Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə17/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

91.2. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan 
digər şəxslər və ya onların nümayəndələri gömrük yoxlamasının keçirilməsində öz 
təşəbbüsləri ilə də iştirak etmək hüququna malikdirlər. 
91.3. Gömrük orqanlarının malları və nəqliyyat vasitələrini bəyannaməçinin, mal 
sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya 
onların nümayəndələrinin iştirakı olmadan aşağıdakı hallarda yoxlamaq hüququ vardır: 
91.3.1. mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi gündən 10 
(on) gün keçdikdən sonra həmin şəxslər gəlmədikdə; 
91.3.2. milli təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, 
heyvanlar və bitkilər aləmi, ətraf mühit, xalqların mədəni, tarixi və arxeoloji 
sərvətləri üçün təhlükə mövcud olduqda; 
91.3.3. mallar beynəlxalq poçt göndərişləri vasitəsilə göndərildikdə; 
91.3.4. mallar və nəqliyyat vasitələri gömrük ərazisində müvafiq gömrük 
proseduru pozulmaqla saxlanıldıqda. 
91.4. Bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallar və nəqliyyat 
vasitələri yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılır. 
Fəsil 14. Gömrük nəzarətinin təşkili 
Maddə 92. Gömrük nəzarətinin formaları 
92.1. Gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil 
olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən 
gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş 
digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi 
ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir 
texnologiya və avadanlıqdan istifadə edilir. 
92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda 
həyata keçirirlər: 
92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 
92.2.2. şəxsi yoxlama; 
92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız 
üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının 
dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, 
fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət 
olunmasının yoxlanılması; 


92.2.4. gömrük auditi; 
92.2.5. şəxslərin sorğu-sual edilməsi
92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, 
onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük 
anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına 
nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər 
yerlərə gömrük baxışının keçirilməsi; 
92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. 
92.3. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti gömrük ərazisindən 
kənar ərazidə də həyata keçirilə bilər. 
92.4. Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış 
meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının 
alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması 
təcrübəsinə əsaslanmalıdır. 
92.5. Gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən 
edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur. 
92.6. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu 
Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir: 
92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını; 
92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını; 
92.6.3. ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə 
qaydaları; 
92.6.4. aidiyyəti orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük 
kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları. 
Maddə 93. Gömrük nəzarəti zonaları 
93.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi 
yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və 
müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata 
keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları 
müəyyən edilir. 


93.2. Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
93.3. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında 
istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat 
vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin bu zonaların 
sərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük orqanlarının icazəsi ilə və 
onların nəzarəti altında yol verilir. 
Maddə 94. Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar 
94.1. Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına 
nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər gömrük 
nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər. 
94.2. Gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin 
onların təqdim edilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi 
internet saytlarında yerləşdirilir. 
94.3. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhədindən 
malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya bu cür 
əməliyyatlara aidiyyəti olan digər şəxslərin, icrasına nəzarət gömrük orqanına həvalə 
olunmuş əməliyyatları haqqında müvafiq təşkilatlardan məlumatlar və arayışlar almaq 
hüququna malikdirlər. 
94.4. Hüquq mühafizə orqanları, həmçinin vergi və başqa dövlət nəzarəti orqanları 
gömrük nəzarəti üçün lazım olan məlumatları öz təşəbbüsləri ilə və ya qanunvericiliyə 
uyğun olaraq gömrük orqanlarının sorğusu əsasında onlara təqdim edirlər. 
Maddə 95. Sənədlərin və məlumatların saxlanılması 
95.1. Gömrük nəzarətindən keçməli olan mallara dair sənədlərə və məlumatlara malik 
olan şəxslər onların bu Məcəllə və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
saxlanılmasını təmin etməlidirlər. 
95.2. Saxlanma üsulundan asılı olmayaraq, gömrük sərhədindən keçirilən mallara dair 
sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu 
itirməsindən sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır. 
95.3. Şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin sənədləri və məlumatları əldə 
etməsinə şərait yaratmalı, bununla bağlı onların suallarını cavablandırmalı, tələb 
olunduqda, sənədlərin surətlərini onlara təqdim etməlidir. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə