Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə7/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   2   3   4   5   6   7   8   9   10   ...   117

22.2.
 
Dövlət  məvacibi  vəzifə  maaşından,  mükafatlardan  və  vəzifə  maaşına 
əlavələrdən  (dövlət  qulluqçusunun  ixtisas  dərəcəsinə,  qulluq  stajına  və  s.  görə 
verilən əlavələr) ibarətdir. 
22.3.
 
inzibati  vəzifələrin  9-cu  təsnifatı  üzrə  dövlət  qulluqçusunun  maaşının 
məbləği  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  inzibati  vəzifələr  üçün 
müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin 6-cı 
təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına 
bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği dövlət qulluğu 
vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. (2, 33) 
22.4.
 
Qulluq şəraiti həyat və  sağlamlıq üçün  təhlükəli (34),  yaxud xü-  sı.silə 
ağır  olan  dövlət  orqanlarında  vəzifə  maaşları  üçün  artıq  əmsal  müəyyən  edilir. 
Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği 
Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. 
22.5.
 
Dövlət  qulluqçularının  vəzifə  maaşlarına  Azərbaycan  Respublikasının 
Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir. 
22.6.
 
Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul 
edilməsi  ilə  eyni  zamanda  müvafiq  səlahiyyətin  icrasına  görə  onun  üçün 
qanunvericiliklə (2) müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. 
22.1.
 
Dövlət  qulluqçusuna  (34)  qulluq  stajına  görə  xidmətin  ikinci  ilindən 
başlayaraq  əlavə  haqq  verilir  və  həmin  haqq  qanunvericiliklə  müəyyən  edilmiş 
qaydada (9) artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir (2). Bu maddə 
Azərbaycan  Respublikasının  Baş  naziri  və  onun  müavinləri,  Naxçıvan  Muxtar 
Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi 
icra  hakimiyyəti  orqanının  rəhbəri  və  onun  müavinləri,  Naxçıvan  Muxtar 
Respublikasının  mərkəzi  icra  hakimiyyəti  orqanının  rəhbəri  və  onun  müavinləri, 
yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil 
olunur (10). 
22.8.
 
Dövlət  qulluqçusu  üçün  hakimiyyət  səlahiyyətinin  icrasına  görə  əlavə 
haqq  təyin  edilməsi  qaydası  Azərbaycan  Respublikasının  müvafiq  Qanunu  ilə 
müəyyən edilir. 
21 


Madda 22-1. Dövlət qulluqçusunun təcrübə, yenidənliazırlannta və 
ixtisasartırma keçinəsi (34) 
22-1.1.  Dövlət  qulluqçusunun  təcrübə,  yenidənhazırlanma  və  ixtisasartırma 
keçməsi dövlət qulluqçusunun əlavə peşə təhsilini təşkil edir. 
22-1.2.  Dövlət  qulluqçusunun  təcrübə,  yenidənhazırlanma  və  ixtisasartırma 
keçməsi vaxtı onun qulluq stajına daxildir. 
22-1.3.  Dövlət  qulluqçusunun  təcrübə,  yenidənhazırlanma  və  ixtisasartırma 
keçməsi üçün aşağıdakılar əsasdır: 
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi; 
22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi; 
22-1.3.3. dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin 
qiymətləndirilməsinin nəticəsi; 
22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbiMİ. 
22-1.4.  Dövlət  qulluqçusunun  təcrübə,  yenidənhazırlanma  və  ixtisasartırma 
keçməsi həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. 
22-1.5.  Dövlət  qulluqçusunun  yenidənhazırlanma  və  ixtisasartırma  keçməsi 
dövlət təhsil müəssisələri və mərkəzləri tərəfindən aparılır. 
22-1.6. Dövlət qulluqçusu əlavə peşə təhsili almaq üçün xarici ölkələrə ezam 
edilə bilər. 
22-1.7. Dövlət qıılluqçu.sunun əlavə peşə təhsili qullııqkeçmədən ayrılmaqla, 
qismən ayrılmaqla və ya ayrılmaniaqla həyata keçirilir. 
22-1.8. Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və 
maliyyə  təminatı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfimdən  təsdiq  edilən 
qaydalarla tənzimlənir. (34) 
Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 
23.1.
 
Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu 
maddənin  müddəaları  nəzərə  alınmaqla  Azərbaycan  Respublikasının  müvafiq 
Qanunu ilə müəyyən edilir. 
23.2.
 
Dövlət  qulluqçusunun  pensiyasının  məbləği  dövlət  qulluğunda  xidmət 
illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi 
üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. 
23.3.
 
Müvafiq  qanunvericiliyə  uyğun  olaraq  pensiya  yaşına  çatmasına, 
əlilliyinə  və  ya  sağlamlıq  imkanlarının  məhdudluğuna  görə  könüllü  işdən 
çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həd 
 -------------------------------------  22  ---------------------------------------  


dinə  və  əmək  pensiyası  alınaq  hüququna  (32) 
malik  olmayan  dövlət 
qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin 
edilir. (2) 
23.4.
 
Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə 
olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara 
uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfimdən müəyyən edilən qaydada 
yenidən hesablanır. (9) 
23.5.
 
Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun  ailə başçısını 
itirməyə  görə  əmək  pensiyası  almaq  hüququ  olan  ailə  üzvlərinə  (24)  pensiyanın 
müvafiq qanunvericiliklə (2) müəyyən edilən faizi ödənilir. 
Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması 
24.1.
 
Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması 
hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlan- dınlmasının növləri 
və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. 
24.2.
 
Dövlət  qulluqçularının  xidmətdə  peşəkarlıq  səviyyəsinin  artması  və 
vəzifə  borcuna  və  andına  sədaqəti  dövlət  tərəfindən  qiymətləndirilməlidir.  Onun 
xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi “Vətənə xidmətə görə” ordeninin üç 
dərəcəsi,  “Dövlət  qulluğunda  fərqlənməyə  görə”  medalı  ilə,  digər  orden  və 
medallarla  təltif  olunmasından,  habelə  Azərbaycan  Respublikasının  fəxri  adlarını 
almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və 
onlara  fəxri  adların  verilməsi  haqqında  əsasnamələr  və  qaydalar  qanunvericiliklə 
müəyyən edilir. 
Maddə 25, Dövlət qulluqçusunun məsuliyyəti (34) 
25.1.
 
Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilmə- məsi və 
ya  lazımi  şəkildə  yerinə  yetirilməməsi,  habelə  bu  qanunla  müəyyən  edilmiş 
məhdudiyyətlərə  əməl  olunmaması,  qanunda  başqa  qayda  nəzərdə  tutulmayıbsa, 
intizam məsuliyyətinə səbəb olur. 
25.2.
 
Dövlət  qulluqçusu  bu  qanunun  l8-ci,  20-ci  və  ya  25.8-ci  maddələrində 
nəzərdə  tutulmuş  tələbləri  pozduqda,  onun  barəsində  aşağıdakı  intizam  tənbeh 
tədbirlərindən biri tətbiq edilə bilər: 
25.2.1.
 
töhmət; 
25.2.2.
 
bir  il  müddətinədək  vəzifə  maaşının  5  faizindən  30  faizinədək 
azaldılması; 
23 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə