Baki döVLƏt universitetiNİn nəZDİNDƏ İQTİsadiyyat və humanitar kollec


Pedaqoji ustalığın məzmunu. Formala.dırmağın və reallaşdırmağın yolları



Yüklə 28,13 Kb.
səhifə7/7
tarix30.04.2022
ölçüsü28,13 Kb.
#86323
1   2   3   4   5   6   7
2. Professioqram.

Pedaqoji ustalığın məzmunu. Formala.dırmağın və reallaşdırmağın yolları ( prinsipləri)

Usta müəllimin yetişməsi yalnız təhsil sistemindən asılı olmayıb, həm də hər şeydən qabaq öyrənənlərin cəhdlərindən asılıdır. Hər şeydən əvvəl pedaqoji institut və ya kollec tələbəni təlim prosesində yüksək professional səviyyə əldə etməyə istiqamətləndirməlidir. Bunu nəinki ictimai cəhətdəm vacib bir tələb, ham də hər bir müəllim üçün subyektivcəsinə əhəmiyyətli bir qayda kimi dərk etmək lazımdır. Pedaqoji ustalığın inkişafı müəllim hazırlığının mərkəzi məsələsidir. Ona görə də bu məsələdə diqqət mərkəzində psixoloji-pedaqoji fənlərin öyrədilməsi durur. “Pedaqoji ustalığın əsasları”, “Psixologiya”, “Pedaqogika”, “Pedaqogika tarixi” kimi fənlərin öyrənilməsi tələbələrə professional hazırlığın formalaşmasının məntiqi mənası haqda aydın təfəkkür verməlidir. “Pedaqoji ustalığın əsaslarf’nın öyrədilməsi ilə tələbələrdə gələcək sənət, onun incəlikləri, özünüdərketmə baqda təsəvvür yaradılır, pedaqoji texnikanın yollarına, ünsiyyətdə pedaqoji mövqeyə, təlim-tarbiva prosesinin idarə olunması ustalığının əsaslarına yiyələnməkdə kömək edir. Bu fənn tələbələri 1-ci pedaqoji təcrübəyə hazırlayır, pedaqoji fəaliyyətin elə ilk mərhələlərində professional vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyə imkan verən pedaqoji mövqelərini inkişaf etdirir. “Pedaqoji ustalığın əsasları” fənninin öyrənilməsi aşağıdakı prinsiplərə əsaslandıqda dalıa müvəffəqiyyətlə aparılır: 1) Təlimə kompleks yanaşma prinsipi. Bu prinsipə görə bilik praktiki cəhətdən yaşanılmış təcrübə kimi mənimsənilir, nəticədə bilik bacarıqlara çevrilir. 2) Fəal kommunikasiyanın təşkili prinsipi. Bu prinsip tələbələri fəallaşdırmağa doğru yönəldilmiş tapşırıqlar, rollu oyunlar, yarışlar, fəaliyyətin fraqmentlərinin nümayiş etdirilməsi və müzakirələri, tələbələrin dərslərinin gedişatının təşkilinə cəlb edilmələri və s. məsələləri nəzərdə tutur. 3) Pedaqoji hərəkətlərin parçalanması, bölünməsi prinsipi. Bu prinsip hər bir tələbənin psixofıziki və pedaqoji treninq prosesində ardıcıllıqla ayrı-ayrı fəııdləra yiyələnmələrini nəzərdə tutur. Çox vacibdir ki, hər bir tələbə bu və ya digər təlim ilində yiyələnəcəyi hər bir anlayışın, bacarığın həcmi haqda məlumat əldə etsin. 4) Aspekt yanaşma prinsipi. Bu prinsip pedaqoji ustalıq üzrə məşğələlərdə onların ixtisaslarını da nəzərə almağı tələb edir. 5) Bilik və bacarıqların baza məktəblərindəki pedaqoji təcrübədə keçirilən təcrübi məşğələlərlə əlaqələndirilməsi prinsipi. Aydındır ki, tələbələr müəllimlərin rəhbərliyi altında mərhələlərlə şagirdlərin fəaliyyətini təşkil etməyə qoşulurlar. Müşahidədən dərsin fraqmentlərində iştiraka, tərbiyə prosesində iştiraka və oradan da ləlim və tərbiyə işlərinin müstəqil işlənib hazırlanmasına və yerinə yetirilməsinə doğru yol gedirlər. Professional ustalığın yaranması bütün tədris müəssisəsinin bütün həyatının maksimum pedaqojiləşdirilməsi ilə daha da müvəffəqiyyətlə aparılır. Tələbələrin dərnəklərdə, klııhlarda, studiyalardakı fəaliyyətləri bu cəhətdən daha faydalıdır. Kütləvi pedaqoji bayramların, Müəllim gününün, pedaqoji məsələlərin teatrlaşdırılmış həllinin, pedaqoji qiraətlərin keçirilməsi, qabaqcıl və yenilikçi müəllimlərin dərslərində, tədbirlərində iştirak etmək, pedaqoji ustalıq müsabiqəsi təşkil etmək və s. də gənclərin pedaqoji ixtisaslara meyillənməsində son dərəcə mühüm rol oynavtr. Yalnız bütün müəllimlər kollektivinin, tələbələrin qarşılıqlı təsiri, keçirdikləri birgə tədbirlər nəticəsində gələcək müəllimin pedaqoji ustalığın zirvələrinə doğru əhəmiyyətli irəliləyişini əldə etmək mümkün olur. Çünki, təlim ikitərəfli bir prosesdir və o qarşı tərəfdən də tam fəallıq tələb edir.

Ədəbiyyat siyahısı:



1 F.X.Mirzəyev; X.R.Rüstəmova “Pedaqoji ustalığın əsasları”

2.H. Əliyev” Pedaqoji ustalığın əsasları” Bakı- 1988

3.M.İlyasov “Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyinin müasir problemləri”

4.S. Abdullayeva “ Tərbiyəçinin stolüstü kitabı”

5.Azərbaycan Respublikasının təhsil problemləri institutu “ Məktəbəqədər müəssisə rəhbərinin stolüstü kitabı”

6.A.Həsənov “Məktəbəqədər tərbiyə” Bakı-2011

7.S.Rəsulob “ Əməkdaşlıq pedaqogikası”

8.X.Nağızadə;E. Məhərrəmova “ Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması”.

9.Z. Veysova “ Fəal\ interaktiv təlim. 2007



10R. Hüseynzadə “Tərbiyə işi və onun metodkası
Yüklə 28,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə