Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   17   18   19   20   21   22   23   24   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

78

damarlarından  axan  qan  heç  vaxt  durmaq  bilmədi.  Ağıl  yolunu  seçib  hiss 



yolunda  duyduğunu  tapan,  axtardığında  böyük  ziddiyyətlər  yaşayan  insan, 

gücündən xəbərsiz pəhləvana o qədər bənzəyir ki, başqa müqayisə tapmaqda 

çətinlik  çəkirəm.  Əlifba,  materializm,  maddəçilik,  insan  mərkəzli  fəlsəfə, 

praqmatizm,  alturist  arayış,  tənqid  konsepsiyası,  siyasi  seçim,  demokratiya 

düşüncələri, əqlyucilikdən başqa bir şey deyildi. Batının sənət küləkləri onu 

bugün bir okeana çıxarmışdı. Bir Şərqlinin arayış və axtarışları Qərb dünyası 

üçün maraqsız deyildi.

Ancaq  Mirzə  Fətəlinin  hiss  dünyasının  ona  bəxş  etdiyi  altı  dram  əsəri 

əvəzolunmaz  mənəvi  sərvət  kimi  Şərq  dünyası  üçün  misilsiz  fenomen  idi. 

Bir şey axtarıb haqqında düşünmədiyi daha qiymətli, əvəzsiz bir şey tapan 

Mirzə Fətəlinin başına xoşbəxtlik quşu qonmuşdu. Bədbəxtlik içində yaşayan 

xoşbəxt adam xalqının da, insanlığın da nadir tarixi şəxsiyyətlərindən biri idi. 

Bunu  sadəcə  xəbərsizlik  nağahanlıq  kimi  anlamaq  doğru  sayılmaz.  Burada 

hissi olanla əqli olanın sərhəddini tapmaq çətindir. 

Mirzə Fətəlinin maarifçi varlığını, demokrat kimliyi, materialist düşüncəsi, 

dialektik arayışları, ateist qənaətləri tamamlasa da, onun komediyaları Şərq 

üçün də, Qərb üçün də ədəbi möcüzə idi. Bu ədəbi möcüzəyə yüklənən hər cür 

ağıl yükü, arayış və analiz diqqətəlayiq satılmalıdır.

Biz – XXI əsrin adamları Mirzə Fətəlini oxuyarkən heyrətlənirik və ona 

olan böyük ehtiyacımızı gizlədə bilmirik. Onun yanlış qənaətləri də, əsassız, 

göydəndüşmə  hökmləri  də,  ədalətsiz  qənaətləri  də  bizim  üçün  qiymətli  və 

əzizdir. Xalqının, insanlığın tarixində əsaslı rol oynayan dahilərin uğurları da, 

uğursuzluqları da, tapdıqları da, tapa bilmədikləri də bizim üçün əvəzsiz qiymət 

daşıyır. Hər şeyi ilə bizə yol göstərən Mirzə Fətəli Axundzadə tariximizin, 

mədəniyyətimizin, siyasi-fəlsəfi düşüncəmizin elə önəmli şəxsiyyətidir ki, o 

heç vaxt unudulmayacaq, fikir öndəri, yaradıcılıq nümunəsi olaraq qalacaq. 

Mən buna şübhə etməyənlərdənəm. Bu gerçəyi ən gözəl bilən onu dahi 

davamçıları  Mirzə  Cəlil,  Sabir,  Üzeyir  bəy  və  M.Ə.Rəsulzadə  olmuşdur. 

Müəllimlərindən  görünən  tələbələr,  tələbələrindən  görünən  müəllim  qədər 

qüdrətli, təkrarsız və əvəzedilməzdir. 

Xalqın bölünmüşlük faciəsini uşaqlıqdan başlayaraq ailəsində yaşamaq, 

müstəmləkəçi  xalqın  rəsmi  məqamında  işləmək  məcburiyyəti  (“enoletlər 

altında  böyük  ürək  daşımaq”  –  S.Vurğun  gözəl  deyib),  rus  imperiya 

dəftərxanasında  onun  rəzilliyinin  içini-içalatını görmək,  doqquz  övlad  dağı 

çəkmək,  cəhalətin  hər  növünə  hədəf  olmaq,  sağdan,  soldan,  yuxarıdan, 

aşağıdan  vurularaq  təklənmək  və  daha  nələr,  nələr  Mirzə  Fətəlinin  qismət 

payı idi. Bütün bu dəhşətləri Mirzə Fətəli seçməmişdi. Onlar Mirzə Fətəlini 

seçmişdilər. Onu hədəf seçənlərdən biri, bəlkə də birincisi elə Mirzə Fətəlinin 




Kamil Vəli NERİMANOĞLU

79

Türk Dünyası 34. Sayı

özü idi. Ən böyük rəqiblərini içində yaşadan dahilər kimi Mirzə Fətəli də öz-

özünün rəqibi idi...

Xürafat  cəngəlliyindən  addım-addım  keçdikcə  Mirzə  Fətəlinin  aldığı 

yaralar, axıtdığı qan da artırdı. Qazandığı hər uğur ona qanı-canı bahasına, 

ailəsinin iztirabı sayəsində başa gəlirdi. Mirzə Cəlilin üzərində durduğu “qan 

qoxusu” yalnız Mirzə Fətəlinin qaldırdığı məsələlərdən deyil, həm də onun 

özündən  gəlirdi.  Yəni  “qan  qoxusu”  Mirzənin  özünün  seçdiyi  alın  yazısı 

qoxusuydu.

...Elm  kəlməsi  Quranda  ən  çox  təkrar  olunan  anlayışdır.  Əlbəttə  ki, 

Qurandakı elm qavramı çağdaş insanın indiki yəhudi elm sisteminin dilində, 

məntiqində deyil. 

Müasir elmdə islam elminin hökmlərini, qənaətlərini təsdiq və isbat edən 

yüzlərlə  kitab  yazılıb.  Bu  kitabların  çoxu  Avropada,  müsəlman  olmayan 

alimlər tərəfindən yazılıb və ya ekrana gətirilib. 

Makro və mikro aləmi əhatə edən araşdırmalar dərinləşdikcə Quran və 

elm mövzusu daha çox reallıq qazanır. Bunun örnəkləri o qədər çoxdur ki, 

onları  bir-bir  göstərməyə  ehtiyac  yoxdur.  Kitablar,  sənədli  filmlər  kifayət 

qədərdir, internet bilgiləri də yetərincədir. 

İlahi olanla real olanın, dünyəvi olanın qarşılığı, keçidləri və əlaqəliliyə 

o qədər təbiidir ki, qəlbini, ruhunu şeytan oğurlayan Allahsız bunu heç bir 

zaman anlaya bilməz. 

Dünya alimləri (fiziklər, riyaziyyatçılar, tibb) sübut ediblər ki, inanaraq 

dua edən adam üç-beş yaşlı uşağa çevrilir, ətraf mühitdən ayrılır və fövqəltəbii 

aləmə qovuşur. 

Kvant  mexanikası  isbat  edir  ki,  yaşadığımız  dünyada  bir  neçə  reallıq 

eyni  zamanda  mövcudluq  var.  Ayrı-ayrılıqda  mövcud  olan  eynizamanda 

müstəviləri ötüb keçmək üçün öz müstəvini itirməlisən və ya öz müstəvini 

tərk  etməlisən.  Dua  bu  prosesi  gerçəkləşdirən  əsas  amillərdən  biridir.  Dua 

edən adam öz “orbitindən” çıxır və başqa bir orbitə düşür. Beyində proseslər 

mərkəzə yönəlir və bədənin mövcudluq parametri unudulur. İslamdakı Merac 

qavramı, ekstaz-cəzb kimi qavramlar ayrı bir şərh istəyir.

Bu  uzun  və  anlamlı  ömürdə  Mirzə  əzablar  da  çəkdi,  hədə-qorxular 

gördü, təzyiq, aşağılama, iztirab yaşadı, fəqət peşman olmadı, səhv etdiyini 

düşünmədi belə. Tamam başqa fikirdə olsan da, bəzi fikirlərinə görə nifrət 

etsən belə Mirzə Fətəlinin əzmi və iradəsinə sayqı duymamaq mümkün deyil. 

Mən şəxsən Mirzə Fətəlinin dinə, özəlliklə islam dininə, Hz. Məhəmmədə 

münasibətini  əsla  qəbul  etməyənlərdənəm.  Fərqli  yollar,  fərqli  əqidələr 

dünyanın  qeyri-adiliyini,  insan  fenomeninin  zənginliyini  və  ziddiyyətlərini 

əsla  inkar  etmir.  Altı  dram  əsəri  ilə  Allaha  bu  qədər  yaxın  olan  insanın, 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə