Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə25/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   21   22   23   24   25   26   27   28   ...   156

76

Mehranın nəvəsi igid Vardan

1

Arranın Eranşahik



2

sülaləsindən

olan keçmiş hakimlərinin son 60 nümayəndəsinə yemək vaxtı"zəhərli

çörək" verib onları məhv etdi və bundan sonra bütün Arran qəti

olaraq yeni sülalənin əlinə keçdi. O, köhnə sülalədən yalnız öz

qızlarından birinin əri Zərmehr Eranşahiki

3

 öldürməyib  salamat



buraxdı.

İgid Vardanın nəvəsi Varaz-Qriqorun (628-636)

4

hökmranlığında Mehranilər xristianlığı qəbul etmiş və hətta iki dəfə



xaçaçuran edilmişlər; birinci dəfə imperator İrakli, ikinci dəfə isə

katolikos Viro tərəfindən xaç suyuna salınmışlar.

Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi Varaz-

Qriqorun ikinci oğlu knyaz Cavanşir idi (637/8-680)

5

; onun


hökmranlığı dövründə ərəblər Arranı istila etməyə başladılar.

1

M.Kalankatuklu igid Vardanı Aquen dini yığıncağının iştirakçısı kimi



göstərir və "Girdimanın hakimi" adlandırır, lakin sonralar (səh. 276/225) onu

"İsaya etiqad edən" Vardan adlandırır və deyir ki, o, "Girdiman qalasını

tikməmişdir". Burada açıq-aşkar anlaşılmazlıq var, çünki 136/108-ci səhifədə

bunun əksini yazır.

2

Bu Arran sülaləsinin adı olub (bax: M.Kalankatuklunun əsərində



"Arran" adına, səh. 31/24), Markvartın iddia etdiyi "İranşah" titulu deyildir, çünki

o, "Aronsaxik sözünü düzəldib "Aransaxik" şəklində yazmışdır. B a x; История

Агван, səh. 71,261, 266/55,209,214.

3

З.М.Буниятов. Шаки; History, p.217.



4

Вараз-Гагел  грузинских  хроник (Bax: Е.С.Такайшвили. Источники

грузинских  литописей, стр. 128; Histoire de la Georgie, p. 228). Markvartın

verdiyi 627-ci il tarixi düzəldilib 628 olmalıdır; bu ildə Viro həbsdən azad

olmuşdur. Varaz-Qriqoradək Mehranilər sülaləsi təqribən belə davam etmişdir:

Mehran - təqribən 480-ci il, Harmel - təqribən 510-cu il, I Vard - təqribən 540-cı il,

igid Vardan - təqribən 570-ci il, II Vard - təqribən 600-cü il.

5

С.Т.Еремян. Политическая история Албании III-VII вв.,



 СТР

. 323: 636-

669 гг.

;

 K.V.Trever. Sitat göstərilen əsəri, səh. 236: 636-669-cu illər. İran-Alban



Cavanşirin adını S.T.Yeremyan vo K.V.Trever tərəfindən erməniləşdirildiyi

diqqəti cəlbedir: S.T.Yeremyanın əsərində "Djuanşer", K.V.Treverin əsərində isə

"Djıvanşer". B a x.: F.Justi. İranisches Namenbush, p. 123: "Alban knyazı Cavanşir

Mehranilər nəslindəndir". Vardana görə (səh. 86) Arran knyazı Cavanşir və onun




77

2. Ərəblərin hücumu ərəfəsində - Azərbaycanda

    sosial-iqtisadi münasibətlər

    (VI əsrin axırı - VII əsrin əvvəli)

Mənbələrdə Azərbaycan haqqında son dərəcə az məlumat mövcud

olduğundan, bu dövrdə ölkənin daxili həyatını təsvir etmək çox

çətindir. Cənubi Azərbaycan Sasanilər imperiyasının tərkibinə daxil

olduğundan, onun bütün iqtisadi və siyasi həyatı mərkəzi şah

hakimiyyətinə tabe edilmişdi. Şimali Azərbaycana gəldikdə, İran

şahının buradakı mərzbanı  şah sarayına hər il vaxtlı-vaxtında bac

verilməsinə göz qoyurdu

1

. Xəzərlərin və ya bizanslıların ölkəyə



soxulması nəticəsində mərzban ölkəni tərk etdikdə, bacı müvəqqəti

olaraq, yeni istilaçı ağalar yığırdılar.

bacısı (erməni hakimi) Qriqori Mamikonyanın əvvəlki arvadı albanlar adından

Qriqordan Müqəddəs Qriqorinin çənəsini istəmişlər. M.Kalankatuklu (səh. 189,

190/151) qeyd edir ki, Müqəddəs Qriqorinin çənəsi Arrana I Varaz-Trdat -

Cavanşİrin qardaşı oğlu zamanı verilmişdir. Ç.Dovsett onu Cavanşirin oğlu

adlandırır. (B a x: History, p. 109-110, n. 7).

1

Albaniya Əşkanlərindən II Vaçe taxtdan əl çəkəndən sonra Sasanilərdən



Perozun (Firuzun) (459-484) və hətta Valaş tərəfindən Albaniya taxtında bərpa

edilən Vaçenin qardaşı III Vaçaqanın (484-488) hökmranlığında Albaniya VII

əsrin başlanğıcınadək iqamətgahı Bərdədə olan İran mərzbanının nəzarəti altında

idi (müqayisə et: C.Toumanoff. Iberia on the Eve of Bagratid Rule, p.236).

Məsələn, Albaniyadakı  İran mərzbanı Barzabod - Gürcüstan padşahı Vaxtanq

Qorqasalın ana tərəfindən babasi olan bu şəxs "Vaxtanq Qorqasalın tarixi"ndə

Arranın eristavı ("Eristav Ranis") adlandırılır.



78

Məlum olduğu kimi, Sasanilər, imperiyanın tərkibinə daxil

olan xalqların siyasi istiqlaliyyətini məhv etməyə çalışırdılar. Bunun

üçün İran şahları, özlərinə tabe olan ölkələrə mərzbanlardan canişin

təyin edirdilər və bütün inzibati, məhkəmə və hərbi hakimiyyət

onların əlində olurdu. Ölkəni idarə edən Sasanilərin dövlət sistemi və

ölkənin daxili quruluşu haqqında məlumat, Ərəb xilafətinin bu və ya

başqa təsisatının fəaliyyəti təsvir olunarkən ərəb müəlliflərinin

gətirdiyi arayışlardan, Bizans müəlliflərinin əsərlərindəki

materialdan və epiqraf xarakterli qədim erməni mənbələrindən əldə

edilə bilər. Lakin bu məlumatların demək olar, hamısı yalnız ümumi

şəkildə verilmişdir.

Azərbaycan Sasanilər imperiyasının tərkib hissəsi olduğuna

görə, torpaq sahibliyi, torpaqdan istifadə, vergi sistemi və s. demək

olar, imperiyanın digər rayonlarında olduğu kimi idi. Şah

hakimiyyətindən yalnız vassal kimi asılı olan Arranın özünəməxsus

təsərrüfat sistemi var idi və  İrandan fərqli olaraq, Arranda başlıca

rolu xristian kilsəsi oynayırdı, yəni ölkənin vəziyyəti öz qonşuları

olan Gürcüstan və Ermənistandakı vəziyyətin təqribən eyni idi.

Sasanilərə və xəzərlərə ağır töycü verildiyinə baxmayaraq

Arranın yarımasılı vəziyyəti onun məhsuldar qüvvələrinin artmasını

təmin edir, təsərrüfat və mədəniyyətinin inkişafına kömək edirdi.

Arranda yaxşı suvarma sisteminin olması sayəsində Kür çayı

sahilindəki torpaqlar çox yaxşı dənli bitkilər və bağ-bostan məhsulu

verirdi. Geniş torpaq sahələrində üzüm bağları salınmış, yağlı bitkilər

və tut ağacı əkilmişdi, tut ağacları isə toxuculuq sənətinin inkişafına

kömək edirdi. Əhali maldarlıq və balıqçılıqla da məşğul idi.

Moisey Kalankatuklu Arran torpağının münbitliyi və yeraltı

sərvətləri haqqında belə deyir: "Uca Qafqaz dağları arasında yerləşən

Albaniya ölkəsi çoxlu təbii sərvətlərlə dolu və zəngindir. Böyük Kür

çayı ölkənin ortasında sakitcə axaraq, böyük və kiçik balıq gətirir və

öz suyunu  Xəzər dənizinə tökür. Onun ətrafındakı çöllərdə bolluca

taxıl və çaxır, neft və duz, ipək və pambıq və çoxlu zeytun ağacı

vardır.  Dağlarda  qızıl,  gümüş,  mis  və  oxra  çıxarılır.  Vəhşi




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə