Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə2/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   2   3   4   5   6   7   8   9   ...   87

 

 
 
GĠRĠġ 
 
“Hər  bir  vətəndaş  Azərbaycanın 
Milli Ordusunda xidmət etməyi özü üçün ən 
şərəfli vəzifə hesab etməlidir.” 
 H.Ə.Əliyev 
 
1988-ci  il  fevralın  20-si.  Dağlıq  Qarabağ  Vilayət  Sovetinin 
növbədənkənar  sessiyasında  “DQMV-nin  Azərbaycan  SSR  tərki-
bindən  çıxarılıb  Ermənistan  SSR  tərkibinə  verilməsi  haqqında  mə-
sələ  müzakirə  olunmuş  və  səs  çoxluğu  ilə  qərar  qəbul  edilmişdir” 
(2,  s.9).  Bu  qərardan  iki  gün  sonra  Qarabağ  torpağında  ilk  qan 
töküldü,  erməni  millətçiləri  Əsgəranda  toqquşma  törədərək  Əli  və 
Bəxtiyar  adlı  ağdamlı  iki  gənci  qətlə  yetirdilər  və  bir  neçə  nəfəri 
yaraladılar.  Bununla  da  Ermənistanda  və  Qarabağda  yaşayan  azər-
baycanlıların  doğma  yurdlarından  kütləvi  şəkildə  dövlət  orqanları 
səviyyəsində silah gücünə qovulması və torpaqlarımızın işğalı əmə-
liyyatı həyata keçirilməyə başladı. Beləliklə, Azərbaycana qarşı elan 
olunmamış  müharibə  başladı.  Bu  günə  qədər  davam  edən  müha-
ribənin nəticəsində xalqımızın başına dəhşətli müsibətlər gəldi. 
1993-cü  il  noyabrın  2-də  Azərbaycan  Respublikasının  Prezi-
denti  H.Ə.Əliyev  televiziya  və  radio  ilə  xalqa  müraciət  edərək  de-
mişdir: “Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çox-
dur ki, müharibə şəraitindədirlər. Bu müddətdə erməni silahlı qüv-
vələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi olaraq davam edib, 
respublikamızın  ərazi  bütövlüyü  aybaay,  ilbəil  pozularaq,  onun 
torpaqları təcavüzkar tərəfindən işğal olunubdur, indi isə böyük bir 
qismi işğal altındadır... 
Müharibə dövründə,  yəni  beş ildən  artıq bir müddətdə Azər-
baycan Respublikası vətəndaşlarının bir qismi tələf, şəhid olmuşdur. 
Son  hadisələr  zamanı  da  həlak  və  şəhid  olanlar  var.  Ümumiyyətlə, 
Ermənistanın  təcavüzü  başlanandan  indiyə  qədər  təxminən  16  min 
azərbaycanlı  şəhid,  tələf  olmuş,  22  minə  qədər  adam  yaralanmış, 


 

yüz minlərlə  adam  qaçqın düşmüşdür.  İndi  qaçqınların  sayı  1 mil-
yon  nəfərdən  artıqdır.  Kəndlərimiz,  şəhərlərimiz,  qəsəbələrimiz 
viran olmuşdur” (2, s.533). 
Azərbaycanın  Ermənistan  tərəfindən  işğalının  qarşısını  dinc 
yolla almaq üçün respublika rəhbərliyi bütün imkanlardan, o cümlə-
dən,  beynəlxalq  təşkilatların  imkanlarından  istifadə  etməyə  çalış-
mışdır.  Bu  barədə  Azərbaycan  Respublikasının  Prezidenti  olduğu 
vaxt Ulu öndər H.Ə.Əliyev demişdir: “Birləşmiş Millətlər Təşkilatı-
nın,  onun  Təhlükəsizlik  Şurasının,  ATƏT-in,  onun  çərçivəsində 
olan Minsk qrupunun imkanlarından da istifadə etməyə səy göstər-
mişik.  ABŞ-ın,  Rusiyanın,  Türkiyənin  bu  barədə  təşəbbüslərindən 
və imkanlarından istifadə etməyə çalışmışıq. Həmişə də hesab etmi-
şik ki, bu yolla getsək müvəffəqiyyət qazanarıq. Təəssüf ki, bu gö-
rülən tədbirlər indiyə qədər lazımı nəticə verməyib” (2, s.534). İndi 
də  gecə-gündüz  bu  imkanlardan  istifadə  yalları  araşdırılır.  Azər-
baycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənabları  son  8 
ildə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kur-
sun  varisliyini  təmin  edərək  hər  an  beynəlxalq  təşkilatların  imkan-
larından  istifadə  etməyə  çalışmış,  bütün  yüksək  səviyyəli  görüş-
lərində  münaqişənin  Azərbaycanın  ərazi  bütövlüyü  şərtilə  həllini 
tapacağına inamını bildirmişdir. Məsələn, 2011-ci il noyabrın 11-də 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  Macarıstan  Respublikasının 
Prezidenti  Pal  Şmitt ilə birlikdə mətbuata verdikləri bəyanatda de-
mişdir:  “Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
həlli ilə bağlı bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdi-
yi  qətnamə  və  qərarlar  əsasında  formalaşmışdır.  Bu  münaqişənin 
həlli  əlbəttə  ki,  yalnız  və  yalnız  beynəlxalq  hüquq  normaları  əsa-
sında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edil-
məlidir.  Ermənistan  işğalçı  qüvvələri  Azərbaycanın  torpaqlarından 
çıxarılmalıdır” (1). 
Bəs əhalisinin sayı Ermənistanın əhalisindən qat-qat çox olan 
Azərbaycanın müharibənin ilk vaxtlarındakı uğursuzluqlarının səbə-
bi nə olmuşdur? Bunun səbəbləri çoxdur. Bu səbəblərdən birini xal-
qının  vaxtında  dadına  çatmış  Ümummilli  liderimiz  Heydər  Əliyev 


 

belə ifadə etmişdir: “... bizim məğlubiyyətlərimiz bir tərəfdən Azər-
baycan Ordusunun döyüşən hissələrinin bir çox yerlərdə gücsüzlüyü 
nəticəsində baş vermiş, digər tərəfdən, bu ərazidə yaşayan vətəndaş-
ların, bizim soydaşlarımızın öz torpaqlarını qorumaq, saxlamaq əvə-
zinə dərhal qaçmaq, yurdlarını qoyub didərgin düşmək əhval-ruhiy-
yəsi  ilə  əlaqədar olmuşdur.”(2, s.536).  Müharibənin  gedişi göstərdi 
ki,  ata-baba  torpaqlarını,  Vətənin  torpağını  qoyub  qaçmaq  nəinki 
mülki  əhali  arasında,  hətta  hərbi  hissələrdə  əsgər  və  zabitlərin  də 
əhval-ruhiyyəsinə  daxil  olmuşdur.  Buna  nümunə  kimi  Zəngilan, 
Qubadlı və bir sıra başqa döyüş bölgələrindəki hadisələri göstərmək 
mümkündür.  Məsələn,  Ümummilli  liderimizin  ifadəsi  ilə  desək 
“Zəngilan rayonundan çıxan hərbi hissədə əsgərlərin, zabitlərin ək-
səriyyəti yerli adamlardır. Onlar döyüşmək əvəzinə, öz torpaqlarını 
müdafiə  etmək  əvəzinə,  atəş  səsi  eşidən  kimi  tez-tələsik  ailələrini 
çıxarmaqla və başqa işlərlə məşğul olmuşlar. Şübhəsiz ki, dinc əhali 
döyüş bölgələrindən çıxarılmalıdır, bunun üçün lazımi tədbirlər gö-
rülməlidir.  Lakin  bu  o  demək  deyildir  ki,  döyüşçü  öz  mövqeyini 
tərk edərək yalnız özü və ailəsi haqqında düşünsün, qaçmağa çalış-
sın” (2, s.541). 
Xalqının  bütün  keyfiyyətlərini,  onun  tarixi  ənənələrini  gözəl 
bilən Ulu öndərimiz onu da qeyd edir ki, “Azərbaycan xalqı qəhrə-
man xalqdır. Onun tarixində igidlik ənənələri həmişə güclü olmuş-
dur. Xalqımız öz qəhrəmanları ilə fəxr etmişdir. Azərbaycan xalqı-
nın  qüdrəti  bu  gün  də  itməmişdir.  Ancaq  qeyd  etdiyim  kimi,  son 
illərdə gedən mənfi proseslər insanların bir çoxunun mənəviyyatını 
pozmuş, onların bəzilərində vətənpərvərlik hissini tamamilə kütləş-
dirmişdir. Vətəni qorumaq, torpağa bağlı olmaq hissini , “ölsəm də, 
öz torpağımda şəhid olum” hissini çoxları itirmişdir ... 
Ancaq bu o demək deyildir ki, biz çıxılmaz vəziyyətdəyik. Xeyr. 
Bu  vəziyyətdən  çıxmaq  üçün  Azərbaycan  xalqının  qüdrəti  və  im-
kanları var. Lakin bundan ötəri gərək xalq bir məqsədə xidmət etsin. 
Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suveren-
liyini,  müstəqilliyini  qorumaq  hər  bir  vətəndaş  üçün,  hər  bir  azər-
baycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır.” (2, s.541). 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə