Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 41,54 Kb.
səhifə17/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
referat 6255-1

2.Sənədlərin öyrənilməsi

Sənədlərin öyrənilməsi metodunun mahiyyəti, adından göründüyü kimi, mövcud sənədlərdən, mənbələrdən (qəzet, jurnal, statistik məlumat kitabçaları, audio-video materiallar, İnternet materialları, rəsmi sənədlər, qeyri-rəsmi mənbələr, müəyyən hadisələrin iştirakçılarının xatirələri) biliyin əldə olunmasındadır. Tədqiqatçı onu maraqlandıran məsələlərə dair bu mənbələrdən məlumat əldə edir.

Müşahidədən fərqli olaraq sənədlərin öyrənilməsi zamanı subyekt beynəlxalq aləmdə baş verən hadisələrin aktiv və ya passiv iştirakçısı olmur, yəni o, bu və ya digər hadisəni öyrənmək üçün onun şahidi olmaq məcburiyyətində olmur. Nəticədə hadisələrin daha dərin təhlil olunması üçün əlverişli şərait yaradılır. Belə ki, subyekt əldə etdiyi məlumatı əsaslı şəkildə təhlil etmək imkanı qazanır. Son zamanlar İnternet vasitəsilə dövlətlərin müxtəlif göstəricilərini, fəaliyyət sahələrini əks etdirən məlumat Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Freedom House və bu kimi beynəlxalq təşkilatların və bir çox inkişaf etmiş demokratik dövlətlərin tərtib etdikləri veb səhifələrdə geniş təqdim edilmişdir. Bununla bərabər bəzi dövlətlər, xüsusilə “qapalı” avtoritar dövlətlər çalışır ki, onlar haqqında geniş ictimaiyyətə məlumatlar çatmasın. Belə olan hallarda sənədlərin öyrənilməsi bir metod kimi öz əhəmiyyətini itirir. Bu metoddan səmərəli istifadə etməyi əngəlləşdirən başqa bir problem sənədlərin əldə

olunması, istifadə edilməsi və qorunması ilə bağlı olan maliyyə

xərcləridir.

3.Müqayisə

Müqayisə situasiyanın təhlilində bir metod kimi mühüm rol oynayır. Bu metodun mahiyyəti tədqiq olunan iki və daha çox obyektə xas olan oxşar və ya fərqli cəhətlərin müəyyən edilməsindədir. Müqayisə elmi biliyin mühüm mərhələsi olan ümumiləşdirmənin vacib şərtidir. Bundan başqa müqayisə analogiya üzrə əqli nəticələrdə də əhəmiyyətli rol oynayır.

Müqayisə beynəlxalq münasibətlərdə istifadə edilən ən səmərəli metodlardan biridir. Dövlətlərin və onların ayrı-ayrı əlamətlərinin (məsələn, siyasi rejim, iqtisadi inkişaf səviyyəsi, əhali, ərazi, hərbi potensial və s.) müqayisəli təhlili beynəlxalq münasibətlər elmində kəmiyyət metodlarından geniş istifadə edilməsinə təkan verir. BMN fənnində müqayisə metodunun tətbiqi nəticəsində dövlətin beynəlxalq aləmdə davranışına onun bu və ya digər əlamətinin təsirini müəyyən etmək mümkündür. Məsələn, dövlətin demokratik üsulidarəsinin onun sülhsevər xarici siyasət aparmasına təsir etməsi haqqında müddəanı bir neçə dövlətləri bir-birilə müqayisə etməklə əldə etmək olar. Lakin müqayisə metodu empirik xarakter daşıdığı üçün bəzən müqayisə müəyyən obyektiv səbəblərə görə bütün dövlətləri əhatə etmir. Buna görə də onun tətbiqi yolu ilə alınan nəticə ehtimali xarakter daşıyır.


Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə