Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə9/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   5   6   7   8   9   10   11   12   ...   87

 
27 
əlaqəsi deyil. Assosiasiyanın real hissələri individin aləmlə, obyek-
tiv  reallıqla  qarşılıqlı  əlaqəsindən  ibarətdir”  (26,  s.208).  Məhz  bu 
qarşılıqlı əlaqənin zəminində şüurda alınan təsəvvürlər arasında da 
əlaqə yaranır. Məlum olduğu üzrə, çox zaman təsəvvürlərin üç növ 
əlaqəsi olduğu qeyd edilir: təsəvvürlər zaman və ya məkan etibarilə 
bir-birilə  səsləşdikdə,  belələri  qonşuluq  assosiasiyası,  bir-birinə 
oxşadıqda  –  oxşarlıq  assosiasiyası,  təzad  təşkil  edəndə  ziddiyyətli 
assosiasiya adlanır. Bunların hər biri təsəvvürlərin assosiasiyasında 
işlənir. Lakin ən çox işə yarayan ilk ikisi hesab olunur. 
Məlum  olduğu  üzrə,  təsəvvürlərin  assosiasiyasının  fizioloji 
əsasını böyük rus fizioloqu İ.P.Pavlov qoymuşdur. O yazır ki, “şərti 
əlaqələr,  yəqin  ki,  bizim  eyni  zamanda  baş  verən  adlandırdığımız 
assosiasiyalardır.  Şərti  əlaqəni  ümumiləşdirmə,  oxşarlıq  assosiasi-
yası  ilə  səsləşməyə  cavab  verir.  Şərti  reflekslərin  (assosiasiyaların) 
tərkibi  və  təhlili  –  mahiyyət  etibarilə  bizim  zehni  fəaliyyətimizin 
əsas prosesləridir” (69, s.135). İ.P.Pavlovun nəzəriyyəsinə görə, tə-
səvvürlərin assosiasiyası  müvəqqəti əsəb  əlaqələri  mexanizmindən, 
yəni baş beyin qabığında iki məntəqə arasında, əsəb oyanmalarının 
kontaktından ibarətdir (9, s.272). 
Beləliklə,  Pavlov  biliyin  mənimsənilməsinin  fizioloji  mexa-
nizminin baş beyin qabığında mürəkkəb və müvəqqəti əlaqələr sis-
teminin  əmələ  gəlməsindən  ibarət  olduğunu  göstərir.  Müvəqqəti 
əsəb əlaqəsini (şərti refleksi) o, psixologiyada assosiasiya  adlanan, 
obyektiv varlığın əşya və hadisələrinin beyinə birgə təsiri nəticəsin-
də  əmələ  gələn  psixi  proseslərlə  eyniləşdirir.  Pavlov  yazır:  “Bütün 
təlim müvəqqəti əlaqələrin əmələ gəlməsindən ibarətdir – bu da dü-
şüncə, təfəkkür, bilikdir” (20, s.45). 
Pavlovun  nəzəriyyələrinə  görə,  hər  cür  təlim,  yeni  əlaqələr 
assosiasiya  yaratmağa  bağlıdır.  Yeni  biliklər  əvvəllər  verilən  təlim 
və  əmək  fəaliyyəti  prosesi  nəticəsində  alınıb  artıq  şüurda  saxlanan 
məlumatla  hərtərəfli  əlaqəyə  girir  və  sonra  bilik  dərəcəsinə  çatır. 
Problemin  bu cəhətinə  vaxtilə  sovet psixoloqu A.S.Vıqotski  də  nə-
zər salmışdır. O qeyd etmişdir ki, ümumiləşdirmənin hər bir inkişaf 
dərəcəsi  özündən  əvvəl  əldə  edilmiş  ümumiləşdirmə  dərəcələrinə 


 
28 
istinad  edir.  Ümumiləşdirmənin  dərəcəsi  özündən  əvvəlki  dərəcə 
əsasında meydana çıxır” (20, s.45). 
Buradan,  sadəcə  olaraq  belə  bir  nəticə  çıxır  ki,  hər  hansı 
ümumiləşdirmə  biliklərlə  silahlanmaq  nəticəsində  olduğu  kimi, 
məktəb  fənlərinin  qarşılıqlı-əlaqəli  tədrisində  də  hər  hansı  yeni 
biliklər özlərindən əvvəl mənimsənilmiş biliklərə istinad edir, onla-
rın necə deyərlər “kökləri üstündə bitir”, ona görə də alınan biliklər-
lə alınmış biliklər arasında əlaqə təlim prosesində labüddür. 
Buradan  A.S.Viqodski  həm  də  belə  bir  nəticə  çıxarır  ki, 
fənlərarası  əlaqənin  zəruriliyi  təfəkkürün  öz  təbiətinə  daxil  edil-
mişdir, ali əsəb fəaliyyətinin – psixologiya və fiziologiyanın obyek-
tiv qanunları tərəfindən irəli sürülmüşdür (20, s.47). 
Psixoloq Y.A.Samarin bunu pedaqoji baxımdan daha açıq bir 
surətdə  şərh  edərək  yazırdı:  “Fənlərarası  assosiasiyaların  mənbəyi 
əlaqədar  təlim  fənləri  sisteminin  daxilində  yerləşir.  Hər  bir  təlim 
fənninin  daxilində  bir  sıra  başqa  təlim  fənninin  rüşeymi  artıq  yer 
tutur.  Başqa  cür  desək,  formalaşmaqda  olan  bilik,  B.Q.Ananyevin 
dediyi  kimi,  müxtəlif  sistemlərin  elementlərindən,  mürəkkəb  olan 
komponentlərdən  ibarətdir”.  Bunu  aydınlaşdırmaq  üçün  Samarin 
misallar da gətirir. 
O, daha sonra göstərir: “Meydana gələn bütün bu assosiasiya 
sistemləri  qarşılıqlı  əlaqədə  olaraq  bəzi  biliklərin  təməlini  təşkil 
edir,  digərləri  üçün  gələcəkdə  təməl  olacaqları  imkanını  saxlayır” 
(20, s.299-300). 
Bütün bu deyilənlərdən ümumi nəticə çıxarıla bilər. Assosia-
siya şüurda biliklərin, fikirlərin səsləşməsi olmaqla, başqa sözlə de-
sək,  əsəb-psixi  hadisələrin  qanunauyğun  əlaqəsi  formasında,  varlı-
ğın  əşya  və  hadisələrinin  qarşılıqlı  əlaqələrinin  şüurda  inikası  ol-
maqla orta ümumtəhsil fənləri arasında qarşılıqlı əlaqələrin reallaş-
dırılması  prosesində  müstəsna  dərəcədə  əhəmiyyət  kəsb  edir.  Bili-
yin  qarşılıqlı-əlaqəli  mənimsənilməsi,  mahiyyət  etibarilə,  şagirdin 
əvvəlki təcrübəsinə daxil olan təsəvvür və anlayışların yeni öyrənil-
məkdə olanlarla əlaqəsinin də yaradılmasından ibarətdir. Buna görə 
də  fənlərarası  əlaqənin  məqsədyönlü  reallaşdırılması  zamanı  yeni 


 
29 
öyrədilən bilikləri keçmiş biliklərlə bağlamaq, onların arasında olan 
oxşarlıqları və fərqləri aydınlaşdırmaq zəruridir. Yeni materialın əv-
vəllər  öyrənilənlərə  nisbətən  oxşarlığı  aydın  olmasa  onlar  şagirdin 
hafizəsində zəif qalacaq  və  qeyri-dəqiq  şəkildə  mənimsədiləcəkdir. 
Yeni  təlim  materialını  mənimsətmənin  ən  mühüm  şərti  isə,  “Peda-
qoji ensiklopediya”da qeyd etdiyi kimi, onu hərtərəfli başa salmaq-
dan, onun mövcud əlaqələrini və münasibətlərini aydın şərh etmək-
dən ibarətdir (24, s.135). 
 
1.2. Gənclərin çağırışaqədərki hazırlığı kursunun  
ümumtəhsil fənlərilə əlaqəli tədrisinin didaktik şərtləri 
 
Gənclərin  çağırışaqədərki  hazırlığı  dərslərində  şagirdlərin 
ümumtəhsil  fənləri  üzrə biliklərindən  istifadənin  yüksək  səviyyədə 
təşkili  məqsədilə  təlimin  ayrı-ayrı  metodlarından  səmərəli  şəkildə 
istifadə etmək lazımdır. Yeri gəldikcə təlimin şifahi, əyani və prak-
tik  metodlarına  müraciət  etmək,  həm  verilən  biliklərin  şüurlu  və 
asan  mənimsənilməsinə,  yaddaşda  uzun  müddət  qalmasına,  həm 
dərsin praktik istiqamətini qüvvətləndirməyə, həm də təlim prosesi-
ni əyaniləşdirməyə imkan verir. Uzun illərin təcrübəsi göstərmişdir 
ki,  ümumtəhsil  məktəblərində  gənclərin  çağırışaqədərki  hazırlığı 
(ibtidai  hərbi  hazırlıq)  üzrə  məşğələlərin  fizika,  riyaziyyat  əmək 
təlim, astronomiya və s. fənləri ilə əlaqəli şəkildə keçilməsi tədrisin 
keyfiyyətini müstəsna dərəcədə yüksəldir, maksimum bilik, bacarıq 
və vərdişlər qazanmasına kömək göstərir. 
Məktəb fənləri arasında qarşılıqlı əlaqə problemi daim didak-
tikanın aktual məsələlərindən biri olmuşdur. İndi də bu belədir. 
Mütəxəssislərdən  S.M.Nikonova  və  Ş.P.Qanelin  fənlərarası 
əlaqəni  təlimin  müstəqil  prinsipi  hesab  edirlər.  Pedaqoqlardan 
İ.D.Zveryev və K.P.Korolyovanın fikrincə fənlərarası əlaqə təlimin 
sistematiklik  və  ardıcıllıq  prinsipinin  həyata  keçirilməsinə  kömək 
göstərən bir vasitədir. Mütəxəssislərdən N.M.Çərkəzzadə, Y.V.Va-
silyeva,  K.A.Sorokin  fənlərarası  əlaqəni  təlimin  mühüm  şərtlə-
rindən biri hesab edirlər. V.N.Fedorova və D.M.Kiryuşkinaya görə, 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə