Azərbaycan Respublikasının Gömrük Məcəlləsi


VIII bölmə. Malların gömrük ə



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

VIII bölmə. Malların gömrük ə
razisin
ə
 g
ə
tirilm
ə
si v
ə
 bu 
ə
razid
ə

aparılması
 
Fəsil 17. Malların gömrük ərazisinə gətirilməsi 
Maddə 113. Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyi 
113.1. Gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək 
qısa idxal bəyannaməsinin verildiyi halları və onun formasını beynəlxalq standartlar və 
ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
113.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması 
üçün zəruri olan məlumatlar əks edilməlidir. 
113.3. Qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl də elektron 
formada gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar 
gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin 
tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
113.4. Bu maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından 
dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. 
Maddə 114. Qısa idxal bəyannaməsinin təqdim edilməsi 
114.1. Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə 
olunmaqla, elektron sənəd formasında təqdim edilir. 
114.2. Qısa idxal bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da 
təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük 
orqanları arasında mübadiləsini elektron formada verilən qısa idxal bəyannaməsini 
analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur. 
114.3. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına 
cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları 
gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. 
Maddə 115. Qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsi 
115.1. Bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal 
bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin 
bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir. 
115.2. Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilmir: 
115.2.1. gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları 
yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra; 


115.2.2. gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün 
olmadığını müəyyənləşdirdikdən sonra; 
115.2.3. gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə 
verdikdən sonra. 
Maddə 116. Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi 
116.1. Bu Məcəllənin 113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa 
idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan 
əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük 
bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına 
təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində 
onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir. 
116.2. Bu Məcəllənin 116.1-ci maddəsində nəzərdə tutulan gömrük bəyannaməsi gömrük 
orqanları tərəfindən təsdiq edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir. 
Maddə 117. Malların gətirildiyi yer 
117.1. Malları gömrük ərazisinə, həmçinin sərbəst zonaların ərazisindən gömrük 
ərazisinin qalan hissəsinə gətirən daşıyıcı gömrük sərhədini keçməsi barədə müvafiq 
gömrük orqanına məlumat verməlidir. 
117.2. Mallar gömrük ərazisinə gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların 
iş vaxtında gətirilməlidir. 
117.3. Gömrük orqanlarının icazəsi ilə, mallar onların iş vaxtından kənar saatlarda da 
gömrük ərazisinə gətirilə bilər. Həmin vaxtda gömrük ərazisinə gətirilmiş mallardan 
gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir. 
117.4. Qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda, mallar 
gömrük ərazisinə gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər. 
Maddə 118. Gömrük ərazisinə gətirilmiş mallar üzərində gömrük nəzarəti 
118.1. Gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 
14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci 
maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında 
saxlanılır. 
118.2. Gömrük nəzarəti eyni zamanda, bu Məcəllənin 118.1-ci maddəsində qeyd olunan 
mallarla bağlı bütün nəqliyyat vasitələrinə, konteynerlərə və qablaşdırmaya da tətbiq 
edilir. 


118.3. Aşağıdakı obyektlərə münasibətdə gömrük nəzarəti müvafiq qanunvericiliklə 
müəyyənləşdirilmiş qaydada həyata keçirilir: 
118.3.1. hərbi dəniz gəmiləri
118.3.2. hərbçilərin, silahlı qüvvələrdə fəaliyyət göstərən mülki qulluqçuların, 
hərbi yüklərin daşınması üçün istifadə edilən hərbi hava gəmiləri və digər hərbi 
nəqliyyat vasitələri; 
118.3.3. müvafiq icra hakimiyyəti orqanlarının xidməti məqsədlər üçün istifadə 
etdiyi nəqliyyat vasitələri; 
118.3.4. xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq 
nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri. 
118.4. Gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya 
onların nümayəndələri istənilən vaxt malların tarif təsnifatını, gömrük dəyərini və ya 
gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və 
ya nümunələr götürə bilərlər. 
Maddə 119. Malların müvafiq yerə çatdırılması 
119.1. Malları gömrük ərazisinə gətirən şəxs həmin malları müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq göndərən gömrük orqanı tərəfindən 
müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla 
razılaşdırılmış digər yerə çatdırmalıdır. 
119.2. Gömrük ərazisinə gətirildikdən sonra malların daşınmasına cavabdeh olan şəxs, bu 
Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, 
qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
119.3. Gömrük ərazisindən kənarda qalmış mallar müvafiq dövlətlərlə bağlanmış 
beynəlxalq müqavilələrin şərtlərinə əsasən gömrük orqanları tərəfindən gömrük 
yoxlamasına məruz qala bilər. Bu zaman həmin mallar gömrük ərazisinə gətirilmiş mallar 
hesab olunur. 
119.4. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük nəzarətini və gömrük yoxlamasını 
məhdudlaşdırmamaq şərti ilə məktublara, poçt kartlarına, çap materiallarına və ya 
sərnişinlər tərəfindən daşınan mallara münasibətdə qanunvericiliklə hər hansı digər 
xüsusi şərtlərin tətbiqini istisna etmir. 
119.5. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük ərazisinin ərazi sularından və ya hava 
məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil olunmur. 
Maddə 120. Malların xüsusi şəraitdə çatdırılması 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə