Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

 
 
 
60 
boyunluq  mənaları  göstərilir
149
.  Salyan  rayonu  şivələrində  ancaq 
ikinci  mənada işləndiyi  müşahidə edilmişdir.  Gərdənəmədin ipin 
bərk bağlaginən ki, at yaxşı güc eləsin. 
Kələsər // giləsər «eşşək arısı» (Q.). Tat dilində 1) yekəbaşlı; 2) 
eşşək arısı mənalarında işlənən bu söz Quba dialektində ancaq 2-ci 
mənada işlənir
150
.  
Zərəndaz  «zərli  baş  örtüyü»  (Ln.).  Əslində  sərəndaz  fars  sər 
«baş» və əndaz 
نتخادنا
 (əndaxtən) «atmaq» felinin kökü) sözlərinin 
birləşməsindən yaranıb. Lənkəran şivəsində s > z samit əvəzlənməsi 
baş  vermiş,  «zərli»  semantikası  həmin  samit  əvəzlənməsi  ilə 
meydana çıxmışdır. 
Pərəndə «qanadlı, quşlar sinfinə aid olan» (Ln., M.) fars  
 
هدنرپ
  (pərənde  sözündəndir).  Söz  sonunda  e  >  ə  əvəzlənməsi  baş 
vermişdir.  Fars  dilində  1)  quş;  2)  uçan,  qanadlı;  3)  uçucu,  tez 
buxarlanan  mənaları  göstərilir
151
.  Lənkəran  və  Masallı  rayonu 
şivələrində  «qanadlı  quşlar  sinfinə  aid  olan»  mənasında  qeydə 
alınmışdır. -Hər pərəndənin əti yeyilmir (M.). 
Püşraz  «tez  yetişən,  tez  dəyən»  (B.)  fars 
سرشيپ
  (pişrəs) 
sözündəndir.  Aşağıdakı  mənalarda  fars  dilində  işlənir:  1)  tez 
yetkinləşən;  2)  tez  yetişən;  3)  erkən
152
.  Bakı  dialektində  «tez 
yetişən, tez dəyən» mənalarında işlənir: püşraz qarpız
153
. Dialektdə 
i > ü və s > z əvəzlənmələri baş vermişdir. 
Azərbaycan  dilinin  şərq  qrupu  dialekt  və  şivələrində  İran 
mənşəli  sözlərin  mənalarında  keyfiyyətcə  daralma  hadisəsi 
müşahidə  edilir.  Mənanın  keyfiyyətcə  daralması  dedikdə  mənbə 
dildə daha geniş və ümumi məfhumu ifadə edən sözün dialekt və ya 
şivə  leksikasında  konkret  anlayış  və  hadisəni  ifadə  etməsi  nəzərdə 
tutulur.  Alınma  sözün  mənasında  keyfiyyətcə  daralma  hadisəsi 
müəyyən mənada həmin sözün Azərbaycan dilinə çoxdan keçdiyini 
                                                 
149
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.II, стр.390 
150
  Ахмедов  Т.М.  Лексические  взаимоотношения  азербайджанского  и  татс-
кого языков. АКД, стр.30 
151
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.I, стр.114 
152
Yenə orada, s.152 
153
 Şirəliyev M.Ş. Bakı dialekti, s.209 


 
 
 
61 
göstərir.  Məlumdur  ki,  alınma  sözün  mənasının  konkretləşməsi  və 
ya  xüsusiləşməsi  hadisəsi  dilin  əsil  sözləri  ilə  alınma  sözlərin 
qarşılıqlı  əlaqə  və  münasibətlərinin  nəticəsi  kimi  ortaya  çıxır.  Bu 
fikri misalla izah edək. 
Azərbaycan  dilinin  Yardımlı  rayonunda  material  topladığımız 
vaxt  Hamarkənd  şivəsində  tən  sözünü  qeydə  aldıq.  Tən  «insan  və 
heyvan  bədəninin  bir  üzvü»  mənasını  ifadə  edir.  Həmin  sözün 
Azərbaycan  dilinin  yazılı  abidələrində,  klassik  ədəbiyyat 
nümunələrində «bədən» mənasında işləndiyi məlumdur və «Ərəb və 
fars  sözləri  lüğəti»ndə  qeydə  alınmışdır
154
.  «Kitabi-Dədə  Qorqud» 
dastanlarında  eyni  mənada  işlənir
155
.  «Qutadqu  bilik»,  «Kodeks 
Kumanikus»
156
 kimi ümumtürk abidələrində də işlənmişdir. Bu sözə 
Kaşqari  «Luğət»ində
157
,  «Qədim  türk  dilləri  lüğəti»ndə
158

Radlov
159
    və  L.Budağovun
160
    lüğətlərində  də  həmin  mənada  rast 
gəlirik.  Ümumiran  mənşəli  sözdür.  Orta  fars  dilində  tan  sözünün 
«bədən»,  «şəxs»  mənaları  göstərilir 
161
.  Azərbaycan  dilinə  klassik 
fars  dilindən  keçməsi  ehtimal  olunur.  Uzun  müddət  klassik 
ədəbiyyat nümunələrində, yazılı abidələrdə «bədən» mənasını ifadə 
etmiş  tən  sözü  müasir  ədəbi  dildə  arxaikləşmişdir  və  ancaq  bəzi 
dialekt  və  şivələrdə  qalmışdır.  Lakin  dialekt  leksikasında  tən 
sözünün mənasında daralma baş vermişdir. 
Osetin  dilində  də  t
æ
n  //  t
æ
n
æ
  sözü  «qarnın  aşağı  hissəsi» 
mənasında  işlənir  və  V.  Abayev  onu  İran  *tanu  «bədən»  sözü  ilə 
bağlayır
162

Vəcə  Quba  dialektində 
163
  və  İsmayıllı  rayonu  şivələrində
164
  
işlənir.  Tat  dilindən  keçməsi  ehtimal  olunur.  Məlumdur  ki,  qədim 
                                                 
154
 Ərəb və fars sözləri lüğəti, s.615 
155
  Пириев  Э.Р.  Персидские  слова  в  языке  «Книги  моего  деда  Коркуда». 
Дисс., Баку, 1989, стр.135 
156
 Bodrog Ligeti A. The Persian Vocabulary of the Codex Cumanicus. Budapest, 
1971, p.189 
157
 Divanü lügat- it-türk düzümü. Ankara, «Endeks», 1943, s.598 
158
 Древнетюркский словарь. Л., 1969, стр.531, 544 
159
 Радлов В.В. Опыт Словаря тюркских наречий. T.III, ч.2, Спб., 1905, стр.1051 
160
  Будагов  Л.З.  Сравнительный  словарь  турецко-татарских  наречий.  Т.I, 
Спб., 1869, стр.378 
161
 Mackenzie D.N. A Concise Pahlavi Dictionary. London, 1971, p.81 
162
 Абаев В.И. Историко-этимологический словарь осетинского языка. T.III, 
Л., 1979, стр.261 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə