67
təqdimatlar hazırlayır.
İnsan və onun sağlamlığı
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair
müqayisələr aparır, təqdimatlar edir.
İnsanın fərdi və tarixi inkişafı.
Embrionların oxşarlığı təkamülü əks etdirir.
Fərdi inkişafın mərhələləri
Filogenez, ontogenez. Müxtəlif orqanizmlərlə
onların müqayisəsi
3.1.2. Psixi proseslər və orada baş verən
dəyişiklikləri müqayisəli şərh edir və referatlar
hazırlayır.
Psixi proseslərin mexanizmi. Onların sinir
sistemi ilə əlaqəsi
Yaddaş, yuxu, emosiyalar, şərtsiz və şərti
reflekslər, davranış
3.2.1. İnsan orqanizmində baş verən
xəstəliklərin hüceyrə səviyyəsində olduğunu
əsaslandırır, məruzə və təqdimat hazırlayır.
hüceyrə səviyyəsində baş verən xəstəliklər.
Onların xarakterik xüsusiyyətləri. Xəstəliklərin
qarşısının alınması
Şəkərli diabet, xərçəng, interferon
3.2.2. Sağlam ailənin qurulmasında sağlam
həyat tərzinin rolunu dəyərləndirir, məruzə və
təqdimatlar hazırlayır.
Sağlam həyat tərzi sağlam ailənin təməli kimi.
Reproduksiya, gender, stres, düzgün qidalanma
Canlılar və ətraf mühit
4.1.1. Təbii seçməni yaşamaq uğrunda
mübarizənin nəticəsi kimi əsaslandırır, məruzə
və referatlar hazırlayır.
Təbii seçmə təkamülün əsas hərəkətverici
qüvvəsi kimi.
Təbii seçmənin istiqamətlənmiş xarakteri
Hərəkətverici, sabitləşdirici və dizruptiv seçmə
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini
dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
Qlobal xarakterli ekoloji problemlər. Dünyada
içməli su, təmiz hava, təmiz qida problemlərinin
həlli yolları
Neosfer, eroziya, radiasiya, ekoloji mədəniyyət
4.2.2. Regional və qlobal ekoloji problemləri
əlaqələndirir, referat və təqdimatlar hazırlayır.
Regional ekoloji problemlər. Azərbaycanda baş
verən ekoloji problemlərlə qlobal problemlərin
əlaqəsi. Azərbaycanda ekoloji problemlərin həlli
yolları. Təbii yanacaqdan istifadə. Günəş
enerjisindən istifadə.Yaşıllıqların artırılması.
Meşələrin qırılmasının qarşısının alınması.
Ozon təbəqəsini dağıdan vasitələr.
Xəzərin ekoloji problemləri, Modifikasiya,
transformasiya
68
TEZAURUS
Təlimin məzmunu- şəxsiyyətin formalaşmasına yönəlmiş
bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim
standartlarının) məcmusudur.
Təlim nəticəsi- müəyyən bir mərhələdə mənimsənilməsi
nəzərdə
tutlan
və
əvvəlcədən müəyyənləşdirilmiş təlim
nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti- fənn üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmununun
zəruri hissəsidir.
Məzmun standartı- dövlətin təhsil alanların bilik və bacarıq
səviyyəsinə qoyulmuş dövlət tələbdir.
Qiymətləndirmə
standartı-təhsil
alanların
nailiyyət
səviyyəsinə qoyulan dövlət tələbidir.
Təlim strategiyası- təhsil prosesində istifadə olunan forma,
metod, üsul və vasitələrin məcmusudur.
Kurikulum- təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi
ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
Dərslik-dövlət təhsil standartları əsasında hazırlanmış
kurrikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və
yaradıcılıq vərdişlərinin aşılanmasına, demakratik dünyagörüşünün
formalaşmasına imkan yaradan, onları düşünməyə sövq edən,
məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ
xüsusiyyətə malik əsas dərs vəsaitidir.
İnteqrasiya-müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin
təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaş-
dırmaq, onları inkişaf və özünüinkişafa istiqamətləndirmək
məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur
əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik
prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi olmaqla
onun iki növündən istifadə edilir.
Milli kurikulum- ölkə miqyasında təhsilin hər bir
pilləsindəki fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradan və
onları istiqamətləndirən konseptual sənəddir.
Fənn kurikulumu- fənn üzrə fəaliyyətləri istiqamətləndirən
konseptual sənəddir.
Pedaqoji innovasiya- təhsil müəssisələrində, pedaqoji
nəzəriyyələrdə, müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-
tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə,
məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən
yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi
qaydada davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji
hadisəsinə cevrilir.
69
Nəticəyönümlülük- yeni kurrikulumların hazırlanmasında
nəzərə alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə
görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun
nəticələr formasında verilir.
Taksonomiya-yanan
sözdür
(taxus-qayda
ilə
yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya
sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və
zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin
qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə
psixologiyada istifadə olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük – Milli Kurrikulumun hazırlanması
zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə
görə, kurrikulumların tərkibində olan təlim standartları,
strategiyaları
və
qiymətləndirmə
mexanizmləri
şagird
şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında
yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu
keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və
ya mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü
təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil,
milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun
səviyyənin
(kompetensiya,
keyfiyyət
və
ya
mədəniyyət
göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir.
Təhsildə qiymətləndirmə sistemi- beynəlxalq milli və
məktəb səviyyələrində aparılan qiymətləndirməni əhatə edir. Orada
zəruri məzmunun (qiymətləndirmə standartlarının), vasitələrin
(test, sual və s.), formaların, üsulların müəyyənləşdirlməsini və
onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
Fəal (interaktiv) təlim- şagirdlərin idrak fəallığına əsaslanır,
təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin
yaradılmasını tələb edir.
İdrak fəaliyyəti- idrak prosesində həyata keçirilən
fəaliyyətdir. Psixoloqların fikrincə, idrak fəaliyyətində bilmək,
anlamaq, tətbiq etmək, sintez etmək və dəyərləndirmək əsas
mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə,
şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin
parametrlər təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli
olaraq “təfəkkür məktəbi”ndə təlim stanadartları hazırlanarkən
onlar əsas götürülür.
Reproduktiv sağlamlıq - fiziki, mənəvi və sosial rifah
vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və
problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir.
Reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad
seçim deməkdir. Bu sağlamlığın təməli yeniyetmə dövründə
yaranır və bütün həyat boyu qorunub-saxlanılır.
Regional ekoloji problemlər –Hər bir region üçün xarakterik
olan ekoloji problemlər.
Dostları ilə paylaş: |