Azərbaycan respublikasinda regional ümumi daxiLİ


  Xaricdən alınan cari tranfertlərin qalığı (saldosu)                XACTQ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

31 

 

7.  Xaricdən alınan cari tranfertlərin qalığı (saldosu)  



 

           XACTQ 

8.  Sərəncamda olan ümumi milli gəlir                             SUMG=ÜMG+XACTQ 

9.  Son istehlak  

 

 

                      

 

 

                    

10. Milli qənaət                                                                              MQ=SÜMG-Sİ 

11. Xaricdən alınan kapital tranfertlərinin qalığı (saldosu)                       XAKTQ 

12. İnvestistiyanın maliyyələşmə mənbələri                             İMM=MQ+XAKTQ 

13. Milli yığım (ümumi daxili məhsulun ünsürü kimi)                                      MY 

14. Qeyri-istehsal, qeyri-maddi, qeyrimaliyyə aktivlərinin əldə edilməsi     QİMA 

15. Xalis kreditləşmə                                                            XK=İMM-MY-QİMA 

1993-cü ildə BMT MHS-də ÜDM-un hesablanması zamanı əmtəə və xidmətlər 

axınının  ayrı-ayrı  ünsürlərinin,  habelə  əmtəə  və  xidmətlərin  ümumi  buraxılışının 

qiymətləndirilməsinin üsulları dəqiqləşdirildi [3]. 

Bu  göstəricinin  ənənəvi  istehsalçının  qiymətləri  ilə  qiymətləndirilməsi  ilə 

yanaşı,  həm  də  onun  əsas  qiymətlərlə  qiymətləndirilməsi  tövsiyyə  olundu.  Yeni 

MHS-nin  müəlliflərinin  fikrincə  ümumi  buraxılışın  və  əlavə  edilmiş  dəyərin  əsas 

qiymətlərlə qiymətləndirilməsi bir sıra üstünlüklərə malikdir. Elə buna görə də 1993-

ci  ildə  tətbiq  olunan  MHS-də  sahələrin  məhsulunu  əsas  qiymətlərlə,  bu  mümkün 

olmadıqda  isə  istehsalçının  qiymətləri  ilə  qiymətləndirmək  tövsiyyə  olundu.  Nəzərə 

almaq  lazımdır ki,  yuxarıda  göstərilən axının əsas qiymətlərlə qiymətləndirilməsinin 

nəticəsi  olaraq  bütün  sahələrin  ümumi  əlavə  edilmiş  dəyərinin  məbləği  son 

istehlakçının qiyməti ilə ÜDM- a bərabər olmur. 

 Bu əlaqəni aşağıdakı kimi göstərmək olar: 

 

   ÜDM=∑ ÜƏED + ∑ Vj - ∑ Sj 

Burada: 


 ÜƏED – istehlakçının qiymətiylə ümumi əlavə edilmiş dəyəri; 

 Vj – məhsula vergiləri; 

 Sj  –  məhsula  subsidiyaları  göstərir;  ÜDM  istehsalçıların  qiyməti  ilə 

qiymətləndirilərsə, yuxarıdakı bərabərlik aşağıdakı şəkil alar: 




32 

 

                  ÜDM=∑ ÜƏEDj +∑ƏDVj  + ∑ Vj - ∑ Sj 

Burada:  



ƏDV  –  istehsalçının  qiymətiylə  əlavə  dəyər  vergisini  göstərir.  Əmtəə 

forması olmayan, lakin satış üçün nəzərdə tutulan məhsullar eyni növ məhsulun bazar 

qiymətləri ilə, bazar qiymətləri olmadıqda isə maya dəyəri ilə qiymətləndirilir. 

Yeni MHS-də belə ehtimal edilir ki, bir çox əmtəə və xidmətlərin axını, habelə 

aktivlərin  (ehtiyatların)  dəyər  ifadəsiylə  göstəricilərinin  dəyişməsini  aşağıdakı  iki 

tərkib hissəsinə ayırmaq olar: 



1.  Nəzərdən  keçirilən  əmtəə  və  xidmətlər  axının  və  ya  aktiv  növlərinin 

qiymətlərinin dəyişməsi; 



2.  Əmtəə, xidmət və aktivlərin fiziki həcminin dəyişməsi.  

Lakin elə dəyər  göstəriciləri də  var ki,  (məsələn, humanitar  yardım tipli dəyər 

formasında olan transfertlər) onları sabit qiymətlərlə ifadə etmək mümkün deyildir. 

 

 



§2.2.  RÜDM-un hesablanmasında istifadə olunan statistik vahidlərin 

rolu və əhəmiyyəti 

 

Statistik  vahidlər  - rəsmi statistika  üçün  ilkin  məlumatları  təqdim edən,  yaxud 



da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili 

üçün  müəyyənləşdirilmiş  hüquqi şəxslərdir (onların  nümayəndəlik  və  filiallarıdır)  və 

fiziki  şəxslərdir.  Statistik  vahidlərdən  yığılmış  zəruri  məlumatlar  əsasında  ölkə  və 

regionlar  üzrə  ümumiləşdirilmiş  və  qruplaşdırılmış  nəticələri  tərtib  edirlər,  statistik 

məcmuələr, bülletenlər, icmallar, mətbu buraxılışlar və digər statistik materiallar nəşr 

edirlər,  onları  istifadəçilər  arasında  yayırlar,  ictimaiyyətdə  maraq  doğuran  icmal-

statistik məlumatları mətbuatda dərc etdirirlər [34]. 



33 

 

Başdan-başa  siyahıyaalmalarda  məlumatların  təqdim  edilməsi  üzrə  öhdəlik 



(vəzifə)  müvafiq  məcmu  çərçivəsində  əhatə  dairəsinin  müəyyən  meyarlarına  cavab 

verən bütün statistik vahidlərə şamil edilir. 

Azərbaycan  Respublikası  ərazisində  rəsmi  statistikanı  həyata  keçirmək  üçün 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  statistik  məlumatları  əks  etdirən  statistik 

vahidlərin Dövlət reyestri aparılır, orada təsərrüfatçılıq-sahibkarlıq fəaliyyəti göstərən 

və  qanunvericiliklə  qadağan  olunmayan  digər  fəaliyyət  növləri  ilə  məşğul  olan 

hüquqi  və  fiziki  şəxslərin  maliyyə-təsərrüfat  fəaliyyətini,  əsas  və  qeyri-əsas 

fəaliyyətini səciyyələndirən ünvan və statistika göstəriciləri əks etdirilir. 

Statistik  vahidlərdən  alınan  məlumat  yükünü  azaltmaq,  onların  yığılmasında 

təkrarçılığa  yol  verməmək  məqsədilə,  müvafiq  icra  hakimiyyəti  orqanları 

topladıqları,  işlədikləri  və  özlərinin  məlumat  bazalarında  yerləşdirdikləri  inzibati 

statistik  məlumatlara,  məlumatlar  registrlərinə  və  digər  fayllara  rəsmi  statistika 

materiallarının  hazırlanması  üçün  dövlət  statistika  orqanlarının  girişini  zəruri  olan 

səviyyədə,  həcmdə  və  vaxtda  təmin edirlər və  proqramla  müəyyənləşdirilmiş  vaxtda 

və formada məlumatları onlara təqdim edirlər. 

Rəsmi  statistikanın  aparılması  üçün  yığılan,  işlənən  və  məlumatlar  bazasına 

daxil  edilən,  birbaşa  və  ya  dolayı  yolla  statistik  vahidlərin  tanınmasına  və  beləliklə 

də,  ilkin  məlumatların  əldə  edilməsinə  imkan  verən  hüquqi  və  fiziki  şəxslərin  ilkin 

statistik məlumatları konfidensial sayılır və statistik sirdir [34]. 

Statistik  vahidin  birbaşa  tanınması  onun  adı,  ünvanı  və  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  verilən  vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsinin 

köməyi ilə baş verir. 

Dolayısı  ilə  statistik  vahidlərin  tanınması  bu  maddənin  ikinci  hissəsində  qeyd 

olunan  məlumatlardan  əlavə,  bu  vahidlər  haqqında  digər  məlumatlardan  istifadə 

etməklə  baş  verə  bilər.  Statistik  vahidin  dolayı  yolla  tanınması  imkanını 

müəyyənləşdirərkən,  həmin  statistik  vahidin  tanınmasında  istifadəsi  mümkün  olan 

bütün vasitələr nəzərə alınmalıdır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə