Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   17   18   19   20   21   22   23   24   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

80

yaradıcının Hz. Məhəmmədin həyatını yorumları dahi zındıqlığından başqa 



bir şey deyil. Mən hələ ürəyində Hz. Məhəmməd sevgisi olan milyardlarla 

insanın ruhunun incidildiyini, vicdanının sarsıldığını demirəm. 

Bu  yazıda  mənim  də  dərin  ziddiyyət  yaşadığımı  söyləyirsinizsə  sizlərə 

tamamilə  haqq  verirəm.  Mənim  düşdüyüm  ziddiyyətin  səbəbi  haqqında 

yazdığım tarixi şəxsiyyətdən gəlir, - desəm bu, problemə aydınlıq gətirmək, 

can qurtarmaq sayılmaz.

İnsanın bir adı da günaheləyən deməkdir. Belə olmasaydı hamı insan yox, 

mələk olardı. 

Mirzə  Fətəlinin  yaşadığı  ictimai-siyasi  vəziyyəti,  psixoloji  durumu 

dərk etmək faciəsini nəzərə almadan dəyərləndirmə aparmaq olmaz. Mirzə 

Fətəlinin  tanıdığı,  sevdiyi,  öyrəndiyi Allahsız  alimlərin,  yazıçıların Allahı, 

Mirzə  Şəfinin  “şarlatan”  dediyi  din  tüccarlarının Allahından  qat-qat  böyük 

olmuşdur.  Filosofun Allahın  varlığını  inkar  etməsi  bir  başqa  şəkildə  təsdiq 

etməsidir. Qananla qanmazın fərqi o qədər böyükdür ki, heç bir bəraət o fərqi 

yox edə bilməz. Şərqin XIX əsrdəki durumu Mirzə Fətəlini ifrata sürükləmiş, 

əks  qütbdə  mövqeləndirmişsə,  bunun  səbəbi  cəhalət,  xürafat,  gerilik,  irtica 

olmuşdur. Bu sözləri yaza-yaza mən dramaturq, filosof, inqilabçı, reformator 

Mirzə  Fətəlini  böyük  məhəbbətlə  sevən  insan  kimi  onun  dinə  və  Füzuliyə 

münasibətdə haqsız olduğunu qəbul edirəm. 

Böyük  insanların  böyük  səhvi  olduğu  həqiqətini  də  unutmayaq.  Bəlkə 

başqa daha ciddi səbəblər də var ki, düzü mən onları bilmirəm, əslində heç 

bilmək  də  istəmirəm  və  hər  şeyi  bildiyim,  dərk  etdiyim  şəkildə  yazmağa 

üstünlük verirəm. 

Mirzə  Fətəli  əlinə  qələm  alıb  yazıya  başlayanda  Allah  onun  qulağına 

bir neçə şey pıçıldadı, ona vəhyi-ilahi verdi. Bu vəhylə o, beş-altı il içində 

altı dahiyanə dram əsərini və bir müddət sonra “Aldanmış kəvakib”i, ədəbi-

tənqidi yazılarını qələmə aldı. 

Şeytan fürsəti fövtə vermədi və Mirzənin o biri qulağına bir şeylər oxudu 

və yazar elmsiz və əsassız “Məktublar”ını yazdı, ilahi qüdrətə şəkk gətirdi, 

ilahi  olanla  dünyəvi  olanı  qarışdırdı,  bədii  dühasına  yaraşmayanları  yazdı. 

Yazdı və onların ağırlığı altından çıxa bilmədi. 

Bunu  da  unutmayaq  ki,  Mirzə  Fətəlinin  ədəbi  varisləri  əsla  Allahsız 

olmayıblar  ən  qəribəsi  və  qanunauyğun  olan  da  budur  ki,  Mirzə  Fətəlinin 

tələbələri Azərbaycanın milli bayrağındakı yaşıl rəngə qarşı çıxmayanlardır. 

Onlar  cəhalət  və  mövhumat  düşməni  olublar  ki,  bu  da  təbiidir. Amma  heç 

bir  zaman  “külli-ədyanı”  əfsanə  hesab  etməyiblər.  Mirzə  Fətəlinin  səpdiyi 

toxumlardan bir xeyli dinsizin də yaranması təbiidir. Mən şəxsən toxumların 

hamısının Mirzə Fətəlidən gəldiyini düşünmürəm. İslamafobiyanın mənbələri 




Kamil Vəli NERİMANOĞLU

81

Türk Dünyası 34. Sayı

çoxdur  və  onlar  üzərində  də  durmaq  istəmirəm.  Heç  zaman  da  onlarla  bu 

məsələdə  polemikaya  girmədim  (başqa  məsələlərdə,  xüsusən  ədəbi  və 

siyasi  meydandakı  polemikalarım  olub,  var  və  onların  olmayacağını  da 

düşünmürəm.) 

İlahiyyat məsələləri, xüsusilə hermenevtika dini epistomologiya və hüquq 

problemləri  professinal  hazırlıq  və  dərin  bilgi  istəyir.  Həvəskar  bilgisiylə 

çözüm  aramaq  yersiz  bir  işdir.  Qəzali,  Əl-Ərəbi,  İbn-Sina,  Mövlana,  Şeyx 

Şəbüstərini... bilmədən Quranı şərhə girişmək uğursuzluqdur. 

Mən Mirzə Fətəlidə bir şeyi onun bu zülmətdən – Allahsızlıqdan bəraəti 

üçün  (əlbəttə  ki,  hakim  biz  deyilik)  iki  amili  göstərə  bilərəm.  Birincisi, 

Mirzənin ifrat şəkildə dinsiz (əslində kafir demək daha doğru olardı) elmi, 

bədii  ədəbiyyatın,  yazılanların  təsiri  altına  düşməsi,  ikincisi  mövhumat, 

cəhalət qaranlığının aşırı şəkildə şişirdilərək ilahi səviyyəyə isnad edilməsi. 

Bu cür mübaliğə, şişirtmə ağıl faktı yox, daha çox hissi (nifrət, qisas, kin...) 

gerçəkliyidir və əlbəttə ki, kökündən yanlışdır. Dahi Mirzə Fətəlinin ruhunu 

azdıran  və  bu  azmışlığı  ideologiyalaşdıran  şeytana  Allah  lənət  eləsin,  - 

deməklə çoxsaylı suallardan canımı qurtarmaq istəyirəm, oxucum. Ən çətin 

və cavabsız sual adamın özünün özündən sorduğu suallardır.

Elə başa düşməyin ki, dini, xüsusən islam dinini təbliğ edirəm. Əsla. Mən 

hər  kəsin Allahını  tapmasını  onun  həyatının  ən  əziz  və  təkrarsız  anı  hesab 

edirəm.  Yazdıqlarım  Mirzə  Fətəli  müəllimimlə  mənim  qırx-qırx  beş  illik 

söhbətlərim,  intibalarımdan  başqa  bir  şey  deyil.  Əgər  assosiativ  məqamlar 

varsa,  bunu  da  təbii  bil.  Burada  söhbətin  söhbəti,  sözün  sözü  çəkdiyini  də 

unutmayaq. Biz, yəni sən və mən. Başımızın üstündə də Allah. Könlümüzün 

dərinliyində də Allah. 

A.Eynşteynin  fəlsəfi  məqalələrini  və  xatirələrini,  Bertran  Rasselin 

özü  haqqında  yazdıqlarını  oxuduqca  Mirzə  Fətəlini  daha  yaxşı  anladığımı 

düşünürəm. Dahi şair və kommunist Nazim Hikmətin, sosializm realizminin 

təməlini qoyan Maksim Qorkinin və onlarca dahinin həyatı və taleyi də bu 

və  ya  digər  şəkildə  Mirzə  Fətəlininkinə  bənzədiyini  diqqətinizə  çatdırmaq 

istəyirəm.  Öz  zamanına  sığmayanları  öz  zamanına  sığanlarla  bərabər 

dəyərləndirməyi ədalətli olmadığını bildirmək istəyirəm. 

Bir  də  ki,  Mirzə  Fətəlini  qəbul  edib,  dəyərləndirməsi  və  ya  kimlərinsə 

qəbul etməməsi, tənqid və ya təhqir etməsi nəyi dəyişir ki?! 

Bir  də  üzr  istəyərək  bir  şeyi  də  xatırlatmağı  özümə  borc  bilirəm. 

Təvazökarlıqdan  uzaq  sayılsa  da  deməliyəm  ki,  mən  oxucu  üçün  deyil, 

özüm üçün yazanlardanam. Hərdən oxucunu xatırlasam da, əsla oxucu üçün 

yazmıram.  Mən  özümü  inandırmağa  çalışıram,  içimdəki  əks  fikirli  adamla 

dartışıram,  bəzən  uduram,  bəzən  də  uduzuram.  Bu  mübahisə  ədalətli  olan 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə