Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   15   16   17   18   19   20   21   22   23

 

65 


-

 

Qiymətli kağızlara təlabatın və həmçinin ona uyğun olaraq təklifin yaranması 



üçün şəraitin yaradılması. 

-

 



Emitentlər  tərəfindən  investorların  qanuni  hüquqlarının  müdafiə  olunması  və 

korporativ idarəetmə və məlumatın açıqlanması normalarına riayət edilməsinin təmin 

edilməsi  yolu  ilə  qiymətli  kağızlara  olan  təlabatın  stimullaşdırılması  və 

dəstəklənməsi. 

-

 

Qiymətli kağızlar bazarında qanunvericiliyə riayət olunmasına  məsələn özünü 



tənzimləməyən təşkilatlarınyəni  qeyri-dövlət nəzarəti sisteminin formalaşdırılması. 

Respublikamizda 2001 – 2010-cu illər üçün fond bazarının inkişafı strategiyası 

bir neçəmühim əsas istiqamətə ayrılmışdır: 

Birinci  istiqamət  qiymətli  kağızlar  bazarının  infrastrukturunun  inkişafı  və 

qiymətli  kağızlar  bazarında  broker  və  diler  fəaliyyətinə  şərait  yaradılması  habelə 

Milli Depozit Sisteminin formalaşdırılmasıdır. 

İkinci  istiqamətə  qiymətli  kağızlar  bazarının  inkişafı  üçün  fond  bazarında  təzə 

qiymətli  kağızlar  növlərinin  dövriyəyə  buraxılması  daxildir.Qiymətli  kağızlar 

bazarında  veksellərin  geniş  tətbiqi,  girov  kağızı,ipoteka  kağızı  və  digərlərinin 

yaradılması vacibdir. 

    İnstitusional  investorların  həmçinin  kollekitiv  investisiya  institutları 

sisteminin yaradılması isə 3-cü istiqamətdir. 

    Növbəti istiqamətə investorların hüquq və maraqlarının qorunması sisteminin 

yaradılması  daxildir.Burada    əsas  məqsəd  səhmdar  cəmiyyətlərində  ―monoritar‖ 

səhmdarların  hüquqlarının  qorunması,  qiymətli  kağızlar  sahiblərinin  pozulmuş 

hüquqlarının bərpa edilməsi həmçinin qanun pozan şəxslərin cəzalandırılmasıdır. 

     Beşinci istiqamətə ölkənin qiymətli kağızlar bazarında açıq informasiya sisteminin 

yaradılması  daxildir.Bunun  üçün  QKDK  mütamadi  olaraq  press-relizlər 

buraxır,mətbuat konfransları keçirir, qiymətli kağızlar bazarının təbliğini keçirir və s. 

2015-ci  il  ərzində  qiymətli  kağızlar  bazarının  hüquqi  və  tənzimləyici  bazasının 

qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində çox mühim  nəticələr əldə 

edilmişdir.  Belə  ki,  hesabat  dövrü  ərzində  ―Qiymətli  kağızlar  bazarı  haqqında‖ 




 

66 


Azərbaycan  Respublikasının  Qanunu  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci 

il  tarixli  Fərmanı  ilə  tətbiqinə  başlanılmışdır.  Sözügedən  Qanun  qiymətli  kağızlar 

bazarında  tənzimləmənin  qabaqcıl  beynəlxalq  standartlar  əsasında  həyata 

keçirilməsini  nəzərdə  tutur,  iqtisadi  subyektlərə  və  əhaliyə  təqdim  olunan  maliyyə 

xidmətlərinin  daha  da  genişlənməsini  təşviq  edir  və  bazarın  dinamik  inkişafı  üçün 

əlverişli  zəmin  formalaşdırır.  Qanun  hazırlanarkən  qabaqcıl  beynəlxalq  hüquqi 

çərçivə  kimi  Qiymətli  Kağızlar  Bazarı  Tənzimləyicilərinin  Beynəlxalq  Təşkilatının 

(İOSCO)  bazar  tənzimlənməsinə  dair  ən  son  prinsipləri,  habelə  Avropa  Birliyinin 

qiymətli  kağızlar  bazarına  aid  Direktivləri  və  Avropa  Birliyi  ölkələrinin  milli 

qanunvericiliyi istifadə olunmuşdur. 

       Qanunla  bərabər  hüquqi  mühitin  tamlığının  təmin  edilməsi  məqsədi  ilə 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  qiymətli  kağızlar  bazarına  dair 

müddəalarına  da  dəyişikliklər  edilmişdir.  Belə  ki,  bu  Qanunda  qiymətli  kağızlar 

bazarına  dair  xüsusi  müddəalar  müəyyən  edilmiş,  ümumi  müddəalar  isə  Mülki 

Məcəllədə saxlanılmışdır. Bununla yanaşı, Mülki Məcəlləyə edilmiş dəyişikliklər və 

―Qiymətli  kağızlar  bazarı  haqqında‖  Qanunun  tətbiqindən  irəli  gələn  31  qanunaltı 

normativ  hüquqi  akt  hazırlanaraq  Hüquqi  aktların  dövlət  reyestrinə  daxil  edilməsi 

məqsədilə  Ədliyyə  Nazirliyinə  təqdim  olunmuşdur.  Onlardan  10-u  Ədliyyə 

Nazirliyinin Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş, 21 normativ hüquqi akt 

üzərində  isə  müvafiq  razılaşdırmalar  və  müzakirələr  aparılmaqdadır.  6  ―Qiymətli 

kağızlar  bazarı  haqqında‖  Qanunun  ictimaiyyətə  açıqlanması  məqsədilə  06  oktyabr 

2015-ci  il  tarixində  Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsinin  təşkilatçılığı  və  qiymətli  kağızlar  bazarı  sahəsində  çalışan  peşəkarlar, 

bank  və  maliyyə  sektoru  üzrə  ixtisaslaşmış  dövlət  və  özəl  qurumlar,  maliyyə 

vasitəçiləri, həmçinin aparıcı beynəlxalq donor təşkilatlarının və kütləvi informasiya 

vasitələrinin nümayəndələrinin iştirakı ilə yeni qanunvericilikdə bazar iştirakçılarına 

münasibətdə  müəyyən  edilən  bir  sıra  yeni  tələblər,  investisiya  şirkəti  anlayışı, 

investisiya  xidmətlərinin  təsnifatı  kimi  məsələləri  əhatə  edən  təqdimat  mərasimi 



 

67 


keçirilmişdir.  Cari  il  ərzində  qiymətli  kağızlar  bazarının  ticarət  və  post-ticarət 

arxitekturasının  sadələşdirilməsi,  optimallaşdırılması  və  institusional  inkişafı 

istiqamətində  tədbirlər  davam  etdirilmişdir.  Belə  ki,  Azərbaycan  Respublikası 

Prezidentinin  16  may  2011-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuş  ―2011-2020-ci 

illərdə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişafı‖  Dövlət 

Proqramının icrasına dəstəyi nəzərdə tutan ―Kapital Bazarlarının Müasirləşdirilməsi‖ 

layihəsi  çərçivəsində  Kapital  Bazarlarının  İnformasiya  Sistemlərinin  Təchizatı  və 

Quraşdırılması üzrə keçirilmiş Tenderdə Koreya Fond Birjası qalib gəlmiş, 13 yanvar 

2015-ci  il  tarixində  qeyd  olunan  şirkət  ilə  müqavilə  imzalanaraq  işlərə  start 

verilmişdir.  Belə  ki,  layihə  çərçivəsində  Koreya  Fond  Birjası  tərəfindən  yeni 

inteqrasiya olunmuş ticarət, post-ticarət və nəzarət sistemlərinin qurulması və 2016-ci 

ilin  birinci  yarımilliyi  ərzində  istifadəyə  verilməsi  planlaşdırılır.  Hesabat  dövrü 

ərzində  qiymətli  kağızlar  bazarında  təklifin  stimullaşdırılması  üzrə  tədbirlər  davam 

etdirilmişdir.  Belə  ki,  2015-ci  il  ərzində  mütəşəkkil  bazarda  listinq  prosedurları 

beynəlxalq  standartlar  əsasında  təkmilləşdirilmiş  və  şirkətlərin  listinqinə  start 

verilmişdir.  Cari  ilin  yanvar  ayında  ―Bakı  Fond  Birjasında  qiymətli  kağızların 

listinqi, delistinqi və ticarətə buraxılması‖ Qaydalarının qüvvəyə minməsi və mövcud 

listinq  tariflərinin  optimallaşdırılması  ilə  yeni  listinq  mühitinə  keçid  təmin 

olunmuşdur.  Nəticə  etibarilə,  Bakı  Fond  Birjasının  səhm  və  istiqraz  kateqoriyaları 

üzrə 16 şirkət  listinqdən  keçmiş,  bununla  da  listinqdən keçmiş  şirkətlərin sayı  18-ə 

çatmışdır.  Hesabat  dövrü  ərzində,  Azərbaycan  Respublikası  Prezidentinin  16  may 

2011-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiqlənmiş  ―2011-2020-ci  illərdə  Azərbaycan 

Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişafı‖  Dövlət  Proqramında  nəzərdə 

tutulmuş  qiymətli  kağızlar  bazarına  dair  məlumatlılığın  və  peşəkar  hazırlığın 

yüksəldilməsi  istiqamətində  tədbirlər  davam  etdirilmişdir.  Belə  ki,  hesabat  dövrü 

ərzində ölkənin aparıcı ali təhsil müəssisələri ilə əlaqələr genişləndirilmiş, ali təhsil 

müəssisələrinin  tələbələrinin  qiymətli  kağızlar  bazarına  dair  biliklərinin  artırılması 

məqsədilə  Komitə  tərəfindən  mütəmadi  müsabiqə  və  yarışlar  təşkil  edilmiş  və 

tələbələrin  QKDK-da  istehsalat  təcrübəsi  keçmələri  üçün  müvafiq  şərait 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə