Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

58.5.  Zəruri  hallarda  məhkəmə,  aydınlaşdırılması  zəruri  olan  konkret  halları 

göstərməklə,  sübutların  araşdırılması  və  ya  toplanılması  üçün  başqa  məhkəməyə 

müraciət edə bilər.  

58.6.  Sübutların  araşdırılması  zamanı  məhkəmə,  inzibati  orqan  tərəfindən  həyata 

keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.  

58.7.  Sübutlar  məhkəmə  tərəfindən  tam  və  hərtərəfli  araşdırıldıqdan  sonra 

qiymətləndirilir.  

 

Maddə 59. Sübutların araşdırılması ilə bağlı proses iştirakçılarının hüquqları  



 

59.1. Proses iştirakçıları sübutların araşdırılmasında iştirak edə bilərlər. Sübutların 

araşdırılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına bu 

Məcəllə ilə müəyyən edilmiş qaydada ən azı 3 gün əvvəl məlumat verilir.  

59.2.  Proses  iştirakçıları  şahidlərə,  ekspertlərə  və  inzibati  orqanların 

nümayəndələrinə  işə  aid  suallar  verə  bilərlər.  Suala  etiraz  olunduğu  hallarda  sualın 

mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən 

həll edilir.  

 

Maddə  60.  İnzibati  orqanların  tələb  olunan  sənədləri  və  məlumatları  təqdim 



etmək vəzifəsi  

 

İnzibati  orqanlar  məhkəmənin  tələb  etdiyi  sənədləri  və  ya  aktları,  habelə  zəruri 



məlumatları  təqdim  etməyə  borcludurlar.  Həmin  sənədlərin  və  ya  aktların 

məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda 

və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı 

olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı 

məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir.  

 

Maddə 61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ  



 

61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar 

istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı 

məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər.  

61.2. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar 

istisna  olmaqla,  öz  hesablarına  iş  üzrə  icraat  materiallarında  olan  sənədlərin 

təsdiqlənmiş  surətlərinin  və  (və  ya)  belə  sənədlərdən  çıxarışların  verilməsi  xahişi  ilə 

müvafiq  məhkəmənin  dəftərxanasına  müraciət  edə  bilərlər.  Sədrlik  edən  hakim  bu 

Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə 

məhkəmə  aktlarını  həmin  aktlarla  işləmək  üçün  müvafiq  səlahiyyətli  vəkilə  və  ya 

nümayəndəyə verə bilər.  

 

Maddə 62. Məhkəmə bildirişləri  



 


62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və 

yeri haqqında xəbərdar etməyə borcludur.  

62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə 

(günə)  ən  azı  10  gün  qalmış  proses  iştirakçılarına  təqdim  edilməlidir.  Xüsusilə  təcili 

hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər.  

62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə 

bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar 

qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır.  



 

Maddə 63. Məhkəmə iclası  

 

63.1. Sədrlik edən hakim şifahi məhkəmə baxışı ilə bağlı iclası açır və ona rəhbərlik 



edir.  

63.2.  Məhkəmə  iclası  açıq  elan  olunduqdan  və  proses  iştirakçılarının  tərkibi 

müəyyən  edildikdən  sonra,  sədrlik  edən  və  ya  məruzəçi  hakim  mübahisənin 

mahiyyətini ümumi şəkildə izah (şərh) edir.  

63.3.  Mübahisənin  mahiyyəti  izah  olunduqdan  sonra,  sədrlik  edən  hakim  vəsatət 

vermək, öz tələblərini və ya vəsatətlərini əsaslandırmaq üçün proses iştirakçılarına söz 

verir.  

 

Maddə 64. Hakimin mübahisə ilə bağlı işi müzakirə etmək vəzifəsi  



 

64.1.  Sədrlik  edən  hakim  mübahisə  ilə  bağlı  işin  həm  faktiki,  həm  də  hüquqi 

tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.  

64.2.  Sədrlik  edən  hakim  məhkəmə  tərkibinin  hər  bir  üzvü  üçün,  onların  tələbi 

üzrə sual vermək imkanı yaratmalıdır.  

64.3. Mübahisə ilə bağlı işin müzakirəsi başa çatdıqdan sonra, sədrlik edən hakim 

şifahi məhkəmə baxışını bağlı elan edir.  

64.4. Qərar qəbul edilənədək məhkəmə öz təşəbbüsü ilə şifahi məhkəmə baxışının 

təzələnməsi barədə qərardad qəbul edə bilər.  

 

Maddə 65. Şifahi məhkəmə baxışının protokolu  



 

İnzibati  məhkəmə  icraatında  protokollaşdırma  ilə  bağlı  Azərbaycan  Respublikası 

Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq 

olunur.  

 

Maddə 66. Barışıq sazişinin mümkünlüyü  



 

66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, 

tərəflər  mübahisənin  tam  və  ya  qismən  həll  edilməsi  məqsədilə  barışıq  sazişi  bağlaya 

bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir.  

66.2.  Barışıq  sazişinin  bağlanılması  ictimai  təhlükəsizliyin  və  ictimai  qaydanın 

qorunması  ilə  bağlı  qanunvericiliyə  zidd  olduğu  hallarda,  məhkəmə  barışıq  sazişini 




təsdiqləməkdən  imtina  etməlidir.  Mübahisənin  həllinin  xüsusi  ictimai  maraq  kəsb 

etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər.  

66.3.  Məhkəmə,  sədrlik  edən  və  ya  məruzəçi  hakim  barışıq  sazişinin  bağlanması 

barədə  tərəflərə  məhkəmə  qərardadı  formasında  təklif  verməyə  haqlıdır.  Bu  halda 

barışıq  sazişi  tərəflərin  məhkəmənin  təklifinə  yazılı  formada  razılığı  əsasında  bağlana 

bilər.  


66.4.  Protokollaşdırılan  barışıq  sazişinin  təsdiq  edilməsi  barədə  məhkəmə 

qərardad qəbul edir.  



 

Maddə 67. İddiaçının tələblərinin təmin olunması  

 

67.1.  Mübahisə  ilə  bağlı  məhkəmənin  yekun  qərarı  qəbul  edilənədək,  cavabdeh 



(inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və 

ya  qanunda  nəzərdə  tutulmuş  başqa  tədbir  görməyə  haqlıdır.  Cavabdeh  iddiaçının 

tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu 

məqsədlə  inzibati  orqan  əvvəl  məhkəməyə  təqdim  olunmuş  sənədləri  geri  tələb  edə 

bilər.  

67.2.  Sədrlik  edən  hakim  iddiaçının  tələbinin  təmin  olunduğu  yeni  inzibati  aktın 

qəbul  edilməsi  və  ya  qanunda  nəzərdə  tutulmuş  başqa  tədbirin  görülməsi,  habelə  bu 

barədə  məhkəməyə  müvafiq  məlumatın  verilməsi  üçün  cavabdehə  müddət  təyin  edə 

bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə 

inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.  

67.3.  Bu  Məcəllənin  67.2-ci  maddəsinə  uyğun  olaraq  müəyyən  edilmiş  müddət 

ərzində  cavabdeh  tərəfindən  iddiaçının  tələbinin  təmin  olunduğu  və  işin  mahiyyəti 

üzrə  mübahisənin  artıq  mövcud  olmadığı  hallarda  məhkəmə  icraata  xitam  verilməsi 

barədə qərardad qəbul edir.  

67.4.  Bu  Məcəllənin  67.2-ci  maddəsinə  uyğun  olaraq  müəyyən  edilmiş  müddət 

ərzində  cavabdeh  tərəfindən  iddiaçının  tələbinin  təmin  olunması  üçün  heç  bir  tədbir 

görülmədiyi  və  ya  görülmüş  yeni  tədbirlərin  iddiaçının  tələbini  təmin  etmədiyi 

hallarda  mübahisə  ilə  bağlı  məhkəmə  icraatı  davam  etdirilir  və  işə  mahiyyəti  üzrə 

baxılır.  

 

IX fəsil 

 

MƏHKƏMƏ QƏRARLARI 

 

Maddə 68. Məhkəmə qərarının əsası  

 

68.1.  Məhkəmə  mübahisə  ilə  bağlı  iş  üzrə  inzibati  məhkəmə  icraatı  nəticəsində 



onda  yaranmış  daxili  inam  əsasında  qərar  qəbul  edir.  Qərarda  məhkəmənin  mövqeyi 

üçün əsas olmuş səbəblər göstərilməlidir.  

68.2.  Məhkəmə  qərarı  yalnız  məhkəmə  icraatında  tədqiq  olunmuş  və  barələrində 

proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və 

sübutlarla əsaslandırılmalıdır.  



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə