Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

 
 
 
58 
yeriyən,  gəzən  (xəstə  haqqında);  3)  bir  anlığa,  ayaqüstü
140

Göründüyü  kimi,  müasir  fars  dilində  sərpayi  «toyu,  məclisi  idarə 
edən adam» mənasında işlənmir. Fars dilinin dialekt və şivələrində 
də sərpayı sözünün ədəbi dildəki mənalarda işləndiyi qeyd edilir
141

Klassik  fars  dilində  «toyu,  məclisi  idarə  edən  adam»  mənasında 
sərpayə  sözünün  işləndiyi  və  həmin  vaxtdan  Azərbaycan  dilinə 
keçməsi  güman  olunur.  Bu  söz  ərəb  və  fars  sözləri  lüğətində  də 
həmin  mənada  qeydə  alınıb
142
.  Bunları  nəzərə  alaraq  belə  bir 
nəticəyə  gəlmək  olar  ki,  şərq  qrupu  dialekt  və  şivələrində  işlənən 
sərpayi  fars  mənşəli  sözdür.  Müasir  fars  dilində  əvvəlki  mənasını 
itirən  sərpayi  sözü  Azərbaycan  dilinin  şərq  qrupu  dialekt  və 
şivələrində  həmin  mənanı  mühafizə  etmişdir.  Bununla  yanaşı  bir 
cəhəti  də  qeyd  etməliyik.  Sərpayi  sözü,  əsasən  tatların  yaşadığı 
ərazidə  müşahidə  edilir.  Bakı,  Quba,  Şamaxı  dialektlərində, 
Abşeron şivələrində sərpayi sözü üçün mənbə dil tat dilinin olması 
da  istisna  deyil.  Adı  çəkilən  dialekt  və  şivələrdə  həmin  sözün 
müxtəlif variantlarda qeydə alınması da fikrimizi sübut edir. 
Şərq  qrupu  dialekt  və  şivələrində  tərkibində  sər  olan  aşağıdakı 
sözlər də işlənir: dərosər//darasar «qapı və pəncərə üstünə qoyulan 
taxta»  (A.,  Ln.,  M.),  düsəri  «hər  iki  tərəfi  iti  mismar»  (B.), 
dəngəsaray  eləmək  «boğazı  yığmaq,  incitmək»  (Sal.),  kəmsər 
«axmaq,  ağılsız»  (İs.,  Ş.),  dağbəsər  «dağüstü»  gülbəsər  1.»xiyar» 
(Ln.,  C.);  2.  «xiyar  və  üzümün  güldə  olan  vaxtı»  (Ab.),  səvard 
«çəltik  tarlasının  başlanğıc  tərəfi»  (Ln.),  sərəqət  «evin  damı  ilə 
divarı arasındakı boşluq» (Q.), sərtaxti «toyun yeddinci günü gəlini 
görməyə  gələnlərin  gətirdiyi  xonça  və  ya  hədiyyə»  (Ab.),  sərdəsi 
eləmək  «başdansovdu»  eləmək  (B.),  sərgül  «nübar,  ilk  məhsul» 
(Ab., B.), təndirəsər «təndir qoyulan yer» (Ln., M.) və s.  
Alınma sözlərdə baş verən semantik dəyişikliklərdən danışarkən 
mənanın  daralması  xüsusi  qeyd  edilməlidir.  Yuxarıda  mənanın 
daralması  haqqında  bəhs  edərkən  göstərildi  ki,  alınma  prosesində 
sözün  mənasının  daralması  ilə  dilin  özünəməxsus  sözlərinin  tarixi 
inkişaf prosesində mənasının daralması, konkretləşməsi hadisəsinin 
                                                 
140
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.II. 
141
 Смирнова Л.П. Исфаханский говор. Материалы к изучению. М., 1978, стр.85 
142
 Ərəb və fars sözləri lüğəti, s.557 


 
 
 
59 
fərqli  cəhətləri  vardır.  Başlıca  fərq  ondan  ibarətdir  ki,  xalq  sözü 
başqa  dildən  alarkən  onu  özünə  lazım  olan,  ehtiyac  hiss  etdiyi 
mənada işlədir. «Alınma sözün mənası ya qismən, ya da tam şəkildə 
özünün ilkin mənasından fərqlənir, yəni bu və ya digər sözü alarkən 
xalq  onun  fonetik,  morfoloji  və  semantik  strukturuna  öz 
«düzəlişlərini» edir»
143
 Alınma sözün mənasının daralması dedikdə, 
ilk növbədə sözün mənbə dildəki mənalarının kəmiyyətcə azalması 
başa düşülməlidir. Mənbə dildə çoxmənalı söz dialekt və ya şivənin 
lüğət  tərkibinə  keçdikdə  onun  mənalarından  biri  saxlanır,  digər 
mənaları isə atılır, çünki həmin mənaları ifadə etmək üçün dialektin 
öz imkanları vardır. Şərq qrupu dialekt və şivələrində İran dillərində 
çoxmənalı sözlərin mənasının kəmiyyətcə daralması geniş yayılmış 
hadisələrdəndir. Misallara diqqət yetirək. 
Beçəxor  –  fars   
روخ وچب
  (bə
č(č
)exor)  sözündəndir.  Söz 
ortasında  ə  >  e  əvəzlənməsi  baş  vermiş,  qoşa  samitlərdən  birinin 
düşməsinə səbəb olmuşdur. Fars dilində 1) balasını  yeyən heyvan; 
2)  tibb.  Ana  bətnində  əmələ  gələn  şiş,  ur  mənaları  göstərilir
144

Lənkəran şivəsində ikinci mənada işləndiyi qeydə alınmışdır
145

Gav – fars  
واگ
 (gāv) sözündəndir. Fars dilində 1) inək, öküz; 2) 
astr.  Yeddi  qardaş,  Ülkər;  3)  zodiakın  bürclərindən  birinin  adı 
146

Fars  dilindəki  mənalarından  ancaq  biri,  konkret  olaraq  «öküz» 
mənasında Sabirabad rayonu şivələrində qeydə alınmışdır
147
. Həmin 
mənada  yazılı  abidələrdə  və  klassik  ədəbiyyat  nümunələrində  rast 
gəlinir
148

Gərdənəməd     «xamut,  boyunluq»  (Sal.).  Bu söz fars  
 
دنب ندرگ
  (gərdənbənd)  sözünün  Salyan  rayonu  şivələrində  fonetik 
şəkildəyişməsidir. b > m əvəzlənməsi və d səsindən əvvəl sonorun 
düşməsi  göz  qabağındadır.  Fars  dilində  1)  boyunbağı;  2)  xamut, 
                                                 
143
 Асланов В.И. Иноязычные элементы в казахском диалекте азербайджан-
ского языка. ВДТЯ, т.IV, Баку, 1966, стр.130. 
 
144
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.I, стр.182 
145
 Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, s.65 
146
 Миллер Б.В. Персидско-русский словарь, стр.416 
147
 Azərbaycan dilinin Muğan qrupu şivələri. Bakı, 1955, s.184 
148
 Qəhrəmanov C. «Əsrarnamə». Bakı, 1964, s.94 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə