Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   17   18   19   20   21   22   23   24   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

72

fəlsəfi  traktatlarının  qiymətini  azaltmır  və  azalda  da  bilməz.  Söhbət  ədəbi-



estetik dəyərdən, ədəbiyyatı, bədii sözün stixiyasından, taleyindən, prosesin 

mürəkkəbliyindən getdiyi üçün yalnız ədəbiyyat tarixində deyil, türk ədəbi 

dili tarixində bu altı komediyanın rolunu, funksiyasını müəyyənləşdirməkdən 

getdiyi  üçün  bu  məsələyə  bir  az  aydınlıq  gətirmək  istədim.  Bu  vurğunluq, 

hissə  qapılmaq  –  filan  deyil.  Söylədiyimiz  tezisi  isbatlıdır  və  bu  isbatın 

müəllifi yalnız mən deyiləm.

... Mirzə Fətəli ağrısının yerini bilməyən insanlardandır. Ağrısının yerini 

bilməmək təbabət üçün çətinlik törətsə də, yaradıcılıq üçün çox əhəmiyyətlidir. 

Yaradıcılıq  həmişə  başda  hazırlanmış  və  sonra  yazıya  alınmış  gerçəklik 

deyil. Bu mənada yaradıcılıq müəyyənlikdə qeyri-müəyyənliyin, dəqiqliklə, 

konkretliklə  mücərrədliyin,  günlük  olanla  əbədi  olanını  vəhdətidir  (bir  az 

qəliz oldu, məni bağışlayın). 

XIX  əsrin  məziyyətlərindən  biri  avropasentrizmidirsə,  o  birisi 

islamafobiyadır.  İslamın  dininin  gücündən,  Quranın  əbədi  cazibəsindən 

qorxan  xristian  təəssübkeşlərinin  əlindəki  silah  gericiliyə  aparan  xürafat, 

fanatizm, cəhaləti din adına xalqa sırındığı üçün Mirzə Fətəlidən sonra onun 

məktəbindən olan böyük sənətkarlar islam fəlsəfəsini, Quran dərinliyini deyil, 

cəhalət zəhərini, üzə çıxarmış, tənqid atəşinə tutmuş, əsl islama gedən sağlam 

yolun  önünü  qapatmağa  çalışmışlar.  Oriyentalizmin,  assimilyasiyasının 

missionerliyin Şərqdə törətdiyi bəlalar haqqında yazılmış onlarca əsərlər bu 

dağıdıcı  sürəcin  altını  da,  üstünü  də,  yan-yörəsini  də  göstərmədədir.  Mirzə 

Fətəlinin ürəyi – sənəti bir şəkildə, düşüncəsi – elmi, publisistik əsərləri isə 

başqa bir şəkildə ifadə etmişdir. Ziddiyyət deyilən şey həm də elə bu idi. 

Mirzə  Fətəlinin  dinə,  özəlliklə  islam  dininə  münasibəti,  məncə,  onun 

həyatı,  fəaliyyəti,  əsərləri,  dünyabaxışı  ilə  bağlı  bütün  problemlərin  ən 

qəliziydi.  Mən  ilahiyyatçı  olmadığım  üçün  bu  məsələdə  mütəxəssis  sözü 

demək olduqca çətindir. 

Hər  halda  bəzi  duyumlarımı,  qənaətimi  söyləməyə  borcluyam.  (Qəbul 

etsəniz də sağ olun, etməsəniz də).

Birincisi,  onu  deyim  ki,  Mirzə  Fətəli  din  və  islam  dini  məsələsində 

önyarqılı olub. Yəni əvvəldən müəyyənləşdirdiyi fikirdə olub. Başqa sözlə, 

obyektiv olmayıb. 

İkincisi,  məncə,  Mirzə  Fətəli  Quranı  ya  oxumayıb  ya  elə-belə  oxuyub, 

yaxud inanmayan adam kimi oxuyub. Bu amillərin üçü də Quranı dərindən 

təhlil etməyə obyektiv dəyərləndirməyə imkan verməz. (Məncə inanmayan 

adamın dini kitabları) istər tək Allahlı dinlərin müqəddəs kitabları, istərsə də 

fəlsəfi dinlərin kitabları, heç fərq etməz. Məhz həm də ona görə ki, “inananla 

inanmayan bir deyil” (Quran).




Kamil Vəli NERİMANOĞLU

73

Türk Dünyası 34. Sayı

İnananla  inanmayan  bir-biriylə  heç  vaxt  görüşməyən,  barışmayan 

gerçəklərdir.  Əgər  inanan  -  Quran  səma  kitabıdır, Allah  kəlamıdır,  göydən 

nazil  olmuşdur  həqiqətinə  inanırsa,  inanmayan  gördüyünə,  toxunduğuna, 

təmas etdiyinə, müşahidə və isbat edə bildiyinə və ya isbatına inandığına sarılır 

və onu qəbul edir. Bu da inanmayanın rasional, real gerçəyidir. Bu yerdə hər 

cür dialoq anlamsızdır. Başqa-başqa planetlərin sakinlərinin ünsiyyət qurması 

mümkünsüzdür.

Mirzə  Fətəli  böyük  filosofdur.  Altı  komediyanın,  bir  hekayənin 

altında  yatan  fəlsəfənin  nə  qədər  böyük  olduğu  açıq-aydın  ortadadır. Ayrı-

ayrı  məqalələrdə,  məqamlarda  onun  fəlsəfəsindən  süzülən  müdriklik 

diqqətəlayiqdir.  200  illik  sənətin,  ədəbi  dilin  ağırlığını  daşıyan,  böyük  bir 

məktəbin  təməlində  dayanan  ədəbiyyatın,  düşüncənin  yaradıcının  həm  də 

böyük filosof olması şübhə doğura bilməz. Təəssüflər olsun ki, Mirzə Fətəli 

könlündəki təbii fəlsəfi axını deyil, sosial şərtlərin, qüvvənin,haqq qazanmış 

və dartışılmayan gücün fəlsəfi doktrinlərini yazmış, yorumlamış, onları Şərq 

üçün uyğulamağa çalışmış, Qərb fikir bazarında qiyməti olan özünüsatmaya, 

özünüifşaya üstünlük vermişdir. Mirzə Fətəli öz stixiyasını ədəbi əsərlərində 

yazmağı bacarsa da, bununla əbədi tarix ola bilmişsə, öz stixiyasının – təbii 

axarının  ifadəsi  olmayan  “Məktublar”ında,  traktatlarında  ikincilik  –  (yəni 

“ədəbiyyatın ədəbiyyatı”, “elmin elmi”) yolunu seçmişdir. Bununla o, heç nə 

qazanmamış, bu fikirlər məhəlli sərhədlər içində qalmışdı. İndi də III dünya 

yazarının özünüsatması ilə Nobel mükafatı qazanması mümkünsə, bu yolun 

haradan, nə zamandan gəldiyini anlamaq çox da çətin olmasın gərək. 

Ortaya belə bir sual çıxa bilər ki, böyük yazıçının dinə, özəlliklə islam 

dininə qarşı çıxmasının təməl səbəbi nə idi? Və Mirzə Fətəliyə “Məktub”u 

yazarkən söykəndiyi, bir növ etibar etdiyi amil nə ola bilərdi?

Dönə-dönə  bu  məsələyə  qayıtmağımızın  səbəbi  zamanın,  şərtlərin 

mürəkkəbliyi  ilə  bərabər,  aparıcı  şəxsiyyətin  özünün  mürəkkəbliyi  ilə  öz 

qabığına və öz zamanına sığmamağı ilə bağlıdır.

Nəzərə  almasaq  ki,  XIX  əsr  islam  dünyasının  zəifləmə  dövrüdür.  İstər 

Avropalaşmaya başlayan Türkiyə də, Avropalaşmaqdan uzaq olan ərəb və fars 

dünyası da, müsəlmanların mühüm bir qisminin yaşadığı Avropaya meyillənən, 

hətta  sənətdə,  ədəbiyyatda  Avropaya  meydan  oxuyan  Rusiya  mədəniyyət, 

ictimai  şüur,  hüquq  sistemi,  elm-texnika  baxımından  çox  gerilərdə  idi.  Elə 

bir durum yaranmışdı ki, Şərq cəhalətin simvolu olaraq qəbul edilmişdi. Bir 

atalar sözümüz var: “Gətirəndə el gətirir, sel gətirir, yel gətirir, aparanda el 

aparır, yel aparır, sel aparır”.

O dövrdə baş verən siyasi iqtisadi, texnoloji olayların müsbət qəhrəmanı 

Qərb, mənfi qəhrəmanı Şərq idi. Bu şəkildə biçilən və bölünən dünya müəyyən 

fərqlərlə bugünümüzə gəlmişdi. 200-300 ildən artıq zamana yayılan bu demarş 





Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə