Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

 
 
 
64 
cəhətdən uyğunluğu vardır. Və belə bir nəticəyə gəlir ki, udin (eyni 
zamanda Azərbaycan dialektal) ard  «dəyirman daşının arxasına yı-
ğılan un» semantik cəhətdən türk ard «arxa» sözü ilə birləşir
176
. Bu 
fikirlə  razılaşmaq olmaz. Bizə elə gəlir ki, dialekt və şivələrimizdə 
işlənən  ard  «dəyirman  daşının  arxasına  yığılan  un»  və  ard  «arxa» 
sözləri  deyilişi  və  yazılışı  eyni  olub  müxtəlif  mənalara,  müxtəlif 
etimoloji mənşəyə malikdir. 
Bəlkə də bu sözlərin eyni qəbul edilməsinin müəyyən psixoloji 
əsasları  vardır    Əslində,  fikrimizcə,  dialekt  və  şivələrimizdə  İran 
mənşəli  ard  sözünün  mənasında  daralma  hadisəsi  baş  vermişdir. 
Dialekt və şivələrimizdə un sözü işləndiyindən İran ard sözü artıq 
həmin  məfhumu  bütövlükdə  ifadə  edə  bilməmiş  və  onun  mənası 
konkretləşmişdir. 
Gərde // gərdə  «saman xırdası»  (Ab., Q.)  fars  mənşəli                   
 
درگ
 (gərd) «toz» sözündəndir. Dialekt və şivələrimizdə məna həcmi 
daralmış  və  «saman  xırdası»  anlamında  çıxış  edir.                  -Usda 
gərdəni palçuğa qarışdırıbanı öyü suvıyadu (Q). Bu sözə başqa türk 
dillərində  də  rast  gəlmək  olur.  Türkmən  ədəbi  dilində  həmin 
mənada  qert  fonetik  variantında  işlənir
177
.  Özbək  dilinin 
dialektlərində isə «narın un» mənasında müşahidə edilir. 
Şərq qrupu dialekt və şivələrində İran mənşəli alınma sözlər öz 
etimonuna  nisbətən  geniş  mənada  işləndiyi  hallar  da  müşahidə 
edilir. Belə bir hal təbiidir, «çünki mənbə dildən uzaqlaşan və yeni 
dil mühitində qismən semantik sərbəstlik qazanan sözlər dəyişilməz 
qalmır, əksinə, yeni-yeni işlənmə sahələri kəsb edərək öz mənalarını 
genişləndirir…»
178

Dialekt  və  şivələrimizin  leksikasında  alınma  sözün  mənasının 
həm  kəmiyyət,  həm  də  keyfiəyyətcə  genişlənməsi  baş  verir.  İran 
dillərindən alınma söz dialekt və şivələrimizdə əlavə mənalar kəsb 
edir, yəni sözün mənaları kəmiyyətcə artır. 
                                                 
176
  Гукасян  В.Л.  Взаимоотношения  азербайджанского  и  удинского  языков. 
Докторская диссертация, Баку, 1973, стр.84 
177
TRS, 1968, s.175 
178
 Həsənov B.S. Alman dilində işlənən türk sözlərinin leksik-semantik xüsusiyyətləri 
// M.F.Axundov adına APDİ-nin Elmi Əsərləri, XII seriya, 1973, № 3, s.15 


 
 
 
65 
Şərqi  Abşeron  şivələrində  tat  dilindən  alınma  rıma//  rimə 
//ruma  sözü  işlənir
179
. Tat dilində ruma «təzə, körpə (tərəvəz haq-
qında)»  mənasını  bildirir.  Qeyd  olunan  şivələrdə  həmin  söz  tat 
dilindəki  mənasından  (məs.  Nə  rıma  turpdır  bu,  yiməgdən  toymaq 
olmır)  əlavə  «yumşaq»  anlamında  işləndiyi  müşahidə  olunur.  -
Uşağın sümigi rumadu***
Həmin  şivələrdə  şebpərə//şəppələ  sözünə  rast  gəlinir.  Fars 
mənşəli şəbpərə şəb «gecə» və pərə                       
 نديرپ
 
(pəridən) uçmaq felindən) sözlərindən  yaranmışdır və  «gecə quşu» 
deməkdir. Şərqi Abşeron şivələrində  şebpərə//şəppələ  «gecə quşu» 
mənasından  əlavə  «yuxusu  olmayan,  narahat  adam»  anlamını  da 
kəsb etmişdir
180

Tünik_//tənik'>Tünik//tənik.  M.Şirəliyev  «Bakı  dialekti»ndə  bu  sözü  tünik  // 
tünik  fonetik  variantlarında  qeydə  alınmış  və  «nazik»  mənasını 
göstərmişdir 
181

G.Vəliyeva  tünik  sözünün  «nazik»  mənasından  əlavə  «həssas 
adam»  anlamında  işləndiyini  qeyd  edir
182
.  Lənkəran,  Masallı  və 
Yardımlı  şivələrində  tənik  «nazik»  fonetik  variantı  işlənir. 
Azərbaycan  dilinin  dialektoloji  lüğətinin  çapda  olan  yeni  nəşrində 
isə  yuxarıdakı  variantlardan  əlavə  Xudatda  və  Sisyanda  tünək  // 
tünəki kimi qeydə alınmış və «nazik» mənasından əlavə «zəif, arıq 
heyvan» anlamı da göstərilmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  dialekt  və  şivələrimizdə  bu  sözün 
müxtəlif fonetik variantları onun üçün mənbə dilin eyni olmadığına 
əyani  sübutdur.  Görünür,  həmin  sözün  dialekt  və  şivələrimizə 
keçməsi  mümkün  olan  mənbə  dillərdən  yalnız  «nazik»  mənası 
alınmışdır. Onun dialektlərimizdə rast  gəlinən digər məna  çalarları 
isə  Azərbaycan  dili  mühitində  qazanılmışdır  və  bilavasitə  «nazik» 
mənası ilə bağlıdır. 
                                                 
179
  Велиева  Г.Г.  Лексика  восточноапшеронских  говоров  азербайжанского 
языка (сравнительно-историческое исследование). АКД, стр.8 
***Misal  Azərbaycan  dili  dialektoloji  lüğətinin  çapda  olan  yeni  nəşrindən 
götürülüb 
180
  Vəliyeva  G.Q.  Azərbaycan  dilinin  Şərqi  Abşeron  şivələrinin  leksikası 
(müqayisəli-tarixi tədqiqat). Namizədlik dissertasiyası, Bakı, 1984, s.51 
181
 Şirəliyev M. Bakı dialekti. Bakı, 1957, s.195 
182
  Vəliyeva  G.Q.  Azərbaycan  dilinin  Şərqi  Abşeron  şivələrinin  leksikası. 
Namizədlik dissertasiyası, s.41 


 
 
 
66 
Tünik  sözü  ilə  əlaqədar  bir  məsələni  qeyd  etməyə  bilmərik. 
Prof.  V.Aslanov  «morfoloji  quruluşuna  görə  qədim  türk  sözlərinə 
oxşadığına  görə»  tünük  sözünün  İran  mənşəli  olmadığını  qeyd 
edir
183
.  Bununla  əlaqədar  həmin  sözün  tarixi-etimoloji  inkişaf 
yoluna  nəzər  salaq.  Qeyd  etmək  lazımdır  ki,  bu söz  İran  dillərinin 
və  eləcə  də  Hind-Avropa  dillərinin  çox  geniş  bir  arealında 
yayılmışdır. 
İranşünaslar  həmin  sözü  etimoloji  cəhətdən  İran  *tanu-  Hind-
Avropa *tenu- «nazik» sözü ilə bağlayırlar
184

Qədim  və  orta  İran  dillərində  aşağıdakı  mənzərəni  müşahidə 
edirik:  av.  tanu-ka  «nazik»,  qədim  fars  *tanu-  «nazik»,  orta  fars 
tanuk  «nazik,  zərif»,  kl.  fars  tanuk  //  tunuk  «nazik,  seyrək, 
dayaz»
185
.  Qədim  hind  dilində  tan
ú
-  «nazik,  zərif»  mənalarından 
əlavə «arıq» anlamını da bildirmişdir
186
.  
Müasir  İran  dillərinin  əksəriyyətində  eyni  semantik  çalarlar 
müşahidə  olunur:  fars  tonok  «nazik,  zərif,  seyrək,  dayaz»
187
,  tac. 
tunuk «nazik, zərif»
188
, kürd t
ä
nək «nazik, dayaz» (çay haqqında); 
seyrək  (meşə  haqqında)
189
,  kürd  manьk  «nazik»
190
,  tat.  tünük 
«nazik» 
191
,  talış.  tonыk//tənыk  «nazik,  seyrək»  (talış  dilində 
«dayaz»  mənasında  tənыsk  sözü  işlənir)
192
,  osetin.  t
æ
n
æ
g  «nazik, 
seyrək, dayaz» (su haqqında)
193
 və s. 
Nazik  –  seyrək  məna  çalarları  Hind-Avropa  dillərində  də  geniş 
yayılmışdır  və  ən  çox  german  qrupu  dillərində  rast  gəlinir: 
                                                 
183
  Aslanov  V.İ.  XII  əsrə  qədərki  Azərbaycan  dili  haqqında  //  AFM,  I  buraxılış, 
1983, s.80 
184
 Абаев В.И. Историко-этимологический словарь осетинского языка. T.III, 
Л., 1979, стр.263 
185
  Расторгуева  В.С.  Сравнительно-историческая  грамматика  западноиранс-
ких языков (фонология). М., 1990, стр.88 
186
  Расторгуева  В.С.  Сравнительно-историческая  грамматика  западноиран-
ских языков (фонология). М., 1990, стр.88 
187
 Миллер Б.В. Персидско-русский словарь, стр.135 
188
 Таджикско-русский словарь. М., стр.411 
189
 Курдоев К.К.Курдско-русский словарь. М., 1960, стр.740 
190
 Бакаев Ч.Х. Язык азербайджанских курдов. М., 1965, стр.252 
191
 Hacıyev M. Tat dilinin Qonaqkənd ləhcəsi, s.151 
192
 Пирейко Л.А. Талышско-русский словарь, стр.211 
193
  Абаев  В.И.Историко-этимологический  словарь  осетинского  языка.  T.III, 
Л., 1979, стр.263 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə