Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   17   18   19   20   21   22   23   24   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

82

Allahdır. Haqqında danışılan yaradıcı da mənim üçün çox da önəmli deyil. O 



sadəcə bəzən öz fikirlərini xatırladan tərəfsiz adamdır. Söhbət ondan getdiyi 

üçün o çox şeyə qarışmır. Başqalarının fikri də onun üçün çox da önəmli deyil. 

Bir şey də deməyə bilmərəm ki, ayrı-ayrı zamanların formulunu, ayarını 

tapmış, böyük məktəb yaratmış dahilər əbədi dahi və ya qəhrəman sayılmaz. 

Əbədi olan Allahdır. Bu anlamda əbədi olanı anlamağa, dərk etməyə çalışmaq 

büsbütün başqa bir dünya, başqa bir dünyabaxışıdır. İlahi aləmlə real aləmin, 

sonsuzluqla konkret zamanın və zəminin qarşılaşdırılması doğru sayıla bilməz. 

Və konkret bir yaradıcı şəxsiyyətin tarixi xidmətləri, əsərləri heç vaxt unudula 

bilməz. Unutmayaq ki, sevənlərini də, sevməyənlərini də, onu inkar edəni də, 

etməyəni də Allah özü yaradıb. Peyğəmbərləri də, şeytanı da, mələkləri də, 

iblisi də Allah özü yaradıb. Biz hər yerdə Allahın vəkilliyini yapa bilmərik. 

Bizim Allaha inanmaq, onu sevmək və ondan qorxmaq haqqımız var. 

Mirzə  Fətəli  kimi  biz  insanlar  da Allahın  zərrəsiyik.  Mühakimə  haqqı 

yalnız və yalnız Allahındır. 

Qoy  o  böyük Allah  məni  bu  ziddiyyətli  yazıma  görə  bağışlasın. Allah 

Mirzə Fətəliyə rəhm eləsin...

Vallah,  məni  qınamayın.  Mirzə  Fətəlinin  Avropaya  ilk  pəncərə  də, 

qapı  da  açan  kişinin  məqalələrini  oxuyanda  əsəbiləşirəm.  Şərqə,  ümumən 

özlərindən  olmayanlara,  özəlliklə  müsəlmanlara  ikinci  dərəcəli  insan  kimi 

baxan Avropa əhli Şərqin tarixini niyə unutdu? Tarixin təkərrür etmədiyinəmi 

qərar verdi? Müstəmləkəçi vampirliyini əbədiyyətəmi qovuşdurmaq istəyir, 

əla həzrət Avropa?! Xristian klubu olan Avropa Birliyinin müsəlmanlara qarşı 

barışmazlığı hansı demokratiya maddəsinə yazılıb, görəsən?

Oxucum,  mən  əsla Avropa  düşməni  –  filan  deyiləm. Avropa  standartlı 

həyat  tərzini,  elm-texnika  səviyyəsini,  əsl  sənət  örnəklərini  sevənlərdən, 

sayqı duyanlardan biriyəm. Əgər hər Avropa millətində başqalarına qarşı ciftə 

standart  varsa  daha  mənim  sözüm  yoxdur.  Gücüm  acığımı  Mirzə  Fətəliyə 

tökməyə  çatır.  Ürəyimdə  deyirəm:  “Kişi,  sən  bizi  göbəyimizdən Avropaya 

bağlayanlardan birisən, bəlkə də birincisisən. Al, bu da sənin millətini adam 

yerinə  qoymayan Avropa.  Ustad, Avropa  yolunun  ideal  olması  fikri  Şərqin 

gələcəyinə,  özü  də  tarixdə  təsdiq  olunmuş  gələcəyinə  son  qoymadımı? 

Avropanın  ideal  model  olmadığını  tarix  isbat  etməkdədir.  Ədalətsizlik  və 

ikili  standart  heç  bir  vaxt  ideal  dövlət  anlayışına  sığmayıb  və  sığmayacaq 

da. Fransanın, İngiltərənin, Almaniyanın, Yunanıstanın, İsveçrənin... Rusiya 

sayağı erməni canyanalığı soyqırım hay-küyü hansı tarixi həqiqətə, hüquqa 

sığar?


Suallar  çoxdur,  Mirzə  Fətəli.  Tarazlaşdırılmamış,  ayarı  qoyulmamış 

Avropapərəstliyin Şərq üçün fəlakət olduğunu isbat etməyə ehtiyac yoxdur. 

Hər şey göz qabağındadır. 



Kamil Vəli NERİMANOĞLU

83

Türk Dünyası 34. Sayı

Görünür, Günəşin Şərqdən deyil, Qərbdən doğduğunu isbat edənlər bizi öz 

yalanlarına inandırdılar. Bizim başımızın üstündən öz dinlərini uca tutdular, 

bizim dini təhrif etdikləri Tövratın, İncilin gününə salmaq istədilər Quranı. 

Gücləri  çatmadı.  Gücləri  çatmayan  məkrli  islam  düşmənçiliyini,  Qurana 

atılan  ucuz  iftiraları  sənin  və  sənin  kimilərin  əli  ilə  etdilər. Təəssüf,  ustad, 

təəssüf.  Xamnədən  Şəkiyə,  Şəkidən  Tiflisə,  Tiflisdən  dünyayasəsi  yayılan 

Mirzə Fətəli, böyük insan, səni sevdiyim qədər də qınayıram... Bağışla məni 

ustad, uman yerdən küsərlər...

Bizim  hamımızın  yaddaşındakı  damarlarda  həm  də  Mirzə  Fətəlinin  qanı 

axır. Qazandıqlarımız da, qeyb etdiklərimiz də, uğurumuz da, ziddiyyətimiz də 

həmin qandan gəlirsə, doğrudan da, olacağa çarə yox imiş. 

Tarix  müasirləşmənin  Yapon  modelini,  eləcə  də  Çin,  Güney  Koreya... 

modellərini də ortaya qoydu. Məlum oldu ki, müasirləşmə yalnız Qərbləşmə 

deyil.  Öz  dininə,  ənənəsinə,  tarixinə,  mentalitetinə  bağlı  qalaraq  elmdə, 

texnikada,  iqtisadiyyatda,  həyat  tərzində  müasirləşə  bilərsək.  Mirzə  Fətəli 

yolunun  ziddiyyətinin  bir  tərəfi  də  budur.  Öz  kökünə  bağlı  olmayan  xalqlar 

əriməyə, assimilə olmağa məhkumdur. Şərqin üzünə açılan qapı Şərqin öztarixi 

dəyərləri üzərində ucalmalı, insanı dəyərlərin hamısını ehtiva etməlidir. 

Canlı  aləmdə,  xüsusən  insanlarda  irsiyyət  deyilən  bir  bioloji  qanun  var. 

Hər kəsin təsdiqi və davamı onun öz övladıdır. Bu bioloji qanun sosial həyatda 

təsdiq  olunur.  Mühit,  tərbiyə,  təhsil  faktorlarını  nəzərə  almadan  bu  qanunun 

sosial gerçəkliyindən danışmaq çox çətindir və onların ayarı, tarazlığı da çox 

mühümdür. Amma çox şeyin irsiyyət, gen amili həll etdiyini də inkar etmək 

çətindir. 

Yaradıcılıq aləmində də irsiyyət, davam, gen yaddaşı mühüm rol oynayır. 

Yaradıcı insanın bir təsdiqi də onun estetik, fəlsəfi, poetik dəyərlərdə, başqa 

sözlə  yaratdığı  məktəbdədir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  Mirzə  Fətəlinin 

məktəbi modern düşüncə və yaradıcılıq məktəbidir. Həsən bəy Zərdabinin (həm 

də  müasiri),  Nəcəf  bəy Vəzirovun  (dramaturgiya  və  teatr),  Ə.Haqverdiyevin 

(dramaturgiya,  nəsr),  Ə.Hüseynzadənin  (fəlsəfə,  ictimai  fikir,  mətbuat-

publisistika), Mirzə Cəlilin (dramaturgiya, nəsr, mətbuat, publisistika), Mirzə 

Ələkbər Sabirin (şeir), Üzeyir bəy Hacıbəyovun (dramaturgiya, teatr, mətbuat-

publisistika),  Ömər  Faiq  Nemanzadə  (ictimai  fikir,  mətbuat-publisistika), 

Məhəmməd Ağağ Şahtaxtinskini (mətbuat, əlifba, ictimai-siyasi fikir), İsmayıl 

bəy  Qaspralı  (mətbuat,  ictimai-siyasi  fikir),  Ə.Ağaoğlu  (ictimai-siyasi  fikir, 

fəlsəfə), Məhəmməd Əmin Rəsulzadə (ictimai-siyasi fikir, mətbuat-publisistika), 

Mirzəli Möcüz (şair)...

Əlbəttə, bu siyahı bütöv deyil və hardasa şərtidir. Modern və ən modern 

Azərbaycan  ədəbiyyatının,  ictimai-siyasi  fikrinin  Mirzə  Fətəlinin  çuxasından 

çıxdığını  da  təsdiq  etməmək  olmaz.  Azərbaycanın  Güneyi  və  Quzeyi, 




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

84

bədii  düşüncə,  ictimai-siyasi  fəaliyyət  sərhədlərinə  sığmır.  Çünki,  o  yalnız 



bütövAzərbaycanın deyil, həm də bütün türk dünyasının Qafqazların, Yaxın və 

Orta Şərqin, Hindistanın... böyük fikir öndəri, sənət, ədəbiyyat nəhəngidir və bu 

mənada həqiqətən də “baniyi-kar”dır. 

Mənim  məqsədim  bu  məktəbi  uzun-uzadı  təsvir  etmək,  fərqli  yanları  və 

yönləri  ilə  araşdırmaq  deyil.  Niyyətim  bu  günümüzə  qədər  davam  edən  bu 

böyük məktəblə bağlı bir önəmli amili vurğulamaq və dolayı yolla Mirzə Fətəli 

məktəbində nəyin bar verdiyini törəyib artdığını, davamlılığı daşıdığını, nəyin 

qısır qaldığının, intişar etmədiyinin altını qırmızı xətlə cızmaqdır. 

Mirzə  Fətəli  məktəbi  tam  şəkildə  dərindən  araşdırsaq  biramil  qabarıq 

şəkildə ortaya çıxacaqdır. 

Mirzə Fətəlinin komediyaları və nəsri onun ən sağlam yerdən davamını 

şərtləndirən təməldir. Zaman keçdikcə arılaşıb-durulaşan bu məktəb milli və 

bəşəridəyərlərin vəhdətidir desək səhv etmərik.

Mirzə  Fətəlinin  ictimai-siyasi,  ədəbi  tənqidi,  ədəbi  dil  nəzəriyyəsi  və 

təcrübəsi,  mətbuat  publisistika  istiqamətindəki  xidmətlərini  və  birinciliyini 

kimsə  inkar  etməz,  edən  olsa  da,  haqsızlıq  edər.  Fəqət  Mirzə  Cəlilin  din, 

islam əleyhinə yazıları, fikirləri, bəzi inkarçılıq meylləri qısır qaldı, davam 

etdirilmədi desək, həqiqəti ifadə etmiş olarıq. 

Doğrudur,  bu  tendensiya  cəhalətə,  mövhumata,  dini  irticaya,  yobazlığa 

qarşı  çox  əhəmiyyətli  olmuşdur.  Ancaq  Allahsız  olmamış,  “Külli-ədyanı” 

inkar etməmişdir, Füzulini özünə doğma bilmişdir. 

Törəyib  artmayan  ateist  Mirzə  Fətəli  70  illik  ateist  ideologiyalı  hakim 

olduğu  zaman  içində  də  boğazdan  yuxarı  olmuş,  rejim  şərti,  şüar  kimi 

göstərmişdir. Dinə, “tiryək”, “bar verməyən çiçək” deyən Marks və marksistlər, 

leninistlər,  stalinistlər,  maoistər...  iflasa  uğramış,  ateizm  çıxmaza  girmişdir. 

Din-əxlaqdır. Amma mən bütün dinsizləri əxlaqsız hesab etməyənlərdənəm. 

Səmimi  dinsiz  səmimi  aldanmışdır.  Fəlsəfə  dinləri  daşıyanlara  sayqım  var. 

Elmi, sənəti özünə din hesab edənləri də anlamağa çalışıram. Dini kitabları 

oxuyub  aradan  cəhalət,  şarlatanlıq,  cindarlıq,  əbləhlik...  çıxaranlara  qarşı 

amansızam və onları xalqıma, insanlığa düşmən hesab edirəm. 

Siyasiləşdirilmiş dinin din olmadığını da açıq şəkildə bildirmək istəyirəm. 

Din  reformatorlarını  və  yorum  özbaşınalığını  da  bəyəndiyimi  söyləməkdə 

çətinlik çəkirəm. 

Hz. Əlinin, Qəzalinin, Əl-Ərəbinin, Yunis Əmrənin, Mövlananın, Füzulinin, 

İbrahim Haqqı Əfəndinin, Əli bəy Hüseynzadənin, M.Ə.Rəsulzadənin... din 

yorumu, islama baxışı mənim üçün daha doğmadır. 

Bu  mənada  da  Mirzə  Fətəli  bizi  düşündürən  mütəfəkkirdir.  Onun  bəzi 

fikirlərini, baxışlarını qəbul etməsək də, zərərli bilsək də onun dühasını inkar 

edə bilmərik. 



Kamil Vəli NERİMANOĞLU

85

Türk Dünyası 34. Sayı

İnsan  dühasının  düz  xətt  üzrə  inkişaf  etdiyini  düşünmək  yanlışdır. 

Ziddiyyətlər, inkarlar, yanlışlar, ifratlar, uc nöqtələrdə dolanmalar insan zəkası 

üçün təbii proseslərdir. Bütün bunları canlı şəkildə yaşayan Mirzə Fətəli bizə 

doğma və əzizdir. 

...Həyat çox qəribədir. Öncə yolun başından baxırsan, İlahi, bu uzun yol nə 

vaxt bitəcək?! – deyə düşünürsən. Elə ki, yolun sonuna yaxınlaşırsan “İlahi, 

bu ömür nə tez keçib getdi?!” – deyə heyrətlər içində qovrulursan. 

Mirzə  Fətəli  bitməz-tükənməz  ömrün  sonuna  yaxınlaşmışdı.  Yalnız 

günlər,  aylar,  illər  deyil,  dostlar,  düşmənlər,  tanış-bilişlər  arxada  qalmışdı. 

Ömrün anları ulduzlar kimi sayrışırdı. Uzun ömür anlayışı nə qədər gülməli 

və  anlamsız  bir  şey  imiş.  Uzun  an  ola  bilər,  uzun  ömür  olmaz.  Vaxtsız 

ölüm olmadığı kimi vaxtlı ömür də yox imiş. Hər şey nisbi imiş: qələbə də, 

məğlubiyyətdə vicdan da, əclaflıq da, gözəllik də, çirkinlik də... 

Bəlkə ömür bir yuxu imiş. Amma heç bir yuxu sadəcə yuxu deyil. Hər bir 

insanın yuxusu onun mif dünyasıdır. O, tərəfdən baxanda mif gerçəkdir, bu 

tərəfdən baxanda mif yalandır, əfsanədən – nağıldan başqa bir şey deyil. 

Mirzə Fətəli Qərb mifini də, Şərq mifini də ədəbiyyatları, tarixləri kimi 

gözəl bilirdi. Amma onun yaşadığı həyat miflərdən uzaq rasional, real həyat 

idi.  Onun  yazıb  yaratdığı  həyat  da  rasional  baxışla  qələmə  alınmış  real 

həyat idi. Onun fikir mücadiləsi dəkifayət qədər radikal həyatı və amansız 

mücadiləsi uzunluğundan – qısalığından (nə fərq edər ki...) asılı olmayaraq 

anlamlı insanın ibrətli həyatı idi. 

Mirzə Fətəlinin xalqlara, qövmlərə baxışı olduqca ədalətlidir. İrqə, qana 

bağlı  ayrı-seçkilikdən  uzaq  duran  böyük  maarifçi  elmin,  mədəniyyətin 

səviyyəsinə  görə  xalqları  bölür,  Şərqin  problemlərini  göstərir.  Əgər  Mirzə 

Fətəli  “Məktublar”ında  “Dünyada  əfsanə  uydurmaqda  ərəblərin,  əfsanəyə 

inanmaqda farsların misli-bərabəri yoxdur”, - yazısı bu gəlişigözəl bir atmaca 

da  ola  bilər,  incə  bir  zarafat  da,  yumor  da.  (Komediyaları  Mirzə  Fətəlinin 

yüksək səviyyədə yumor hissi olduğunu göstərmirmi?)

Məncə, bu sözlərdə məkr, yuxarı-aşağı sinifləndirmə aparmaq, yaradan və 

yamsılayan xalqlar təsnifini gerçəkləşdirmək doğru sayıla bilməz. Şübhəsiz ki, 

inkişaf etmiş və etməmiş xalqlar var. Maarif, mədəniyyət, texnika meyarları 

ilə  yanaşsaq  bölgü  aparmaq  xalqları  bir-birinə  qarşı  qoymaq  deyil,  əksinə 

inkişaf yolunu göstərmək, tənqid və özünü tənqidlə, gülüş və özünə gülüşlə 

yeni perspektivə çıxarmaqdır. 

Məncə, Mirzə Fətəli komediyalarında çox ustalıqla bacardığı bu idealını 

məqalələrində daha sərt və bəzən birtərəfli şəkildə gerçəkliyə qovuşdurmuşdur. 

Fikir, düşüncə həyatı belədir. Orada dəqiq reseptlərdən, hökmlərdən daha çox, 

arayış, axtarış var. Mən bu baxımdan da Mirzə Fətəli yaradıcılığına diqqətlə 

yanaşmanın vacibliyini bildirmək istəyirəm...




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

86

... Mirzə Fətəli ömrü boyu özünü yazmışdır. Bəzən külüngü daşa dəymiş, 



bəzən qazdığı quyunun boşluğuna düşmüş, xəsarət almış, fəqət heç vaxt durub 

dayanmamış, özünü qazdıqca qazmışdı. 

Nə  tapmışsa,  içindəki  quyudan  tapmış,  nə  itirmişsə  içindəki  quyuda 

itirmişdi. 

Mirzə  Fətəli  erkən  rəhmətə  gedən  balalarını  bu  quyuda  dəfn  etmişdi. 

Reallıq qazanmayan əlifbasını da, əlyazmasını yandırdığı əsərlərini də, həyat 

ona qarşı çevrilmiş kini, nifrəti, böhtanları da bu quyuda basdırmışdı. Mirzə 

Fətəli  vəfat  etdi.  Onu  öz  içindəki  quyuya  dəfn  etdilər.  Qəbr  üstündə  adam 

da  az  idi,  ağlayan  da.  Gələnlər  ağır,  qara  torpağı  deyil,  onu  gələcəyə  yola 

salan doğmaları idi. Qəbrin içi soyuq idi. Yalnız ona görə yox ki, torpağın üzü 

soyuqdur. Həm də ona görə ki, həyat kimi, ölüm də onu soyuq qarşılamışdı. 

Bundan sonra onu iki həyat gözləyirdi. Torpağın üstündə isti sənət, ictimai 

fikir,  elm  həyatı  və  torpağın  altında  balaları  ilə  birgə  olacağı  soyuq  məzar 

həyatı. Mirzə Fətəlinin öz əli ilə qazdığı qəbrin bir daşı isti, bir daşı soyuq, bir 

daşı xoşbəxtlik, bir daşı bədbəxtlik, bir daşı gülüş, bir daşı göz yaşları, bir daşı 

keçmiş və bir daşı gələcək, bir daşı məhəbbət, bir daşı nifrət idi... 

Sarsılmış insanın, ağır xəstəliyə yaxalanmışın, fəlakətin bir addımlığında 

dayanmışın Allaha münasibəti bir başqa şəkildə təzahür edir. O insanlara Allah 

daha çox görünür. Ekstremal vəziyyət insanın daxilindəki pəncərələri Allahın 

üzünə açır. Allaha yol yaxınlaşır. Kim ağacların, suların dualarını eşitmirsə, 

insandan başqa canlıların Tanrıya minnətdarlığını duymursa, o Allahdan uzaq 

düşmüşlərdəndir. Azmışları Allah doğru yola gətirsin. 

Mirzə Fətəli bir anın əbədiyyətini yaşayanlardandır. Onun anını əbədiyyətə 

çevirən amil uğur, sevinc, zəfər deyil, qəfil mənəvi zərbə, böhran, çıxılmazlıq 

olmuşdur. O anlarda Mirzə Fətəli ömrün qaynadılmış qətran kimi boğazına 

töküldüyünü, ağrının yavaş-yavaş yayılaraq bütün varlığına hopduğunu hiss 

edirdi. Hiss etdikcə əzabı-zilləti daha da artırdı. 

Canişin dəftərxanasından görünən rus imperiyasının iç üzü onu tədirgin 

etməyə bilməzdi. Anlayan bütün adamlar kimi Mirzə Fətəli də dərdə boğulur, 

anlar dönüb ay, il olurdu.

Mirzə Fətəli sonunu bilən, ancaq silahı əlindən yerə qoymayan əsgər idi. 

Böyük əsgərlər savaşı uduza bilər, ancaq məğlub olmaz. 

Qocalıq  ölümdən  də  betərdir.  Hər  şeyi  görürsən,  anlayırsan,  amma 

heç bir şeyi dəyişdirməyə gücün çatmır. Zamanın da öz sahibləri var. Sənə 

get-gedə  bu  zamanda  artıq  olduğunu  eyhamla,  işarə  ilə,  sonra  açıq-aydın 

şəkildə bildirirlər: dostlar da, düşmənlər də, doğmalar da, yadlar da. Əyilmiş 

belin,  titrəyən  barmaqların,  tez-tez  yaşaran  gözlərin,  titrəyən  dodaqların 

səni  sonsuzluğa  doğru  itələdikcə,  sözünün  urvatsızlığını,  məsləhətinin 




Kamil Vəli NERİMANOĞLU

87

Türk Dünyası 34. Sayı

keçərsizliyini  anlayırsan.  Sən  “ağsaqqal”  deyil-deyil  bir  quruşluq  edildikcə 

yaşamaq  istəmirsən.  Bu  dünya  xidmətlərdən,  zəfərindən  asılı  olmayaraq 

hamını ucuzlaşdırır, qədirsiz-qiymətsiz edir. Tez, ya gec... Ay gidi dünya...

Mirzə Fətəli qocalığın acı dadını hiss etməmiş deyildi. Onun qocalıq illəri 

məhzun və kədərli idi. Onun məfkurə, sənət yolunda on illər boyu gerçəkləşən 

mücadiləsi  bitirdi.  Sözlər  kəsərini  itirir,  ömrün  son  baharının  acı  küləkləri 

yorğunluq, ümidsizlik sovururdu. 

Ümid uzaq gələcəyə, uzaq nəsillərə qalmışdı. Mirzə Fətəlinin solğun bənizi, 

heysiz bədəni, heç bir şey vəd etməsə də onun gözünün dərinliklərindəki bir 

zərrə işıq gələcəyin memarlarından birinin Mirzə Fətəli olacağını açıq-aydın 

ifadə edirdi.

Zülmət içində bir nur sönürdü...

...Bu yazını yazdığım qısa zamanda nəvəm balaca Kamil böyür-başımda 

oldu. Mənim yazmamağım, onunla oynamağım üçün çıxardığı o oyunları heç 

vaxt unutmayacağam. O tez-tez qələmimi əlimdən alıb hara gəldi atır, ya da 

gizlədirdi. Mən də çox tədirgin olsam da, əsəbiləşsəm də, heç onun qəlbini 

qırmırdım. Nəvə babanın sönməyən eşqinə məhkumdur. O ki, balaca Kamil 

ola...


Yazı  bitdikdən  sonra  başa  düşdüm  ki,  Mirzə  Fətəli  haqqında  ən  gözəl 

yazını balaca Kamil yazacaq, ya da onun çağdaşları. Qələmin mənim əlimdən 

alınıb atılmağını da qəbul etdim. Zaman keçdikcə Mirzə Fətəlinin daha aydın 

görünəcəyi  həqiqətinə  də  inandım.  Belə-belə  işlər,  Kamil  kişi.  İnşallah. 

Sənin əlindən də qələmini (və ya bilgisayarını) öz nəvən alıb atanda lütfən 

əsəbiləşmə. Oldumu?! 



P. S. Yazı – qurmaq, tikmək, əkməkdir. Yazı yazmaq qurmağın, tikməyin, 

əkməyin dadını-duzunu dadmaq xoşbəxtliyidir. Yazını bitirmək çox sevdiyin 

həmdəmini,  həmdərdini  həmişəlik  itirməkdir.  Gedənlər  gəlmir,  yazı  da 

pozulmur. Səndən ayrı öz taleyini yaşayır.

Yazıda ilk baxışda təkrar kimi görünən yerlər problem baxış bucaqlarının 

dəyişməsi  ilə  bağlıdır.  “Bütün  yollar  Romaya  aparır”  ifadəsinin  məntiqinə 

uyğun  olaraq  fikirlərin,  düşüncələrin,  yorumların,  tənqidlərin,  təxminlərin, 

hökmlərin də hamısı bizi, yəni məni və sizi Mirzə Fətəliyə aparır. 



İstanbul, 2011

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə