Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə3/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   2   3   4   5   6   7   8   9   ...   114

Vəhdəti-vücudla vəhdəti-şühudun fərqi 

sirayət edə bilməmişdi. O zamanlar bu geniş  ərazidə inanc əsaslarının 
zəifləməsi, yerli hökmdarların tanrı  qəbul edilməsi, sərvət sahiblərinin, 
əyləncədən başqa bir şey haqqında düşünməməsi, haram qazancın, zülm və 
özbaşnalığın ayaq tutub yeriməsi Moğol hökmdarı  Əkbər  şahın dövrünə 
qədər sürüb gəlmişdi (3,330). 
Əkbər şahın məclislərində gedən söhbətlərin məğzi bundan ibarət idi ki, 
islam dininin əsl sahibləri cahil və  bədəvi bir qövmdür. Bu din yüksək bir 
millətə uyğun deyildir (3,330;7, 23-27). 
Əkbər  şahın idarəsi altında olan bölgələrdə,  şəhərlərdə peyğəmbərlik 
müəssisəsi, axirət fikri, cənnət, cəhənnəm kimi inanc əsasları mübahisə 
mövzusu olmağa başlamışdı. Qurani-Kərimin Allah kəlamı olduğuna şübhə 
ilə baxılır,dinə dair əmr və yasaqların bir çoxu asanlıqla inkar edilir, tənasüx 
(ruhun bir bədəndən başqasına keçməsi) ideyası yayılıb genişlənirdi. Sarayda 
heç kəs namaz qılmağa cürət etmirdi. Əkbər şahın zamanında yüksək nüfuz 
sahiblərindən olan Əbül-Fəzl daha irəli gedərək namaz, oruc, həcc və başqa 
ibadətlər barəsində mübahisə etməyə başlamışdı (7,23-27). 
İmam Rəbbaninin  İbnül-Ərəbinin vəhdəti-vücud görüşünə qarşı 
çıxmasının  əslində bir sıra haqlı  səbəbləri var idi. Əkbər  şah Hindistanda 
xristianlıq, yəhudilik, islamiyyət və zərdüştiliyi birləşdirən yeni bir sinkretik 
din icad etməyə başlamışdı. Bu din anlayışında panteist düşüncə açıq-aydın 
şəkildə önə  çıxırdı. Vəhdəti-vücudla panteizm (vəhdəti-mövcud) arasında 
olan bəzi oxşarlıqlar da belə bir düşüncənin rəvac tapmasına imkan 
yaradırdı. Belə bir şəraitdə  İmam Rəbbani tövhid dininin müdafiəçisi kimi 
vəhdəti-vücud görüşünün çətinliyi və müəyyən cəhətlərdən panteizmə 
bənzəməsi səbəbi ilə onun yerinə 
vəhdəti-şühud düşüncəsini 
formalaşdırmağa başlamışdı (1,296). 
İmam Rəbbani gənc yaşlarında dini ehya etmək onu dirçəltmək 
məqsədilə  rəsmi hökümətlə, iqtidarla mübarizə aparmağa məcbur oldu. 
İqtidarın nəzərində  həqir görünən islamı müdafiə etməsi  İmam Rəbbaniyə 
çox baha başa gəldi. O, zindana atıldı, lakin rəsmi dairələrin bu hərəkəti xalq 
kütlələri içərisində onun nüfuzunun  yüksəlməsinə, onların üzərində təsirinin 
artmasına səbəb oldu. Nəhayət, Allahın möcüzəsi kimi, günlərin birində 
dövrün hökmdarının oğlu Cahangir ona meyl etdi. Bir müddət sonra Şah 
Cahangir adı ilə taxta çıxmış bu sağlam təfəkkür sahibi öz oğlu Xürrəmi də 
İmam Rəbbaninin müridləri sırasına qatdı. Beləliklə, iqtidarın uzun 


 
V.M.MƏMMƏDƏLİYEV 
10 
zamandan bəri islama qarşı tutduğu düşmənçilik mövqeyi və siyasəti də 
dəyişməyə başladı. İnad və kin öz yerini təzim, hörmət və ehtirama verdi. 
İmam Rəbbaninin vəfatından üç il sonra Şah Cahanın bir oğlu dünyaya 
gəlmişdi. Dövrünə görə yaxşı təhsil almış bu gənc atasından sonra onu əvəz 
edərək həmin siyasəti davam etdirirdi.  
İmam Rəbbani Hindistanda alovlanan küfr ocağını söndürməklə 
kifayətlənməyib həm də  o dövrdə təsəvvüfü rahiblik və fəlsəfədən təmizlədi 
və həmin dövrdə özünə yer almağa başlayan bidət və xürafatları da yox etdi 
(7,31).  İmam Rəbbanin islam dini qarşısında olan ən böyük xidməti məhz 
budur. 
Mütəxəssislərə məlum olduğu kimi, əslində bütün sufilər varlığın Allaha 
aid olduğnu, qalan bütün varlıqların Onun varlığından ayrı olduğu fikrini 
qəbul edirlər. Mütəsəvviflər yalnız “Allah əşyanın eynidir” deyən panteizmi 
(vəhdəti-mövcudu) rədd edirlər. 
Nəqşibəndiliyin banisi Bəhaəddin Nəqşibənd vəhdəti-vücud barəsində 
ayrıca bir risalə yazmış, həmin risalədə  İbnül-Ərəbinin fikirlərini 
mənimsəyərək onları  qəbul etmişdir. Bəhaəddin Nəqşibənd qeyd edir ki
varlıq Allaha aiddir. Allaha aid varlıq mərtəbələrə enərək çoxalmaq cəhətilə 
kainatı təşkil etmişdir. Bu çoxalmaya baxmayaraq bütün mərtəbələrdə yalnız 
mütləq Varlıq mövcuddur.Ondan başqa bütün mahiyyətlər həmin mütləq 
Varlığın  şəkillərə girməsi, örtülərə bürünməsidir. Çoxalma (təəddüd) 
həqiqətdə deyil, sadəcə görüntülərdədir (8,123). 
“Allah Musaya bir ağacdan təcəlli etmişdi. Həzrəti Peyğəmbər də 
Rəbbini  bir gənc surətində görmüşdü. Əslində Allah hər hansı bir surətdən 
xalidir, amma onda görünə bilər. Madam ki, Allahın ağacda və  gəncdə 
təcəllisi mümkündür, o halda bütün yerdəki və göylərdəki mərtəbələrin onun 
bir təcəlli görüntüsü olması niyə mümkün olmasın?” (8,122-123). 
“Madam ki, bir tək varlıq vardır, o halda axirətdə savab və cəza görən, 
nemət içində yaşayan və əzab çəkən kimdir?” sualına Bəhaəddin Nəqşibənd 
belə cavab verir: “Dünyada dövlətli-kasıb çeşidliyi olduğu kimi, orada da 
vardır. Varlıq birdir, amma cüziyyatda çoxalar, özü də etibari deyil həqiqi 
çoxalar. Elə isə, fərdlər var. Bunu kimsə inkar edə bilməz” (8,124). 
İmam Rəbbani atasının ömrünün sonunadək vəhdəti-vücud düşüncəsində 
olduğunu,“fəqihin oğlu da  yarıfəqihdir” qaydasınca özünün də ilk zamanlar 


Vəhdəti-vücudla vəhdəti-şühudun fərqi 
11 
bu inanca  sahib olduğunu, nəhayət,  şeyxi Məhəmməd Baqinin irşadı ilə 
həqiqətə yetişdiyini (vəhdəti-şühuda ulaşdığını) bəyan edir (8, 124-125). 
İmam Rəbbaniyə görə, Allah-Təala heç bir şeylə birləşməmişdir. Allah 
Allahdır, aləm də aləmdir. Aləm Allahın qeyridir. Vücudu (varlığı) vacib 
olan Allah  vücudu mümkün olanla birləşə bilməz. Alah-Təala hər bir eyib 
və nöqsandan kənardır. Allah necəlikdən və  nəcürlikdən xali, aləm isə bu 
xüsusiyyətlərlə  məhduddur. Hüdudsuza məhdudun eyni demək və Allahı 
mümkün varlıqla (yaradılmışla) bir qəbul etmək doğru deyildir. Qədimlə 
hadis (sonradan var olan, sonradan yaradılan) eyni ola bilməz (3,335). 
Məkansız olan məkana sığmaz. Sonsuzu məhduddan ayrı düşünmək 
lazımdır. Xarici və daxili aləmdə (daxilimizdə) gördüklərimiz Allahın 
əlamətləri və  şahidləridir. Bəhaəddin Nəqşibənd bunu “Allah görülən, 
eşidilən və bilinən hər bir şeyin qeyridir” deyə bildirmişdir. 
İmam Rəbbani belə hesab edir ki, əşyanın Allahın eyni olduğunu dərk 
etmək məqamı  vəhdəti-vücud məqamı deyildir. Çünki bu məqamda ittihad 
(birləşmə), eyniyyət (eynilik), tənəzzül (enmə) və  təşbih (bənzətmə, 
bənzəyiş) yoxdur. Allah-Təala zatı ilə  də, sifətləri ilə  də  dəyişməz və 
sonradan olanlara bənzəməz. 
İmam Rəbbaniyə görə, vəhdəti-vücud görüşünə sahib olanların “Həme 
ust” (Hamı Odur) sözündən məqsədləri əşya həqiqətdə mədum (yox), Allah 
isə mövcuddur deməkdir. Mövlana Cəlaləddin Rumi də  Məsnəvisində 
“Peyğəmbərlər xalqı Haqqa qovuşdurmaq üçün göndərilmişlər. Xalqla Haqq 
eyni olsaydı, nəyi (kimi kimə-V.M) qovuşduracaqdılar” deməklə eyni şeyi 
bildirmişdir (3,336). 
İmam Rəbbani Allahla məxluqat arasındakı münasibəti izah edərkən 
göstərir ki, Allah-Təalanın yaratdıqlarını  əhatə etməsi və onlara yaxınlığı 
elmidir, yəni Allah kainatı elmi ilə  əhatə etdiyi kimi, insanlara da elmi ilə 
onların şah damarlarından daha yaxındır. 
İmam Rəbbani isim və sifətlər üçün ayrı durum olduğunu, Allahla aləm 
arasında əsmai münasibət olduğunu bəyan edir. Onun fikrincə, Allahın elmi 
olduğu kimi, mümkün varlıqda da o elmin surəti vardır. Qüdrətin və s.-nin 
mümkünatda surəti vardır. 
İmam Rəbbaniyə görə, Allahın zatı bunlardan ayrıdır. Mümkünün bu 
zatdan nəsibi yoxdur. Mümkünün zatı ilə mövcud olduğunu demək mümkün 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə