Baki döVLƏt universitetiNİn nəZDİNDƏ İQTİsadiyyat və humanitar kollec


Pedaqoji stiuasiya və pedaqiji vəzifə. Yerinə yetirilmə mərhələləri



Yüklə 28,13 Kb.
səhifə6/7
tarix30.04.2022
ölçüsü28,13 Kb.
#86323
1   2   3   4   5   6   7
2. Professioqram.

Pedaqoji stiuasiya və pedaqiji vəzifə. Yerinə yetirilmə mərhələləri.

Pedaqoji vəzifə nədir? O pedaqoji ustalığın əsas hüceyrəsi, mayasıdır və oıuın həll edilməsi müəllimin professionalizm səviyyəsini əks etdirir. Pedaqoji vəzifə - mövcud pedaqoji situasiyanı yeni mərhələyə keçirib dəyişdirmək, başqa şəklə salmaq, pedaqoji fəaliyyətin məqsədinə yaxınlaşdırmaq zərurətini daim dərk etməkdir. Çünki, bütün pedaqoji fəaliyyət pedaqoji situasiyalar zəncirindən ibarətdir. Bunların bəzisini müəllim özü yaratmalı olduğu halda, digərlərini isə şagirdlər təsadüfən yaradırlar. Pedaqoji fəaliyyətin fəlsəfəsi bunu tələb edir. Bir şagirdin dərsə gecikməsi, digərinin ev tapşırıqlarını etməməsi, dərsə hazırlıqsız gəlməsi, iki şagirdin dərs zamanı söhbət etmələri və s. bütün bunlar pedaqoji situasiyalardır. Müəllim bu situasiyaları dərk edir və özü üçün yerinə yetirəcəyi vəzifələri formalaşdırır: 1) strateji xarakterli vəzifələr (uşaqlarda məsuliyyətlilik, təşkilatçılıq hisslərini nə cür formalaşdırmalı; 2) taktiki xarakterli vəzifələr (dərsdə şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi, billiklərin hesaba alınması və nəzarəti üzrə vasitələrin işlənib hazırlanması); 3) situativ xarakterli vəzifələr (dərsə gecikən, dərsini oxumayan, dərsdə kənar işlə məşğul olan şagirdlərə nə cür reaksiya verməli və s.).



Müəllimin ustalığı mövcud situasiyanı pedaqoji vəzifəyə çevirməyi bacaran, yəni, mövcud şəraiti münasibətlərin dəyişməsinə. qarşıya qoyulmuş pedaqoji məqsədə yaxınlaşdırmaqdan ibarətdir. Əgər müəllim onu görməzsə, əhəmiyyət verməzsə, situasiya vəzifəyə çevrilməyə bilər. Beləliklə, situasiya məqsədyönlü pedaqoji fəaliyyət şəraitində vəzifəyə çevrilir, (situasiya ■ məqsəd vəzifə). Məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə edilir. Məhz burada pedaqoji ustalığın səviyyəsi özünü göstərir. Bu isə müəllimin məqsədyönlülüyündən, pedaqoji biliyindən, qabiliyyətlərindən, pedaqoji texnikaya necə yiyələnməsindən asılıdır. Pedaqoji vəzifənin həll edilinəsi bir neçə mərhələdən keçir. 1-ci mərhələ situasiyanın təhlili və problemin dərk edilməsidir. Əksər hallarda gənc müəllimlər tələsdiklərindən bu mərhələni unudur, konfliktin dərinliyini çox vaxt duymur, situasiyanı tanış hesab edib, səhvlərə yol verirlər. Situasiyanı görə bilməmək, onu dərk etməmək, uşaqların hərəkətlərinin arxasında nələr dayandığım duymamaq vəzifənin həllində səhvlərə gətirib çıxarır. Situasiyanın ilkin təhlili zamanı ümumi pedaqoji prosesin harada, hansı şəraitdə baş verdiyini, şagirdlərin, tərbiyəçilərin xarakterini, onların qarşılıqlı münasibətlərini müəyyən etmək, uşaqların hərəkətlərindən razı və ya narazı qaldığını onlara hiss etdirmək, bir daha belə hallara yol verməyəcəyini başa salmaq çox vacibdir.

Başlanğıc məlumatların təhlili mərhələsi, 2-ci mərhələdir. Bunun nəticəsində edilmiş hərəkətlərin motivləri, fəaliyyətin məqsədləri şəraitin spesifikliyi dərk edilir. Yalnız özü haqda, öz mövqeyi harədə düşünən müəllim şagirdlərin davranışlarımın həqiqi motivlərini görməyə bilər. Xüsusilə, müəllimin şagirdlərə qarşı böhtan xarakterli tələblərlə çıxış etməsi, etmədikləri hərəkətləri onların adlarına yazması pedaqoji təsirin effektinə ciddi ziyan vura bilər. Müəllim bu mərhələdə şagirdin torbiyəlilik səviyyəsini, estetik-mədəni duyumunu, genetik, əməli, potensial imkanlarını, idarəolunanlığını və s. hökməıı nəzərə almalıdır. Situasiyanın son və 3-cü mərhələsi müvafiq lıipotezin, fərziyyənin irəli sürülməsidir. Burada müəllimdən aktiv təfəkkür, təxəyyül tələb edilir, öz bilik və təcrübə ehtiyatından ən səmərəli yolları seçmək istənilir. Usta müəllim kolletivi də cəlb etməklə mövcud situasiyanı ətrallı təhlil edib, qərar çıxarmağa cəhd göstərir. Pedaqoji vəzifənin bütıin mərhələləri başa çatdıqdan sonra işləniləcək metodlar sistemi seçilib avnlır. Çox yaxşı baldır ki, usta müəllimlər üsul və vasitələri seçərkən özlərində baş vermiş arzuolunmaz situasiyaların yaranması səbəblərini axtarır, buna görə də hər bir qərarı düzgün olur və öz fəaliyyətinin ahəngdarlığına, özüniitərbiyəya doğru aparır.


Yüklə 28,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə