Baki döVLƏt universitetiNİn nəZDİNDƏ İQTİsadiyyat və humanitar kollec


PED A Q O Jİ U STALIĞIN SOSİAL ƏHƏ M İYY Ə Tİ, ƏSAS ELEM EN TLƏ R İ



Yüklə 28,13 Kb.
səhifə5/7
tarix30.04.2022
ölçüsü28,13 Kb.
#86323
1   2   3   4   5   6   7
2. Professioqram.

PED A Q O Jİ U STALIĞIN SOSİAL ƏHƏ M İYY Ə Tİ, ƏSAS ELEM EN TLƏ R İ

Qarşıda duran konkret vəzifələrdən (funksiyalardan) asılı olaraq pedaqoji fəaliyyətin müxtəlif növlərini fərqləndirirlər (öyrətmə, tərbiyə, təşkilatçılıq, təşviqatçılıq, özünütəhsil və s.). Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir. Pedaqoji vəzifələrin həll edildiyi şərait pedaqoji şərait adlanır. Bu cür şərait 2 cür yarana bilər: 1) Qabaqcadan müəllim tərəfindən düşünülüb, planlaşdırılıb hazırlana bilər, (məs., problemli dərs) 2) gözlənilmədən, şagirdin davranışı ilə əlaqədar yarana bilər. Pedaqoji ustalıq 4 əsas elementdən ibarətdir 1. Müəllimin fəaliyyətinin humanist istiqamətliliyi. Bunu Təhsil Qanunumuz da tələb edir. Müəllimin humanist istiqamətliliyi onun idealında, maraqlarında, dəyərlərində, fəal mövqeyindədir. Onu təşkil edən dəyər istiqamətləri bunlardır: 1) Özünə qarşı özünütəsdiq. Bu ona görə vacibdir ki, uşaqlar onda bilikli, tələbkar, əsl bir müəllimi görsünlər. 2) pedaqoji təsir vasitələrinə, 3) məktəbliyə, uşaq kollektivinə, 4) pedaqoji fəaliyyətin məqsədlərinə - humanist strategiya, təsir vasitələrinin, fəaliyyətin obyektinin yaradıcı şəkildə dəyişdirilməsi.. Uşaqları dərindən sevən usta müəllim həmişə, hər şeyin düzünü onlara deməli, düzgün istiqamət verməli, çətin situasiyalardan çıxmaqda, düzgün yol seçməkdə onlara yaxından kömək etməli, har vaxt Vətənin, millətin gələcəyini düşünməlidir.



2. Müəllimin professional bilikləri. Bu, pedaqoji ustalığın fundamental əsasıdır. Müəllimin bilikləri bir tərəfdən elmə, tədris etdiyi fənnə, digər tərəfdən isə onu öyrənən şagirdlərə doğru yönəldilmişdir. Bunun məzmununa müəllimin tədris etdiyi fənni, onun metodikasını, psixologiya və pedaqogikasını bilməsi daxildir. Pedaqoji peşə biliyinin özünəməxsusluğu onun kompleksliliyində, ümumiləşdirilməsində, müəllimin şəxsi münasibətində xarakterizə olunur, (məs., “Düşünürəm ki”. “Mənə belə gəlir ki”, “Məncə” və s.). Müəllimin ustalığı biliyin insaniləşdirilməsində, canlandırılmasıında. onun sadəcə kitabdan verilməsində deyil, müəllimin dünyaya, həyata öz baxışları kimi təqdim edilməsindədir. Şagirdlər tərəfindən şəxsi mövqeyi kimi qavranılmasındadır. Peşə biliyinin əsasında müəllimin pedaqoji şüuru, onun pedaqoji fəaliyyətinin və davranışının əsasını təşkil edən prinsiplər, qaydalar formalaşır. Bunları da müəllim öz təcrübəsi əsasında qurur. Lakin onu dərk etmək, onun qanunauyğunluqlarını görmək isə yalnız clıııi biliklərin köməyi ilə mümkündür.

3. Müəllimin pedaqoji qabiliyyətləri. Bu, pedaqoji ustalığın mayasıdır və onun əsasında təkmilləşir, inkişaf edir. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə qarşı olan həssaslığıdır. Qalan qabiliyyətlər bunlardır: didaktik, akademik, konstruktivlik, qnostik-idraki.

4. Pedaqoji texnika. Bu. pedaqoji fəaliyyətin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksidir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birinə təsir göstərirlər.


Yüklə 28,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə