olduğu kimi sözlərin həqiqi mənaları xaricində işləndiyi göstərmək üçün ən 
az bir dəlilə ehtiyac var. Əks halda söz həqiqət mənası ilə qəbul edilər. 
Bəzi hallarda nəslərdəki illət bildirən önqoşmalar qəti olmayan şəkildə 
illətə  dəlalət edər. Yəni bu önqoşmaların başqa mənalara yozulması da 
mümkün olar. Buna qəti olmayan sərih nəssin illətə dəlaləti deyilir. Məsələn,  
مقأ
ِ ِ َ
 
رجفلا نآرقو ليللا قسغ ىلإ سمشلا كولدل ةلاصلا
ِ ْ
ْ
ْ
َ ْ َ ُ َ ِ ﱠ ِ
ِ
َ َ
َ
َ ِ ْ ﱠ ِ
ِ
ُ ُ َ ﱠ
 
ادوھشم ناك رجفلا نآرق نإ
ً ُ ْ َ َ
َ
َ ِ ْ
ْ
َ ْ
ُ ﱠ ِ
  
Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. 
Çünki sübh namazı  müşahidə olunur. 
Ayədəki  ل önqoşması üsulçular tərəfində  həm illət kimi, həm də  səbəb 
kimi yozumlanmışdır.  
Quranda hökmlərin illəti ümumiyyətlə  həm açıqdır, həm də hökmə 
bitişikdir. Bu, üzərinə hökmün qurulduğu vəsfin qeyd olunması, hökmlə 
birlikdə illətin bildirilməsi,  əmr edilən  əməlin müsbət xüsusiyyətinin zikr 
olunması  və  əmr olunan fellərin faydası, qadağan olunan fellərin isə 
zərərlərindən bəhs edilməsi  şəklində olur. Bütün bunlara aşağıdakı ayələri 
misal göstərmək olar: 
“Oğru kişi ilə  oğru qadının gördükləri işin  əvəzi kimi Allahdan cəza 
olaraq əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”
6

“Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsı-
nızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə 
açıq düşməndirlər”
7

                                                 
6
 Maidə, 5/38. 


Qurani-Kərimdə hökmlərin illətinin nəslə təyin olunması 
29 
“Ey iman gətirənlər! Müşriklər doğrudan da, murdardırlar. Özlərinin bu 
ilindən sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxur-
sunuzsa, (bilin ki) əgər Allah istəsə, öz nemətindən sizi mütləq dövlətli 
edəcəkdir. Allah biləndir, hikmət sahibidir!”
8
 
“Zülmə  məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah 
onlara kömək etməyə, əlbəttə, qadirdir!”
9
 
“Allahın öz Peyğəmbərinə  məmləkətlərin  əhalisindən verdiyi qənimət 
Allaha, Peyğəmbərə, qohum-əqrabaya, yetimlərə, yoxsullara və müsafirə 
məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər 
arasında  əldən-ələ dolaşan bir sərvət olmasın. Peyğəmbər sizə  nə verirsə, 
onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. 
Həqiqətən, Allahın cəzası çox şiddətlidir”
10

“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən 
çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. 
Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!”
11
 
“Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə 
verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin 
və (yeməyinizi) yedikdən sonra söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə 
əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah 
doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey 
soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların 
ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, 
özündən sonra onun zövcələri ilə evlənmək  əsla yaraşmaz. Həqiqətən, bu, 
Allah yanında böyük günahdır!”
12
 
“Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan 
və onlara salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, 
düşünüb anlayasınız.  Əgər orada heç kəsi tapmasanız, sizə icazə 
verilməyənədək içəri girməyin. Sizə “Geri dönün!” – deyilsə, geri dönün. 
                                                                                                                   
7
 Nisa, 4/101. 
8
 Tövbə, 9/28. 
9
 Həc, 22/39. 
10
 Həşr, 59/7. 
11
 Nur, 24/30. 
12
 Əhzab, 33/53. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə