Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 41,54 Kb.
səhifə18/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
referat 6255-1

Eksplikativ metodlar

Qeyd olunduğu kimi, eksplikativ (“explikatio” latınca – izah) metodlar beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin daha dərindən tədqiq edilməsinə köməklik edir. Eksplikativ metodlar əsasən bu hadisələri izah edir. BMN-də eksplikativ metodların sırasında

1.kontent–analiz

2.ivent–analiz

3.koqnitiv kartlaşma

4.eksperiment ən geniş yayılmış metodlardır.



1.Kontent – analiz (məzmunun təhlili) metodu

Bu metodun mahiyyəti yazılı və ya şifahi mətndə müəyyən söz və ya söz birləşməsini tapmaqla onun məzmununun öyrənilməsindədir. Daha konkret desək, əvvəlcə bir neçə yazılı və ya şifahi mətndə bu və ya digər obyekt üçün mühüm əhəmiyyət kəsb edən söz və ya söz birləşməsi tapılır. Sonra bu söz və ya söz birləşməsinin işlədilməsi baxımından tədqiq olunan mətnlər müqayisə olunur. Bu söz və ya söz birləşməsinin hansı mətndə olması yaxud daha çox olması həmin mətnin müəyyən obyektə aid olmasını göstərir. Məsələn, kontent – analiz metodu vasitəsilə siyasi partiyaların nizamnamələrini təhlil etməklə onların bu və ya digər ideologiyaya mənsub olmalarını müəyyən etmək olar. Yaxud hansısa dövlət başçısının müxtəlif vaxtlarda etdiyi çıxışlarını müəyyən söz və ya söz birləşməsinin işlədilməsi baxımından müqayisə edərək onun baxışlarında müvafiq dəyişikliklərin olmasını göstərmək olar. Bununla

belə qeyd etmək lazımdır ki, kontent – analiz metodu bir tədqiqat metodu kimi bəzi hallarda öz əhəmiyyətini itirir. Məsələn, əgər dövlət xadiminin dedikləri və/və ya yazdıqları ilə əməlləri uyğun gəlmirsə, yəni o, çıxışlarında və/və yaxud yazdıqlarında öz həqiqi mövqeyini, fikirlərini gizlədirsə, bu halda kontent – analiz metodunun tətbiqi səmərəsiz olur.


Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə