Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə8/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   4   5   6   7   8   9   10   11   ...   87

 
24 
yır. Bu məsələ ilə əlaqədar prof. Z.İ.Qaralov yazır: “Fənlərarası əla-
qə prinsipinə görə bütün orta məktəb kursları əlaqəli tədris olunma-
lıdır  ki,  şagirdlərin  bilik  və  bacarıqlarında  tamlıq  və  ümumilik  ol-
sun.  Lakin  əlaqələrin  xarakteri,  elmi  mahiyyəti,  bu  əlaqələri  təmin 
etməyin  mexanizmi  tam  öyrənilmədiyindən  əlaqə  imkanlarından 
bütövlükdə  istifadə  edilmir”  (3,  s.236).  Fənlərarası  əlaqə  haqqında 
çıxış edən müəlliflər  yekdilliklə bunun didaktik əhəmiyyətini qeyd 
edirlər. Məsələn, A.V.Usova yazır: “Fənlərarası əlaqənin əhəmiyyə-
tini  biz,  hər  şeydən  əvvəl,  tədrisin  elmi  səviyyəsini  yüksəltməkdə, 
şagirdlərin  dialektik  təfəkkürünü  inkişaf  etdirməkdə,  onlarda  elmi 
dünyagörüşünü  formalaşdırmaqda,  bilik,  bacarıq  və  vərdişlərin 
geniş bir surətdə köçürülməsi üçün şərait yaratmaqda görürük” (21, 
s.24).  V.N.Fyodorova  yazır:  “Fənlərarası  əlaqə  təlimin  elmiliyi  və 
müvafiqliyinə,  şagirdlərin  idrak  fəaliyyətinin  gücləndirilməsinə, 
məktəblilərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini yaxşılaşdır-
mağa  xidmət  edir,  şagirdlərin  elmi-metodik  görüşlərini  və  inamla-
rını təkmilləşdirir və inkişaf etdirir” (21, s.8). 
V.M.Korotov yazır: “Fənlərarası əlaqənin tətbiqi təlim və tər-
biyənin  effektliyini  yüksəltməyə  imkan verir, bilik,  bacarıq və  vər-
dişlərin  hərtərəfli  tətbiqini  və  möhkəmləndirilməsini  təmin  edir... 
şagird əməyinin səmərəliliyini yüksəldir (23, s.127). 
Fənlərarası əlaqənin əhəmiyyətinə dair müxtəlif müəlliflərdən 
iqtibas  edilmiş  rəylərin  düzgün  olmasına  şübhə  edilmir.  Onları  ço-
xaltmaq da olardı (94). Bütün bu rəylər, eyni zamanda, ənənəvi di-
daktik  prinsipləri  də  səciyyələndirir.  Məhz  ona  görə  də,  əksər  ən-
ənəvi prinsiplər kimi fənlərarası əlaqə də təlimin elmi-nəzəri səviy-
yəsini  yüksəltməyə  xidmət  edirsə,  o  zaman  bunu  təlim  prinsipləri 
kateqoriyasına  daxil  etməməyin  səbəbi  aydın  olmur.  Bizim  fikri-
mizcə,  fənlərarası  əlaqənin  bu  kateqoriya  sırasına  daxil  edilməsinə 
tam əsas vardır. 
Onu da deməliyik ki, müasir pedaqogikada və nəzəri metodi-
kada təlimin müasir səviyyəsi baxımından didaktik prinsiplərin tər-
kibini yenidən gözdən keçirmənin vaxtı çoxdan çatmışdır. Məsələn, 
prof.  Z.İ.Qaralov  çox  haqlı  olaraq  göstərir  ki,  “təlim  və  tərbiyənin 


 
25 
həyatla, müasir quruculuğumuzla əlaqəsi”ni bəzi didaktların konser-
vatizm əlaməti olaraq təlim prinsipləri sırasına daxil etməmələrinin 
səbəbi qaranlıqda qalır. “Biliyin sistemliliyi bir tərəfdən hər bir fən-
nin  tədrisi  ilə,  digər  tərəfdən  bu  fənlər  arasında  möhkəm  qarşılıqlı 
əlaqənin  yaradılması  ilə  təmin  edilir.  Tədris  fənlərinin  qarşılıqlı 
surətdə əlaqələndirilməsi tədrisdə ehkamçılığın aradan qaldırılması-
na,  qanunların  şüurlu  mənimsənilməsinə  səbəb  olur”  (3,  s.259). 
Didaktikaya həsr edilmiş əsər müəllifləri (məsələn, Skatkin M.N. və 
b.) bu barədə doğru hərəkət etdiklərini sübut etmək üçün təlim prin-
sipləri sırasında “sistematiklik və praktika ilə əlaqə” prinsipinin ol-
duğunu  göstərirlər  (10,  s.132).  Lakin  bunu  kifayət  hesab  etmək 
çətindir. Ona görə ki, “təlimin praktika ilə əlaqəsi”, “təlim və tərbi-
yənin  həyatla,  müasir  quruculuğumuzla  əlaqəsi”  müadil  deyildir. 
İkinci anlayış birinciyə nisbətən çox genişdir. Ona görə ki, bu vacib 
prinsipi “sistematiklik” prinsipinə yardımçı rolda göstərmək düzgün 
deyildir. 
Fənlərarası  əlaqəni  məharətlə  tətbiq  edən  respublikanın  fənn 
müəllimlərinin və hərbi rəhbərlərin təcrübəsindən də misallar göstə-
rə bilərik. Lakin bu heç də o demək deyildir ki, bütövlükdə ayrı-ayrı 
fənlərin  tədrisində  hərbi-texniki  biliklərin  verilməsi,  yaxud  gənclə-
rin  çağırışaqədərki  hazırlığı  fənninin  tədrisində  ümumtəhsil  fənn 
biliklərindən istifadə qənaətbəxş vəziyyətdədir. Təəssüf ki, məktəb-
lərimizin  bir  qismində  problemin  həlli  böyük  maneələrlə  rastlaşır. 
Ona  görə  yox  ki,  fənn  müəllimləri  bu  problemlə  məşğul  olmaq 
istəmirlər, ona görə ki, bir çoxu bu didaktik prinsipin əhəmiyyəti və 
mahiyyətini  hələ  dərindən  dərk  etmir,  onu  həyata  keçirmək  üçün 
zəruri bilik və təcrübə ilə, üsul və vasitələrlə silahlanmamışlar. 
Fənn  müəllimlərinin  başqa  bir  qrupu  isə  müvafiq  dərslərdə 
hərbi-texniki biliklərin şagirdlərə öyrədilməsinin əhəmiyyətini dərk 
etdikləri, təlim prosesində onun az-çox pedaqoji faydasını gördüklə-
ri  üçün  həyata  keçirməyə  çalışır,  lakin  bundan  kifayət  qədər 
faydalana  bilmirlər.  Bəzən  də  səhvə  yol  verirlər.  Belə  müəllimlərə 
kömək etmək didaktikanın vəzifəsidir. 


 
26 
Fənlərarası  əlaqədən  təlim  prosesində  səmərəli  istifadə  edil-
məsi, həm də bu didaktik prinsipin psixoloji əsaslara istinad edilmə-
sini bilməyi tələb edir. İ.P.Pavlov və İ.M.Seçenovun beynin fəaliy-
yəti  haqqında  kəşfi  fənlərarası  əlaqə  prosesində  əqli  fəaliyyətin 
psixoloji-fizioloji  əsaslarını  nəzərə  almağa  imkan  verir.  İ.P.Pavlov 
və  İ.M.Seçenovun  kəşfi  təfəkkür  və  qavrayışın  vəzifələrinin  psixo-
logiyasını  anlamağa  əsas  verir.  Akademik  İ.P.Pavlovun  ali  sinir 
fəaliyyətinin  daxili  mexanizmini  açması,  dinamik stereotip haqqın-
da təlimi fənlərarası əlaqənin daxili təbiətini başa düşməyə, əhəmiy-
yətini  anlamağa imkan verir.  İ.P.Pavlov  təliminə görə  dinamik  ste-
reotipin meydana gəlməsi baş beyinin qabığının sintetik və analitik 
fəaliyyətinə əsaslanan şərti reflekslərin uzunmüddətli məşqi nəticə-
sində baş verir. O yazmışdır: “Əgər bir nöqteyi-nəzərdən böyük ya-
rımşar  qabığına  hazırkı  anda  müəyyən  fizioloji  rola  malik  saysız-
hesabsız  ayrı-ayrı  məntəqələr  kütləsindən  ibarət  bir  mozaika  kimi 
baxmaq  mümkün  olsa  idi,  digər  nöqteyi-nəzərdən  biz  onda  daim 
birləşməyə,  inteqrasiyaya  və  birləşmiş  fəaliyyətin  stereotipliyinə 
can atan çox mürəkkəb dinamik sistem görərdik” (9). 
Fənlərarası  əlaqənin  psixoloji  əsaslarını  təsəvvürlər  və  anla-
yışların assosiasiyası təşkil edir. Yeni biliklər əvvəl mənimsənilmiş 
biliklərə  istinad  edir,  onların  kökləri  üstündə  bitir,  ona  görə  də 
alınan biliklərlə mənimsənilmiş biliklər arasında əlaqə təlim prose-
sində  labüddür.  Deməli,  məktəb  fənlərinin  tədrisi  prosesində  də 
fənlərarası  əlaqənin  zəruriliyi  təfəkkürün  təbiətindən  irəli  gəlir,  ali 
sinir  fəaliyyətinin  psixologiyası  və  fiziologiyanın  obyektiv  qanun-
ları ilə tənzim edilir. Bu isə, ümumiyyətlə, biliyi mənimsəmə prose-
sinin əsasında duran psixoloji qanunauyğunluqlar və xüsusən, təsəv-
vürlər  və  anlayışların  assosiasiyası  ilə  əlaqədardır.  Bu  barədə  irəli 
sürülən fikirlərə nəzər salaq. Assosiasiya – latınca, birləşdirilən, əla-
qələndirilən mənasını verən “associo” sözündən alınmışdır. Psixolo-
giyada, sadəcə olaraq, individin xarici mühitdən, real həyatdan siq-
nal  sistemləri  vasitəsilə  aldığı  təsəvvürlərin  əlaqələri  –  assosiasiya 
adlanır. Assosiasiya haqqında bu sadə anlayışı dəqiqləşdirib təkmil-
ləşdirərək S.L.Rubinşteyn yazır: “Assosiasiya iki təsəvvürün sadəcə 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə