Azərbaycan respublikasi təHSİl naziRLİYİ


Koqnitiv (idraki) xəritələşmə metodu



Yüklə 41,54 Kb.
səhifə20/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   ...   16   17   18   19   20   21   22   23   24
referat 6255-1

3.Koqnitiv (idraki) xəritələşmə metodu

Bu metodun mahiyyəti ondan ibarətdir ki, o, siyasi xadim tərəfindən bu və ya digər siyasi problemin necə dərk edilməsini müəyyən edir. Burada siyasi xadimin böhran situasiyalarına reaksiyasına, sabit siyasi durumda onun mümkün davranış nümunələrinə, tərcümeyi-halına və siyasi xadimlə bağlı olan digər məlumatlara xüsusi fikir verilir. Bütün bu məlumatlar siyasi xadimin qəbul etdiyi qərarları izah etməyə köməklik edir.

Bəzən siyasi xadim qərar qəbul edəndə onu əhatə edən gerçəkliyə deyil, bu gerçəkliyə özünün subyektiv münasibəti prizmasından yanaşmasına arxalanır. Başqa sözlə desək, siyasi xadimin qəbul etdiyi qərarlara bəzən onun gerçəkliyə uyğun gəlməyən təsəvvürləri təsir göstərir. Nəticədə qarşıda qoyulan vəzifələr əldə olunmur və problemlər həll edilmir. Yanlış təsəvvürlərə arxalanan siyasi xadim, bir tərəfdən, onun baxışlarına zidd olan hər hansı bir vacib məlumata lazımi qiymət vermir, digər tərəfdən isə mühüm olmayan hadisələrə həddindən artıq önəm verir. Koqnitiv xəritələşmə metodunun əsas məqsədi siyasi xadimin bu və ya digər siyasi problemi necə dərk etməsini müəyyən etməkdir. Bu metod siyasi xadimin gerçəkliyi necə dərk etməsini açıqlayaraq onun qəbul etdiyi qərarın səbəbini izah edir, yəni məlum faktlara arxalanaraq yeni bilik əldə

olunur. Lakin bəzən mövcud məlumatın həqiqiliyi şübhə altında olduğuna görə əldə olunan bilik gerçəkliyi düzgün əks etdirmir.



4.Eksperiment

Eksperiment digər eksplikativ metodlardan fərqli olaraq tədqiq olunan obyektin gedişatına müdaxilə etməyi nəzərdə tutur. Eksperiment zəruri şərtlərin yaradılmasına maneçilik törədən bütün təsirlərin və faktorların aradan götürülməsini, müxtəlif vasitələrlə obyektin təsbit olunmasını, müvafiq texniki qurğularla müşahidənin və ölçünün aparılmasını ehtiva edir.

Təbiət elmlərində eksperiment nəzəri fərziyyələrin, nəticələrin və müddəaların yoxlanılması məqsədilə süni şərait yaradır. İctimai elmlərdə isə o, əsasən “xəyali” formada çıxış edir. “Xəyali eksperiment” “mövcud durumda müəyyən səbəblərə görə olmayan bəzi şəraitləri yaratmaq mümkün olsaydı bu hadisələrin inkişafı necə olardı?” məsələsini müzakirə edir. İctimai elmlərdə, o cümlədən BMN fənnində eksperimentin daha geniş yayılmış növlərindən biri də imitasiya təqlid oyunlarıdır. İmitasiya oyunları tədris zamanı interaktiv metodlardan geniş istifadə edilməsində mühüm rol oynayır.

İmitasiya oyunlarının tədris zamanı tətbiq edilməsi tələbələrin fəallığını artıraraq keçirilən mövzunun yaxşı qavranılmasına kömək edir. İmitasiya oyunları əvvəlcədən tərtib edilmiş ssenariyə uyğun müəyyən rolların (məsələn, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən aktorların rolları) icra olunması ilə bağlıdır. Oyun zamanı hər bir iştirakçı oyunun rəhbəri tərəfindən nəzarət edilən oyun şərtlərinə ciddi əməl etməlidir. Məsələn, hər bir rolu ifa edən oyunçunun (tələbə) gerçəklik haqqında tam məlumatı olmalıdır. O, bu məlumata əsasən qərar qəbul etməli və fəaliyyət göstərməlidir. Əks halda bu oyun özünün idraki əhəmiyyətini itirəcəkdir.

İmitasiya oyunlarını elektron – hesablayıcı maşınlar vasitəsilə də təşkil etmək mümkündür. Texnikanın köməyi ilə aparılan oyunlar daha geniş tədqiqat imkanlarını təklif edir, oyunçuların qərəzli mövqelərinin oyunun gedişinə təsirinin qarşısını alır, əldə olunan nəticələr gerçəkliyi daha dəqiq əks etdirir və nəhayət, obyektin gələcək inkişaf perspektivlərinə dair müəyyən proqnoz verir. Göründüyü kimi, eksperiment digər eksplikativ metodlardan fərqli olaraq BM sahəsində baş verən hadisələri izah etməklə kifayətlənmir. O, həmçinin bu hadisələrin mümkün optimal inkişaf perspektivlərini də göstərir. Buna görə də eksperimenti eksplikativ metodlarla yanaşı proqnoz metodlarına da daxil etmək olar.


Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə