Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

 
 
 
62 
İran dillərində sözönü v səsini saxlayan dillərdən biri də tat dilidir. 
Qədim İran dillərində sözönü v tarixi inkişaf prosesində fars, tacik 
və  s.  dillərində  b  səsinə  keçmişdir
165
.  Sözönü  v  talış  dilində  də 
qalmışdır 
166
. Əyanilik xatirinə bir misala diqqət yetirək. 
 
 q. fars *vāta-                   kl.f. bād  -          m.f. båd 
                                                                 tac. bôd  
 
                         orta fars 
                           vād                               tat. var  
                   
 
av. vāta                                       tal. vo «külək» 
 
Haqqında  danışdığımız  vəcə  sözü  orta  fars  dilində  va
čč
ag 
şəklində  işlənmişdir
167
.  Vəcə  sözünün  müasir  fars  dilində  qarşılığı 
b
äččе
-dir.  Qanunauyğun  olaraq  orta  fars  dilindəki  v  müasir  fars 
dilində  b-yə  keçmişdir.  Azərbaycan  dilində  beçə  sözü  də  işlənir. 
Güman etmək olardı ki, Quba və İsmayıllı rayonu şivələrindəki vəcə 
elə  ədəbi  dildəki  beçə  sözüdür    ki,    onda  b>v    əvəzlənməsi  baş 
vermişdir.  Lakin  b>v  əvəzlənməsi  Quba  dialekti  üçün  və 
ümumiyyətlə şərq qrupu dialekt və şivələri üçün xarakterik deyil. 
Bu  hadisə  əsasən  qərb  və  qismən  şimal  qrupu  dialekt  və 
şivələrinə aiddir
168
. Doğrudan da Şəkidə və Göyçayda «yeni əmələ 
gəlmiş arı ailəsi» mənasında veçe sözü işlənir 
169

Tat  dilində  vəcə  «bala,  körpə»  deməkdir
170
.  Quba  dialektində 
həmin  söz  daha  konkretləşərək  «körpə  adı»  anlamında  işlənir. 
                                                                                                               
163
 Rüstəmov R.Ə. Quba dialekti, s.233 
164
 Hacıyev İ. İsmayıllı rayonu şivələri. Namizədlik dissertasiyası, Bakı, 1948 
165
  Расторгуева  В.С.  Сравнительно-историческая  грамматика  западно-иран-
ских языков (Фонология). M.,  1990, str.89 
166
 Миллер Б.В. Талышский язык, стр.228 
167
 Mackenzie D.N. A Concize Pahlavi Dictionary. London, 1971, p.85 
168
 Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları, s.86 
169
  İslamov  M.  Azərbaycan  dilinin  Nuxa  dialekti.  Bakı,  1968,  s.195;  Vəliyev  A. 
Azərbaycan  dialektologiyasına  aid  materiallar;  Göyçay  keçid  şivələrinin 
leksikası. Bakı, 1960, s.27 
170
 Hacıyev M. Tat dilinin Qonaqkənd ləhcəsi, s.103 


 
 
 
63 
İsmayıllı rayonu şivələrində isə vəcə «keçi balası»na deyilir. -Bugün 
vəcələr yaxşı otdadı. 
Mənbə  dildə  təkmənalı  sözün  mənasının  daralması  hadisəsi 
dialekt  və  şivələrimizdə  müşahidə  edilir.  Təkmənalı  sözün 
mənasının daralması o zaman baş verir ki, həmin sözün ifadə etdiyi 
növ  əlaqələrinin  dəyişməsi  müşahidə  edilir:  mənbə  dildə  növ 
məfhumunu  bildirən  söz  keçdiyi  dialektin  və  ya  şivənin 
leksikasında  artıq  həmin  məfhumu  ifadə  edə  bilmir,  çünki  dildə 
ümumi  məfhumu  bildirən  söz  vardır.  Bu  səbəbdən  alınma  sözün 
mənası daralaraq həmin növ məfhumunun bir hissəsini ifadə etməyə 
başlayır.  Məsələn,  ümumiran  mənşəli  кard  sözü  fars  dilində 
«bıçaq»  məfhumunu  bildirir
171
.  Bu  sözə  şərq  qrupu  dialekt  və 
şivələrinin bir çoxunda rast gəlinir, lakin fars dilindəki məna həcmi 
daralmış,  müxətlif  fonetik  variantlarda  çıxış  edərək  bıçağın  bir 
növünü bildirir: kort «iri bıçaq» (M., C.), gərde//gorda «bıçaq növü» 
(Ab., B.), giləğurt «iri qatlanmayan bıçaq» (Br.). 
İsmayıllı  rayonu  şivələrində  ard  sözü  «unun  tozu»  mənasında 
qeydə  alınmışdır.  -Dəyirmanın  ardınnan  mınnan  yaxşı  çörək 
olmaz
172

Həmin mənada ard sözü Cəbrayıl rayonu şivələrində də işlənir 
173
.  Udin  dilində  isə  ard  «dəyirman  daşının  ətrafına  yığılan  un» 
mənasını  bildirir  və  həmin  sözün  udin  dilinə  Azərbaycan  dilinin 
dialekt və şivələrindən keçməsi göstərilir 
174

Ard  «un»  mənasında  İran  dillərinə  aid  sözdür.  Azərbaycan 
dilində  onun  qarşılığı  un  sözüdür.  Dialekt  və  şivələrimizdə  ard 
«dəyirman  daşının  arxasına  yığılan  un»a  deyilir.  Ard  Azəraycan 
dilində  «arxa,  geri»  deməkdir  və  həmin  mənada  o,  Mahmud 
Kaşğaridə  işlənmişdir 
175
.  Bunları  nəzərə  alaraq  V.Qukasyan  qeyd 
edir  ki,  türk  ard  «arxa»  və  İran  ard  «un»  sözlərinin  ancaq  fonetik 
                                                 
171
 Миллер Б.В. Персидско-русский словарь, стр.391 
172
 Hacıyev İ. İsmayıllı rayonu şivələri. Namizədlik dissertasiyası, s.235 
173
  Hacıyev  T.  Azərbaycan  dilinin  Cəbrayıl  şivəsi.  Namizədlik  dissertasiyası, 
Bakı, 1962, s.326 
174
  Гукасян  В.Л.  Взаимоотношения  азербайджанского  и  удинского  языков. 
Докторская диссертация, Баку, 1973, стр.83 
175
  Mahmud  Kašgari.  Divanü  lügat-it-türk  tercümesi,  çeviren  Besim  Atalay,  I, 
Ankara, 1939, s.42 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə