Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   15   16   17   18   19   20   21   22   23

 

62 


f) Qiymətli kağızlarla ticarət və hesablaşma sistemlərinin dayanıqlılığının təmin 

edilməsi  həmçinin  risklərin  etibarlı  idarəedilməsi  sisteminin  yaradılması(2016  – 

2020) 

g)Qiymətli  kağızlarla  ticarət,  klirinq-hesablaşma  proseslərinin  sadələşdirilməsi 



və optimallaşdırılması, bu sistemlərinin əlaqələndirilməsi və emal  prinsipi əsasında 

inteqrasiya olunmuş elektron ticarət platformasının yaradılması(2013 – 2016) 

Qiymətli  kağızlar  haqqında  qanunun  ,  qiymətli  kağızlkarla  bağlı  Azərbaycan 

Respublikasının  digər  qanunvericilik  aktlarının  pozulmasına  görə  şəxslər  mulki, 

inzibati  və  cinayət  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

məhsuliyyət daşıyırlar. 

Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  bir  sıra  cəzalar  verə  bilər  məsələn  

qanunun  pozulmasına  görə  məhsuliyyət  daşıyan  şəxsi  inzibati  qaydada  tənbeh 

tədbirləri    qanun  pozuntularına  görə  məhsuliyyət  daşıyan  şəxsə  qarşı  əmlak  iddiası 

qaldıra  bilər  və  qiymətli  kağızlar  bazarında  şirkətlərin  və  peşakar  iştirakçıların 

litenziyasını dayandıra və ya təxirə salina  bilər ,qiymətli kağızlar bazarında fəaliyyət 

göstərən  şirkətləri  bağlaya  bilər  ,  növbəti  tədbirlərin  görülməsi  üçün  komissiya 

hesabatlarını və sənədləri hüquq-mühafizə orqanlarına göndərə bilər. 

Bildirim ki dövlət proqramı çərçivəsində bir sıra işlər görüləcəkdir : 

1)qiymətli  kağızlar  bazarı  yeni  təşkilati,  texniki  və  kapital  tələblər  əsasında 

təkmilləşdiriləcəkdir  həmçinin,  sürətli  və  səmərəli  kapital  bazarı  institutlarının 

fəaliyyəti təmin ediləcəkdir. 

2)Fond birjasının ticarət imkanlarının genişləndirilməsi həyata keçiriləcək, onun 

müxtəlif maliyyə alətləri ilə ticarət imkanları təqdim edən vahid instituta çevrilməsi 

məqsədilə zəruri hüquqi və təşkilati tədbirlər görüləcəkdir. 

3)ticarət sisteminin avtomatlaşdırılması prosesləri başa çatdırılacaqdır. 

Həmçinin  qiymətli  kağızların  depozitar-uçot  sistemi  və  qiymətli  kağızlar  və 

onlar  üzərində  hüquqların  qeydiyyatı  mexanizmlərinin  təkmilləşdirilməsi  nəzərdə 

tutulur.  Bunun  üçün  Milli  Depozit  Mərkəzinin  bazasında  dövlət  və  korporativ 

qiymətli  kağızların  mərkəzi  depozitar  sistemi  yaradılacaq,həmçinin  qiymətli 



 

63 


kağızların  və  onlar  üzərində  hüquqların  qeydiyyatı  sistemi  sadələşdiriləcəkdir. 

Qiymətli kağızların girovla yüklənməsinin mərkəzi depozitar sistemi vasitəsilə həyata 

keçirilməsi mexanizmi tətbiq olunacaqdır. 

Qiymətli  kağızlarla  ticarətin  səmərəliliyinin  artırılması  və  risklərin  azaldılması 

üçün  qiymətli  kağızların  ticarəti  üzrə  mərkəzləşdirilmiş  klirinq  sistemi 

yaradılacaqdır.Həmçinin  onun  elektron  ödəniş  sistemlərinə  inteqrasiyası  təmin 

ediləcəkdir. 

Sonra  isə  ikinci  mərhələdə  qiymətli  kağızlar  bazarında  vahid  elektron 

platformanın  formalaşdırılması  başa  çatdırılacaq.  Bununla  da  ticarət,  klirinq-

hesablaşma,  depozitar  uçot  prosedurlarının  tam  avtomatlaşdırılması  və  konsolidə 

edilməsi əməli olaraq həyata keçiriləcəkdir. 

Qiymətli  kağızlar  bazarının  inkişaf  xəttinə  uyğun  olaraq,  klirinq  fondu, 

investorların kompensasiya fondu kimi institutların yaradılması planlaşdırılır. Bu isə 

qiymətli kağızlar bazarının ticarət və hesablaşma sistemlərinin dayanıqlılığının təmin 

edilməsinə  və  risklərin  etibarlı  idarəedilməsi  üçün  zəruri  mexanizmlərin 

formalaşmasına xidmət edəcəkdir. 

     Qiymətli kağızlar bazarının sonrakı inkişafı qiymətli kağızlarda investorların 

maraqlarına,  hüquqlarının  qorunmasına  necə  zəmanət  verilməsindən  asılı 

olacaqdır.QKDK  xırda sahibkarların hüquqlarının müdafiəsi sisteminin yaradılması 

haqqında tədbirlər  işlənib hazırlanmışdır ki, bunların arasında Adminstrativ kodeksə 

dəyişikliklərin  edilməsi,  ―İnvestorların  hüquqlarının  müdafiəsi  haqqında‖  Qanunun 

hazırlanması və qəbul edilməsində iştirakını qeyd etmək olar. 

Qiymətli  kağızlar  bazarında  onun  açıqlığını  və  şəffaflığını  xarakterizə  edən 

informasiya təminatı sistemi yaradılmadan investorların hüquqlarının müdafiəsi qeyri 

mümkündür.Sivil qiymətli kağızlar bazarı invesrotlara qoyulan investisiyanın riski və 

gətirə  biləcəyi  mənfəət  haqqında  tam  informasiyanı  təmin  etməlidir.Bu  məqsədlə 

QKDK    ardıcıl  olaraq  press-relizlər  buraxır  ,  press-konferensiyalar  keçirir,  kütləvi 

infirmasiya  vasitələrində  qiymətli  kağızlar  bazarı  haqqında  geniş  təbliğat  aparır  və 




 

64 


əhalini ―oyunun qaydaları‖ haqqında məlumatlandırır.Geniş ictimaiyyəti QKDK-nın 

fəaliyyəti ilə tanış etmək məqsədilə internet saytı da hazırlanmışdır. 

Ümumiyətlə,  QKDK-nın  fəaliyyəti  qiymətli  kağızlar  bazarının  dövlət 

tənzimlənməsi  sisteminin  təkmilləşdirilməsi  yolu  ilə  Azərbaycanda  bu  bazarın 

inkişafına,iqtisadi  problemlərin  həll  olunması  üçün  zəmin  yaradılmasına  və 

beynəlxalq maliyyə bazarları sisteminə inteqrasiya olunmağa yönəlmişdir. 

Son  illər  ərzində  ölkədə  qiymətli  kağızlar  bazarının  inkişafında  beynəlxalq 

təşkilatlar  tərəfindən  göstərilən  texniki  yardımın  böyük  rolu  vardır.Onlardan  biri, 

Avropa  Birliyi  tərəfindən  maliyələşdirilən  Tasisin  proqramına  daxil  olan 

―AzərbaycanRespublikasının qiymətli kağızlar bazarının inkişaf‖layihəsidir. 

     Qeyd  edim  ki  2004-cü  il  Azərbaycan  Respublikasının  qiymətli  kağızlar 

bazarının  inkişafında    yeni  mərhələ  başlamışdır.Azərbaycan  Respublikasının 

Prezdenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  normativ 

hüquqi  baza  təkmilləşdirilmişdir.  Broker  və  diler  fəaliyyətlərinə  dair  əlavə  tələblə 

irəli  sürülmüş,  təsərrufat  subyektləri  tərəfindən  qiymətli  kağızlar  bazarının 

alətlərindən  daha  fəal  istifadə  etmələri  üçün  həvəsləndirici  mexanizimlər  tətbiq 

edilmişdir.Həmçinin, emitentlər tərəfindən investorların hüquq və maraqlarının riayət 

edilməsi,  korporativ    idarəetmə  normalarına  və  emitentlər  tərəfindən  məlumatın 

lazımi  şəkildə  açıqlanmasına  riayət  olunmasının  təmin  edilməsi,  mütəşəkkil  borc 

bazarının formalaşması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür. 

     Respublikada qiymətli kağızlar bazarının dəqiq və effektiv inkişaf etdirilməsi 

üçün, QKDK  tərəfindən durmadan iş aparılmalıdır.Lakin  yekun məqsədlərə çatmaq 

üçün   bir sıra ara nailiyətlərin əldə olunmasını nəzərdə tutur.Bu nailiyyətlər arasında 

aşağıda sadalananları misal çəkmək olar 

-

 

İqtisadiyyatın real sektoruna portfel investisiyaların cəlb edilməsi üçün zəruri 



şəraitin yaradılması ilə bərabər ölkənin qiymətli kağızlar bazarının potensiyal daxili 

və  xarici investorların  vəsaitlərinin  və  əmanətlərinin səfərbər  edilməsi  üzrə  effektiv 

mexanizmə çevrilməsi. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə