Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Kamil Vəli NERİMANOĞLU

65

Türk Dünyası 34. Sayı

vaxt anlamaq gücündə olmayıb. Bu prosesləri möhürləmək deyil, etnik, psixoloji, 

tarixi səbəbləri araşdırmaq, diqqətə almaq, hesablamaq Demoklis qılıncı kimi 

Qərbin başının üstündə durduğu gerçəyini də nəzərə almamaq olmaz. 

Bunları deməkdə məqsədim Mirzə Fətəlidən din düşməni obrazı yaratmaq 

deyil,  məsələnin  mürəkkəbliyini  vurğulamaq,  Şərq-Qərb  kontekstində  bəzi 

gəzişmələrlə bugündən dünənə, dünəndən də bugünə işıq salmaqdır. Bunu da 

bilək ki, qaranlıq işığın içində deyil, işıq qaranlığın içindədir. 

Doğrusu  mən  Hangdinqtonun  mədəniyyətlərin  savaşına  deyil,  dialoquna 

ümid  bəsləyənlərdənəm.  Dünyanın  ən  mükəmməl  sistemi  kimi  də  liberal 

demokratik  baxışı  görmürəm.  Daha  çox  mühafizəkar-demokratik  baxışın 

tərəfdarıyam.  Amma  onu  da  ehkam  saymıram.Qərbin  sonunun  gəldiyinə, 

hüquqlu cəmiyyəti və hüquq diktaturasının diktatura hüququna qalib gələcəyinə 

inananlardanam. Hətta ürəyimin bir yerində demokratiyadan üstün və kamil bir 

baxışın nə vaxtsa doğacağına da “dəli bir ümid”im var. 

Və  bu  baxışlardakı  bizim  söykənəcəyimiz,  hər  zaman  araşdıracağımız 

baxışların,  düşüncələrin  baş  ucunda  dayananların  birinin  bəlkə  birincisinin 

Mirzə Fətəli Axundzadə olacağına inanıram. Hər daşın içində mükəmməl bir 

heykəlin, rənglərin içində ən gözəl şəklin, sözlərin içində möcüzəli bir şeirin 

olduğuna inam bəsləyənlərdən biri də mənəm, əziz oxucum. 

Allah  bəzən  susur  və  yaratdıqlarını  izləyir.  Onların  əməllərini  sadəcə 

müşahidə edir. Cəza vermədən yaratdıqlarının pislik və yaxşılıq hüdudlarını, 

gözəllik və çirkinlik, ədalət, insaf, səbr və zülm, sitəm, dözümsüzlük sərhədlərini 

bəlirləməyə çalışır. 

Allahın belə heyrətdən donub qaldığı, inanmadığı anlar az olmur. İnsanın 

hüdudsuz gözəlliyi Allahı sevindirdiyi, razı saldığı kimi, yenə insanın hüdudsuz 

eybəcərliyi, vəhşiliyi Allahı ümidsizləşdirir, küsdürür. 

Qiyamətə doğru atılan addımlar Allahın deyil, insanın seçimidir. 

Təəssüf ki, Mirzə Fətəli və Mirzə Fətəli kimi seçkinlər hər şeyi təbiətə, maddəyə 

bağladıqları üçün ilahi olanı unudur, hər şeyi yerə, yer qanunlarına bağlamağa 

çalışırdılar.  Hər  şeyin  kökünün  yerə  deyil,  göyə  bağlı  olduğu  düşüncəsində, 

şüurunda  deyil,  hissiyyatında,  duyğularında  tapanlardan  biri  də  Mirzə  Fətəli 

idi.  Onun  ədəbi-bədii  yaradıcılığı  deyilənlərin  təsdiqidir.  Gördüyümüz,  hətta 

tanıdığımız insanlardan təbii gerçək xarakterləri, münasibətləri Allaha da xoş 

gəlir, bəndəyə də. Çünki göylərə bağlı olan hər insan, hər davranış, hər addım, 

hər kəlmə yerdə də diri və canlıdır, təbii və doğrudur. Diri, canlı, təbii və doğru 

olanlarla, yenidən göylərə ucalmaq mümkündür. 

Mirzə Fətəli ədəbi yaradıcılığı bu mümkünlüyün təsdiqidir. 

...İdealı üçün hər cür vasitəni məqbul görənlərdəndir Mirzə Fətəli. Mirzə 

Fətəli fikirlərin, ehkamların fanatiki deyil, öz idealının fanatikidir.



Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

66

Ağıl hər şeydən üstündür. Dekart kartezianlığının öyrətdiyi bu idi.



Təəssüf ki, Mirzə Fətəli Quranın ağıl və elm ölçüsünü heç görmədi, sadəcə 

görmək istəmədi.

Mürtətlik  (Məşədi  İbadın  məclisdə  “mürtəd  oğlu,  mürtəd”  deməsini 

yadınıza salın) adlı bir anlayış var. Mən bunu Mirzə Fətəliyə aid etməzdim. Bu 

bir az din pərdəsi arxasında cahilin arifə sataşması, təhqir etməsidir. Mirzəyə 

babı, zındıq, məlun... demək də vicdana sığmaz.

Heç  unutmayaq  ki,  Allahlı  Allahsızı  nə  qədər  sevmirsə,  Allahsız  da 

Allahlını ən az o qədər sevmir. 

Yanlış xatırlamıramsa Volterin bir sözü var: “Allah yox isə də onu yaratmaq 

lazımdır”. Bu fəlsəfə naqisdir və gerçək, səmimi başlanğıcdan məhrumdur. 

Mən Quranın “Yalançılar bizdən deyildirlər” hökmünü qəbul etdiyim üçün 

bədii yalan dışında heç bir yalanı qəbul etmirəm. Mən Allahı vardan əvvəl 

var  olan  sayıram. Yəni  teistəm, Allahlıyam.  Digər  teistlərdən  fərqli  olaraq 

mənim  kosmosumda  hakimi-mütləq,  hər  şeyin  səbəbi  olmaqla  bərabər, 

dostdur,  qardaşdır,  həmdərddir,  əzizdən  əzizdir,  xilaskardır.  İbadət  Allahla 

söhbətdir, ucalmaq və təmizlənməkdir. Göylərə baxıb bir kəlmə söyləmədən 

ürəyindəkiləri Allahla bölüşmək dünyanın ən böyük xoşbəxtliyidir. 

Mirzə Fətəli namuslu bir ateistdir. Onun könül dostu vicdanıdır, kitablarıdır, 

təbiət və cəmiyyət qanunlarıdır. Dindarla dinsizin fərqi başlanğıcı nə şəkildə 

qəbul etməkdədir. Həyat fəlsəfəsi bu başlanğıcdan doğanlardır. 

Əslində bir namuslu teistlə namus, vicdan sahibi ateistin dostluğu daha 

səmimidir, neki namussuz “dindarla” namussuz, vicdansız dinsizin.

Mirzə  Fətəlinin  faciəsi  dinsizlikdə  deyil,  dinsizliyi  ideologiyaya 

çevirməkdədir,  cəmiyyətin  bütün  naqisliklərini  dində  axtarmaqdır,  din  ilə 

cəhaləti bir-birindən ayırmamaqdadır. 

Mən  əgər  Allaha  inanmayan  ayrı-ayrı  məsələlərdə  Mirzə  Fətəliyə 

inanıramsa bu mənim Mirzənin qəbul etmədiyi və ya qəbul etmək istəmədiyi 

Allahına olan inamından irəli gəlir. 

Bir  düşüncəmi  də  söyləməyə  ehtiyac  duyuram.  Məncə,  şeytan  elmi 

yaradıcılıqdan daha çox bədii yaradıcılıq dünyasında olur. İnsanlığın ən böyük 

əsərləri  Allah-şeytan-insan  üçbucağında  cərəyan  edir.  Və  bu  mürəkkəbliyi 

ədəbiyyat  sanal  (xəyali,  virtual)  şəkildə  mətnləşdirir  (və  ya  ifadə  edir). 

Şeytanın  əməlləri  sənətdə,  ədəbiyyatda  daha  çox  öz  təcəssümünü  tapır. 

Elm daha çoxtəcrübəyə müşahidəyə, isbata söykənir, daha çox maddidir və 

şeytanın fəaliyyət sahəsinin məhdud olduğu fəzadır. 

Mirzə Fətəlidə müəyyən mənada şərti olan bu bölgü tərsinədir. Onun bədii 

əsərləri Allahın nəfəsi ilə yazılmış sənət əsərləridir, onun elmi və ya elmi-

publisistik yaradıcılığı şeytanın daha çox əl qatdığı müstəvidədir. Bu yazının 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə