Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   2   3   4   5   6   7   8   9   ...   44

 
 
 

arasında ictimai iqtisadi, siyasi və mədəni əlaqələr probleminin daha 
müvəffəqiyyətli həllinə imkan yaradar. 
 Tədqiqatın əsas məqsədi Azərbaycan dilinin şərq qrupu dialekt 
və  şivələrinin  leksikasına  İran  dillərinin  (fars,  tat,  talış)  leksik 
təsirini  üzə  çıxarmaq,  həmin  dialekt  və  şivələrdə  İran  mənşəli 
sözlərin yerini və rolunu müəyyənləşdirməkdən ibarətdir. Dialekt və 
şivələrdəki  İran mənşəli sözlər öz xarakterinə görə digər alınmalar-
dan fərqlənir. Bunu nəzərə alaraq monoqrafiyada : 
-dialekt  və  şivələrdə  alınma  sözlərin  fonetik-morfoloji 
mənimsənilməsi; 
-alınma sözlərin leksik-semantik xüsusiyyətlərinin öyrənil- 
məsi; 
-dialekt və şivələrdə alınma sözlərin ümumi və fərqli fone tik
morfoloji və semantik xüsusiyyətlərinin üzə çıxarılması; 
-Azərbaycan  toponimiyasının  tədqiqində  dialekt  və  şivələrdəki 
alınma sözlərin əhəmiyyəti
-alınma sözlərin tematik qruplar üzrə təsnif edilməsi və s. 
məsələlər nəzərdən keçirilmişdir. 
 Azərbaycan dilçiliyində Azərbaycan və İran dilləri  əlaqələrinin 
ilk  dəfə  olaraq  dialekt  və  şivələr  səviyyəsində  geniş  planda 
monoqrafik  tədqiqata  cəlb  edildiyi,  dialekt  leksikasının  zənginləş-
məsində  müxtəlif  İran  dillərinin  rolunun  araşdırıldığı  bu  monoqra-
fiyada  İran  dillərindən  kifayət  qədər  dil  materialı  tədqiqata  cəlb 
edilmişdir  ki,  bu  da  həmin  dillərdən  alınma  sözlərin  fonetik, 
qrammatik  təbiəti  və  leksik-semantik  xüsusiyyətləri  barədə  müəy-
yən  nəticəyə  gəlməyə  imkan  vermişdir.  Monoqrafiyada  dialekt  və 
şivələrin  leksikasındakı  alınma sözlər təkcə   təhlil  və təsvir edil-
mir. Bununla yanaşı, imkan daxilində İran dillərindən qədim alınma 
sözlər layı aşkar edilir, bir çox sözlərin tarixi-etimoloji inkişaf yolu 
izlənilir və bu məqsədlə türk, İran və digər Hind-Avropa dillərinin, 
eyni  zamanda  qədim  yazılı  abidələrin  materiallarından  istifadə 
olunur. Azərbaycan toponimiyasın- da alınma sözlərin işlənməsi və 
onların  üzə  çıxarılmasında  dialekt  və  şivə  materiallarının 
əhəmiyyətinə də diqqət yetirilir.  


 
 
 

Türk  dillərinin,  xüsusilə  Azərbaycan  dilinin  dil  əlaqələri 
fonunda müqayisəli-tarixi, tipoloji cəhətdən öyrənilməsində, dialekt 
və  şivələrin  lüğət  tərkibində  substrat  leksikasının  müəyyənləşdiril-
məsində  əsl  mənbə  olan  alınma  sözlər,  alınma  terminoloji  leksika, 
toponim  və  mikrotoponimlərin  vahid  bir  tam  halında  araşdırılması 
çox böyük nəzəri əhəmiyyət kəsb edir. 
 Tədqiqatın  materialları  və  əldə  olunan  nəticələrdən  müxtəlif 
sistemli  dillərin  müqayisəli  qrammatikalarının,  ali  təhsil 
müəssisələrinin filoloji fakültələri üçün müvafiq dərslik və metodik 
vəsaitlərinin hazırlanmasında istifadə edilə bilər. Azərbaycan dilinin 
dialektoloji  lüğətinin  hazırlanmasında  dissertasiyanın  materialları 
xüsusilə  əhəmiyyətlidir,  çünki  dialektoloji  lüğətin  1964-cü  il 
nəşrində və çap prosesində olan yeni nəşrində də Azərbaycan dilinin 
müxtəlif  dillərlə  qarşılıqlı  əlaqələrinin  nəticəsində  dialekt  və 
şivələrin lüğət  tərkibinə  keçən alınma sözlər dialekt  vahidləri kimi 
verilmişdir.  Əslində  belə  sözlərə  dialekt  vahidi  kimi  deyil,  alınma 
sözlər kimi yanaşılmalıdır. 
Bu tədqiqat işi Azərbaycan dilçiliyində müəyyən qrup dialekt və 
şivələrdə müxtəlif İran dillərindən alınma sözlərin araşdırılmasında 
ilk  təcrübədir  və  buna  görə  də  güman  etmək  olar  ki,  gələcəkdə 
nəinki Azərbaycan dilində, eləcə də ayrı-ayrı türk dillərində,onların 
dialekt  və  şivələrində  və  ya  türk  dillərinin  müəyyən  bir  qrupunda 
(məsələn,  oğuz  və  qıpçaq  qrupu  dillərində)  eyni  səpkidə  tədqiqat 
işlərinin  aparılması  üçün  nümunə  ola  bilər.  Belə  tədqiqatlar  türk 
dillərində  İran  mənşəli  alınma  sözlərin  və  eləcə  də  İran  dillərində 
türk  mənşəli  leksikanın  ümumi  və  fərqli  cəhətlərinin,  alınma 
prosesinin  tarixi  qanunauyğunluqlarının  üzə  çıxarılmasına  imkan 
yaratmış olar. 
Monoqrafiyada    əsas  faktik  material  kimi  müəllifin  müvafiq 
dialekt və şivələr üzərində canlı müşahidələri nəticəsində topladığı 
materiallardan,  Azərbaycan  dilinin  dialektoloji  lüğətinin  çap 
prosesində  olan  yeni  nəşrinin  materiallarından,  Azərbaycan 
dilçiliyində dialektologiyaya aid yazılmış dissertasiya, monoqrafiya 
və məqalələrdən seçilmiş söz və ifadələrdən, Nəsimi adına Dilçilik 


 
 
 

İnstitutunun  dialektologiya  şöbəsinin  kartotekasının  materialla-
rından istifadə edilmişdir.  
P. S. Möhtərəm oxuculara təqdim etdiyim bu monoqrafiyanı 
1991-1993-cü  illərdə  Nəsimi  adına  Dilçilik  İnstitutunun 
aspiranturasında  oxuyarkən  namizədlik  dissertasiyası  şəklində 
müdafiə etdiyim tədqiqat  işi əsasında hazırlamışam. 1994-cü ildə 
həmin tədqiqat işini  uğurla müdafiə etmişəm. O vaxtdan on ildən 
çox  bir  müddət  keçib.  Üstündən  xeyli  vaxt  ötdüyünə  görə 
dissertasiyanı nəşrə hazırlamaq fikrindən uzaq idim. Şəxsiyyətinə 
və  elminə  həmişə  dərin  hörmət  və  məhəbbətlə  yanaşdığım 
görkəmli  dilçi  alimimiz,    filologiya  elmləri  doktoru,    professor 
Qəzənfər  Kazımov  Dilçilik  İnstitutunun  Dialektologiya  şöbəsinə 
müdir  gələndən  sonra  həmin  şöbədə  müxtəlif  illərdə  aparılmış,  
müdafiə  edilmiş,  lakin  çap  olunmamış  tədqiqatların  silsilə 
nəşrlərini  hazırlamaq  təklifi  ilə  həmin  tədqiqat  müəlliflərinə 
müraciət  etmişdir.  Artıq  həmin  təklifin  reallaşdırılması 
istiqamətində xeyli işlər görülmüş, «Azərbaycan dialektologiyası» 
silsiləsindən yeddi  kitab işıq üzü görmüş dür.Hörmətli  Qəzənfər 
müəllim    özünün  təklifi  ilə  mənə  də  müraciət  edəndən  bəri 
dissertasiyanın  üzərində  yenidən  işləyib,  onu  təkmilləşdirmək 
barədə çox düşündüm, lakin çox götür-qoydan sonra iş o zaman 
necə  yazılıbsa,  eyni  şəkildə  nəşrə  verməyi  qərarlaşdırdım. 
Beləliklə, «Azərbaycan dialekto  logiyası»  silsiləsindən  səkkizinci 
kitab Siz oxucuların  qarşısın dadır. Əsəri oxuyub dəyərli təklif və 
iradlarını  müəllifə  çatdırıcaq  hər  bir  şəxsə  öncədən 
minnətdarlığımı bildirirəm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə