Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə4/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   2   3   4   5   6   7   8   9   ...   87

 
11 
baş  çıxaran  bir  mütəxəssis  kimi  istifadə  etmək  mümkün  deyildir” 
(37, s.4). 
İ.Anureev  və  A.Tatarçenkonun  “Hərbi  işlərdə  riyazi  me-
todların tətbiqi” əsərində göstərilir: “İndi hamı yaxşı başa düşür ki, 
riyaziyyat  sahəsindəki  tədqiqat  işləri  və  onların  tətbiqi  praktikaya 
çox böyük fayda gətirir. Bu qanunauyğunluq tamamilə hərbi işlərdə 
riyazi  metodların  tətbiq  edilməsinə  də  aiddir.  Bunun  əsas  əhəmiy-
yəti ondan ibarətdir ki, bunlar ordunun operativ və keyfiyyətlə idarə 
olunmasının yüksəldilməsinə imkan verir” (38, s.10). V.V.Abçukun 
fikirləri də maraq doğurur. O, “Müasir döyüşlər zamanı riyaziyyatın 
hansı bölmələrindən istifadə olunur?” sualına cavab verərək göstərir 
ki,  əlbəttə  bu  riyazi  bölmələrə  ilk  növbədə  hesab,  cəbr  və  həndəsə 
daxildir.  Bu  fənlər  çoxdan  bütün  hərbi  hesablamaların  dəyişilməz 
atributudur və bunun xüsusi izahına ehtiyac  yoxdur. Bunlarla bəra-
bər  müasir  hərbi  işlərdə  ehtimal  nəzəriyyəsi  və  riyazi  statistika, 
informasiyalar nəzəriyyəsi, kütləvi xidmətlər nəzəriyyəsi, axtarılma 
nəzəriyyəsi,  riyazi  planlaşdırma,  riyazi  modelləşdirmə,  oyunlar  nə-
zəriyyəsi  kimi  riyazi  fənlərdən  istifadə  olunur.  Bu  fənlər  hərbi  işin 
bilavasitə  elə  sahələrində  tətbiq  olunur  ki,  bu  sahələrdə  gedən  pro-
ses  və  hadisələrin  gedişinə  daha  keyfiyyətli  yaxınlaşmaq,  oradakı 
miqdarı qanunauyğunluqları  daha dəqiq  və tam müəyyənləşdirmək 
vacibdir (39, s.7). 
Gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələlərində  fənlərarası 
əlaqənin vacibliyi mövcud tədris proqramının tələblərindən də irəli 
gəlir. Əvvəlki proqramda fənlərarası əlaqəni həyata keçirmək məq-
sədilə “Əlavə-4” şəklində cədvəl də verilmişdir. Cədvəl şagirdlərin 
“Fizika”, “Cəbr”, “Həndəsə”, “Astronomiya”, “Kimya”, “Bədən tər-
biyəsi” və s. orta ümumtəhsil fənlərindən öyrəndikləri bilik və baca-
rıqların məzmunu əsasında hazırlanmışdır. Bu cədvələ əsasən, hərbi 
rəhbər müəyyən edə bilər ki, kursun uyğun mövzularının tədrisi za-
manı  onları  konkret  şəkildə  hansı  fənlərlə və  bilavasitə  hansı  möv-
zularla əlaqələndirmək mümkündür. A.İ.Averinin tədris proqramına 
və dərsliyə uyğun olaraq hazırladığı “İbtidai hərbi hazırlıq üzrə sə-
nədlər  və  materiallar”  adlı  tədris  vəsaitində  belə  bir  fikrə  üstünlük 


 
12 
verilir:  “Hərbi  rəhbər  dərsə  hazırlaşarkən  şagirdlərə  digər  fənlər 
üzrə  dərs  və  məşğələlərdən  məlum  olan  bilikləri,  bu  biliklərdən 
növbəti dərsdə necə istifadə edəcəklərini və keçiləcək dərsin meto-
dunu müəyyənləşdirməlidir” (40, s.31). 
Bütün  bunlar  gənclərin  çağırışaqədərki  hazırlığı  məşğələ-
lərinin  keçirilməsi  zamanı  şagirdlərə  ümumtəhsil  fənləri  üzrə  bilik 
və bacarıqlardan, bu biliklərə əsasən tərtib olunan müvafiq hərbi ça-
lışmalardan  istifadəni  mənimsətməyin  əhəmiyyətini  və  onun  gələ-
cək perspektivlərini görməyə kömək göstərir. 
Bu məsələyə, yəni təlimdə fənlərarası əlaqə məsələsinə dövrü-
müzün psixoloq və metodistləri  də  yüksək qiymət vermişlər. Məsə-
lən, M.N.Skatkin (41) və L.V.Zankov (42) məktəblilərin bilik və ba-
carıqlarından  əlaqəli  və  müqayisəli  şəkildə  istifadəyə  onların  bilik-
lərindəki formalizmin aradan qaldırılmasında bir vasitə kimi baxırlar. 
Beləliklə,  Azərbaycan  dövlətinin  ümumtəhsil  məktəblərində 
təlim  prosesinin  keyfiyyətini  yüksəltməklə  əlaqədar  qəbul  etdiyi 
qərarlardan  irəli  gələn  tələbləri,  Silahlı  Qüvvələrin  müasir  inkişaf 
səviyyəsini, ixtisasçı  alimlərin və  müəllimlərin  məktəbdə  gənclərin 
çağırışaqədərki hazırlığı məşğələlərinin daha səmərəli keçirilməsinə 
dair  fikirlərini  ümumiləşdirərək  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 
ibtidai  hərbi  hazırlıq  fənninin  digər  ümumtəhsil  fənləri  ilə  əlaqəli 
tədrisi problemlərini geniş tədqiq etməyə, onları ümumiləşdirib elmi 
sistemə salmağa böyük ehtiyac vardır. 
Bəs bu məsələ praktikada necə həyata keçirilir? 
Aparılmış tədqiqat göstərir ki, müharibə başlayana qədər res-
publika məktəblərində ibtidai hərbi hazırlıq fənninin tədrisi keyfiy-
yəti  əvvəlki  illərlə  müqayisədə  yaxşılaşdırılmış  və  bu  kursun  məz-
munu  ilə  riyaziyyat,  fizika,  kimya,  coğrafiya,  əmək  təlimi  və  sair 
fənlərin  məzmunu  xeyli  uzlaşdırılmışdır.  Bu  dövrdə  məktəblərimi-
zin bir qismində yaxşı hərbi kabinetlər var idi və onlar müasir ava-
danlıqlarla təchiz edilmişdir. Nəzəri və  metodik cəhətdən hazırlıqlı 
hərbi rəhbərlərin sayı da az deyildir. Onlar məşğələlərdə  əyaniliyə, 
dərslərin səmərəli təşkilinə və fənlərarası əlaqəyə (məsələn, coğrafi-
ya,  fizika  və  riyaziyyat)  müəyyən  qədər  yer  verir,  ibtidai  hərbi  ha-


 
13 
zırlıq  fənni  üzrə  bir sıra mövzuların  izahı  prosesində riyaziyyat  və 
fizikaya  dair  anlayışlardan  şüurlu  şəkildə  istifadəni  şagirdlərə  mə-
nimsətməyə çalışırlar. Hazırda “İbtidai hərbi hazırlıq” fənni “Gənc-
lərin  çağırışaqədərki  hazırlığı”  fənni  adlandırılmış,  tədris  proqra-
mında  köklü  dəyişikliklər  aparılmış,  milli  dərsliklər  yaradılmışdır. 
Yeni  yaradılmış  dərsliyin  (müəllif  prof.  Həbib  Ocaqovdur)  üstün 
cəhətləri çoxdur. Lakin etiraf etməliyik ki, X-XI siniflərdə material-
ların tədrisini konkret fizika və riyazi anlayışlarla, o cümlədən, hər-
bi məzmunlu fizika və riyazi çalışmalarla, hərbi-topoqrafik bilikləri 
coğrafi  biliklərlə  əlaqələndirməyin  əhəmiyyətini  və  rolunu  düzgün 
qiymətləndirməyən,  belə  bir  əlaqəni  keyfiyyətli  təşkil  etməyi 
bacarmayan  və  onu hərbi  silahlardan istifadə  prosesində nəzərə ala 
bilməyən  hərbi  rəhbərlər  az  deyildir.  Bundan  əlavə,  hətta  yaxşı 
kabineti  və  təcrübəli  hərbi  rəhbəri  olan  məktəblərdə  belə  gənclərin 
çağırışaqədərki  hazırlığı  kursunun  tədrisi  zamanı  hərbi  məzmunlu 
fizika  və  riyazi  çalışmalardan  daha  əlverişli  formalarda  istifadə 
edilmir,  şagirdlərin  böyük  bir  qismi  bilavasitə  riyaziyyat,  fizika, 
kimya,  coğrafiya,  əmək  təlimi  fənlərilə  əlaqələndirilməsi  mümkün 
olan  bir  sıra  hərbi  anlayışlara  lazımı  səviyyədə  yiyələnmirlər. 
Məsələn,  güllənin  atılma  prosesində  baş  verən  fiziki  prosesləri, 
həmçinin  uçan  hədəfi  güllə  ilə  vurarkən  qabaqlama  məsafəsinin 
hesablanmasında, hərbi-topoqrafik biliklərin mənimsənilməsi zama-
nı  binokldan istifadə və s. proseslərdəki  riyazi  qanunauyğunluqları 
dərk edə bilmir. Hərbi işlərdə qurma və ölçmə alətlərindən (xətkeş, 
transportir  və  s.),  müxtəlif  riyazi  hesablamalardan  düzgün  və  cəld 
istifadə  etməkdə,  həndəsi  kəmiyyətlərin  ölçülməsini  tələb  edən 
hərbi  anlayışları  mənimsəməkdə  çətinlik  çəkirlər.  Bu  da  onunla 
əlaqədardır ki, şagirdlərin bir qismi müvafiq hərbi anlayışlarla bağlı 
olan  və  bilavasitə  orta  ümumtəhsil  fənlərindən  öyrəndikləri  zəruri 
məlumatları xatırlaya bilmir, digər qismi həmin biliklərindən birinin 
digəri  ilə  əlaqə  momentlərini  seçməkdə,  bir  qismi  isə  öz  riyazi 
(həmçinin fizika, coğrafiya və  s.) bilik  və  bacarıqlarından  yeri  gəl-
dikçə  hərbi  işlərdə  faydalanmaqda  çətinlik  çəkirlər.  Ümumiyyətlə 
götürüldükdə  isə,  gənclərin  çağırışaqədərki  hazırlığı  fənninin 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə