Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   2   3   4   5   6   7   8   9   10   ...   20

yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və 

qanunla 


qorunan 

maraqlarının 

pozulduğunu 

əsaslandırdığı 

hallarda 

mübahisələndirmə  haqqında,  məcburetmə  haqqında,  öhdəliklərin  icrası  haqqında  və 

müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.  

35.2.  Kollektiv  maraqların  müdafiə  olunması  məqsədi  ilə  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  qeyri-hökumət  təşkilatları 

(ictimai  birliklər  və  ya  fondlar)  iddia  ərizəsində  inzibati  aktın  qəbul  edilməsi  və  ya 

qəbul  edilməsindən  imtina  olunması,  yaxud  inzibati  orqanın  hərəkəti  və  ya 

hərəkətsizliyi  nəticəsində  həmin  maraqların  pozulduğunu  əsaslandırdıqları  hallarda 

qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və  ya  fondlar)  tərəfindən  bu  Məcəllənin 

35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir.  

35.3.  İddianın  mümkün  sayılmaması  barədə  məhkəmə  qərardad  qəbul  edir. 

Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.  

 

Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia  



 

36.1.  Müəyyən  etmə  və  ya  tanınma  haqqında  iddia  vasitəsi  ilə  iddiaçı  hər  hansı 

hüquq  münasibətinin  mövcud  olması  və  ya  olmamasının,  yaxud  inzibati  aktın 

etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.  

36.2.  Müəyyən  etmə  və  ya  tanınma  haqqında  iddia  vasitəsi  ilə  iddiaçı  artıq  icra 

olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.  

36.3.  Müəyyən  etmə  və  ya  tanınma  haqqında  iddia  iddiaçının  həmin 

münasibətlərin  qısa  müddətdə  müəyyən  edilməsində  kifayət  qədər  maraqlı  olduğu 

hallarda  qaldırıla  bilər.  Hüquq  münasibətlərinin  müəyyən  edilməsində  iddiaçının 

marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.  

36.4.  Hüquq  münasibətlərinin  müəyyən  edilməsinə  dair  iddia,  digər  iddia 

növlərinə münasibətdə subsidiar xarakter daşıyır.  

 

Maddə 37. Bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi  



 

Bir-biri  ilə  əlaqəli  olduğu,  bir  cavabdehə  yönəldiyi  və  bu  Məcəllədə  nəzərdə 

tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia  tələbi iddiaçı tərəfindən 

bir iddiada birləşdirilə bilər.  

 

Maddə 38. İddia müddəti  



 

38.1.  Mübahisələndirmə  haqqında  iddia  inzibati  aktın  təqdim  (elan)  olunduğu 

vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan 

inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.  

38.2.  Məcburetmə  haqqında  iddia  tələb  olunan  inzibati  aktın  qəbul  edilməsindən 

imtina  barədə  iddiaçıya  müvafiq  inzibati  aktın  təqdim  edildiyi  və  ya  bu  barədə  yazılı 

məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.  

 



Maddə  39.  İnzibati  orqanın  hərəkətsizliyindən  müdafiə  ilə  bağlı  iddia 

müddətləri  

 

39.1.  İnzibati  aktın  qəbul  olunmasına  dair  müraciətlə  bağlı  və  ya  şikayət 



instansiyasına  verilmiş  şikayətlə  bağlı  müvafiq  inzibati  orqan  tərəfindən  qanunla 

müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi 

hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək 

(qanunvericiliklə  daha  qısa  və  ya  daha  uzun  müddətin  müəyyən  olunduğu  hallar 

istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.  

39.2. Tələb olunan inzibati aktın, o cümlədən inzibati şikayətə dair qərarın xüsusi 

səbəblər  üzündən  qəbul  edilmədiyi  hallarda,  məhkəmə  inzibati  aktın  və  ya  inzibati 

şikayətə  dair  qərarın  qəbul  edilməsi  üçün,  qanunvericiliklə  digər  müddət  müəyyən 

edilməmişdirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.3-

cü maddəsində nəzərdə tutulmuş müddəti nəzərə almaqla müəyyən müddət təyin edir. 

Təyin edilmiş müddət bitənədək iş üzrə icraat məhkəmə tərəfindən dayandırılır.  

39.3.  Məhkəmə  tərəfindən  müəyyən  olunmuş  müddət  ərzində  inzibati  akt  qəbul 

edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir.  

 

VII fəsil 

 

MƏHKƏMƏ QAYDASINDA TƏTBİQ EDİLƏN MÜVƏQQƏTİ XARAKTERLİ 

MÜDAFİƏ TƏDBİRLƏRİ 

 

Maddə 40. Müvəqqəti xarakterli müdafiə  

 

40.1.  Maraqlı  şəxs  inzibati  aktın  icrasının  dayandırılması  barədə  və  ya  iddianın 



təmin  edilməsinə  (iddiaçının  hüquqlarının  qorunmasına)  yönəlmiş  digər  təminat 

tədbirlərinin  görülməsi  (bundan  sonra  -  müvəqqəti  xarakterli  müdafiə)  barədə 

məhkəməyə ərizə ilə müraciət edə bilər.  

40.2.  Ərizə  məhkəmədə  iddia  qaldırılanadək  və  ya  iddia  ilə  eyni  vaxtda,  yaxud 

məhkəmə icraatının gedişində verilə bilər.  

40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə 

müəyyən  hərəkətləri  etmək  və  ya  müəyyən  hərəkətləri  etməkdən  çəkinmək,  yaxud 

müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda 

məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.  

40.4.  Maraqlı  şəxs  inzibati  aktdan  şikayət  instansiyasına  inzibati  şikayət  etdiyi 

hallarda  müvəqqəti  xarakterli  müdafiə  barədə  vəsatətlə  həmin  orqana  müraciət 

etməlidir.  Şikayət  instansiyası  15  gün  müddətində  maraqlı  şəxsin  vəsatətini  təmin 

etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə 

tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.  



 

Maddə 41. İnzibati aktın icrasının dayandırılması  

 



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə