Baki döVLƏt universitetiNİn nəZDİNDƏ İQTİsadiyyat və humanitar kollec



Yüklə 28,13 Kb.
səhifə3/7
tarix30.04.2022
ölçüsü28,13 Kb.
#86323
1   2   3   4   5   6   7
2. Professioqram.

idrak istiqamətini (zehni fəallıq, elmi funksiya, mənəvi maraq və tələbatlar, mənəvi mədəniyyət, pedaqoji özünütəhsilə hazırlıq) birləşdirir.

  1. Xüsusi tələblərə, yəni müəllimin psixoloji-pedaqoji hazırlığına verilən tələblərə bilik və bacarıqlar daxildir. Müəllim öz yetirmələrinə verməli olduğu xüsusi (fənn üzrə), etik və həyatı bliklərin daşıyıcısıdır. Buna görə də bilik müəllimin kamil şəkildə yiyələnməli olduğu əmək alətidir, əsas silahıdır.

Müəllim bütövlükdə aşağıdakıları bilməlidir: - ideoloji sahə üzrə: dövlətin təhsil sahəsindəki siyasətini, möhkəm əqidə və fəal həyat mövqeyi formalaşdırmağın vacibliyini; sosioloji sahə üzrə: əmək tərbiyəsi və pcşoyönümünün sosial əsaslarını, pedaqoji kollektiv və şəxsiyyət, pedaqoji əməkdaşlıq məsələlərini; - mənəvi sahə üzrə: gənc nəslin ideya-mənəvi keyfiyyətlərini. cəmiyyətin inkişafında mənəviyyatın rolunu, pedaqoji etika məsələlərini; psixoloji sahə üzrə; ümumi psixologiya, yaş psixologiyası və pedaqoji psixologiyanın əsas müddəalarını, müxtəlif yaş dövrlərində uşaqların, yeniyetmə və gənclərin psixoloji xüsusiyyətlərini; - pedoqoji sahə üzrə: tərbiyə və təhsilin, fasiləsiz təhsil sisteminin əsaslarını, əmək tərbiyəsi və peşəyönümü nəzəriyyəsini, təlim-tərbiyə işinin metodikasını; iqtisadi sahə üzrə: dövlətin iqtisadi siyasətini, iqtisadiyyatın quruluşunu və əsas sahələrini, şagirdlərin iqtisadi tərbiyəsi və onun həyata keçirilməsi yollarını; - tibbi-fizioloji sahə üzrə: müasir işçiyə verilən xüsusi tibbi-fizioloji tələbləri, gigiyenanı, əmək tərbiyəsi və peşəyöntimünün təşkilində texniki təhlükəsizlik qaydalarım, peşəyararlığı məsələlərini; - ekoloji sahə üzrə: elmi-texniki tərəqqi və onun ekoloji nəticələrini, təbiət, onun tarazlığı və mühafizəsini, ətraf mühitin qorunmasını, şagirdlərin ekoloji tərbiyəsinin həyata keçirilməsi yollarını; hüquqi sahə üzrə: konstitusiyam, əmək qanunvericiliyini. əmək intizamı normalarını, şagirdlərin, tələbələrin hüquq tərbiyəsinin əsaslarını; - estetik sahə üzrə: insanların əmək fəaliyyətində estetikanın rolu və pedaqoji əməyin estetikasını, şagirdlərin estetik tərbiyəsinin həyata keçirilməsi yollarını, pedaqoji prosesin hər anında, o cümlədən, sinif-dərs məşğələlərində, sinifdənxaric işlərdə estetik-emosional vəziyyət yaratmağın imkanlarını, tətbiqi fəııdləri əməli fəaliyyət prosesində daim diqqət mərkəzində saxlamalarını; ümummədəni sahə üzrə: müəllimin ümumi və peşə mədəniyyəti, pedaqoji ustalığı, etikası və mərifəti ilə bağlı fikirləri; - məlumat (informasiya) sahəsi üzrə: biliklərin toplanması, mühafizə edilməsi və verilməsi, monoqrafik, dövri və sorğu ədəbiyyatı ilə işləməyin yollarım, məlumatların hazırlanması və kartoteka tətbiq edilməsini; təşkilati sahə üzrə: fəaliyyətin təşkili və planlaşdırılması, əməyin elmi təşkili üzrə biliklərin tətbiqi yollarını. Pedaqoji fəaliyyətin düzgün qurulması həm də müəllimin pedaqoji bacarıq və vərdişlərə malik olmasından çox asılıdır. Belə ki, müəllim dərin hiliyə, yaradıcılığa, geniş təfəkkürə malik olmaqla yanaşı, həm do biliyini şagirdlərin malı etməyi bacarmalıdır.


Yüklə 28,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə